Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1280/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Arzu Həsənovun və vəkili Dilarə Əfrasiyabovanın iştirakı ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı onun müharibə veteranı adı və veteran statusunu təsdiq edən müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkə məsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2844/18 saylı iş üzrə 20.12.2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 10 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1964-cü il tarixdə Füzuli rayonu, Gecəgözlü kəndində anadan olmuşdur. Cavabdeh inzibati orqan olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1983-cü ildən 1985-ci ilə kimi keçmiş Sovet Ordusunun sıralarında hərbi xidmətdə olmuş, hərbi xidmətdən tərxis olunandan sonra Füzuli rayonuna qayıtmışdır və orada yaşamışdır. N2-ci ilin may ayında Füzuli rayon Hərbi Komissarlığı (i ndiki Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon bölməsi) tərəfindən ehtiyatda olan hərbiçi kimi Azərbaycan Respublikasının Milli Ordusunun sıralarına səfərbər edilmiş və Azərbaycan Respublikası Milli Ordusunun N saylı Füzuli rayon ərazi özünü müdafiə batalyonuna göndərilmişdir.. Həmin dövrdə batalyonun komandiri X1 idi. Batalyonun qərargahı hazırda işğal altında olan Füzuli rayonunun Mirzəcamallı kəndində yerləşirdi. Müəyyən müddət batalyonun yerləşdiyi yerdə hərbi hazırlıq keçəndən sonra cəbhədə erməni işğalçıları ilə üzbəüz, rayonun Dilağarda kəndinin üstündə yerləşən “Peykanlı” adlanan yüksəklikdə olan posta göndərdilər. Təxminən N2-ci ilin avqust ayına kimi həmin postda xidmət etmiş, döyüş əməliyyatlarında iştirak etmişdir. Sonra xəstələnmiş və Hərbi həki m Komissiyasının qərarı ilə xəstəliklər cədvəlinin birinci maddəsinin 22a qrupuna əsasən hərbi xidmətə yararsız sayılmış (keçmiş SSRİ-nin MN-nin 260 №-li, 09.09.1987-e»i il tarixli əmrinə əsasən) və ordudan tərxis olunmuşdur. N3-cü ildən Füzuli rayonundan məcburi köçkün düşmüş və Bakı şəhərində məskunlaşmışlar. Bir müddət maddi çətinliklər içində yaşamışlar. Sonralar dəfələrlə şifahi şəkildə müraciət etsə də, müsbət nəticəyə nail ola bilməmişdir. 2013-cü ilin fevral ayında N saylı Füzuli rayon ərazi özünü müdafiə batalyonunda xidmət etməsi və döyüş əməliyyatlarında iştirak etməsi barədə arayış verilməsi üçün Müdafiə Nazirliyinin arxiv idarəsinə yazılı ərizə ilə müraciət etmiş, lakin həmin idarə müraciətə rəsmi münasibət bildirməmişdir. General polkovnik cənab Zakir Həsənov Azərbaycan Respu blikasının Müdafiə Naziri təyin olunandan sonra vətənin müdafiəsində iştirak etmiş bir çox döyüşçülərin pozulmuş hüquqları bərpa olunmuş, onlara halal haqları olan müharibə veteranı adı, veteran vəsiqəsi verilmişdir. 03 iyun 2017-ci ildə N2-ci ilin may ayından avqust ayına kimi N saylı hərbi hissədə xidmət etməyi barədə arayış verilməsi üçün Müdafiə Nazirliyinin mərkəzi arxivinə yenidən yazılı ərizə ilə müraciət etmiş, lakin həmin idarə tərəfindən yenə də cavab verilməmişdir. Müdafiə Nazirliyinin arxiv arayışını aldıqdan sonra həmin arayışların, hərbi biletin, şəxsiyyət vəsiqəsinin, Mərkəzi Arxiv İdarəsinə və Müdafiə Nazirliyinə ünvanlanmış əvvəlki ərizələrin surətlərini Müdafiə Nazirliyinə göndərərək müharibə veteranı statusunu təsdiq edən müharibə veteranı vəsiqəsinin verilməsinin təmin edilməsini xahiş etmişdir. Həmin müraciətə Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının katibi Elbrus Mehdixanovun imzası ilə 15.02.2018-ci il tarixli cavab məktubu göndərildi. Həmin məktubda döyüşlərdə iştirakıını təsdiq edən sənədləri (hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surətini, şəxsiyyət vəsiqəsinin surətini, hərbi prokurorluqdan cinayət işinin olub-olmaması barədə arayışı, hərbi xidmət haqqında arxiv arayışı və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etməsini qeyd etməklə ətraflı ərizə ilə Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya göndərildiyi təqdirdə komissiyanın iclasında baxılaraq qərar qəbu l oluna bilinəcəyi bildirilmişdir. Tələb olunan sənədləri toplayaraq 06 aprel 2018-ci il tarixdə yenidən ərizə ilə cənab Zakir Həsənova müraciət etmiş və tələb olunan sənədləri də həmin ərizəyə əlavə etmişdir. Həmin məktubda hərbi biletində Silahlı Qüvvələrdə xidməti qeyd edilmədiyindən, MN-nin Mərkəzi Arxivinin 23.01.2018-ci il tarixli, 9/2-1122 nömrəli arayışına əsasən 12.07.N2-ci il tarixdən sonrakı xidməti və qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması barədə məlumat olmadığından və arxiv arayışında atasının adı qeyd edilmədiyindən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun sayılmaması bildirilmişdir. Yəni Müdafiə Nazirliyi müraciətini təmin etməkdən imtina etmişdir. Ona görə də hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətin də qalmışdır. Cavabdehin imtinasını haqsız, əsassız, ədalətsiz və qanunsuz hesab edir. Cavabdehin məktubunda qeyd etdiyi səbəblər formal xarakterlidir və bir vətəndaş sıravi döyüşçü kimi onun təqsiri üzündən baş verməmişdir. O dövrdə müstəqil dövlətimiz, dövlət qurumlarımız, Milli ordumuz təzə-təzə formalaşırdı, qurulurdu. Odur ki, sənədləşmə işlərində müəyyən nöqsanların olması təbii idi. Lakin bununla bərabər Müdafiə Nazirliyinin Mərkəzi Arxivində N saylı, Füzuli rayon ərazi özünü müdafiə batalyonunun tərkibində xidmət etməsi rəsmi arayışla tam təsdiq olunur. İndi əmrdə atasının adını yazmayıblar, yaxud hər hansı məlumatı tam qeyd etməyiblər bu onun günahı deyildir. İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı onun müharibə veteranı adı və veteran statusunu təsdiq edən müharibə veteranı və siqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 29.08.2018-ci il tarixli iş № 2-1(82)-2646/2018, (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 29.08.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə təmin edilməməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 20.12.2018-ci il tari xli iş № 2-1(103)-2844/18 (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 29.08.2018-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,qərarda da ona müharibə veteran adı və vəsiqəsinin verilməsinə maneə olacaq əhəmiyyətli elə bir müddəa yoxdur. Sadəcə olaraq hesab edir ki, məhkəmə kollegiyası müharibə veteran adı və vəsiqəsinin verilməsi barədə mövcud qanunvericiliyi düzgün şərh etmir. Həmçinin mübahisəyə N2-ci ilin şərtlərindən yox, indiki prizmadan yanaşır. Qeyd olunanlara əsasən bir daha bildirir ki, Bakı Apelyasiya Məhk əməsinin qərarı haqsız, ədalətsizdir, ən başlıcası isə maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasıyla çıxarılmışdır. Odur ki, hesab edir ki, qeyd olunan qərar ləğv olunmalı və iddia tələblərinin təmin olunması barədə yeni qərar qəbul olunmalıdır. Ali məhkəmənin İnzibati-İqtisadi kollegiyası bütün qeyd olunanları hərtərəfli araşdıraraq mübahisəyə ədalət, mənəviyyat, insanlıq qanunvericilik nöqteyi nəzərindən yanaşaraq, Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edəcək və iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edəcək. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmi şdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 20.12.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.Əfrasiyabova kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi nin 20.12.2018-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 20.12.2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehinnümayəndəsi A.Həsənov da, cavabdehin vəkili D.Əfrasiyabovanın çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 20.12.2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi və vəkili nin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,qərarda da ona müharibə veteran adı və vəsiqəsinin verilməsinə maneə olacaq əhəmiyyətli elə bir müddəa yoxdur. Sadəcə olaraq hesab edir ki, məhkəmə kollegiyası müharibə veteran adı və vəsiqəsinin verilməsi barədə mövcud qanunvericiliyi düzgün şərh etmir. Həmçinin mübahisəyə N2-ci ilin şərtlərindən yox, indiki prizmadan yanaşır. Qeyd olunanlara əsasən bir daha bildirir ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı haqsız, ədalətsizdir, ən başlıcası isə maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasıyla çıxarılmışdır. Odur ki, hesab edir ki, qeyd olunan qərar ləğv olunmalı və iddia tələblərinin təmin olunması barədə yeni qərar qəbul olunmalıdır. Ali məhkəmənin İnzibati-İqtisadi kollegiyası bütün qeyd olunanları hərtərəfli araşdıraraq mübahisəyə ədalət, mənəviyyat, insanlıq qanunvericilik nöqteyi nəzərindən yanaşaraq, Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edəcək və iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edəcək. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan R espublikasının “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə əsasən 1-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır. Həmin Qanunun 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli,216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr ve teranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddəalarına əsasən müharibə veteranı adı: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMY ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyü ş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Döv lət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 11-ci yarımbəndin ə əsasən bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Az ərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi, Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndindən göründüyü kimi, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər müharibə veteranı adının verilməsi üçün əsas ola bilər, lakin iddiaçının iş materiallarında olan hərbi biletində (surəti) isə onun N saylı hərbi hissədə xidmət etməsi, döyüşlərdə iştirakı və ehtiyata buraxılması barədə heç bir məlumat mövcud deyil. İddiaçının hərbi bileti ilə yanaşı, m əhkəməyə təqdim etdiyi Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 23.01.2018-ci il tarixli 9/2-1122 saylı arxiv arayışından da görünür ki, N JV-İİ hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 77 JV2-İİ və 12 iyul N2-ci il tarixli 89 JV2-İİ əmrlərində (İddiaçı atasının adı yazılmamış, hərbi rütbəsi və vəzifəsi göstərilməmiş, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) 5-ci rotaya təyin olunması barədə məlumat var, lakin onun N JVs-li hərbi hissə komandirinin may-iyun, sentyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi, N JV-İİ hərbi hissə komandirinin - “ata adı, rütbəsi və vəzifəsi göstərilməyən” İddiaçı həmin hərbi hissənin 5-ci rotasına təyin olunması barədə imzalanmayan əmri mövcud olsa da, hərbi hissə komandirinin bundan sonrakı əmrlərində onun xidməti barəsində heç bir məlumat mövcud deyil. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının hərbi bileti, nədə ki, tədqiq olunan arxiv arayışı N2-ci ilin may ayından avqust ayına kimi iddiaçının N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirakını və onun qanuni əsaslarla ehtiyata buraxıldığını (o cümlədən, xəstələnərək hərbi hospitala göndərildiyini və döyüş şəraitində tərxis olunduğunu) təsdiq etmir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 20.12.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh e dilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.12.2018-ci il tarixli 21(103)-2844/18 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1280/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1280/2019
10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver