Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1280/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı (xx xxxx 1961-ci il təvəllüdlü, AZE-1*******, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-767/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirmişdir ki, onun işlədiyi sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 1 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da qeyd edilmədiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin i şin xarakteri haqqında arayışında işlədiyi iş şəraitinin ağır və zərərli olmasına görə ona xx.xx.1986-cı il tarixdən bu günə kimi hər ay, aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənildiyi, əmək qanunvericiliyinə əsasən əlavə məzuniyyət günü verildiyi, o cümlədən zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələrlə, səs-küy, titrəmə, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorlarının mövcud olması qeyd edilmişdir. Həmin arayışa əsasən, xx.xx.1986-cı il tarixdən hal-hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 24-cü bölməsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir.
5. Bakı İnzibati Məhkəməsinin (hakim P.A.Hüseynov) 2-1(112)-3951/2020 nömrəli xx.x x.2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, təhsil müddəti iş stajına daxil edilməlidir. İddiaçının hərbi xidmət və təhsil dövrü nəzərə alınmaqla ümumi stajı 25 ildən çoxdur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. İddiaçı tərəfindən ona güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Belə olan halda, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq mü ddətini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.E.Nağıyeva – sdrlik edən və məruzəçi, V.M.Məmmədov və A.B.Nuriyeva) 2-1(103)-899/2021 nömrəli 20 aprel 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 4 noy abr 2020-ci il tarixli qərarı ləğv olunmuş, iddia rədd edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajı mövcud deyildir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Siyahı”nın 24-cü bölməsində (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) kran maşinistləri peşəsindən yalnız “qazanxana-turbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar)” nəzərdə tutulmuş, iddiaçının işlədiyi peşə, yəni “X1 və Təmiri Sexinin X2 istismarı briqadasında” “kran maşınist” peşəsi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi peşə həmçinin, hal-hazırda qüvvədə n düşmüş Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993cü il tarixli qərarı ilə təsdiq edilmiş “Siyahı”nın Xİİİ bölməsində (Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı, kran maşinisti peşəsi) nəzərdə tutulmamışdır. Həmçinin, qeyd edilmişdir ki, iş materiallarında olan Mingəçevir Peşə Məktəbinin xx.xx.2020-ci il tarixli 06 nömrəli arayışı surətdir. Həmçinin, iş materiallarında olan Oğuz rayon Dövlət Arxivi tərəfindən verilmiş 15 avqust 2019-cu il tarixli, 152 №-li arayışda Oğuz rayon “Əzizbəyov” adına kolxozda 1984, 1985,1986-cı illər üzrə minimum normanın 250 gün olmasına baxmayaraq, iddiaçının 1984-cü il üzrə 29 gün, 1985-ci il üzrə 264 gün, 1986-cı il üzrə 89 gün çalışdığı görünür.
10. İddiaçı 2 iyun 2021-ci il tarixdə qərarın surətini almış, 18 iyun 2021-ci il tarixdə kas sasiya şikayəti verərək qərarın ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməklə iddianın təmin olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakimlər R.S.Nəbizadə -məruzəçi, Z.M.Quliyev və S.Ə.Kərimov) 2-1(102)-1803/2021 nömrəli 3 noyabr 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
12. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni hər hansı mötəbər sübutla əsaslandırmamış, iddiaçının iş yerindən verilmiş işin xarakteri haqqında arayışda olan məlumatları yoxlamamış, iddiaçının işlədiyi peşənin həqiqətən Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda hansı peşə ilə üst-üstə düşməsini, siyahıda olan hansı peşənin iddiaçının işləmiş olduğu peşənin vəzifə, funksiya və xarakteri ilə eyni olması barədə iş yerindən əlavə məlumat almamış, 01 yanvar 2006-cı ilə qədər iddiaçının işlədiyi hansı dövrün güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə olmasını müəyyən etməmişdir. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər: H.Ü.Həmidovməruzəçi, A.P.Oruczadə və C.A,Yusifov) 2-1(103)-767/2022 nömrəli 6 aprel 2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 4 noyabr 2020-ci il tar ixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının əmək kitabçası və verdiyi arayışa əsasən, iddiaçı "xxxx"-nin Mərkəzləşdirilmiş Təmir Sexində 26 may 1986-cı ildən 1 oktyabr 1993-cü ilədək müxtəlif dərəcəli kran maşinisti vəzifəsində işləmişdir. 1 oktyabr 1993-cü il tarixdən hal-hazıradək isə həmin müəssisənin X1 və Təmiri Sexin "X2 istismarı briqadasında" kran maşınisti işləmişdir. Həmin peşə AR Nazirlər Kabinetinin 23 ya nvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsində nəzərdə tutulmuş Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid deyil.
17. Şikayətdə həmçinin qeyd edilir ki, iddiaçı 01yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajını da tamamlamamışdır, yəni onun həmin tarixə ümumi iş stajı 25 ildən azdır. İddiaçı Oğuz rayonunun “Əzizbəyov” adına kolxozunda 1984-cü ildə 29 gün, 1985-ci ildə 264 gün, 1986-cı ildə 89 gün çalışmış, yəni 1984 və 1986-cı illərdə hər il üçün minimum norma olan 250 gündən az işləmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim et mişdir. Etirazda apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kita bçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 21. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2.6-cı bənd: Sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxı lmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəm ədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandır ılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayət üzrə kassasiyanın mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
24. Şikayətdə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
26. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabde hin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində iddiaçının güzəştli və ümumi iş stajı mübahisələndirilir.
28. Cavabdeh qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçı tələb edilən 12 il 6 ay güzəştli stajı tamamlamır.
29. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edir və bununla bağlı mövqeyini aşağıdakı kimi əsaslandırır.
30. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
31. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli işin xarakteri haqqında arayışında qeyd edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək "xxxx"nın Mərkəzləşdirilmiş Təmir sexində 4-cü dərəcəli kran maşinisti vəzifəsində, xx.xx.1989cu il tarixdən xx.xx.1993-cü il tarixədək həmin sexdə 5-ci dərəcəli kran maşinisti vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək X1 və Təmiri sexinin “X2 istismarı briqadasında” 5-ci dərəcəli kran maşinisti vəzifəsində, xx.xx.1994-cü il tarixdən hal-hazıradək həmin sexin “X2 istismarı briqadasında” 6-cı dərəcəli kran maşinisti vəzifəsində işləyir. xx.xx.2009-cu il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq X1 və Təmiri Sexi - X1 sexi adlandırılmışdır. İddiaçı xx.xx.1986-cı il tarixdən hal-hazıradək Qazan turbin sexinin av adanlıqları təmiri ilə məşğul olan (125/20 tonluq) körpülü kranda 6cı dərəcəli kran maşinisti vəzifəsində işləyir. İşlədiyi müddət ərzində xx.xx.1986-cı il tarixdən hal-hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mr/m 3 təhlükəlilik sinfi 3-4, səs-küy, titrəmə, iş yerində havanın temperaturunun, hava hərəkətinin surətinin normadan yuxarı olması faktorları mövcud olmuşdur. İş şəraiti ağır və zərərli olduğuna görə, iddiaçıya xx.xx.1986-cı il tarixdən hal-hazıradək hər ay aylıq məvacibinin 12 % miqdarında əlavə əmək haqqı ödənilmişdir. Əmək şəraiti zərərli olduğu üçün iddiaçıya xx.xx.1986-cı il tarixdən hal-hazıradək əmək qanunvericiliyinə əsasən əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. Onun xx.xx.1986-cı il tarixdən halhazıradək tutduğu vəzifələ r Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li qərarının 24-cü bölməsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" - "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli əmrinə əsasən, idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC - "xxxx" MMC adlandırılmışdır.
32. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən "xxxx" ASC "xxxx" MMC-yə verilmiş sorğunun cavabında bildirilmişdir ki, iddiaçı işlədiyi illər ərzində xx.xx.1986-cı il tarixdən hal-hazıradək tutduğu kran maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində”, qazanxana-turbin (qaz turbin) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar) 24-cü bölməsinin “a “ bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən 2140000a-13790 vəzifə koduna uyğundur. Həmin sahədə iş stajı 26 iyun 1986-cı il tarixdən hal-hazıradək 35 il 9 ay 14 gün təşkil edir.
33. Beləliklə də, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının xx.xx.2006-cı il tarixədək azı 12 il 6 ay xüsusi (güzəştli) iş stajına malik olması sübut a yetirilmişdir.
34. İddiaçının ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, cavabdeh imtina məktubunda iddiaçının ümümi stajını mübahisələndirməsə də, kassasiya şikayətində onun xx.xx.2006-cı il tarixədək 25 il iş stajına malik olmadığını bildirmişdir. Cavabdeh bu dəlilə istinad edərkən iddiaçının əmək kitabçasında qeyd edilmiş iş stajını mübahisələndirməmiş, yalnız onun 1984 və 1986-cı illərdə kolxozda işləyərkən minimum adam günü normasını yerinə yetirmədiyinə istinad etmişdir. 35. 35.Məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edir. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən, hərbi xidmət müddəti də daxil olmaqla xx.xx.2006-cı il tarixədək 24 il 18 gün ümumi iş stajı var. Bun dan əlavə, iddiaçı əmək fəalyyətinə başlamazdan əvvəl, 1978-1979-cu illərdə Mingəçevitr Peşə məktəbində 1 il əyani təhsil (səh. 45) almışdır ki, bu müddət də həmin dövrün qanunvericiliyə uyğun olaraq onun ümumi iş stajına daxil edilir. Göründüyü kimi, hətta kolxozda iş stajı nəzərə alınmasa belə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq (əmək kitabçasındakı qeydlərə əsasən 24 il 18 gün + peşə məktəbində təhsil aldığı 1 il) ümumi iş stajı olmuşdur. 36. 36.Qeyd edilməlidir ki, iddiaçının Oğuz rayon “Əzizbəyov” adına kolxozda işlədiyi 1984, 1985 və 1986-cı illərdə həmin kolxozda minimum əmək iştirakı norması 250 gün olmuşdur. İddiaçı 1985-ci ildə minimum əmək iştirakı normasını tam yerinə yetirdiyindən (264 gün) həmin il ona tam əmək stajı kimi – 1 il hesablanmalıdır. İddiaçı 1984 və 1986-cı illərdə isə minimum əmək iştirakı normasını tam yerinə yetirməmişdir (1984-ci ildə 29 gün, 1986-cı ildə 89 gün). Eləcə də, iddiaçının 1985-ci ildə kolxozda işlədiyi müddət tam 1 il kimi, 1984 və 1986-cı illərdə işlədiyi müddət isə minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmalıdır.
37. Göründüyü kimi, iddiaçı xx.xx.2006-cı il tarixədək tələb edilən 25 il ümumi iş stajının qarşılığında 26 ildən artıq iş stajını tamamlamış, həmçinin bu stajın 12 il 6 aydan artıq hissəsi xüsusi iş stajına aid olmuşdur.
38. Beləliklə də, iddiaçı təhsil aldığı və hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi və 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8 -ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən, onun 57 yaşdan (13 iyun 2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
40. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-767/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.