Məhkəmə qərarları › İş №2-1(102)-1278/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1278/2019

14.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1278/2019 14.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) ca vabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-2711/18 saylı, 13 dekabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx xxxxxx 1963-cü ildə Qax rayonunda doğulmuşdur. 1984-1988-ci illərdə İlisu kənd “Kirov” adına kolxozda, 01.02.1989-cu ildən 20.06.1990-cı ilə qədər “Ulduz” İstehsalat Birliyi”nin 12 №-li sexində plasmas məhsullarının emalı və preslənməsi işinə fəhlə kömə kçisi, 20.06.1990-cı ildən 01.03.1994cü ilə qədər həmin sexdə plasmas məhsullarının emalı və preslənməsi işinə 1-ci dərəcəli fəhlə, 01.03.1994-cü ildən 30.12.2004-cü ilə qədər 2-ci dərəcəli fəhlə vəzifəsində, 31.03.2005-ci ildən 29.12.2005-ci ilə qədər və 05.01.2006-cı ildən 29.12.2010-cu ilə qədər və 01.03.2011-ci ildən 01.10.2011-ci ilə qədər “xxxx” ASC-də sarıma-boyama sexinə quruducu vəzifəsində işləmişdir. İddiaçı cavabdeh inzibati orqana güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmişdir. Cavabdeh 21 iyun 2018-ci il tarixli məktubda imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında olan 01.02.1989-cu il tarixdən 30.12.2004-cü il tarixədək və 31.03.2005-ci il tarixdən 29.12.2005-ci il tarixədək işlədiyi peşələr Nazirlər Kabinetinin 23 yanv ar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin, göstəricilərin Siyahısı”na uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci maddəsində zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması göstərildiyindən 01.01.1984-cü il tarixdən 01.07.1988-ci il tarixədək kolxoz stajının, 01.02.1989-cu il tarixdən 30.12.2004-cü il tarixə qədər olan stajının və 31.03.2005-ci il tarixdən 29.12.2005-ci il tarixə qədər olan stajının qarşılıqlı yoxlanılması m ümkün deyildir. İddiaçı 25 iyun 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01.01.1984-cü ildən 01.07.1988-ci ilə qədər işlədiyi dövrü ümumi iş stajına, 01.02.1989-cu ildən 30.12.2004-cü ilədək, 31,03.2005-ci ildən 29.12.2005-ci ilədək işlədiyi dövrü güzəştli iş stajına daxil etməklə 52 yaşı tamam olduğu tarixdən, yəni 31.12.2015-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən pensiya təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd olunan vəzifələr xüsusilə ağır işlər olduğundan güzəştli şərtlərlə iş stajına daxil edilməlidir. İddiaçının işlədiyi dövr əmək kitabçasında qeyd olunmuşdur. Ona görə də cavabdehin imtinası qanunsuzdur. İddianın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 31, 27, 37.7-ci maddələrinə istinad olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-3234/2018 saylı iş) 17 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 01.01.1984-cü ildən 01.07.1988-ci ilə qədər işlədiyi dövrün ümumi iş stajına, 01.02.1989-cu ildən 30.12.2004cü ilədək, 31.03.2005-ci ildən 29.12.2005-ci ilədək işlədiyi dövrün güzəştli iş stajına daxil etməklə 52 yaşı tamam olduğu tarixdən, yəni 31.12.2015-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən pensiya təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsini n cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8, 31, 32, 37.7-ci, Mülki Məcəllənin 7.1-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3məruzəçi, X2 və X1, 2-1(103)-2711/18 saylı iş) 13 dekabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 7 fevral 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçının qeyd olunan illərdə işlədiyi peşələr Nazirlər Kabi netinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin, göstəricilərin Siyahısı”nda göstərilməmişdir. Lakin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi işə düzgün mövqedən qiymət verməmiş, iddiaçının ərizəsini əsaslı sayaraq iddia tələbini təmin etmişlər. Cavabdeh birinci instansiya məhkəməsində, apellyasiya şikayətində və kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad etmişdir. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi qeyd olunan hallara qiymət verməmiş və maddi hüquq normalarını pozaraq iddia tələbini təmin edərək qərar qəbul etmişlər. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının i clasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayıl maması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı cavabdeh inzibati orqana güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmiş, cavabdeh onun müraciətini təmin edərək imtinasını onunla əsas landırmışdır ki, 1984-1988-ci illərdə İlisu kənd “Kirov” adına kolxozda olan stajının, 01.02.1989-cu ildən 30.12.2004-cü ilə qədər olan stajının və 31.03.2005-ci ildən 29.12.2005-ci ilə qədər olan stajının qarşılıqlı yoxlanılması mümkün deyildir. Mübahisə ilə bağlı məhkəmələr tərəfindən yuxarıda qeyd edilən qərarlar qəbul edilmişdir. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Qax rayonunda doğulmuşdur. 1984-1988-ci illərdə İlisu kənd “Kirov” adına kolxozda, 01.02.1989-cu ildən 20.06.1990-cı ilə qədər “Ulduz” İstehsalat Birliyi”nin 12 №-li sexində plasmas məhsullarının emalı və preslənməsi işinə fəhlə köməkçisi, 20.06.1990-cı ildən 01.03.1994-cü ilə qədər həmin sexdə plasmas məhsullarının emalı və preslənməsi işinə 1-ci dərəcə li fəhlə, 01.03.1994-cü ildən 30.12.2004-cü ilə qədər 2-ci dərəcəli fəhlə vəzifəsində, 31.03.2005-ci ildən 29.12.2005-ci ilə qədər və 05.01.2006-cı ildən 29.12.2010-cu ilə qədər və 01.03.2011-ci ildən 01.10.2011-ci ilə qədər “xxxx” ASC-də sarıma-boyama sexinə quruducu vəzifəsində işləmişdir. İddiaçının 1984-1988-ci illərdə kolxozda işləməsi dövlət arxivinin arayışı, 1989-2004 və 2005-ci illərdə işləməsi isə əmək kitabçası ilə təsdiq edilir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin a) və q) bəndlərinə görə əmək kitabçası və arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı h aqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 1-ci bəndində qeyd edilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənə d kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Odur ki, mübahisə olunan dövr iddiaçının əmək kitabçasında və dövlət arxivinin arayışında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrü iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: k işilər — 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar — 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının iş yerindən verilən arayışda onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda olan peşədə işləməsi qeyd edilmişdir. İddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərl ə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Kimya sənayesi” adlı 8-ci bölməsində “anilin, furfurol, tiosidik cövhəri, izosianatlar, poliamidlər, poliuretanlar, polifir qatranları, sadə və mürəkkəb sellüza efirlərinin əsasında alınan plastik kütlələr; fasiləsiz və ştapel şüşəlif (istilikizolyasiya şüşəlifi çıxmaqla), eləcə də ondan və şüşə plastikdən məmulatlar” yarımbölməsində nəzərdə tutulmuşdur. İddiaçı həmin peşələr üzrə 15 il 10 aydan artıq işləməklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi stajı 10 ildən artıqdır. Ümumi staj isə 20 ildən çoxdur. Bəhs olunanlara əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır və kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya insta nsiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2711/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar