Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1279/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərova qarşı iş üzrə QƏRARDAD GİRİŞ HİSSƏ: Hakim Bədəlov Kəmaləddin Nurəddin oğlu, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərova qarşı cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 12 aprel 2018-ci il tarixli 17/11-İ-33 saylı, 09 iyul 2018-ci il tarixli 17/11-İ-63 saylı, 24 iyul 2018-ci il tarixli 17/11-İ-68 saylı, 10 avqust 2018-ci il tarixli 17/11-İ-74 saylı, 17 sentyabr 2018-ci il tarixli 17/11-İ-79 saylı inzibati aktların ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-3140/2018 saylı, 26 dekabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə 03 aprel 2019-cu il tarixdə, Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdim. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərova qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 12 aprel 2018-ci il tarixli 17/11-İ-33 saylı, 09 iyul 2018-ci il tarixli 17/11-İ-63 saylı, 24 iyul 2018-ci il tarixli 17/11-İ-68 saylı, 10 avqust 2018-ci il tarixli 17/11-İ-74 saylı, 17 sentyabr 2018-ci il tarixli 17/11-İ-79 saylı inzibati aktların ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4419/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qərardadı ilə (hakim: E.Q.Məmmədov) iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, məktublar inzibati aktı xarakterizə edən xüsusiyyətlərə malik olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3140/2018 saylı, 26 dekabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.Ə.Baxışova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bak ı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4419/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı hazırda kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)3140/2018 saylı, 26 dekabr 2018-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. İddiaçının kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən imzalanmamış və tərtib olunmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir. Bununla əlaqədar iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması 03 aprel 2019-cu il tarixinə təyin edilmiş, bu barədə ona müvafiq məhkəmə bil dirişi göndərilməklə həmin tarixədək yuxarıda qeyd olunan çatışmamazlığın aradan qaldırılması təklif olunmuşdur. Lakin iddiaçı mümkünlük məsələsinə baxılması ilə əlaqədar təyin olunmuş iclasda iştirak etməmiş, müəyyən edilmiş müddətdə qeyd edilən nöqsan onun tərəfindən aradan qaldırılmamış, qanunla müəyyən edilmiş tələblərə cavab verən, vəkil tərəfindən tərtib edilib imzalanmış və vəkilin orderi əlavə edilmiş kassasiya şikayəti məhkəmə kollegiyasına təqdim edilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 90.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş şikayətin verilməsinin formasına və məzmununa dair tələblər, müvafiq prosessual qaydalar və Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə görə, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şik ayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. (maddə 67.1, 407.3, 407.4) Azərbaycan Respublikasının İPM-nin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçının hazırkı şikayəti üzrə kassasi ya icraatı mümkün sayıla bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3140/2018 saylı, 26 dekabr 2018-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1279/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1279/2019
03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver