Məhkəmə qərarları › İş №2-1(102)-128/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-128/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-128/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxslər X17 və qeyriləri) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Döv lət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxslər: X17 və digərləri) qarşı “üçüncü şəxslərin adına qeydə alınmış çıxarışların iddiaçının torpaq sahəsi ilə (0.1250 ha) üst-üstə düşən hissədə ləğv edilməsi, eyni zamanda həmin şəxslərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarına dair qeydlərin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2-1(105)-425/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək X6 adına 0.04 ha torpaq sahəsinə dair verilmiş **********29 reyestr nömrəli çıxarışın və X2 adına 0.06 ha torpaq sahəsinə dair verilmiş ********** reyestr nömrəli çıxarışın plan və ölçü sənədlərinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 2(118)-3064/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X17, X14, X5, X7, X15 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində (zəruri) cəlb edilmişlər.

3. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, üçüncü şəxslər X1 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 14 oktyabr 2016-cı il tarixli, X10 adına qeydə alınmış RX seriy alı ******* nömrəli, 15 may 2018-ci il tarixli, X6 adına qeydə alınmış 30 iyun 2022ci il tarixli, ********** qeydiyyat nömrəli və X2 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli çıxarışların iddiaçının torpaq sahəsi ilə (0.1250 ha) üst-üstə düşən hissədə ləğv edilməsi, eyni zamanda həmin şəxslərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarına dair qeydlərin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin (hakim L.E.Mirzəyeva) xx.xx.2023-cü il tarixli, 21(118)-3064/2023 nömrəli qərarı ilə iddia təmin edilərək üçüncü şəxslər X1 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 14 oktyabr 2016-cı il tarixli, X10 adına qeydə alınmış RX seriyalı ******* nöm rəli, 15 may 2018-ci il tarixli, X6 adına qeydə alınmış 30 iyun 2022ci il tarixli, ********** qeydiyyat nömrəli və X2 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli çıxarışların iddiaçının torpaq sahəsi ilə (0.1250 ha) üst-üstə düşən hissədə ləğv edilməsi, eyni zamanda həmin şəxslərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarına dair qeydlər ləğv edilməsi qərara alınmışdır.

5. Həmin qərardan narazı qalan üçüncü şəxslər X7 və X11 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Z.İ.Məmmədov (sədrlik edən), İ.R.Quliyev və G.İ.Cabbarova) 16 iyul 2024-cü il tarixli, 21(105)-425/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətləri qis mən təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(118)-3064/2023 nömrəli qərarı qismən - X10 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 15 may 2018-ci il tarixli, X6 adına qeydə alınmış 30 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və X2 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli çıxarışların iddiaçının torpaq sahəsi ilə (0.1250 ha) üst-üstə düşən hissədə ləğv edilməsi, eyni zamanda həmin şəxslərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarına dair qeydlərin ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia mümkün sayılmamışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Z.İ.Məmmədov (sədrlik edən), İ.R.Quliyev və G.İ.Cabbarova) 16 iyul 2024-cü il tarixli, 21(105)-425/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(118)-3064/2023 nömrəli qərarı üçüncü şəxs X1 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 14 oktyabr 2016-cı il tarixli çıxarışın iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydin ləğv edilməsi üzrə iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

8. Həmin qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:

9. İş kassasiya instansiyasına daxil olduqdan sonra cavabdehin şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət Azərbaycan Respublikası İPM-in 90.2-ci maddəsinə əsasən mümkün hesab edilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ:

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər; Maddə

96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 9 6.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

12. İlk olaraq, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa ed ə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.

13. Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün prosessual məcəllələrdə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, məhkəmə icraatında prosessual qaydaları tənzim edir. Prosessual məcəllələr məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, məhkəmələr tərəfindən icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir.

14. Prosessual qanunun normaları nəinki məhkəmə icraatının gedişatını, həmçinin prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. “X8rşı” iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (“Luordo İtaliyaya qarşı” iş üzrə xx.xx.2003-cü il tarixli Qərar).

16. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı).

17. Məhkəmə kollegiyası qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asıl ı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.

18. İPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi kimi amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin, qanunverici İPM-in 90.2-ci maddəsində qəbul edilmiş məhkəmə aktından inzibati məhkəmə icraatının iştirakçılarının yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malik olduqlarını müəyyən etmişdir.

19. İş materiallarından müəyyən olur ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(118)-3064/2023 nömrəli qərarı ilə iddia tam təmin edilmişdir. Cavabdeh isə bu qərardan apellyasiya şikayəti verməmişdir. Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərarı qismən - X17, X12 və X4 aid iddianın təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia mümkün sayılmamışdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı üçüncü şəxs X3 aid iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

20. Göründüyü kimi, cavabdeh iddianın tam təmin edilmə sinə dair Sumqayıt İnzibati Məhkəməsinin qərarından apellyasiya şikayəti vermədiyi halda, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından kassasiya şikayəti vermişdir. Nəzərə alınmalıdır ki, cavabdehin apellyasiya icraatında hər hansı tələbi olmamış və müzakirə edilməmişdir. Başqa sözlə, apellyasiya instansiyasında cavabdehin kassasiya şikayəti verdiyi qərar ilə sonuncunun ziyanına hər hansı hüquqi nəticəyə qəbul edilməmiş, cavabdehin hüquq və vəzifələri apellyasiya araşdırmasının predmeti olmamış, nəticədə sonuncunun təmin olunmayan heç bir tələbi olmamışdır.

21. Bu kontekstdə, İPM-in 90.2-ci maddəsinin apellyasiya instansiyası məhkəməsinin aktlarından yalnız tələbləri təmin olunmayan inzibati məhkəmə icraatının iştirakçılarının şikayət verə biləcəyi barədə imperativ gös tərişini nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2-1(105)-425/2024 nömrəli qərarından kassasiya şikayəti verə bilməz.

22. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir

23. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2-1(105)-425/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar