Məhkəmə qərarları › İş №2-1(102)-1278/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1278/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1278/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılması ilə bağlı müraciətə yenidən baxılması, cavabdeh tərəfindən əsaslandırılmamış imtinanın verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı torpaq sahəsinin icarəyə verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-95/2021 nömrəli, 09 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 05.12.2019-cu il tarixdən İİ qrup əlillik verilmişdir. Əlilliyin müddəti 05.12.2024-cü il tarixədək müəyyən edilmişdir.

2. İddiaçı özünüməşğulluğa cəlb edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Sumqayıt şəhər Məşğulluq Mərkəzinin 01.02.2020-ci il tarixli aktı ilə ona özünəməşğulluq proqramı çərçivəsində dönər köşkünün işlədilməsi üçün avadanlıqlar təhvil verilmişdir.

3. İddiaçı dönər köşkünün tikilməsi üçün torpaq sah əsinin icarəyə ayrılması məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh 02 mart 2020-ci il tarixli, 715 saylı məktubla onun müraciətini təmin etməmiş və bildirmişdir ki, Sumqayıt şəhəri ərazisində şəhərin yeni Baş planına uyğun olaraq aparılan şəhərsalma və planlaşdırma işləri çərçivəsində, eləcə də memarlıq norma və qaydalarına müvafiq olaraq bu cür kommersiya obyektlərinin yerləşdirilməsi hal-hazırda nəzərdə tutulmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dönər köşkünün tikilməsi üçün torpaq sahəsinin icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı ərizəsində göstərmişdir ki, xəstədir, sağ ciyəri bütövlükl ə yoxdur. O, dövlətin yaratdığı şəraitdən yararlanmaq məqsədi ilə torpaq sahəsinin icarəyə verilməsi üçün Sumqayıt bələdiyyəsinə müraciət etmişdir. Belə ki, o, həmin torpaq sahəsində dönər köşkü quraşdıraraq işlətmək istəyir. Lakin ona imtina cavabı verilmişdir.

6. Cavabdeh iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının Sumqayıt Bələdiyyəsinə etdiyi müraciətdən görünür ki, o, dönər satışının həyata keçirilməsi məqsədi ilə dönər evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Həmin müraciətə 02 mart 2020-ci il tarixli, 715 saylı məktubla cavab verilərək Sumqayıt şəhəri ərazisində şəhərin yeni Baş planına uyğun olaraq aparılan şəhərsalma və planlaşdırma işləri çərçivəsində, eləcə də memarlıq norma və qaydalarına müvafiq olaraq bu cür kommersiya obyektlərinin ye rləşdirilməsinin hal-hazırda nəzərdə tutulmadığı bildirilmişdir. Həmçinin, adı çəkilən cavab məktubunda iddiaçının nəzərinə çatdırılmışdır ki, gələcəkdə bu cür sahələrin yaradılmasına tələbat meydana gələcəyi təqdirdə, həmin məqsədlə ayrılmaq üçün torpaq sahələri qanunvericiliyə uyğun şəkildə torpaq hərracına, yaxud müsabiqəsinə çıxarılacaqdır ki, iddiaçı da digər şəxslər kimi bu tədbirlərdə iştirak etmək hüququna malikdir. Qanunvericilikdə bələdiyyə torpaqları üzərində bələdiyyənin mülkiyyət hüququ təsbit olunmuşdur ki, bu hüquq bələdiyyənin öz əmlakına sahib olmaq, əmlakdan istifadə etmək və həmin əmlak barəsində öz mülahizəsinə əsasən sərəncam vermək hüquqlarından ibarətdir. Bələdiyyənin mülkiyyət hüququ bütün mülkiyyət hüquqları kimi, dövlətin qoruması və təminatı altındadır və heç kim bələdiyyəni öz mülkiyyətində olan əmlak barəsində sərəncam verməyə məcbur edə bilməz. Bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarına edilmiş əlavə və dəyişikliklərə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində hüquqlar 2007-ci ilin dekabrın 1-dən etibarən yalnız torpaq hərracları, yaxud müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu səbəbdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsinin bələdiyyənin bilavasitə qərarı ilə ona ayrılmasını və həmin torpaq sahəsinin istifadəsinə verilməsini tələb etməkdə iddiaçı haqlı deyildir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(118)-892/2020 saylı qərarı ilə (hakim: V.E.Əzizova) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bələdiyyə torpaq ları üzərində bələdiyyənin mülkiyyət hüququ təsbit olunmuşdur ki, bu hüquq bələdiyyənin öz əmlakına sahib olmaq, əmlakdan istifadə etmək və həmin əmlak barəsində öz mülahizəsinə əsasən sərəncam vermək hüquqlarından ibarətdir. Bələdiyyənin mülkiyyət hüququ bütün mülkiyyət hüquqları kimi, dövlətin qoruması və təminatı altındadır və heç kim bələdiyyəni öz mülkiyyətində olan əmlak barəsində sərəncam verməyə məcbur edə bilməz.

9. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-95/2021 nömrəli iş üzrə 09 aprel 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: Z.İ.Məmmədov və M.Ə.Rzayev) apelyasiya şikayəti təmin edilmiş, Sumqa yıt İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(118)- 892/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, Sumqayıt Bələdiyyəsinin 02 mart 2020-ci il tarixli, 715 saylı imtinası qanunsuz hesab edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla dönər köşkünün tikilməsi üçün torpaq sahəsinin icarəyə verilməsi barədə iddiaçının müraciətinə "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələblərinə əməl edilməklə yenidən baxılması və bu barədə əsaslandırılmış qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

11. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Bələdiyyə tərəfindən iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan tor paq sahəsinə baxış keçirilməmiş, cavabdehin bildirdiyi kimi, iddiaçının göstərdiyi ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda, müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsinin təklif edilməsinin mümkünlüyü araşdırılmamış, eyni zamanda torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edilməmiş, bununla da “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmuşdur.

12. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a ) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinə uyğun deyil. İddiaçının iddia tələbi hüquqi cəhətdən əsassız olmaqla yanaşı, mülki və torpaq qanunvericiliklərinin, bələdiyyələrə dair qanunvericilik aktlarının bir sıra müddəaları ilə ziddiyyət təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmaya raq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə: Bənd

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyəti ni həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Bənd

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək mə qsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçi rilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Bənd

11. Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Bənd

14. Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün müddətində baxılır. Bənd

15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Bənd

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəx sə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. 18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı ş əxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 73.2 İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağl ı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhk əmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İ NSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Sumqayıt şəhər Məşğulluq Mərkəzinin 01.02.2020-ci il tarixli aktından görünür ki, özünüməşğulluğa cəlb olunmuş şəxs İddiaçı (iddiaçıya) özünəməşğulluğa kömək göstərilməsi məqsədilə dönər köşkünün işlədilməsi üçün aşağıdakı avadanlıqlar təhvil verilmişdir: - 3 gözlü elektrikli dönər ocağı -1 ədəd; Çalışma masası, dolablı, siyirməli, paslanmaz metaldan -1 ədəd; Toster (qızdırıcı) -1 ədəd; Vitrin soyuducusu marka: Uğur - 1 ədəd; Dönər bıçağı - 1 ədəd; Dönər kürəyi -1 ədəd; Maşat - 1 ədəd; Paslanmaz yuma avadanlığı (moydadır), 1 gözlü, a yaqlı - 1 ədəd; PVC stul - 4 ədəd: PVC masa (4 nəfərlik) - 1 ədəd; Gril sobası (toyuq çevirmə) - 1 ədəd; Toyuq kəsmə qayçısı - 1 ədəd; Qızartma sobası, elektrikli – 1 ədəd; Free avadanlığı, elektrikli - 1 ədəd.

25. İddiaçı dönər köşkünün tikilməsi üçün torpaq sahəsinin icarəyə ayrılması məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh 02.03.2020-ci il tarixli 715 saylı məktubla Sumqayıt şəhəri ərazisində şəhərin yeni Baş planına uyğun olaraq aparılan şəhərsalma və planlaşdırma işləri çərçivəsində, eləcə də memarlıq norma və qaydalarına müvafiq olaraq bu cür kommersiya obyektlərinin yerləşdirilməsinin hal-hazırda nəzərdə tutulmadığını bildirərək ona imtina cavabı vermişdir.

26. Qeyd olunmalıdır ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları h aqqında" Əsasnaməyə görə, torpaq sahəsinin icarə hüququ əsasında ayrılmasını tələb etmək iddiaçının hüququdur. Lakin, bununla bağlı qərarın verilməsi qanunvericilikdə nəzərdə tutulan şərtlərin mövcudluğuna bağlıdır. Bu şərtlərin mövcudluğunu müəyyən etmək isə qanunvericiliyə əsasən cavabdeh inzibati orqanın vəzifəsi olaraq müəyyən edilmişdir.

27. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbində ticarət obyektinin (dönər köşkünün) yerləşdirilməsi məqsədilə torpaq sahəsinin ona icarəyə verilməsini tələb etsə də, məhkəmə tərəfindən Bələdiyyənin üzərinə torpağın icarə hüququ əsasında iddiaçıya ayrılması barədə konkret öhdəlik qoyula bilməz. Çünki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 4-c ü bəndinə görə, torpaq sahəsinin fiziki şəxslərin icarəsinə verilməsi yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. Lakin, bununla yanaşı, cavabdeh inzibati orqan iddiaçının müraciətini ətraflı araşdırmamış, qanunvericiliklə Bələdiyyəyə verilən hüquq və vəzifələri tam icra etmədən, əsaslandırılmış qərar qəbul etmədən iddiaçıya imtina cavabı vermişdir.

28. Belə ki, Bələdiyyə tərəfindən ayrılması nəzərdə tutulan torpaq sahəsinə iddiaçının iştirakı ilə baxış keçirilməmiş, cavabdehin bildirdiyi kimi, iddiaçının göstərdiyi ərazidə torpaq sahəsinin ayrılmas ı mümkün olmadığı halda müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsinin təklif edilməsinin mümkünlüyü araşdırılmamış, torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edilməmişdir.

29. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsini mövqeyilə razılaşır və qeyd edir ki, cavabdeh iddiaçının müraciətini araşdırmadan ona imtina cavabı verdiyindən, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələblərinə əməl edilməklə iddiaçının müraciətinə yenidən baxılması və bu barədə əsaslandırılmış qərar qəbul edilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqd a haqlı olmuşdur.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Odur ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-95/2021 saylı iş üzrə 09 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar