Məhkəmə qərarları › İş №2-1(102)-1279/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1279/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1279/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluğuna xitam verilməsi ilə bağlı sərəncamın ləğvi; işə bərpa; əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1954; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə qarşı “sərəncamın ləğvi, işə bərpa və əmək qabiliyyə tinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1*3)-846/2*22 nömrəli, 12 aprel 2*22-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 3* iyul 2*2*-ci il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə müraciət edərək, 2*2*-ci il avqust ayının 4-dən 2*19-2*2*-ci iş ili üçün növbəti məzuniyyətə buraxılmasını və məzuniyyətinin sonu günü 2*2*2-ci il sentyabrın 8dən dövlət qulluğunun pensiyasına çıxması ilə əlaqədar tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 1* avqust 2*2*-ci il, 55 nömrəli sərəncamı ilə İddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən 2*2*-ci ilin sentyabrın 8-dən tutduğu vəzifədən azad edilərək onun dövlət qulluğuna xitam verilməsi qərara alınmışdır.

3. Bundan sonra iddiaçı 16 sentyabr 2*2*-ci il tarixdə cavabdehə müraciət edərək və əmək qabiliyyətinin olmaması barədə sənəd təqdim edərək 2*2*ci il sentyabr ayının 2-dən 13-dək xəstə olduğunu bildirmiş, bununla əlaqədar olaraq məzuniyyət günlərinin uzadılmasını xahiş etmişdir.

4. Cavabdeh iddiaçının təqdim etdiyi ərizəni nəzərə alaraq 21 sentyabr 2*2*-ci il tarixli, 73, 74 və 295 nömrəli sərəncamlar qəbul edərək özünün 1* avqust 2*2*-ci il, 55 nömrəli sərəncamını ləğv etmiş, məzuniyyət dövründə xəstə olduğu üçün iddiaçının məzuniyyətini 2*2*-ci ilin sentyabrın 14-dən 2*-dək 7 təqd im günü uzatmış, eləcə də “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən pensiyaya çıxması ilə əlaqədar olaraq 2*2*ci il sentyabrın 21-dən tutduğu vəzifəsindən azad etməklə dövlət qulluğuna xitam vermişdir.

5. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək onun barəsində qəbul edilmiş 21.*9.2*2*-ci il tarixli sərəncamın ləğv edilməsini, xəstəlik vərəqələrinə əsasən xəstəliyinə görə müavinət və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir.

6. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, 16.*7.2*21-ci il tarixli 23/3-573 saylı məktubla iddiaçıya 21 sentyabr 2*2*-ci il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən İşlər müdirinin sərəncamı ilə işdən azad edildiyi bildirilmiş və ərizədə qeyd e dilənlərlə bağlı müvafiq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 21.*9.2*2*-ci il tarixli sərəncamının ləğv edilməsi, onun işlədiyi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Maliyyə şöbəsində “baş məsləhətçi” vəzifəsinə bərpa edilməsi, məzuniyyət dövründə xəstəliyi ilə bağlı təqdim etdiyi 866967, 867317 və 874786 nömrəli “əmək qabiliyyətinin olmaması vərəqəsi”nə görə hesablanmalı olan 14.*** manat məbləğində müavinətin hesablanması və ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, o şəxsi ərizəsi nəzərə alınaraq 4 avqust 2*2*-ci il tarixdən növbəti məzuniyyətə buraxılmışdır. Məzuniyyəti 8 sentyabr 2*2*-ci il tarixdə bitməli və işə çıxmalı idi. Lakin 2 sentyabr 2*2*-ci il tarixində halı pisləşdiyindən, xəstəxanaya getmək məcburiyyətində qalmış və ilkin olaraq 13 sentyabr 2*2*-ci il tarixinədək xəstə yatmışdır. Xəstəliyə görə işə çıxa bilmədiyi barədə cavabdeh İdarəyə xəbər vermişdir. 16.*9.2*2*-ci il tarixdə bağ evində olarkən, gözlənilmədən yüksələn təzyiqdən koma vəziyyətinə düşmüş, çağırılmış təcili yardım onu yaxındakı 26 nömrəli xəstəxanaya aparmışdır. Müalicələri ilə bağlı 3 aya yaxın 26 saylı, arada 31 saylı xəstəxanada yatmış, son olaraq 14.12.2*2*-ci il tarixdə xəstəxanadan buraxılmışdır və son “əmək qabiliyyətinin olmaması vərəqəsi”n də işə çıxmalı olduğu gün 15.12.2*2*-ci il tarix qeyd edilmişdir. Lakin cavabdehin 21 sentyabr 2*2*-ci il tarixli sərəncamı ilə işdən azad edilmiş, həmin sərəncam ona təqdim edilməmiş, son haqq-hesab verilməmişdir. Bu barədə məlumat cavabdeh tərəfindən ona ünvanlanmış *3.12.2*2*-ci il tarixli 23-1**1 saylı məktubun məzmunundan məlum olmuş, cavabdehə müraciət etsə də, cavabdehin ona ünvanladığı 16 iyul 2*21-ci il tarixli, 23/3-573 saylı cavab məktubu ilə müraciəti müsbət həll edilməmiş, imtina üçün heç bir əsas göstərilməmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi qeyd edilmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı ərizə ilə müraciət edərək avqustun 4-dən növbəti məzuniyyətə buraxılmasını və məzuniyyətinin son günü, 8 sentyabr 2*2*-ci il tarixdən dövlət qulluğunun pensiyasına çıxmağı ilə əlaqədar tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Həmin ərizəyə əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 55 №-li 1* avqust tarixli sərəncamı ilə 2*2*-ci il sentyabrın 8-dən İddiaçı tutduğu vəzifəsindən azad edilmiş və onun dövlət qulluğuna xitam verilmişdir. İddiaçı, əvvəldən xəstə olması barədə heç bir xəbər verməmiş, yaşayış yeri üzrə poliklinikadan 2*2*-ci il sentyabrın 17-də “Əmək qabiliyyətinin olmaması vərəqəsi”ni (№87*965) təqdim etmiş və 2*2*-ci il sentyabrın 2-dən 13-dək xəstə olduğuna görə onun məzuniyyət günlərinin uzadılması üçün müraciət etmişdir. Sənədləri vaxtında təqdim etmədiyinə və məlumat verməməsinə baxmayaraq İddiaçı uzun illər işlədiyini nəzərə alaraq İşlər müdirinin 73 №-li 21 sentyabr ta rixli sərəncamı ilə onun tutduğu vəzifədən azad edilməsi haqqında sərəncamı ləğv edilərək, onun məzuniyyəti 2*2*-ci il sentyabrın 2*-dək uzadılmış və müavinət hesablanaraq ödənilmişdir. Həmin Əsasnamənin 6-cı maddəsinin 3-cü hissəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Təqdim olunmuş “Əmək qabiliyyətinin olmaması vərəqəsi”ndə (№ 87*965) işə başlama tarixi 14 sentyabr göstərilmiş və bu da şəxsin xəstə olmadığını bildirdiyindən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 21 sentyabr 2*2*-ci il tarixli 74 №-li sərəncamı ilə İddiaçı 21 sentyabr 2*2*-ci il tarixindən tutduğu vəzifəsindən azad edilmiş və dövlət qulluğuna xitam verilmişdi r. İşdən azad olunmasından 2 ay keçdikdən sonra 2*2*-ci il noyabrın 2*-də İddiaçı qeydiyyatda olmadığı Xəzər rayonunun 26 №-li BŞX-nin poliklinikasından 2 ədəd “Əmək qabiliyyəti olmaması vərəqə”lərini (№ 866967 və № 867317) təqdim etmiş və səhhətində problem olmasını bəhanə gətirərək növbəti dəfə xəstəlik vərəqələrinin sənədləşdirilməsini xahiş etmiş, onun dövlət qulluğuna xitam verilməsi və müvafiq sənədləşmələr qanunauyğun həyata keçirildiyindən Xəzər rayonunun 26 №-li BŞXnin poliklinikası tərəfindən verilmiş 2 ədəd “Əmək qabiliyyəti olmaması vərəqə”ləri İddiaçı qaytarılmışdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9*11/2*21 nömrəli, 11 noyabr 2*21-ci il tarixli qərarı ilə (hakim S.İ.Salahova) iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 3 * iyul 2*2*-ci il tarixdə öz təşəbbüsü ilə pensiyaya çıxması ilə əlaqədar dövlət qulluğuna xitam verilməsi üçün ərizə ilə dövlət orqanının rəhbərinə müraciət etmiş, dövlət orqanının rəhbəri isə öz növbəsində qanunvericiliyin tələbinə uyğun olaraq dövlət qulluqçusunun dövlət qulluğuna xitam vermişdir. Buna görə də cavabdehin 21 sentyabr 2*21-ci il tarixli sərəncamı qanuni olmuşdur və onun ləğv olunması və iddiaçının işə bərpa olunması barədə tələbi təmin edilə bilməz. Bundan başqa, iddiaçının əmək qabiliyyətini müvəqqəti itirilməsi ilə bağlı müavinətin ödənilməsi tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçının sərəncamın ləğvi və işə bərpa barədə tələbi təmin edilmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə tə sdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 6-cı, 7-ci və 9-cu normalarına əsasən iddiaçının xəstəlik vərəqələrinə əsasən müavinət ödənilməsi tələbi də təmin edilə bilməz.

12. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1*3)-846/2*22 nömrəli, 12 aprel 2*22-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibat i Məhkəməsinin 2-1(112)-9*11/2*21 nömrəli, 11 noyabr 2*21-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı növbəti məzuniyyətə dair ərizə verərkən, ərizəsində məzuniyyətdən sonra təqaüdə buraxılmasını da qeyd etdiyi, işin mübahisə olunmayan tərəfidir. Lakin həmin ərizənin onun işdən azad edilməsinə dair 21 sentyabr 2*2*-ci il tarixdə sərəncam verilməsi üçün cavabdehə əsas vermir. Çünki iddiaçının xəstələnməsi dəlili, onun işdən ç ıxarılması ilə bağlı vəziyyəti dəyişmişdir. Vəziyyətin dəyişməsi halı qeyd olunan 21 sentyabr 2*2*-ci il tarixdə, eləcə də xəstəxanadan çıxandan sonra məzuniyyət müddətinin bitdiyi və işə çıxmalı olduğu gün hesab edilən 21 dekabr 2*2*-ci il tarixdən əvvəl hər hansı tarixdə onun işdən çıxarılması barədə sərəncam qəbul edilməsi yolverilməzdir. Ona görə də məhkəmə kollegiyası xəstəlik vərəqələrinin ödənilməsi ilə bağlı məsələni həllinə keçməzdən əvvəl mübahisələndirilən 21 sentyabr 2*2*-ci il tarixli sərəncamın qanuniliyini yoxlamalı və onu iddiaçının ərizəsi ilə deyil, qanunvericilikdə müəyyən edilmiş norma və qaydalara uyğunu izah etməli, iddiaçının işçi olaraq, məzuniyyət müddətində və xəstə yatdığı müddətdə onun işdən azad edilməsinin mümkün ola biləcəyi halları şərh etməli, bunu mübahisə ləndirilən sərəncamı qəbul etmiş cavabdehin gətirdiyi dəlillərə nəzərən qeyd etməli və hüquqi əsasları kimi bununla bağlı münasibəti tənzimləyən qanun müddəalarına istinad etməli idi. Mübahisələndirilən sərəncamın əsaslığının sübutetmə vəzifəsinin cavabdehə aid olduğu, lakin cavabdehin bununla bağlı hər hansı dəlili məhkəməyə təqdim etmədiyi nəzərə alınmamışdır. b)

17. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Dövlət qulluğu haqqında” Qanun M a d d ə

33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə;...

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq e dilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” Maddə

6. Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Maddə

7. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydad a verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Maddə

9. Əmək qabiliyyətini müvəqqəti itirmə işçinin işdən çıxarılmasının düzgünlüyü barəsində mübahisə getdiyi dövrdə baş vermişdirsə, müavinət işçi işə bərpa olunduqda verilir. Bu zaman, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin işə bərpa olunma barəsində qərarın çıxarıldığı günədək işə bərpa olunduğu gündən müəssisənin vəsaiti hesabına verilir.

20. İnzibati Prosessual Məcəllə (İPM) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 7*.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yaln ız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər.

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfind ən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səb əblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır (“Vergi ödəyicilərinin 2*17-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2*16-cı il 3* dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2*2*-ci il tarixli Qərardadının 26 və 29-cu bəndləri).

27. Kollegiya nəzərə alır ki, işin müəyyən olunmuş hallarına görə, iddiaçı cavabdeh orqana ünvanladığı 3* iyul 2*2*-ci il tarixli ərizə ilə *4 avqust 2*2*-ci il tarixdən məzuniyyətə buraxılması və məzuniyyətinin son gü nü, *8 sentyabr 2*2*-ci il tarixdən dövlət qulluğunun pensiyasına çıxmağı ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.

28. Beləliklə, iddiaçı ərizəsində iki məsələyə dair aydın iradə ifadəsi qoymuşdur – 1) məzuniyyətə buraxılması; 2) dövlət qulluğuna pensiyaya çıxması ilə əlaqədar xitam verilməsi. İddiaçı daha sonra cavabdeh orqana ünvanladığı 16 sentyabr 2*2*-ci il tarixli ərizəsində isə xəstələndiyini bildirmiş və əmək iqtidarsızılığını təsdiq edən sənədlər təqdim etmişdir. Həmin ərizədə iddiaçı özünün əvvəlki iradəsini, yəni dövlət qulluğuna pensiyaya çıxması ilə əlaqədar xitam verilməsi istəyini geri götürməmişdir. Buna görə də, cavabdeh iddiaçının təqdim etdiyi ərizəni nəzərə alaraq 21 sentyabr 2*2*-ci il tarixli, 73, 74 və 295 nömrəli sərəncamlar qəbul edərək özünün 1* avqust 2*2*-ci il, 55 nömrəli sərəncamını ləğv etmiş, məzuniyyət dövründə xəstə olduğu üçün iddiaçının məzuniyyətini 2*2*-ci ilin sentyabrın 14-dən 2*-dək 7 təqdim günü uzatmış, eləcə də “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən pensiyaya çıxması ilə əlaqədar olaraq 2*2*-ci il sentyabrın 21-dən tutduğu vəzifəsindən azad etməklə dövlət qulluğuna xitam vermişdir.

29. Beləlikllə, cavabdeh qanuni və əsaslı olaraq əmək iqtidradsızlığı ilə bağlı sənədləri nəzərə almaqla özünün əvvəlki aktını ləğv etmiş, iddiaçının məzuniyyət günlərinin sayını uzatmış, eyni zamanda iddiaçının dövlət qulluğuna pensiyaya çıxması ilə əlaqədar xitam verilməsinə dair iradəsinin hələ də qüvvədə qaldığını nəzərə almaqla məzuniyyət günlərinin bitdiyi gündən onun dövlət qulluğuna xitam vermiş dir.

30. Xüsusi olaraq qeyd olunmalıdır ki, dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilməsi barədə cavabdeh orqanın 21 sentyabr 2*2*-ci il tarixli sərəncamı qəbul olunduqdan xeyli müddət sonra iddiaçı tərəfindən “Əmək qabiliyyəti olmaması barədə” yeni vərəqələr təqdim edilmişdir. Həmin vərəqələr artıq iddiaçının dövlət qulluğuna xitam verildikdən sonra təqdim edildiyi, eləcə də iddiaçı özünün xəstəliyinin davam etdiyi barədə cavabdehi hər hansı qaydada əvvəlcədən məlumatlandırmağı üçün onların cavabdeh tərəfindən nəzərə alınmaması əsaslı olmuşdur.

31. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın 21 sentyabr 2*2*ci il tarixli sərəncamının qanuna zidd olması, bunun nəticəsində iddiaçının hüquqlarının pozulması, eləcə də inzibati akt qəbul edilərkən inzibati icraatın inz ibati orqanın qərarına təsir edən şəkildə pozulması halları iş üzrə öz təsdiqini tapmamışdır.

32. Eyni zamanda, mübahisələndirilən sərəncamın ləğv edilməsi üçün hər hansı əsas olmadığından və digər tələblərlə həmin inzibati aktın ləğv edilməsi tələbi arasında səbəbli əlaqə mövcud olduğundan, iddiaçının dövlət qulluğuna bərpa edilməsi, məzuniyyət dövründə xəstəliyi ilə bağlı təqdim etdiyi 866967, 867317 və 874786 nömrəli “əmək qabiliyyətinin olmaması vərəqəsi”nə görə hesablanmalı olan 14.*** manat məbləğində müavinətin hesablanması və ona ödənilməsi barədə tələbləri də təmin oluna bilməz.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1*3)-846/2*22 n ömrəli, 12 aprel 2*22-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar