Məhkəmə qərarları › İş №2-1(102)-1276/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1276/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1276/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; funksional vəzifənin (işin) eyniliyi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət t ərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2-1(103)-2722/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2013-cü ilin 18 fevralından (57 yaşının tamam olduğu gündən) güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və həmin t arixdən pensiyanın ödənilməsinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, e-2-1(112)-987/2024 nömrəli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilməmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2-1(103)-2722/2024 nömrəli qərarı ilə (hakimlər C.Yusifov /sədrlik edən və məruzəçi/, A.Oruczadə və G.Abbasova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2-1(112)-987/2024 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi qismən təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və müraciət etdiyi tarixdən əv vəlki üç il üçün hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

4. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Qanunun tələbləri baxımından iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixədək azı 25 il ümumi və bu müddətin azı 12 il 6 ayı miqdarında güzəştli pensiya hüququ verən stajı mövcud olmalıdır ki, iddiaçıya həmin tarixdən pensiya təyin edilməsi mümkün olsun. Konkret halda isə iş materiallarına əsasən iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixədək 25 il ümumi iş stajının mövcud olduğu işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı isə iddiaçının güzəştli pensiya hüququ verən stajı ilə bağlıdır. Belə ki, cavabdeh orqan tərəfindən mübahisələndirilir ki, iddiaçının güzəştli stajı qanunvericiliyin qeyd olunan normasında tələb olunan 12 il 6 aydan az, yəni 11 il 14 gün (xx.xx.1976-xx.xx.1976-cı il, xx.xx.1978-xx.xx.1981-ci il və xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. Belə olan halda, iddiaçıya 57 yaşına qədər daha 1 il 5 ay 16 gün güzəştli staj müddəti tələb olunur ki, onun 12 il 6 ay güzəştli stajı tamamlanmış olsun. Cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyəti üzrə güzəştli stajı kimi qəbul olunmayan hissəsi isə xx.xx.1976-xx.xx.1978 dövrünü əhatə edir. Əmək kitabçasının müvafiq qeydlərindən isə görünür ki, həmin dövrdə iddiaçı “Texniki nəzarət məntəqəsində lokomativlərin təmiri və yoxlanılması üzrə çilingər” kimi fəhlə kateqoriyalı işdə çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq e dilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 20-ci abzasına, eləcə də, 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ bölməsinin 23001000—17863 kodunda: “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” güzəştli pensiya hüququ verən peşələr sırasına aid edilmişdir. Qeyd edilməlidir ki, “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” ifadəsi, əslində, dəmiryolu nəqliyyatında istər hərəkət edərkən, istərsə də dayanmış vəziy yətdə “hərəkət tərkibi” mənasını ehtiva edir. Belə ki, dəmiryolu nəqliyyatı ədəbiyyatında hərəkət tərkibi özü də - lokomativləri, yük vaqonlarını, lokomativ dartıcı sərnişin vaqonlarını motor vaqon hərəkət tərkibini, həmçinin müxtəlif xüsusi hərəkət tərkibini birləşdirir (Rus dilində həmin cümlənin ifadə forması aşağıdakı kimidir: Подвижной состав включает в себя локомотивы, грузовые вагоны, пассажирские вагоны локомотивной тяги, моторвагонный подвижной состав, а также различный специальный подвижной состав). Başqa sözlə, lokomativlər hərəkət tərkibinin bir elementi sayılır. Belə olan halda cavabdeh iddiaçının əmək kitabçası üzrə xx.xx.1976-xx.xx.1976-cı illərdə Biləcəri Lokomativ deposunda teplovoz lokomativlərin qaldırıcı təmiri üzrə çilingər işin güzəştli stajı kimi qəbul etdiyi halda, həmin məntəqədə onun lokomativlərin təmiri və yoxlanılması üzrə çilingər işini - güzəştli pensiya hüququ verən stajı kimi qəbul edilməsindən imtina etməsi əsaslı hesab oluna bilməz. Qeyd edilməlidir ki, mübahisələndirilən həmin məsələ ilə bağlı "xxxx" QSC birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli (No13-1/2-********) cavab məktubunda bildirmişdir ki, - “... iddiaçının xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək ADY-nin Biləcəri lokomotiv deposunda işlədiyi “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsi üzrə işlərin xüsusiyyətləri əmək qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1997-ci il 22 oktya br tarixli 33-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid X1”nda təsbit edilmişdir. “Texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 20-ci abzasında göstərilən “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşəsi arasında icra etdikləri işlərin xüsusiyyətləri üzrə bəzi oxşarlıqlar mövcuddur. Belə ki, “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsinin əsas xüsusiyyətləri hərəkət tərkibinə (lokom otivə) təmirə dayanmadan texniki baxışın keçirilməsi və ya təmir edilməsindən, “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşəsinin əsas xüsusiyyətləri isə təmirə dayanmış hərəkət tərkibinə (lokomotivə) texniki baxışın keçirilməsi və ya ağırlıq qaldıran qurğuların vasitəsilə lokomotivin motor və digər hissələrinin sökülərək təmir edilməsindən ibarətdir. Hər iki peşə üzrə iş yerində aparılmış attestasiyanın nəticəsində əmək haqqına 8% əlavə zərərlilik ödənişi müəyyən edilmişdir...” Eyni zamanda, "xxxx" QSC tərəfindən məhkəmənin digər bir sorğusuna xx.xx.2023cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, İddiaçı müvafiq strukturda qeyd edilmiş dövr ərzində işlədiyi “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 20-ci abzasında göstərilən “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşəsi arasında hərəkət tərkibinə (lokomativə) texniki baxışın keçirilməsi və ya təmir edilməsi” göstəricisi ilə oxşardır.... Beləliklə də, yuxarıda göstərilənlər baxımından, cavabdeh orqan tərəfindən iddiaçının Biləcəri texniki nəzarət məntəqəsində (depoda) lokomativlərin təmiri və yoxlanılması üzrə çilingər” kimi çalışdığı xx.xx.1976-xx.xx.1978-ci illərin (1 il 11 ay 16 gün), onun güzəştli stajı kimi nəzərə alınmasını zəruri edən şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, iddia çının sözügedən stajına (1 il 11 ay 16 gün) cavabdeh tərəfindən onun güzəştli staj kimi nəzərə alınan 11 il 14 günü əlavə etdikdə, o, 12 il 6 aydan da çox güzəştli staja malik olur. Başqa sözlə, 57 yaşından pensiya hüququ yaranır.

5. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

7. Məhkəmə kollegiyası xatırladır k i, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərə findən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəy ə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-204/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli, 2-1(102)-2905/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(102)-2430/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(102)-1917/2024 nömrəli iş üzrə xx.x x.2024-cü il tarixli və 2-1(102)-1883/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadları, o cümlədən 2-1(102)-1124/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(102)-424/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(102)-2893/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(102)-2314/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(102)-1969/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqa məti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

10. Hazırkı iş üzrə də təqdim olunmuş güzəştli arayışlarda iddiaçının işlədiyi “Texniki nəzarət məntəqəsində lokomativlərin təmiri və yoxlanılması üzrə çilingər” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edilən “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşəsinə uyğunluğu, eləcə də iddiaçının işlədiyi həmin dövrlərin güzəştli dövrə aidiyyəti öz təsdiqini tapmışdır.

11. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğun a görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

12. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bi r neçəsinin) mövcudluğu da müəyyən olunmur.

13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2-1(103)-2722/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar