Məhkəmə qərarları › İş №2-1(102)-1279/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1279/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1279/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehna qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünsüzlüyü; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə əvvəllər baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı Cavabdehna qarşı “istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiyanın və əmək haqqının bir faizi həcmində ödəncin hesablanıb ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 -1(103)1293/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1994-cü ildən hazırkı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişikliklər, inflyasiya faktları nəzərə alınaraq indeksləşmə aparılmaqla, məbləği dəqiq hesablanıb göstərilməklə, 1993/1994-cü iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində kompensasiya məbləğinin ona hesablanıb ödənilməsi və həmin əmə k haqqının ödənişinin gecikdirilməsinə görə 01 yanvar 1995-ci ildən məhkəmə qərarı icra olunan günə kimi hər gün üçün həmin əmək haqqının bir faizi həcmində ödənc hesablanıb ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

2. İddianın əsaslarına görə, iddiaçı 25 ildən artıq Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Məhkəmə qərarlarında ona ödənilməli kompensasiyanın məbləği göstərilməmişdir. Bu da Baş Prokurorluğun Maddi-Texniki Təminat şöbəsinin kompensasiya və ödənc hesablamağa cavabdeh müvafiq vəzifəli şəxslərinin həmin hesablamalarda manipulyasiya etmələrinə imkan vermişdir. Qanunun tələbinə əsaslanaraq hesab edir ki, kompensasiyanın məbləği Quba rayon prokurorunun 15 ildən artıq iş sta jı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində hesablanmalı, ona hesablanmalı olan kompensasiyanın və ödəncin məbləği məhkəmə qərarında göstərilməlidir. Cavabdeh tərəfindən məhkəmə qərarı hazırkı vaxta qədər icra olunmadığına, həmin kompensasiya (əmək haqqı) hazırkı vaxta kimi ödənmədiyinə görə ən azı 01 yanvar 1995-ci ildən 01 yanvar 2022-ci ilə kimi gecikdirilən 27 il və ya 9855 (doqquz min səkkiz yüz əlli beş) gün üçün cavabdeh hər günə gecikdirilən əmək haqqının bir faizindən az olmayaraq ona ödənc hesablayıb ödəməlidir. Ödənc ödənməsi də cavabdehin təqsirindən həyata keçirilmədiyindən ödənməli ödəncin məbləği də hazırkı Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqına uyğun müəyyən edilməlidir. Cavabdeh bunu kö nüllü həyata keçirməkdə imtina etdiyindən hesab edir ki, ona ödənilməli kompensasiya və ödənc məbləğləri qanun normalarına istinadən 1994-cü ildən hazırkı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişikliklər, inflyasiya faktları nəzərə alınaraq indeksləşmə aparılmaqla məhkəmə qərarına əsasənməhkəmə qaydasında müəyyən edilməlidir, yəni ona ödənməli kompensasiya və ödənc məbləğləri məhkəmə qərarında öz əksini tapmalıdır. Əmək haqlarının həcmi barədə arayış məhkəməyə Cavabdeh tərəfindən təqdim edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinə görə Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi Mülki qanunvericiliyin prinsiplərinə daxildir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia “1994-cü ildən hazır kı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişiklər, inflyasiya faktları nəzərə alınaraq indeksləşmə aparılmaqla, məbləği dəqiq hesablanıb göstərilməklə, 1993/1994-cü iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində kompensasiya məbləğinin ona hesablanıb ödənilməsi” hissəsində mümkün sayılmamışdır.

4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəyə əvvəllər inzibati məhkəmə icraatı qaydasında baxılaraq iddianın qismən təmin olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən iddia mümkün sayılmamalıdır.

5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi ni və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1293/2023 nömrəli 23 fevral 2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır.

7. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.

10. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası qərar qəbul edərkən prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, onun iddiasına mahiyyəti üzrə baxmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağl ı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdi r. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilir.

14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

16. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı eyni cavabdehə qarşı 1982-1999-cu illərdə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilməsi tələbinə dair əvvəllər 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, 1994-cü ildə istifadə etmədiyi 1993/1994-cü iş ili hesabına əmək məzuniyyətinə görə İd diaçı kompensasiyanın hesablanıb ödənilməsi vəzifəsi Cavabdehna həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qərar qanuni qüvvəsini almışdır.

17. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ilə bağlı əvvəllər məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edildiyindən və mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan, hazırkı məzmunda iddia tələbinin mümkünsüzlüyü barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

18. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin ləğvinə əsas vermir.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 2-1(103)-1293/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar