Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1277/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Güləzi Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburetmə haqqında iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 06.07.2021 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Güləzi Bələdiyyəsinə qarşı “iddiaçının anası X1 adına 0.5 ha torpaq payının ayrılması və iddiaçının anasının adına olan 0,15 ha sahənin həyətyanı kimi iddiaçıya və ya mərhumun nəvələrinə verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 aprel tarixli, 2-1(105)-298/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2020-ci il 21 sentyabr tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək anası X1 adına 0.5 ha torpaq payının ayrılması və iddiaçının anasının adına olan 0,15 ha sahənin həyətyanı kimi iddiaçıya və ya mərhumun nəvələrinə verilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
2. Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 15 fevral tarixli, 2-1(118)-321/2021 nömrəli qərardadı ilə iddia m ümkün sayılmamışdır.
3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilikdə bələdiyyələrə özlərinə məxsus torpaq sahələrini başqa şəxslərin istifadəsinə, icarəsinə, mülkiyyətinə verilməsi ilə bağlı diskresion səlahiyyətlər verilmiş və bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin istifadəyə, icarəyə, mülkiyyətə verilməsinin xüsusi mexanizmi müəyyən edilmişdir. Hazırkı işdə iddiaçının anası X1 adına 0.5 ha torpaq payının ayrılmasını tələb etmişdir ki, Güləzi Bələdiyyəsinin bununla bağlı qanunvericilikdən irəli gələn bir öhdəliyi mövcud deyildir. Qanunvericilikdən irəli gəlməyən bir öhdəliyin isə icra edilməsinə bələdiyyə məcbur edilə bilməz. Həmçinin iddiaçı tələbin ikinci hissəsində anasının adına olan (hal-hazırda istifadə etdikləri) həyətyanı torpaq sahəsinin xəbərsiz adl arından çıxarılmasını nəzərə alıb, həmin 0,15 ha sahənin həyətyanı kimi iddiaçıya və ya mərhumun nəvələrinə verilməsini istəməkdədir. Məhkəmə bu tələblə bağlı da qeyd etmişdir ki, bu tələbin Güləzi Bələdiyyəsinə yönəldilməsinin hüquqi əsası qanunvericilikdə müəyyən olunmamışdır.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 aprel tarixli, 2-1(105)-298/2021 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2021ci il 15 fevral tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı həmin qərardaddan kassa siya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayətində qeyd edilmişdir ki, hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 aprel tarixli, № 2-1(105)-298/2021 saylı qərardadı ləğv edilməli, yenidən apellyasiya instansiya məhkəməsində baxılması üçün iş apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
9. Tərəflər məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəb ul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
10. İPM: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə da ir iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məh kəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
12. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. K ASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
14. İPM-in 35.1-ci maddəsinin tələbindən göründüyü kimi, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
15. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının tələb irəli sürdüyü bələdiyyənin iddiaçı qarşısında hazırkı məzmunda öhdəliyi yoxdur. Belə ki, torpaq islahatı bələdiyyələr tərəfindən aparılmamışdır. Həmçinin bələdiyyələr torpaq islahatını icra etmiş səlahiyyətli orqanın hüquq varisi deyil. Buna görə də, iddiaçı Güləzi Bələdiyyəsi tərəfindən hüququnun pozulduğu iddia edə bilməz.
16. Beləliklə, iddiaçının İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.
17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 aprel tarixli, 2-1(105)-298/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.