Məhkəmə qərarları › İş №2-1(102)-1278/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1278/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1278/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 aprel 2022-ci il tarixli, 2-1(103)572/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 16 noyabr 1992-ci il tarixdə dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)3620/2016 nömrəli qərarı ilə iddiaçı məcburi qaydada ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 24 iyul 2016-cı il tarixdən iddiaçının ləğv edicisi təyin edilmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli qərarı ilə iddiaçının iflas prosedurana başlanmışdır.

4. İddiaçının cavabdehə təqdim etdiyi 2018-ci il üzrə əmlak vergisi bəyannaməsinə əsasən (504) əmlakın ümumi qalıq dəyəri 1.167.742,28 manat göstərilmiş, (509.1) hesablanmış verginin və (511.1) büdcəyə ödənilməli verginin məbləği 5838,71 manat qeyd edilmişdir.

5. İddiaçının uçot-baza məlumatlarına əsasən mülkiyyətində təsərrüfat subyekti (obyekti) olmasına baxmayaraq cari il üçün "xxxx" göstəricilər olmadan təqdim edildiyindən cavabdeh iddiaçının 30 mart 2019-cu il tarixdə təqdim etdiyi 2018-ci il üzrə əmlak vergisi bəyannaməsinin kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığını qeyd etmiş və bu barədə 1 aprel 2019-cu il tarixdə “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərərək həmin dövr üçün dəqiqləşdirilmiş əmlak vergisi bəyannaməsinin təqdim edilməsini tələb etmişdir.

6. Təqdim edilmiş 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.1-ci (Əsas vəsaitlərin dəyəri) sətrinin “Hesabat dövrünün sonuna” xanalarında 14232296,04 manat məbləğ göstərilməsinə baxmayaraq bəyannamənin aid olduğu il üzrə təqdim edilmiş "xxxx"nin 502-ci (Müəssisənin ləğv olunma və ya sadələşdirilmiş verginin ödəyicisi tarixinə əmlakın ümumi qalıq dəyəri) və ya 504-cü (Hesabat ilinin sonuna əmlakın ümumi qalıq dəyəri) (Əmlakın ümumi qalıq dəyəri) sətrində 0 manat məbləğ əks etdirilmişdir ki, nəticədə də 14.232.296.04 manat məbləğində fərq müəyyən edilmişdir. Bu səbəbdən cavabdeh iddiaçının 29 aprel 2019-cu il tarixdə təqdim etdiyi 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsinin kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığını qeyd etmiş və bu barədə 1 may 2019-cu il tarixdə “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərərək həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin və ya kənarlaşmanı doğuran səbəbi izah edən məktubun təqdim edilməsini tələb etmişdir.

7. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 noyabr 2020-ci il tarixli, **********891000 nömrəli qərarı ilə iddiaçıya 2018-ci ilin əmlak vergisi üzrə kameral vergi yoxlaması nəticəsində 136.158,74 manat məbləğində əlavə hesablanmış vergi və ya sığorta haqqı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 30 mart 2021- ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə iddiaçının 2018-ci ilin əmlak vergisinə kameral vergi hesablanması haqqında 24 noyabr 2020-ci il tarixli **********891000 saylı qərarının məcburetmə qaydasında qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3620/2016 nömrəli, 22 iyul 2016-ci il tarixli qərarı ilə məcburi qaydada ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 24 iyul 2016-cı il tarixdən iddiaçının ləğvedicisi təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli qərarına əsasən iddi açının iflas proseduruna başlanmışdır. Cavabdehin 03 mart 2021-ci il tarixli cinayət tərkibi yaradan borcların araşdırılması nəticəsinə dair **********61200 nömrəli aktına əsasən iddiaçının 301.449,72 manat borc məbləği mövcuddur. Bank məhkəmə qaydasında müflis elan edildiyi üçün icarəyə verilmiş əmlak istisna olmaqla digər əmlaklar istifadə edilmir və bankın bütün əmlakı satış üçün nəzərdə tutulmuş aktivlər qrupuna aid edilmişdir. Bankın aktivləri Vergi Məcəlləsinin 13.2.17 və 114.1-ci maddəsində nəzərdə tutulmuş əsas vəsaitlər anlayışının tələblərinə cavab vermir. Bundan əlavə, Vergi orqanının rəsmi internet səhifəsi olan taxes.gov.az internet səhifəsində 30 iyun 2018-ci il tarixində X8, 01 mart 2017-ci il tarixində X4 müraciətlərinə cavab olaraq vergi orqanı tərəfindən bildirilmişdir ki, amortizasiya olunmayan aktivlər əsas vəsait hesab edilmir və həmin aktivlər üzrə əmlak vergisi hesablanmır. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.3-cü maddəsinə əsasən X1 Standartlar bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş X5 Standartları, X1 Standartları və bu standartlar üzrə həmin beynəlxalq təşkilatın şərhləridir. Sözügedən Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mühasibat uçotu sahəsində dövlət tənzimləməsinin əsas məqsədi X1 Standartları, Kiçik və X6 üçün X1 Standartları, İctimai Sektor üçün X5 Standartları və uçot qaydaları əsasında ölkədə maliyyə hesabatlarının tərtib olunmasını və mühasibat uçotunun aparılmasını təmin etməkdən ibarətdir. “Torpaq, tikili və avadanlıqlar” adlı 16 nömrəli X5 Standartının tələb lərinə əsasən, torpaq, tikili və avadanlıqlar əsas vəsait kimi uçotdan aşağıdakı hallarda çıxarılır: aktivin silinməsi (satışı) nəticəsində; aktivin istifadəsində və ya onun gələcək silinməsində hər hansı iqtisadi səmərə gözlənilmirsə. Mühasibat uçotunda “Torpaq, tikili və avadanlıqlar” anlayışı Vergi Məcəlləsində “Əsas Vəsaitlər” anlayışı ilə eynilik təşkil edir. “Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar” adlı 5 saylı X3 Standartının tələblərinə əsasən, aktivin balans dəyəri əsas etibarilə onun davamlı istifadəsi hesabına deyil, satış əməliyyatı hesabına bərpa ediləcəksə, uzunmüddətli aktiv (və ya xaricolma qrupu) satış üçün saxlanılmış kimi təsnif edilir və aktivlər satış üçün saxlanılmış uzunmüddətli aktivlər kimi təsnif edildiyi andan amortizasiya hesa blanması dayandırılır. Standartın tələblərinə əsasən aktivlər satış üçün saxlanılmış uzunmüddətli aktivlər kimi təsnif edilməsi üçün həmin aktivlərin növbəti 12 ay ərzində satılma ehtimalı yüksək olmalıdır (limitli istisnalar olmaqla), həmin standartın müddəalarında qeyd olunur ki, əgər aktivlərin satışı müəssisədən asılı olmayan səbəblərdən 12 ay ərzində gerçəkləşməzsə qeyd edilən müddət uzadıla bilər. Göstərilən hal üzrə vergi orqanına tam hərtərəfli yazılı izahat təqdim edilmiş və iddiaçı tərəfindən 22 sentyabr 2020-ci il tarixdə 2017-ci ilin dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Bəyannamənin 1 saylı əlavəsində 2016-cı ilin sonunda mövcud olan əsas vəsaitlər 2017-ci ildə yuxarıda göstərilən şərtlərə əməl etməklə 14.232.296,04 manat əsas vəsait sətr indən satış üçün nəzərdə tutulmuş aktiv olduğu üçün sair ehtiyatlar sətrinə keçirilmişdir. Vergi orqanı tərəfindən 2016-cı ildə mövcud olmuş 14.232.296,04 manat əsas vəsaitin, satış üçün nəzərdə tutulmuş aktiv olduğuna görə sair ehtiyatlar sətrinə keçirilməsi prosesində heç bir uyğunsuzluq aşkar edilməmişdir. Göstərilən hal ilə əlaqədar 2018-ci ilin mənfəət vergi bəyannaməsində 2 ədəd daşınmaz əmlak 2018-ci ildə icarəyə verildiyi üçün 1.167.742,28 AZN məbləğində aktiv sair ehtiyatlardan əsas vəsaitlər bölməsinə qaytarılmışdır. Göstərilən hal Azərbaycan Respublikası Vergi Məcəlləsinin 72.5-ci maddəsinin tələbinə tam uyğundur. Sözügedən Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi, vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin, ma liyyə sanksiyalarının və hesablanmış məbləğin yenidən hesablanmasını tələb etmək hüququna malikdir. 2017-ci ilin mənfəət vergi bəyannaməsi 2018-ci ilin mart ayının 31-nə kimi təqdim edilməlidir. Maddədə göstərilən üç il müddətin axımı, 31 mart 2018-ci ildə başlayıb, 31 mart 2021-ci il tarixdə bitməlidir. 2017-ci ilin mənfəət vergi bəyannaməsində nəzərdə tutulmuş ilin əvvəlinə mövcud olan əsas vəsaitlər, bank ləğvetmə prosesində olduğu üçün Vergi Məcəlləsi 13.2.17-ci maddəsində nəzərdə tutulmuş əsas vəsait anlayışının tələblərinə cavab vermədiyi üçün həmin il üçün dəqiqləşdirilmiş bəyannamə, vergi orqanına təqdim edilmişdir. Cavabdehin 3 mart 2021-ci il tarixli cinayət tərkibi yaradan borcların araşdırılması nəticəsinə dair **********61200 saylı aktına əsasən iddiaçının 301.449,72 manat bor c məbləği mövcuddur. Həmin məbləğin 118.808,24 manatı kameral qaydada vergi orqanı tərəfindən hesablanmışdır. Vergi orqanının 24 noyabr 2020-ci il tarixli, **********893000 nömrəli qərarı ilə 136.158,74 manat kameral qaydada vergi hesablanmışdır. Həmin qərar məhkəmə tərəfindən ləğv edilərsə, vergi orqanının kameral qaydada hesabladığı 118.808,24 manat vergi öhdəliyi ləğv olunacaq və nəticədə yalnız vergi ödəyicisinin özünün hesabladığı vergi öhdəliyi mövcud olacaqdır ki, bu hal isə cinayət tərkibi yaradan hal olmaqdan çıxacaqdır. Bu barədə 26 yanvar 2021-ci il tarixdə vergi orqanına **********804300 saylı məktubla müraciət edilmişdir. Vergi orqanı həmin müraciətə 18 fevral 2021-ci il tarixli məktubla cavab vermişdir. Vergi Məcəlləsinin 68.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyən edilən h ər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Məcəllənin 70.2-1.3-ci maddəsinə əsasən elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra təqdim edilmiş hesab edilir. Ona görə də 18 fevral 2021-ci il tarixli məktubun təqdim edilməsi üçün nəzərdə tutulmuş 3 iş günü müddətin axımı 19 fevral 2021-ci il tarixdə başlayıb 24 fevral 2021-ci tarixdə başa çatmışdır.

10. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Belə ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən mülkiyyətində təsərrüfat subyekti (obyekti) olmasına baxmayaraq iddiaçı vergi ödəyicisi tərəfindən 2018ci il üçün "xxxx" göstəricilər olmadan təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin əlavəsində bina, tikili, qurğular üzrə əsas vəsaitlərin qalıq dəyərinin 14.027.933,11 manat göstərilməsi nəticəsində kənarlaşma yaranmışdır. Qeyd olunanlar ilə əlaqədar, iddiaçıya 1 aprel 2019-cu il tarixdə **********846300 nömrəli və 1 may 2019-cu il tarixli **********063900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlər və həmin dövr üzrə əmlak vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfind ən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67ci, 83-cü maddələrinə əsasən 2018-ci ilin əmlak vergisi bəyannaməsinə 136.158,74 manat əlavə vergi məbləği hesablanaraq, aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə 24 noyabr 2020-ci il tarixli **********891000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı əvvəlki ilin bəyannaməsinin əlavəsində əks olunan əsas vəsaitlərin növbəti ildə “sair ehtiyatlar” sətrinə daxil edilməsini bank müflis elan edildiyi üçün icarəyə verilmiş əmlak istisna olmaqla digər əmlakların satış üçün nəzərdə tutulmuş aktivlər qrupuna aid edilməsi ilə əlaqələndirir və buna əsasən Vergi Məcəlləsinin 13.2.17 və 114.1-ci ma ddələrində nəzərdə tutulmuş əsas vəsaitlər anlayışının tələblərinə cavab vermədiyini bildirmişdir. İddiaçı qeyd olunan hal ilə əlaqədar “Mühasibat uçotu haqqında” Qanun və X1 Standartlarına istinad edir. İddiaçının əmlak vergi bəyannaməsində əks etdirməli olduğu məlumatların təqdim edilməməsinin əsası kimi mühasibat uçotu haqqında qanunvericiliyə istinad etməsi tamamilə əsassızdır. İddiaçı mühasibat uçotu haqqında qanunvericiliyə istinad edərkən bu qanunvericiliyin vergi hesabatlarında əks olunmalı məlumatları özündə ehtiva etmədiyini nəzərə almır. Belə ki, Azərbaycan Respublikasında vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, o cümlədən vergi hesabatlarının hazırlanması və təqdim edilməsi Azərbaycan Respublikasının Vergi M əcəlləsi ilə tənzimlənən münasibətlərdir. Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. Eyni zamanda, “Mühasibat uçotu haqqında" Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını tənzimləyir. Həmin Qanunun 12.5-ci maddəsinə əsasən kommersiya təşkilatlarının Azərbaycan Respub likasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim etdikləri vergi hesabatları bu Qanunun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir. Göründüyü kimi, mühasibat uçotu haqqında qanunvericilik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması ilə bağlı münasibətləri əks etdirir və bu hesabatları bir-birini əvəz etmir. Çünki vergi hesabatlarının hazırlanması və təqdim edilməsi vergi qanunvericiliyi əsasında aparılır. İddiaçı “Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar” adlı 5 nömrəli X3 Standartına əsaslanaraq bu aktivlərin amortizasiya edilməli olmadığını bu səbəbdən vergi qanunvericiliyində nəzərdə tutulan əsas vəsait anlayı şı ilə əhatə edilmədiyi barədə iddiası əsassızdır. Belə ki, həmin Standartın özündə qeyd edilir ki, bu Standartın məqsədi satış üçün saxlanılmış aktivlərin uçota alınmasının və dayandırılmış əməliyyatların təqdim edilməsi və açıqlanmasının göstərilməsidir. Qanunvericiliyin tələbindən göründüyü kimi, vergitutma məqsədləri üçün aktivlərin əsas vəsait hesab olunması üçün mühüm şərtlər sadalanmışdır: istifadə müddəti bir ildən çox olmalıdır; dəyəri 500 manatdan çox olmalı; amortizasiya edilməli olan maddi aktiv olmalıdır. Vergitutma baxımından aktivlərin əsas vəsait olub-olmaması mühasibat uçotu haqqında qanunvericilikdə müəyyən edildiyi kimi deyil, vergi qanunvericiliyində müəyyən edildiyi kimi qiymətləndirilməlidir. Bundan başqa, iddiaçı X2 Standartlarına istinad edərək aktivlərinin təsnifi ilə əlaqədar nəticələr çıxarsa da bununla bağlı heç bir dəlil, təsdiqedici sənəd təqdim edilməmişdir. Halbuki, vergi orqanı qeyd olunan halın tam, obyektiv və ətraflı araşdırılması məqsədilə 23 noyabr 2020-ci il tarixli məktubla vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədlərin, icarə, alqı-satqı müqavilələrini, əsas vəsaitlərin hərəkəti cədvəlini, alınmış və təqdim edilmiş əmlakların tərkibini, əmlakın qalıq dəyəri barədə təsdiqedici sənədləri, sığorta müqavilələrini, həmçinin 2018-ci və 2019-cu illər üçün Cəmiyyət tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində əmlakın qalıq dəyərinin artırılıb və azaldılması barədə izahatı, əmlakların yenidən qiymətləndirilməsi barədə təsdiqedici sənədlərin, 2018-ci ildə Cəmiyyətin mülkiyyətində olan əmlaklar barədə məlumatın, əs as vəsaitlər üzrə balans hesabatın və araşdırma üçün zəruri hesab olunan digər sənədlərin surətlərinin təqdim edilməsi bildirilməsinə, qeyd olunan məktubun 1 dekabr 2020-ci il tarixdə oxunmasına baxmayaraq, təsdiqedici sənədlər iddiaçı tərəfindən inzibati araşdırmaya təqdim edilməmişdir. İddiaçı 2017-ci il üçün təqdim olunmuş mənfəət vergi bəyannaməsi üzrə kameral vergi yoxlamasının keçirilməməsini onun istinad etdiyi halların haqlı olduğunu göstərdiyini qeyd etmişdir. İddia ərizəsində qanunsuz əlverişsiz akt kimi ləğv tələbi qoyulan qərar 2018-ci ilin əmlak vergisinə aid olduğundan əlaqəli araşdırma 2018-ci ilin mənfəət vergi bəyannaməsi üzrə aparılmışdır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamaların ı, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Məcəllənin 37.1-ci maddəsində qeyd edilir ki, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Vergi Məcəlləsinin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqan ının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Vergi Məcəlləsinin 201.5-ci maddəsinin müddəalarına əsasən hüquqi şəxs ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur. Eyni zamanda Mülki Məcəllənin 61.11-ci maddəsinin müddəalarına əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində təsdiq olunmuş ləğvetmə balansını, qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı, həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənədi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsində nəzərdə tutulmuş digər sənədləri hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərir. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən balansında olan əsas vəsaitlərə görə həmin əsas vəsaitlərin orta illik dəyərindən Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada əmlak vergisi hesablanıb dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyektini təşkil edir və müəssisələr əsas vəsaitlərin Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

11. Bakı İnzibati Məhkəməsinin 9 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5332/2021 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən mülkiyyətində təsərrüfat subyekti (obyekti) olmasına baxmayaraq iddiaçı tərəfindən 2018-ci il üçün "xxxx" göstəricilər olmadan təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin əlavəsində bina, tikili, qurğular üzrə əsas vəsaitlərin qalıq dəyərinin 14.027.933,11 manat göstərilməsi nəticəsində kənarlaşma yaranmışdır. Qeyd olunanlar ilə əlaqədar, iddiaçıya 1 aprel 2019-cu il tarixli, **********846300 nömrəli və 1 may 2019-cu il tarixli, **********063900 nömrəli “Kameral verg i yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlər və həmin dövr üzrə əmlak vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən 2018-ci ilin əmlak vergisi bəyannaməsinə 136.158,74 manat əlavə vergi məbləği hesablanmış və buna dair müvafiq qərar qəbul edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar vergi qanunvericiliyinin tələblərinə uyğundur.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin ol unmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 aprel 2022-ci il tarixli, 2-1(103)-572/2022 nömrəli qərarı (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və E.E.Nağıyeva) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 9 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5332/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

17. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 114.1-ci maddəsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbləri pozulmuşdur. İddiaçı məhkəmə qaydasında müflis elan edildiyi üçün icarəyə verilmiş əmlak istisna olmaqla digər əmlaklar istifadə edilmir. Ona görə də Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən amortizasiya hesablanmır. Lakin Bakı Apellyasiya Məhkəməsi vergi orqanının ləğvetmə prosesində olan bankların aktivləri gəlirinin əldə edilməsi prosesində iştirak etmədiyi üçün amortizasiya hesablanmaması fikrini nəzərə almamışdır. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Vergi orqanının internet səhifəsində yerləşdirilmiş cavablarda göstərilir ki, amortizasiya ol unmayan aktivlər əsas vəsait deyildir. Həmçinin iddia ərizəsi məhkəmə araşdırılmasında olduğu vaxt X7 xx.xx.2021-ci il tarixdə vergi orqanına ünvanladığı sorğusuna cavab olaraq vergi orqanı bildirir ki, torpaq amortizasiya edilmədiyi üçün əsas vəsait hesab edilmir və həmin hala görə əmlak vergisi üzrə vergitutma obyekti deyildir.

18. Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbini pozaraq iş üzrə qəbul etdiyi qərarı məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırılmamışdır.

19. İddiaçı vergi orqanına 22 sentyabr 2020-ci il tarixdə 2017-ci ilin dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsini vergi orqanına təqdim etmiş və bəyannamənin 1 saylı əlavəsində 2016-cı ilin sonuna mövcud olan əsas vəsaitlər 2017-ci i ldə 14.232.296,04 manat əsas vəsait sətrindən satış üçün nəzərdə tutulmuş aktiv olduğu üçün sair ehtiyatlar sətrinə keçirilmişdir. 22 sentyabr 2020-ci il tarixdə vergi orqanına təqdim edilmiş 2017-ci ilin dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini vergi bəyannaməsinə kameral vergi yoxlama keçirməsi üçün tələb olunan 30 iş günü bitməsinə baxmayaraq bəyannamə təqdim edildiyi gündən 30 iş günü müddətinə kameral vergi yoxlaması keçirilməmişdir. Vergi orqanı 2016-cı ildə mövcud olmuş 14.232.296,04 manat əsas vəsait sətrindən satış üçün nəzərdə tutulmuş aktiv olduğu üçün sair ehtiyatlar sətrinə keçirilməsi prosesində vergi orqanı heç bir uyğunsuzluq aşkar etməmişdir. Göstərilən hal 2018-ci ilin mənfəət vergi bəyannaməsinin 1 saylı əlavəsində ilin əvvəlinə əsas vəsaitin qalıq dəyəri sıfıra bə rabər olduğu və həmçinin 2018-ci ildə 2 ədəd daşınmaz əmlak icarəyə verildiyi üçün 1.167.742,28 manatlıq sair ehtiyatlardan əsas vəsait bölməsinə qaytarılmışdır. Göstərilən hal Vergi Məcəlləsinin 72.5-ci maddəsinin tələbinə tam uyğundur. Belə ki, həmin maddəyə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yeni dən hesablanması hüququna malikdir. 2017-ci ilin mənfəət vergi bəyannaməsi 2018-ci ilin mart ayının 31-nə kimi təqdim edilməlidir. Maddədə göstərilən üç il müddətin axımı 31 mart 2018-ci ildə başlayıb, 31 mart 2021-ci il tarixdə bitməlidir. 2017ci ilin mənfəət vergi bəyannaməsində nəzərdə tutulmuş ilin əvvəlinə mövcud olan əsas vəsaitlər bank ləğvetmə prosesində olduğu üçün Vergi Məcəlləsi 13.2.17-ci maddəsində nəzərdə tutulmuş əsas vəsait tələblərinə cavab verməməsi və həmçinin yalnız balansda olan əsas əmlak vergisi üzrə vergitutma obyekti olduğu üçün həmin il üçün dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi zərurəti yaranmışdır.

20. İddiaçının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehə müraciət edərək məcburi ləğv edilmiş bankların əvvəllər mövcud olmuş əs as vəsaitlərinə amortizasiya hesablanıb-hesablanması barədə izahat verilməsini xahiş etmişdir. Cavabdeh müraciətə 3 may 2017-ci il tarixli **********869700 nömrəli məktubla cavab verərək qeyd etmişdir ki, vergitutma məqsədləri baxımından sorğuda qeyd etdikləri əsas vəsaitlər gəlirin əldə edilməsi prosesində iştirak etmədiyindən amortizasiya hesablanması nəzərdə tutulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Cavabdeh kassasiya şikayətinə yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 aprel 2022-ci il tarixli, 2-1(103)-572/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin kassasiya şikayətinə yazılı etirazının dəlilləri iddia tələbinə etirazının dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

23. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.17. Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər.... Maddə

23. Vergi orqa nlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;... Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrini n hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.... Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallar da müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyic isinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj m üşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.... Maddə

114. Amortizasiya ayırmaları və gəlirdən amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlər 114.1. Bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.... Maddə

197. Vergitutma obyektləri 197.1. Aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüs usi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;... 197.1.3. müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla);... Maddə

198. Vergi dərəcələri... 198.2. Müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər....

24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

25. Azərbaycan Respubl ikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hə dləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜ MKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergilərin hesablanması barədə qərarın əsaslığı ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Məhkəmə kollegi yası onu da qeyd edir ki, iddiaçı əvvəlki ilin bəyannaməsinin əlavəsində əks olunan əsas vəsaitlərin növbəti ildə “sair ehtiyatlar” sətrinə daxil edilməsini bank müflis elan edildiyi üçün icarəyə verilmiş əmlak istisna olmaqla digər əmlakların satış üçün nəzərdə tutulmuş aktivlər qrupuna aid edilməsi ilə əlaqələndirir və buna əsasən Vergi Məcəlləsinin 13.2.17 və 114.1-ci maddələrində nəzərdə tutulmuş əsas vəsaitlər anlayışının tələblərinə cavab vermədiyini bildirmişdir.

33. Azərbaycan Respublikasında vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və m etodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir.

34. İddiaçı öz dəlillərini əsaslandırmaq üçün “Mühasibat uçotu haqqında” Qanun və X1 Standartlarına istinad etsə də, nəzərə alınmalıdır ki, həmin normalar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını tənzimləyir. Mühasibat uçotu haqqında qanunvericilik vergi hesabatlarında əks olunmalı məlumatları özündə ehtiv a etmir.

35. Bundan başqa, iddiaçının dəlillərinə əsasən cavabdeh inzibati orqan tərəfindən 2017-ci ilin vergi bəyannamələri ilə bağlı kameral yoxlama aparılmamış, iddiaçı da həmin mövqeyi əsas tutmaqla 2018-ci ilin vergi bəyannamələrini təqdim etmişdir.

36. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyiciləri tərəfindən təqdim edilən istənilən vergi bəyannaməsi üzrə kameral və ya səyyar vergi yoxlamalarının keçirilməsi vergi orqanının vəzifəsi yox, hüquqları kimi nəzərdə tutulmuşdur. Yəni vergi orqanları vergilərin düzgün hesablanması, tam və vaxtında ödənilməsinə nəzarət edilməsi, vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsi ilə bağlı vəzifələrini həyata keçirərkən vergi ödəyiciləri tərəfindən təqdim edilən vergi bəyannamələri üzrə kameral və ya səyyar vergi yoxlama ları keçirmək hüququna malikdirlər.

37. Ona görə də, hazırkı iş üzrə cavabdehin vergi ödəyicisi olan iddiaçının 2017-ci il üzrə təqdim etdiyi vergi bəyannamələri üzrə kameral və ya səyyar yoxlamalar aparmaması iddiaçının 2018-ci il üzrə təqdim etdiyi vergi bəyannamələri üzrə aparılan yoxlamanın qanunsuz və əsassız olduğuna dəlalət edə bilməz.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan hazırkı qərarın 23-cü bəndində qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun davranaraq əsaslı və qanuni qərar qəbul etmişdir.

39. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

40. Y uxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 aprel 2022-ci il tarixli, 21(103)-572/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar