Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1281/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Prezident təqaüdünün hesablanaraq birdəfəyə ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-834/2018 saylı iş üzrə 28 mart 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəyə baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5262/2017 saylı, 12 dekabr 2017-ci il tarixli qərarı (hakim – Z.M.Tağıyev) ilə iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli, 18 nömrəli qərarına əsasən “Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün İddiaçı yanvar 2007-ci il tarixdən hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsi Cavabdehnə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-834/2018 saylı, 28 mart 2018-ci il tarixli qərarı (sədrlik edə n və məruzəçi hakim – S.Q.Hüseynov, hakimlər S.S.Seyidova və V.M.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5262/2017 saylı, 12 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra isə cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-834/2018 saylı, 28 mart 2018-ci il tarixli qərarını ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh eyni zamanda ərizə verərək kassasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Müddətin bərpasına dair ərizənin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 mart 2018-ci il tarixli, 21(103)-834/2018 saylı qərarı DSMF-nin Bakı şəhəri Sabunçu rayon Şöbəsinə 18 aprel 2018-ci il tarixində daxil olmuşdur. Lakin əvvəlki rəhbərliyin səriştəsizliyi nəticəsində məhkəmənin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilməmiş, hüquqları kobud şəkildə pozulmuşdur. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, Sosial yardım və Müavinətlər sektorunun Bakı Apellyasiya Məhkəməsinin qərarı çıxan tarixdəki müdiri x1 artıq tutduğu vəzifədən azad edilmişdir. Bundan əlavə, DSMF-nin Sabunçu rayon Şöbəsinin müdiri də həmin tarixdə tutduğu vəzifədən azad edilmişdir. Məhz buna görə də, mübahisəli qərardan müddət ötürülərək şikayət verilmişdir. Odur ki, buraxılmış müddət üzürlü hesab edilməklə bərpa olunmalıdır. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun iza hatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə görə kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Həmin Məcəllənin 22-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. İPM-in 24.1-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən isə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə ş ikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürl ü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu tərəfə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Lakin hazırkı işin halları baxımından kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi hallar üzürlü səbəblər kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, cavabdeh apellyasiya məhkəməsinin qərarını 18.04.2018-ci ildə almış, kassasiya şikayəti və müddətin bərpasına dair ərizəni isə təqribən 10 ay sonra - 31.01.2019-cu il tarixdə vermişdir. Cavabdehin dövlət orqanı olmaqla kifayət qədər əməkdaşlara malik olduğunu, eləcə də məhkəmə qərarından vaxtında kassasiya şikayəti vermək imkanına sahib olduğunu n əzərə almaqla kollegiya hesab edir ki, müddətin bərpasına dair ərizə təmin edilə bilməz. Kassasiya şikayətində bildirilən cavabdehin rəhbər şəxslərinin səriştəsizliyi və onların daha sonra buna görə işdən çıxarılmaları məsələsinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hal, cavabdehin riski ilə əhatə olunan məsələdir və məhkəmə təcrübəsində müddətin buraxılmasının üzürlü səbəbi kimi qəbul edilmir. Beləliklə, kollegiya hesab edir ki, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş müddət buraxılmaqla verildiyinə və onun bərpasına dair verilmiş ərizə təmin edilmədiyinə görə cavabdehin kassasiya şikayətinin mümkünlüyü üçün də əsaslar yoxdur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22, 24, 94 və 96-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ərara aldı: Cavabdehin kassasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsi təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-824/2018 saylı, 28 mart 2018-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1281/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1281/2019
07.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver