Məhkəmə qərarları › İş №2-1(102)-1281/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1281/2021

07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1281/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X1 Hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı tarixdən ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X1 Hüquqi şəxsi n İsmayıllı rayon filialına qarşı 09.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-194/2021 nömrəli iş üzrə 16.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 07 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X1 Hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı 09.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və təyin edilmiş əmək pensiyası nın verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuş, 09.07.1976-cı ildən təsərrüfat ləğv edilənədək, yəni 09.09.1997-ci ilədək İsmayıllı rayon Keçmiş Əzizbəyov adına sovxozda sürücü və fəhlə işləmişdir. Həmin təsərrüfatdan 30.07.1983-cü ildə öz ərizəsi ilə işdən çıxmış, 09.09.1983cü ildə yenidən işə qəbul olunmuş və 2 ay 2 gün fasiləsi olmuşdur. Beləliklə, onun ümumi sosial sığorta stajı 22 il 10 ay təşkil etmişdir. Hesablanmış iş stajı və 28.02.2019-cu ildə sosial sığorta hesabına ödədiyi 811 manat ona min imum əmək pensiyası almaq üçün tələb olunan ümumi sosial sığorta kapitalını təmin etmişdir. Bununla da ona 28.02.2019-cu ildə yaşa görə minimum əmək pensiyası hesablanmışdır. Lakin Dövlət Sosial X1 Hüquqi şəxsin direktorunun 21 avqust 2020-ci il tarixli əmrinə əsasən Dövlət Sosial X1 Hüquqi şəxsin İsmayıllı rayon filialında yoxlama işi aparılmış və onun əmək fəaliyyətinə dair İsmayıllı dövlət arxivində saxlanılan əmək haqqı sənədlərində 1996-cı ildə bütün il boyu 1997-ci ilin 1-2 və 6-9-cu aylarında sovxoz tərəfindən əmək haqqı hesablanmaması əsas tutularaq həmin müddətlər onun ümumi sosial sığorta stajından çıxılmaqla və bununla da onun əmək pensiyası almaq üçün tələb olunan ümumi sosial sığorta kapitalının çatmadığı əsası ilə İsmayıllı rayon filialının 07 sentyabr 2020-ci il tarixli qəra rına əsasən ona təyin olunmuş yaşa görə əmək pensiyasının verilməsi dayandırılmışdır. 1996-cı ildə sovxozda ailə podrat üsulu tətbiq edilmiş, ilin sonunda ailə podratı tərəfindən istehsal olunmuş üzümün miqdarına görə hesablanmış pul məbləği ailənin başçısı olan atasının adına yazılmaqla ailəyə verilmişdir. 1997-ci ildə isə ümumilikdə müxtəlif vaxtlarda 5 ayda əmək haqqının yazılmaması təsərrüfatda həmin aylarda işin olmaması ilə əlaqədardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 03.02.2021-ci il tarixli, 2-1(116)309/2021 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X1 Hüquqi şəxsin 09.09.2020-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X1 Hüquqi şəxsin İsmayıllı rayon filialının üzərinə iddiaçıya təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinə, Azərbaycan Respublikasının 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslıdır.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 03.02.2021-ci il tarixli, 2-1(116)-309/2021 nömrəli qərarın ın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.04.2021-ci il tarixli, 2-1(107)-194/2021 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və İmanverdi Şükürov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 03.02.2021-ci il tarixli, 2-1(116)-309/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinə, Azərbaycan Respublikasının 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə istinadən belə he sab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 1993, 1995, 1996 və 1997-ci illərdə (ümumilikdə 23 ay) əmək haqqı hesablanılmadığına görə, ona yaşa görə əmək pensiyası hüququ olmadan yaşa görə əmək pensiyası təyin edilmiş və nəticədə 3589,94 manat artıq ödəmə yaranmışdır. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır.

9. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya ins tansiyası məhkəməsinin 16.04.2021-ci il tarixli, 2-1(107)-194/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kasasiya şikayətinə qarşı iddiaçı etirazda apelyasiya instansiyası məhkəməsinin 16.04.2021-ci il tarixli, 2-1(107)-194/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdə n də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 16.04.2021-ci il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

12. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

13. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələ ndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

15. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 16.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır.

17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

18. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya 1993, 1995, 1996 və 1997-ci illərdə (ümumilikdə 23 ay) əmək haqqı hesablanılmadığına görə, ona yaşa görə əmək pensiyası hüququ olmadan yaşa görə əmək pensiyası təyin edilmiş və nəticədə 3 589,94 manat artıq ödəmə yaranmışdır. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

19. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlili əsassızdır.

20. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prins ipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəməm təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir.

22. Azərbaycan Respublikasının 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 8-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 01.01.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 23. 01.01.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. 24. 01.01.2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01.01.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır.

25. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin “İddiaçı 1993, 1995, 1996, 1997-ci illərdə (ümumilikdə 23 ay ) əmək haqqı hesablanmadığına görə, onun yaşa görə əmək pensiyası hüququnun yaranmaması”na dair kasasi ya şikayətində qeyd etdiyi dəlil əsassızdır.

26. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 16.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.04.2021-ci il tarixli, 21(107)-194/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar