Məhkəmə qərarları › İş №2-1(102)-1277/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1277/2019

27.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1277/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1277/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, İddiaçı Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pens iyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)2388/2018 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1963-cü ildə anadan olduğunu, əmək fəaliyyətinə Bül-bülə toxuculuq sexində məxmər toxumaqla başladığını, onun işlədiyi peşə zərərli və ağır olduğunu, işlədiyi illərin güzəştli iş stajı kimi nəzərə alınmaqla ona pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etdiyini, so nuncu, xxxx 2018-ci il tarixli məktubla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların: qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun olduğuna, şöbəyə güzəştli iş stajı barədə aydınlaşdırıcı arayışın təqdim etmədiyinə və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapita lı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasının qanunazidd olduğuna istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, onun işlədiyi illərin güzəştli sosial sığorta stajı kimi nəzərə alınmaqla xxxx 2015-ci il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-1615/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı işlədiyi illərin güzəştli sosial sığorta stajı kimi nəzərə alınmaqla, xxxx 2015-ci il tarixindən 52 yaşdan güzəştli şərt lərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim – Z.M.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2388/2018 saylı qərarı ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və Ş.A.Məmmədova) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi bar ədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, 1980-ci ildən əmək fəaliyyətinə başlamış, yun, məxmər, vilur parça toxumuş, sonradan Karlar Cəmiyyətində işləmiş, toxucu kimi işlədiyi illərdə peşəsi zərərli sayıldığı üçün onlara gündəlik süd verilmiş, iddiaçının 52 yaşı tamam olmuş, ümumilikdə 20 ildən artıq ümumi sığorta stajına malikdir, bunun 10 ilini toxucu kimi ağır işdə işlədiyindən, ona güzəştli şərtlərə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri b arədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin məhkə mə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instan siyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2388/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1963-cü ildə anadan olmuş İddiaçı xxxx 980-ci il tarixli, 146/k saylı əmrlə Azərbaycan SSR Kiçik Sənaye Nazirliyinin nəzdində Bülbülə qəsəbəsi tikiş fabrikinə toxucu şagirdi qəbul edilmiş və xxxx 1981-ci il tarixli, 201/k saylı əmrlə işdən azad edilmiş, o, xxxx 1983-cü il tarixli, 85 saylı əmrlə həmin fabrikdə toxucu peşəsinə qəbul edilmiş və xxxx 1992-ci il tarixli, 7 saylı əmrlə işdən azad edilmiş, xxxx 1992-ci il tarixli, 11-k saylı əmrlə toxucu peşəsinə qəbul edilmiş və xxxx 2002-ci il tarixli, 2-k saylı əmrlə işdən azad edilmiş, iddiaçı, cavabdeh inzibati orqana müraciət edərək, ona 52 yaşının tamam olduğu xxxx 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların: qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta staj ına malik olduqda və bu müddətin azı 10 il həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun olduğuna, şöbəyə güzəştli iş stajı barədə aydınlaşdırıcı arayışın təqdim etmədiyinə və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasının qanunazidd olduğuna istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, İddiaçı 52 yaşı xxxx 2015-ci ildə tamam ol muş, əmək kitabçasına əsasən iddiaçı 18.08.1980-də əmək fəaliyyətinə başlamış və 2002-ci il tarixinə kimi 20 ildən artıq ümumi sığorta stajına malik olmuş, digər tərəfdən iddiaçı toxucu peşəsi üzrə 10 ildən artıq sığorta stajına malik olmuş, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmuş 4 şərtdən 3-ü ödənilmiş, iddiaçının işlədiyi məxmər toxucusu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmamış, 26-cı bölmə olan “Yüngül sənaye” bölməsinin “Toxuculuq sənayesi” adlı 26.2-ci yarımbölməsində süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatların, kətanın toxucuları, “Kətan və kəndir-cüt istehsalı” adlı 26.3-cü yarımbölməsində isə yaş toxumada məşğul olan toxucular və yaş toxumada məşğul olan tesma toxucuları peşələri nəzərdə tutulmuş, iddiaçı təbii parça toxuması ilə məşğul olduğundan, onun peşəsi kimya məhsulları və məmulatları istehsalına da uyğun gəlmir, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. xxxx 2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xxxx 2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricil ərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» əsasında müəyyən edilir. xxxx 2017-ci ilədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Beləliklə, qanunvericiliyin tələbinə əsasən qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı əsaslar olmalıdır:

1. Qanunvericilikdə qeyd olunmuş yaş həddinə (52 yaşına) çatmalıdır; 2. 20 il sığorta stajına mali k olmalıdır;

3. İşlədiyi peşə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahıda nəzərdə tutulmalıdır və

4. Həmin peşə üzrə azı 10 il sığorta stajına malik olmalıdır. Apellyasiya instansiyası məhkəməsinin iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası əmək kitabçasına əsasən iddiaçının xxxx 1980-ci il tarixdə əmək fəaliyyətinə başlayaraq 2002-ci il tarixinə kimi 20 ildən artıq ümumi sığorta stajına, toxucu peşəsi üzrə 10 ildən artıq sığorta stajına malik olsa da, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 4 şərtdən yalnız 3-nün ödənildiyini, iddiaçının işlədiyi məxmər toxucusu peşəsinin Azərbaycan Respublikası N azirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmadığını, iddiaçı təbii parça toxuması ilə məşğul olduğundan, onun peşəsinin kimya məhsulları və məmulatları istehsalına da uyğun gəlmədiyini, beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsasların mövcud olmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2388/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2388/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar