Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1279/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sabiq hakim kimi təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki əmək haqqlarının orta aylıq məbləğinin əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 80 faizi miqda rında pensiya təyin olunmaqla əmək pensiyası məbləğinin yenidən hesablaması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(107)-644/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hakim vəzifəsində işləmiş və onun hakim kimi iş stajı 21 il 10 ay 6 gün təşkil etmişdir. Hakim vəzifəsində olmanın son yaş həddinə, yəni, 65 yaşına çatdığına görə xx.xx.2022-ci ildə səlahiyyətlərinə xitam verilmişdir. Son 24 ay ərzində ödənilmiş əmək haqları barədə müv afiq dövlət orqanının maliyyə arayışını cavabdehə təqdim etdikdən sonra ona xx.xx.2022-ci il tarixindən “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinə əsasən hakim vəzifəsində aldığı son 24 ayın orta aylıq əmək haqlarının 70,5 faizi məbləğində pensiya təyin olunmuşdur.
2. Təyin olunmuş pensiyanın faiz miqdarı ilə razılaşmayaraq iddiaçı cavabdehə müraciət edərək hakim vəzifəsində aldığı son 24 ayın orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********5 saylı cavab məktubunda bildirmişdir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya yaşına çatmış sabiq hakimlə rə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir. Əmək pensiyasının faiz dərəcəsinin 80-ə çatdırılması məsələsinə hakim işlədiyi müddətin son 60 ayı ərzində ödənilmiş əmək haqqı barədə müvafiq dövlət orqanının arayışı Mərkəzi Filiala təqdim olunduqdan sonra baxıla bilər.
3. Bundan sonra xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnzibati məhkəmə sədrlərinin vəzifə maaşı barədə 24 yanvar 2023-cü il tarixli 3-16-8/2-94/23 nömrəli, 01 oktyabr 2012-ci il tarixindən 01 oktyabr 2017-ci il tarixinədək Şəki İnzibati Məhkəməsinin sədri vəzifəsində, həmçinin 01 iyul 2017-ci il tarixindən 01 iyul 2022-ci il tarixinədək müvafiq dövrlərdə həm Şəki İnzibati Məhkəməsinin, həm də Mingəçevir Şəhər Məhkəməsinin sədri vəzifəsində, eləcədə Gəncə İnzibati Məhkəməsinin hakimi vəzifəsində işlədiyi son beş ilin əmək haqları barədə 24 yanvar 2023-cü il tarixli 316-8/2-93/23 və 3-16-8/2-95/23 nömrəli arayışlarını cavabdehə təqdim edərək, həmin arayışları daha əvvəl təqdim etdiyi 9 iyul 2022-ci il tarixinə son 24 ayın orta əmək haqqı məbləği ilə müqayisəli şəkildə təhlil edib, barəsində daha üstün sosial müdafiə təminatını təmin edən pensiya təyinatı aparılmasını xahiş etmişdir.
4. Cavabdeh 01 mart 2023-cü il tarixli, 3-17-1/2-0-42908/2023 nömrəli cavab məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 24 yanvar 2023-cü il tarixli 3-16-8/2-94/23 nömrəli və 24 yanvar 2023-cü il tarixli 3-16-8/2-95/2023 nömrəli arayışlarına əsasən İddiaçı əmək pensiyası müraciətində göstərdiyi xx.xx.2017 xx.xx.2022-ci il tarixləri arasındakı dövr əsas götürülməklə hesablanacağı təqdirdə vaxtilə işlədiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2396,25 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1078,31 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 599,06 manat, digər növ əlavələr 3078,21 manat olmaqla iddiaçının orta aylıq əmək haqqı 7151,83 manat təşkil edəcəkdir. Belə olan halda İddiaçı əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 21 İl 10 ay 6 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (7151,83 manat) 80 faizi - 5721,46 manat məbləğində hesablanacaqdır. Göründüyü kimi, iddiaçının ərizəsində qeyd etdiyi dövr vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı hesablanarkən əsas götürülərsə, 9 iyul 2022-ci il tarixinə əmək pensiyasının məbləği 6286,91 manatdan 5721,46 manata azalacaqdır. Bu səbəbdən də İddiaçı əmək pensiyasının yenidən hesablanması təxirə salınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki əmək haqqlarının orta aylıq məbləğinin əmək haqqındaki sonraki artımlar da nəzərə alınmaqla 80 faizi miqdarında pensiya təyin olunmaqla əmək pensiyası məbləğinin yenidən hesablaması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödən ilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini işin hallarına uyğun əsaslandırmışdır və əlavə olaraq qeyd etmişdir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda və “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəfələrlə edilmiş dəyişikliklərin nəticəsində fəaliyyətdə olan hakimlərin sosial müdafiə təminatları ilə bağlı hüquqi vəziyyəti ciddi dəyişikliklərə məruz qalmışdır. İlk əvvəl “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda hakimlərə müəyyən yaş həddinə çatmaqla heç bir hakimlik stajı ilə bağlı olmayan və aldıqları vəzifə maaşının 80 faizi məbləğində qanunla müəyyənləşdirilmiş pensiya hüququ verilmişdisə, daha sonra qanunvericilyin müddəaları dəyişdirilmiş və nəticə etibarı ilə “Əmək Pensiyaları haqqında” Qanun bu hüququn əldə olunmasını əvvəlcə ən azı 5 il, daha sonra isə 15 illik hakimlik stajına bağlamış və hakimlərin stajından asılı olaraq pensiyanın miqdarı differensiyasiya olunaraq hakim vəzifəsində aldıqları son 24 ay və ya istənilən ardıcıl gələn 60 ay ərzindəki orta aylıq əmək haqqının 50 faizindən 80 faizədək məbləğində müəyyən edilmişdir. Halbuki, qeyd edilən dəyişiklərədək səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlər hakim vəzifəsində işlədikləri müddətlərdən asılı olmayaraq axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının 80 faizi miqdarında pensiya təminatı hüququna malik idilər. Hazırki vəziyyət, yəni cavabdehin “Əmək Pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsaslanaraq mənə son 24 ayı n orta aylıq əmək haqqının (vəzifə maaşının) 80 faizi əvəzinə 70.5 faiz məbləğində pensiya təyin etməsi əsassız olmaqla bərabər, həm də mövcud məhkəmə təcrübəsindən uzaqlaşmaq kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, ƏPH Qanunun 20.7-ci maddəsi sadəcə olaraq hakimlərə özlərinin daha üstün sosial müdafiə təminatlarını təmin etmək üçün hakim vəzifəsindəki fəaliyyətlərinin son 24 ayı, və ya istənilən ardıcıl gələn 60 ay ərzindəki orta aylıq əmək haqqını seçməkdə alternativ seçim hüququ vermişdir ki, işlədikləri dövrdə mövcud olmuş daha üstün maddi və sosial müdafiə təminatları əldə edə bilsinlər. AR KM Plenumunun 18 iyul 2008-ci il tarixli qərarımda qeyd olunmuşdur ki, “Konstitusiyanın və beynəlxalq hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddi-sosial imti yaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqqədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149- cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddə ası ilə ziddiyyət təşkil edə bilər. Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır”. Konstitusiya Məhkəməsi əvvəllər qəbul etdiyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106 və 109-cu maddələrinin müvafiq müddəaların şərh edilməsinə dair 23 yanvar 2001-ci il və 27 iyun 2001-ci il tarixli qərarlarında da hakimlərin maddi və sosial təminatlarını Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsi kimi qiymətləndirməklə belə bir mövqe m üəyyənləşdirmişdir ki, dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşəkarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir. Konstitusiya Məhkəməsi Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu tarixli qərarında qeyd etmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş “Məhkəmə hakimiyyətinin müstəqilliyinin əsas Prisipləri”nin 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər bir dövlət məhkəmə hakimiyyətinin mütləq şəkildə öz funksiyalarını yerinə yetirə bilməsi üçün kifayət qədər vəsait ayırmağa borcludur. “Hakimlərin Statusuna dair Avropa Xartiyasf’nm 6.1-ci maddəsində göstərilir: “Hakimlər öz funksiyalarını həyata keçirərkən onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər”. Yuxarıda şərh olunan milli hüquq və beynəlxalq-hüquqi aktların müddəalarından hasil olunan nəticə budur ki, pensiya məbləğinin hakim vəzifəsində işləmə müddətlərindən asılı olaraq müəyyən faiz dərəcələrinə görə hesablanması qaydası müəyyənləşdirən hazırda qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsi həmin dəyişiklərədək hakimlərin malik olduqları pensiya təminatına əngəl törətməməlidir. Beləliklə, həm milli hüquqda, həm də beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normaların hakimlərin müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir.
7. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1851/2023 nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia təmin edilərək, iddiaçıya a təyin olunmuş pensiyanın onun hakim vəzifəsində son 24 aylıq orta əmək haqqısının (əmək haqqındaki sonrakı artımlar nəzərə alınmaqla) 80 faizi miqdarında yenidən hesablanması və yaranan fərq məbləğinin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehə üzərinə qoyulmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının hakim kimi iş stajı 21 il 10 ay 6 gündür.Yəni,10 illik fəaliyyətə münasibətdə orta aylıq əmək haqqının 55 faizi miqdarında,11 il 10 ay 6 günə münasibətdə isə qanunda nəzərdə tutulan maksimum aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan orta aylıq məbləğ hesablanmalıdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(107)-644/2023 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov -sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Cavadova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün «Hakimlərin Statusuna dair Avropa Xartiyasının» 6.4-cü maddəsinə, “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrin in şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına istinad etmişdir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 5-ci bəndinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddələrinə istinad edilərək qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı deyildir. Belə ki, iddiaçıya hakim vəzifəsində aldığı son 24 ayın orta aylıq məbləğinin əmək haqqı ndakı sonrakı artımlarda nəzərə alınmaqla 21 il 10 ay 6 gün hakim kimi iş stajı əsasında cəmi dövlət məvacibinin 70,50 faizi məbləğində pensiya təyin edilməsi qanunauyğun və əsaslı olmuşdur. İddiaçı tərəfindən təqdim edilən istənilən 5 ilin və son 5 ilin əmək haqqı arayışları, həmçinin son 24 ayın əmək haqqı arayışındakı məbləğlərlə müqayisəli səkildə təhlil edilərək İddiaçı barəsində daha üstün sosial müdafiə təminatı aparılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(107)-644/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Hakimlərin Statusuna dair” Avropa Xartiyası
18. Azərbaycan Respublika sının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 109 Hakimlərin sosial müdafiəsi (xx.xx.2021-ci il tarixədək olan redaksiya) 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlard an əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 yanvar 2006-cı il tarixdən 1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nə zərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiya sının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı ayla rının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.7-1. Bu Qanunun 20.1.4-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq hakimin hakimlik stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.
21. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses işti rakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndiri lir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməm əsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. 23. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrini n şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 avqust 2008-ci il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normal arının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya sabiq hakim kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlıdır.
30. Cavabdehin imtina məktubunun, iddiaya dair etirazın, eləcə də apellyasiya və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçıya 21 il 10 ay 6 gün hakim kimi iş stajı əsasında cəmi dövlət məvacibinin 70,50 faizi (15 il iş stajı üçün - 50%, 15 ildən yuxarı iş stajı üçün - 18% (21 il-15 il= 06 il; hər ilə görə 03% əlavə yəni, 06x03=18); 10 ay - 2,5% 50% + 18% + 2,5% = 70,50%) məbləğində pensiya təyin edilməsi qanunauyğun və əsaslı olmuşdur.
31. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edərək bildirir ki, aşağı instansiya məhkəmələrinin mövqeyi formalaşmış məhkəmə təcrübəsinə və qanunvericiliyə tam uyğundur.
32. Belə ki, “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğu n maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır.
33. Hazırkı mübahisəyə münasibətdə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalq hüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-h üquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.
35. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir.
36. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri ) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən onun 21 il 10 ay 6 gün stajı nəzərə alınaraq 10 illik fəaliyyətə münasibətdə orta aylıq əmək haqqının 55 faizi miqdarında, 11 il 10 ay 6 günə münasibətdə isə qanunda nəzərdə tutulan maksimum aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan orta aylıq məbləğ hesablanmalıdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əmək pensiyasının yenidən hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
38. M əhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
39. Apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarı n 17-21(a) və 23-cü bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 21(107)-644/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.