Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-128/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxslər X3, X4, X6 və Əmlak Məsələləri Dövlət Xidməti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxslər X3, X4, X6 və Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0.70 ha torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2023-cü il tarixli, 21(107)-154/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 nömrəli qərarı ilə 0.70 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin (X3, X4, X6) mülkiyyətinə verilmiş və adlarına JN-119A 40608018 nömrəli torpağı n mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır.
2. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 nömrəli qərarı ilə 0.26 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin (X3, X4, X6) mülkiyyətinə verilmiş, JN-119F 40608018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmış, şəhadətnamə 6861 nömrə ilə qeydə alınmışdır.
3. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli, 03 nömrəli qərarı ilə 1.05 ha həyətyanı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin (X3, X7, X4, X6) mülkiyyətinə verilmiş və adlarına JN 40608018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmış, 9746 nömrə ilə qeydə alınmışdır.
4. İddiaçı JN-119A 40608018 nömrəli torpağın mülkiyyətə verilməsi nə dair şəhadətnamə əsasında verilmiş 0.70 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 12 dekabr 2019-cu il tarixli məktubla imtina edərək bildirmişdir, JN-119A 40608018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsi, ləğv edilmiş DTXK-nin Qəbələ rayon şöbəsi tərəfindən təhvil verilmiş arxiv materiallarında mövcud deyildir. Həmçinin, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qeydiyyat kitabında müvafiq qeydiyyatın olması barədə məlumat yoxdur. Torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə müvafiq sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması məsələsinə dövlət və bələdiyyə mülkiyyətində olan bütün kateqoriyalı torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal xəritəsinin tərtib edilməsi prosesinin gedişində baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0.70 ha torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini hazırki qərarın 1 və 4-cü bəndlərində sadalanan işin faktiki hallarına istinad etməklə əsaslandırmışdır.
7. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazının əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Əlavə olaraq bildirmişdir ki, torpağın mülkiyyətə verilm əsinə dair şəhadətnamədə torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.70 ha, faktiki torpaq sahəsi 0.68 ha təşkil edir. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında torpaq sahəsinin 0.40 ha hissəsi kənd təsərrüfatı təyinatlı kolluq ərazi, 0.10 ha hissəsi kənd təsərrüfatı təyinatlı ərazi, 0.18 ha hissəsi isə yol yeri kimi öz əksini tapmışdır.
8. İşin məhkəmə araşdırması zamanı “Qəbələ rayonu Zarağan kənd vətəndaşlarının istifadəsində olan qanuni həyətyanı və normadan artıq torpaq sahələrinin Siyahısı” ilə müəyyən olunmuşdur ki, iddiaçının adı həmin siyahıda 518 nömrəli aktla qeydə alınmış, ailə üzvü 5 nəfər, sahə 0.10 ha, zəbt 0.44 ha göstərilmişdir. 9. “Qəbələ rayon Zarağan kənd inzibati ərazisində torpaq payı almaq hüququ olan subyektlərin Siyahısı” ilə müəyyən edilmişdir ki, iddiaçı və onun ailə üzvlərinin (X3, X7, X4, X6) adları siyahıda 232-ci sırada göstərilmiş, qaytanlanmış kitabda həyətyanı sahə 0.10 ha, faktiki torpaq sahəsi 0.26 ha qeyd edilmişdir. 10. “Qəbələ rayon Zarağan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid Cədvəl”lə müəyyən edilmişdir ki, iddiaçı və onun ailə üzvlərinin(X3, X7, X4, X6) adları cədvəldə 119-cu sırada qeyd edilmiş, qanuni istifadədə olan torpaq sahəsinin 0.10 ha olduğu göstərilmişdir. Həmçinin, iddiaçının ailə üzvü olan oğlu Orxan Nəbiyevin adının qarşısında ailə üzvü 1 nəfər olmaqla, qanuni istifadəsində 0.12 ha torpaq sahəsinin olması qeyd edilmişdir.
11. Şəki İnzibati Məhkəməsinin (hakim: İ.H.Cabbarov) 15 fevral 2021-ci il tarixli 21(116)-109/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan mütəxəssis rəyində qeyd edilmişdir ki, faktiki naturada ölçülmüş torpaq sahəsi Qəbələ rayonu Zarağan kənd İnzibati Ərazi Dairəsinin sərhədi daxilində kənd təsərrüfatı təyinatlı, bələdiyyə mülkiyyətinə aid torpaqlarda yerləşir. Belə ki, cavabdeh tərəfindən surəti təsdiq edilərək məhkəməyə təqdim edilən JN-119F nömrəli şəhadətnamə DTXK-nin Qəbələ rayon şöbəsinin müdiri “T.Məmmədov” tərəfindən imza edildiyi halda, eyni tarixli və nömrəli qərara əsasən verilən 0.70 ha torpaq sahəsinə dair tərtib edilmiş və iddiaçı tərəfindən iş materiallarına əlavə edilən JN-119A nömrəli şəhadətnamə digər şəxs, DTXK-nin Qəbələ rayon şöbəsinin müdiri “İ.Hacıyev” və Dövlət Yerquruluşu və Layihə İnstitutunun əməkdaşı “H.Ə lisoltanov” tərəfindən imzalanmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi şəhadətnamədə tərtib olunma (hazırlanma) tarixi qeyd olunmamışdır. Həmin şəhadətnamənin nə zaman verildiyini müəyyən etmək mümkün deyildir. Həmçinin, həyətyanı torpaq sahələrinə aid Cədvəlin təsdiq edilmiş surətindən müəyyən edilmişdir ki, iddiaçı və onun ailə üzvlərinin qanuni istifadəsində 0.10 ha, faktiki istifadəsində 0.26 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuşdur. İddiaçının JN119A nömrəli şəhadətnamə əsasında 0.70 ha həyətyanı torpaq sahəsinə malik olması öz təsdiqini tapmır.
13. Bundan başqa, cavabdeh orqanın etiraz məktubuna əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilən JN-119A saylı Şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində olan arxiv materiallarında mövcud deyil v ə təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitabında müvafiq qeydlər aparılmamışdır. İddiaçının hüququnun dövlət qeydiyyatına alınmasından imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə, həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsaslar olmadığından iddia tələbi rədd edilməlidir.
14. Eyni zamanda, Şəki İnzibati Məhkəməsi (hakim: İ.H.Cabbarov) tərəfindən hazırkı iş üzrə 15 fevral 2021-ci il tarixli 2-1(116)-109/2021 nömrəli xüsusi qərardad qəbul edilmişdir.
15. Xüsusi qərardadda qeyd edilmişdir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət, istifad ə və ya icarə hüququnu pozma), 313-cü (vəzifə saxtakarlığı) və 320-ci maddəsində (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) nəzərdə tutulmuş cinayətin əlamətləri mövcuddur. Ona görə də, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna xəbər verilməlidir.
16. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və İ.H.Şükürov) 21 may 2021-ci il tarixli, 2-1(107)221/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(116)-109/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İddiaçı qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və İ.Ə.Şəfiyev) 22 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1609/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2021-ci il tarixli, 2-1(107)22 1/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 nömrəli qərarına əsasən DTXK-nın Qəbələ rayon şöbəsi tərəfindən 0.70 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-119AKOD 40608018 nömrəli şəhadətnamə mövcuddur ki, həmin şəhadətnamədə iddiaçıdan başqa daha 3 nəfərin soyadları yazılmışdır. Sözügedən torpaq sahəsi iddiaçı ilə bərabər daha 3 nəfərin (onun ailə üzvlərinin) birgə mülkiyyətinə verilmişdir. Lakin sözügedən 0.70 hektar torpaq sahəsi ilə bağlı yalnız bir şəxs, yəni hazırkı işdə iddiaçı olan İddiaçı məhkəmədə iddia qaldırmış, digər 3 nəfərin isə bu məsələyə münasibəti aydınlaşdırılmamışdır. Belə ki, işdə onların adlarından çıxış etmək üçün iddiaçıya səlahiyyət verilməsi və ya tələbin güzəşti barədə hər hansı bir rəsmi sənəd mövcud deyildir. Buna görə də apelyasiya məhkəməsində işə təkrar baxıldığı zaman sözügedən məsələ tam və hərtərəfli araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın mümkün olubolmamasına münasibət bildirilməlidir.
22. Digər tərəfdən, iddiaçının əsaslandığı 7N-119A KOD-40608018 nömrəli şəhadətnamədə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarına və cavabdehin təqdim etdiyi 7N-518 KOD 40608018 nömrəli şəhadətnamədə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli 03 nömrəli qərarına istinad edilsə də, sözügedən qərarlar iş materiallarında mövcud deyildir, Halbuki, məhz bu qərarlar adıçəkilən şəhadətnamələri n verilməsinə səbəb olmuşdur ki, bu da İPM-nin 12.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
23. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsi 21 may 2021-ci il tarixli qərarında “İş materiallarında olan mütəxəssis rəyində qeyd edilir ki, faktiki naturada ölçülmüş torpaq sahəsi Qəbələ rayonu Zarağan kənd İnzibati Ərazi Dairəsinin sərhədi daxilində kənd təsərrüfatı təyinatlı, bələdiyyə mülkiyyətinə aid torpaqlarda yerləşir. Belə ki, cavabdeh tərəfindən surətləri təsdiq edilərək məhkəməyə təqdim edilən JN-119F nömrəli şəhadətnamə DTXK-nin Qəbələ rayon şöbəsinin müdiri “T.Məmmədov” tərəfindən imza edildiyi halda, eyni tarixli və nömrəli qərara əsasən verilən 0.70 ha torpaq sahəsinə dair tərtib edilmiş və iddiaçı tərəfindən iş materiallarına əlavə edilən JN-119A nömrə li Şəhadətnamə digər şəxs, DTXK-nin Qəbələ rayon şöbəsinin müdiri “İ.Hacıyev” və Dövlət Yerquruluşu və Layihə İnstitutunun əməkdaşı “H.Əlisoltanov” tərəfindən imzalanmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi şəhadətnamədə tərtib olunma (hazırlanma) tarixi qeyd olunmamışdır. Həmin şəhadətnamənin nə zaman verildiyini müəyyən etmək mümkün deyil. Həmçinin, həyətyanı torpaq sahələrinə aid Cədvəlin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı və onun ailə üzvlərinin qanuni istifadəsində 0.10 ha, faktiki istifadəsində 0.26 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuşdur. İddiaçının JN119A nömrəli Şəhadətnamə əsasında 0.70 ha həyətyanı torpaq sahəsinə malik olması öz təsdiqini tapmır”, yazdığı halda, sözügedən ziddiyyətlərin və uyğunsuzluqların yoxlanılaraq aradan qaldırması istiqa mətində hər hansı hərəkət etməmişdir. Halbuki, DTXK ləğv edildiyi zaman onun səlahiyyətləri Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nəzdində yaradılmış X5 verilmiş və işin yuxarıda göstərilmiş ziddiyyətli məqamlarının hamısını, həmin Agentliyə müvafiq sorğular göndərməklə və Agentliyi isə üçüncü şəxs qismində işə cəlb etməklə araşdırmaq tələb olunurdu. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
24. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ş.Hüseynov /sədrlik edən və məruzəçi/, A.A.Mahmudov və Ə.T.Məcidov) 16 noyabr 2021-ci il tarixli, 21(107)-454/2021 nömrəli qərardadı ilə iddiaçının ailə üzvləri X3, X4, X6 və Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.
25. Şəki Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının (hakimlər: E.Ş.Hüseynov /sədrlik edən və məruzəçi/, A.A.Mahmudov və Ə.T.Məcidov) 17 may 2022-ci il tarixli, 21(107)-37/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2-1(116)-109/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 fevral 2022- ci il tarixli **********52 nömrəli məhkəmənin sorğusuna cavab məktubu ilə müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanın arxivində JN-119A saylı torpağın mülkiyyətə verilməsinə dair şəha dətnamənin arxiv nüsxəsi mövcud deyildir. Həmçinin, ləğv edilmiş DTXK-nin ərazi şöbəsindən təhvil verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyat kitabında müvafiq qeydiyyat aparılmamışdır. Mövcud olan elektron kadastr baza məlumatlarında sözügedən həmin şəhadətnamə öz əksini tapmamışdır. Göründüyü kimi, iddiaçının JN119A nömrəli şəhadətnamə əsasında 0.70 ha həyətyanı torpaq sahəsinə malik olması öz təsdiqini tapmır. İddiaçı tərəfindən təqdim edilib iş materiallarına əlavə olunan JN-119A saylı Şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində olan arxiv materiallarında mövcud deyil və İdarəyə təhvil verilmiş Şəhadətnamələrin qeydiyyat kitabında müvafiq qeydlər aparılmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının özünün və onun ailə üzvlərinin qanuni isti fadəsində 0.70 həyətyanı torpaq sahəsinin olması barədə bəyanatı əsassız olmaqla, toplanmış sübutlarla təkzib olunur.
27. Həmçinin, Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli 26 nömrəli qərarı ilə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 0.26 ha həyətyanı torpaq sahəsi (JN-119F kod 40608018 nömrəli şəhadətnamə) verilmişdir. Sözügedən torpaq sahəsi iddiaçı ilə bərabər daha 3 nəfərin (onun ailə üzvlərinin) birgə mülkiyyətinə verilmişdir. Digər 3 nəfər birgə mülkiyyətçinin məsələyə münasibəti araşdırılması üçün məhkəmə kollegiyasının qərardadı ilə həmin şəxslər məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmiş və bu barədə lazımi qaydada məlumatlandırılmışlar. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə kollegiyasının iclaslar ına gəlmədiklərindən onların iddia tələbinə münasibətlərini aydınlaşdırmaq mümkün olmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi təmin edilməməlidir.
28. İddiaçı qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar yeni qəbul olunmasını xahiş etmişdir. e) kassasiya instansiya məhkəməsində ikinci icraat
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.Ə.Kərimov /sədrlik edən və məruzəçi/, B,F.Qəribov və B.M.Məmmədli) 24 noyabr 2022ci il tarixli, 2-1(102)-1698/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 17 may 2022-ci il tarixli, 2-1(107)37/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
30. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərini natamam icra etmiş, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Belə ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 nömrəli qərarı iş üzrə materiallara əlavə edilsə də, həmin qərarla təsdiq olunmuş 28 noyabr 1997-ci il tarixli, 15 nömrəli qərarın, həmçinin Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli, 03 nömrəli qərarı ilə təsdiq olunmuş 25 aprel 2002-ci il tarixli, 13 nömrəli qərarın tələb e dilərək məhkəməyə təqdim olunması və qeyd edilən qərarların tədqiq olunması təmin edilməmişdir.
31. Bundan başqa, JN-119F nömrəli və JN-119A nömrəli şəhadətnamələrə imza etmiş adıçəkilən şəxslərin həmin dövrdə həmin qurumda işlədikləri və imza səlahiyyətinə malik olduqları yoxlanılmamışdır. Bu məqsədlə aidiyyəti qurumlara sorğu göndərilməmiş, qeyd olunan dövrdə quruma aid arxiv sənədləri tələb olunaraq araşdırılmamışdır. ə) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
32. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cavadova /sədrlik edən və məruzəçi/, M.A.Əsədli və E.M.Mehdiyev) 30 may 2023-cü il tarixli, 21(107)-154/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2-1(116)-109/2021 nömrəl i qərarı dəyişdirilmədən saxlanılmışdır.
33. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsinin göstərişlərə uyğun olaraq, məhkəmə, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 nömrəli qərarı ilə təsdiq olunmuş 28 noyabr 1997-ci il tarixli, 15 nömrəli qərarını, həmçinin, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli, 03 nömrəli qərarı ilə təsdiq olunmuş 25 aprel 2002-ci il tarixli, 13 nömrəli qərarını 01 mart 2023-cü il tarixdə sorğu verərək tələb etmiş və tədqiq etmişdir. Belə ki, Qəbələ rayon Zarağan kəndi T.İsmayılov adına kolxozun X15 Komissiyasının 28 noyabr 1997-ci il tarixli, 15 nömrəli iclas protokolu ilə Qəbələ rayonu T.İs mayılov adına kolxozun ərazisində aparılan torpaq islahatı ilə əlaqədar olaraq işlənib hazırlanmış kompleks yerquruluşu layihəsinin təsdiq edilməsi, T.İsmayılov adına kolxozun ərazisində olan Zarağan, Aydınqışlaq və Daşlıca kəndlərində yaşayan torpaq payı alacaq subyektlərin 4912 nəfərdən ibarət siyahısının təsdiq edilməsi və sair məsələlərə dair qərar qəbul edilmişdir. Qəbələ rayonu T.İsmayılov adına kolxozun X15 Komissiyasının 25 aprel 2002-ci il tarixli, 13 saylı iclasının qərarı ilə təsərrüfatın Zarağan və Daşça kəndlərinin ərazisindən torpaq payı almış və sonradan torpaqların mülkiyyətə verilməsinə dair dövlət aktlarını itirmiş vətəndaşlar barəsində təqdim edilmiş arayışın nəzərə alınması və sair məsələlərə dair qərar qəbul edilmişdir. Bundan başqa, məhkəmə tərəfindən JN-119F nömrəli Şəhadətnamə və JN-119A nömrəli Şəhadətnamələrə imza etmiş şəxslərin səlahiyyətli olmalarını müəyyən etmək üçün Əmlak Məsələləri Dövlət Xidmətinə 01 mart 2023-cü il tarixdə müvafiq sorğu ünvanlanmışdır. Məhkəmənin sorğusuna Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, JN- 119F(kod ********) nömrəli şəhadətnamədə göstərilən T.Məmmədov (X2) ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində xx.xx.1992 xx.xx.2005-ci il tarixlərində şöbə müdiri vəzifəsində işləmişdir. JN119A(kod ********) nömrəli şəhadətnamədə göstərilən İ.Hacıyev (X9) ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində xx.xx.2005 - xx.xx.2009-cu il tarixlərində şöbə müdiri vəzifəsində işləmişdir. JN119A(kod ***** ***) nömrəli şəhadətnamədə göstərilən H.Əlisoltanov (X1) ləğv edilmiş Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun Qəbələ rayonlararası Yerquruluşu Layihə İdarəsində xx.xx.2007 xx.xx.2012-ci il tarixlərində rəis vəzifəsində işləmişdir. Məhkəmənin 01 mart 2023-cü il tarixli sorğusuna Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Şəki İnzibati Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli xüsusi qərardad əsasında araşdırma aparılmış və fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Məhkəmənin 05 aprel 2023-cü il tarixli sorğusuna əsasən, Qəbələ rayon Polis Şöbəsinin icraatında olan ****** *** nömrəli cinayət işinin materiallarının təsdiq edilmiş surəti Məhkəməyə göndərilmişdir. Qeyd olunan cinayət işinin materialları öyrənilərkən müəyyən olunmuşdur ki, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış və İddiaçı (hazırkı iş üzrə iddiaçı) tərəfindən təqdim edilmiş JN-119A nömrəli Şəhadətnamənin saxtalaşdırıldığı müəyyən edilmiş və bu səbəbdən, 27 may 2021-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işinin 96-98-ci vərəqlərində olan izahatında X9 bildirmişdir ki, 2004-2009-cu illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri vəzifəsin də işləmişdir. İddiaçı tərəfindən təqdim edilən JN119A nömrəli şəhadətnamadə onun soyadı qarşısındakı imzalar ona məxsus deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2021-ci il tarixli, 4/1315 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 0.70 ha torpaq sahəsinin verilməsini təsdiq edən JN-119A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “İ.Hacıyev” soyadı qarşısındakı imzalar X9 tərəfindən yox başqa şəxs tərəfindən imza edilmişdir.
34. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-119A kodlu, 40608018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsi, arxiv materiallarında mövcud deyildir, həmçinin həmin şəhadətnamənin qeydiyyat kitabında müvafiq qeydiyyatı aparılmamışdır. Eyni zamanda, JN-119A kodlu, 40608018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iddiaçıya 0.70 ha həyətyanı torpaq sahəsinin verilməsi öz təsdiqini tapmamışdır. Əksinə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/1315 nömrəli ekspert rəyi ilə sübut olunur ki, şəhadətnamə saxta yolla tərtib olunmuşdur. Həmin rəy işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə ziddiyyət təşkil etmədiyindən iş üzrə mötəbər sübut qismində qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Odur ki, iddiaçının və onun ailə üzvlərinin adına tərtib edilmiş JN-119A kodlu, 40608018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə iş üzrə mötəbər sübut kimi qiymətləndirilə və iddiaçının mülkiyyət hüququnun mövcudluğunu sübut edən hüquqi sənəd kimi qəbul edilə bilməz.
35. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar yeni qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
36. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh imtinanın bütün əsaslarını və səbəblərini sadalamamış, yalnız məhkəmədə bildirmişdir ki, sənəddə uyğunsuzluq vardır. Torpaq sahəsinin 0.04 ha hissəsinin elektron baza məlumatlarında yol yerinə düşməsi barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, həmin torpaq sahəsi 1997-ci ildən faktiki olaraq onun mülkiyyətindədir və oradan yol keçmir. Apellyasiya instansiyası məhkəməsi növbəti araşdırma zamanı Ali Məhkəmənin göstərişlərinə qismən əməl etsə də, əldə edilmiş cavabları obyektiv və düzgün qiymətləndirməmiş, işin hallarının tam və hərtərəfli araşdırılmasını təmin etməmişdir. Beləliklə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudla şdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... 39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsi nin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. …
40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üz rə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
42. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq o lunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
45. Bununla belə, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinə münasibətdə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin müvafiq göstərişlərinə uyğun olaraq mübahisəli torpaq sahəsinə dair şəhadətnamənin həqiqəti əks etdiribetdirməməsi, mötəbərliyinin müəyyə n edilməsi istiqamətində müvafiq araşdırma aparılmış, Qəbələ rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş ********* nömrəli cinayət işinin materiallarına əsasən, İddiaçı (hazırkı iş üzrə iddiaçı) tərəfindən təqdim edilmiş JN-119A nömrəli şəhadətnamənin saxtalaşdırılması faktına görə 27 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işinin 96-98-ci vərəqlərində olan izahatında X9 bildirmişdir ki, 2004-2009-cu illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri vəzifəsində işləmişdir. İddiaçı tərəfindən təqdim edilən JN119A nömrəli şəhadətnamadə onun soyadı qarşısındakı imzalar ona məxsus deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 20 21-ci il tarixli, 4/1315 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 0.70 ha torpaq sahəsinin verilməsinə dair JN-119A nömrəli şəhadətnamədə “İ.Hacıyev” soyadı qarşısındakı imzalar X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.
46. Göründüyü kimi, JN-119A 40608018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsi mövcud olmamaqla, şəhadətnamənin qeydiyyat kitabında müvafiq qeydiyyatı da aparılmamışdır. İşin aşağı instansiya məhkəmələri tərəfindən araşdırması zamanı iddiaçıya 0.70 ha həyətyanı torpaq sahəsinin verilməsi öz təsdiqini tapmamış, əksinə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/1315 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinin iddiaçıya verilməsi barədə şəhadətnamə həqiqəti əks etdirmir. Ekspert rəyi işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil etmədiyindən, əksinə, işin müəyyən edilmiş hallarına uyğun olduğundan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq həmin rəyi mötəbər sübut kimi qəbul etmişdir. Belə olan halda, iddiaçının və onun ailə üzvlərinin adına tərtib edilmiş JN-119A 40608018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mübahisəli torpaq sahəsinə hüququn dövlət qeydiyyatına alınmasından cavabdehin imtinası qanuni və əsaslı hesab edilməlidir.
47. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsa slanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2023-cü il tarixli, 21(107)-154/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.