Məhkəmə qərarları › İş №2-1(102)-1281/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1281/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1281/2022 26.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti) “əmək pensiyasının yenidən hesablanması və ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(103)-380/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı il tarixli 1125 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xid məti Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin sərəncamında olmuş, xx.xx.2017-ci il tarixdə xidmətinə xitam verilmişdir.

2. Cavabdehin xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində X2 böyük müfəttiş vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsini xahiş etmiş, cavabdeh müraciətə cavab verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, s onradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq 2018-ci il martın 1-dən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1994-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində X1 baş inspektor vəzifəsində xidmət etmişdir. Xidmət müddəti 27 il təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 1125 saylı, xx.xx.2016-cı il tarixli Fərmanının 10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilməsi və onun səlahiyyətlərinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə verilməsi qərara alınmışdır. Həmin Fərmanın 12.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Həmin Fərmanın 12.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıl mışdır. Azərbaycan Respublikası Prezidentinin 1125 saylı, xx.xx.2016-cı il tarixli Fərmanının 12.3 və 12.4-cü bəndlərinin icrası Nazirlər Kabineti tərəfindən təmin edilərək Dövlət Feldyeger Xidmətində mövcud olmuş vəzifələr Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində mövcud olan vəzifələrə uyğunlaşdırılmışdır. Ona təyin edilmiş əmək pensiyası Dövlət Feldyeger Xidmətində tutmuş olduğu X1 baş inspektor vəzifəsinin təminat xərcliyindən hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 3771 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılması qərara alınmışdır. Ona xidmətdən tərxis olunduğu zaman təyin edilmiş əmək pensiyası hazırda Xüsusi Dövlət Mühafizə Xidmətində uyğunlaşdırılan vəzifənin təminat xərcliyinə uyğun hesablanmalıdır. Lakin ona təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində uyğunlaşdırılan vəzifənin təminat xərcliyinə uyğun hesablanması həyata keçirilməmişdir. O, bununla əlaqədar cavabdeh orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Buna görə də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

6. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının xidmət etdiyi Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Prezidentinin 1125 saylı, xx.xx.2016-cı il tarixli Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmişdir. Tərxis olduğu Nazirlər Kabineti yanınd a Dövlət Feldyeger Xidmətinin X1 baş inspektor vəzifəsinin Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsində X2 böyük müfəttiş vəzifəsinə uyğunlaşdırılmışdır. Lakin iddiaçıya pensiya təyin edilərkən Dövlət Feldyeger Xidmətindəki təminat xərcliyi əsas götürülməklə pensiya təyin edilib, halbuki Xüsusi Dövlət Mühafizə Xidmətindəki müvafiq vəzifə ilə Dövlət Feldyeger Xidmətində vəzifə tutan şəxslərin təminat xərcliyində əhəmiyyətli fərq vardır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 3771 nömrəli sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə maaşı 2018-ci ilin martın 1-dən orta hesabla 10 faiz artırılmışdır. Buna görə də iddiaçının pensiyası bu artım diqqətə alınmaqla yenidən hesablanmalıdır. Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli məlumat vərəqində iddiaçının vəzifəsi - “Xüsusi Dövlət Mühafizə Xidmətin rəisinin sərəncamında olan (Dövlət Feldyeger Xidmətinin Feldyeger heyəti Şöbəsinin baş inspektoru vəzifələrini icra edən)”, təminat xərcliyinin məbləği isə 682.80 manat olaraq göstərilmişdir. Təminat xərcliyinə daxildir: vəzifə maaşı - 234 manat, rütbə maaşı - 134 manat, xidmət illərinə görə əlavə 30% 110.40 manat, ərzaq payı əvəzinə kompensasiya – 64 manat, digər növ əlavələr (məharət dərəcəsi – 35%) – 81.90 manat, digər növ əlavələr (vəzifə maaşına əlavə 25%) – 58.50 manat. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 3771 nömrəli sərəncamı (vəzifə maaşının 10% artımı barədə) iddiaçıya da şamil edil mişdir. Belə ki, Təminat xərcliyinin məbləği bu artımdan sonra iş materiallarında olan əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2019-cu il tarixli, 000923 nömrəli qərardan da göründüyü kimi (vəzifə maaşı 258 manat) 728,40 manat təşkil etmişdir. Buna görə də İdarənin bu qərarına əsasən xx.xx.2018-ci il tarixdən iddiaçıya təyin edilmiş pensiyanın məbləği 513.90 manat müəyyən edilmişdir. İddiaçının hər iki dəlili əsassızdır. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçının hazırkı tələbi üzrə cavabdeh qismində işə cəlb oluna bilməz. Belə ki, əvvəlki Dövlət Feldyeger Xidmətinin əməkdaşlarının pensiya məbləğlərinin artırılması ilə bağlı idarəyə edilən müraciətlərlə əlaqədar Xüsusi Dövlət Mühafizə Xidmətinə ünvanlanan müraciətlərə cavab verərkən onlar tərəfindən Nazirlər Kabinet inin xx.xx.2019-cı il tarixli 170-7 nömrəli qərarına istinad edilərək, əvvəlki Dövlət Feldyeger Xidmətinin əməkdaşlarının təminat xərcliyinin Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının təminat xərcliyinə uyğun olmamasını bildirirlər. Bu qurumlardakı təminat xərcliklərinin uyğunlaşdırılması səlahiyyəti Xüsusi Dövlət Mühafizə Xidmətində olduğundan bu iddia üzrə cavabdeh qismində onlar işə cəlb olunmalıdır. Həmçinin iddiaçı xx.xx.2017-ci il tarixdə tərxis edilmişdir. O, xx.xx.2017-ci ildə ərizə ilə İdarəyə müraciət edərək ona yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. İdarənin xx.xx.2017-ci il tarixli Qərarı ilə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya məbləği hesablanarkən Xüsusi Dövlət Mühafizə Xidmətinin İdarəyə göndərdiyi xx.xx.2017ci il tarixli məlumat vərəqin də qeyd edilmiş məlumatlar əsas götürülmüşdür. Təminat xərcliyinin hesablanması ilə bağlı məsələlər Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiqlənmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları'’ ilə tənzimlənir. İddiaçıya əmək pensiyasının təyin edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Başqa sözlə Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təqdim edilmiş məlumat vərəqi əsasında pensiya təyin edilmişdir. İddiaçının cəmi təminat xərcliyi 682.80 manat təşkil edir və İdarə tərəfindən bu məbləğə uyğun pensiya tamamilə dəqiq şəkildə hesablanmışdır İddiaçının təminat xərcliyində sonrakı artım barədə hər hansı məlumat vərəqi İdarəyə təqdim edilməmişdir. Hərbi qu lluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyində baş vermiş artımlar barədə İdarədə hər hansı məlumat olmur. Həmin şəxslərin qulluq etdikləri orqanları tərəfindən müvafiq məlumat vərəqi İdarəyə göndərilməlidir və yalnız bundan sonra İdarənin müvafiq hesablamanı aparmaq imkanı yarana bilər. İddiaçının qulluq etdiyi orqan tərəfindən İdarəyə təminat xərcliyindəki artımlar haqqında hər hansı məlumat vərəqi göndərilməmişdir. Bu səbəbdən də İdarənin hər hansı pensiya artımı ilə bağlı yenidən hesablama aparması mümkün deyildir. İddiaçının pensiyaya çıxarkən tutduğu vəzifə üzrə təminat xərcliyinin Xüsusi Dövlət Mühafizə Xidmətinin müvafiq İdarəsindəki böyük müfəttiş vəzifəsinin təminat xərcliyinə uyğunlaşdırılması barədə tələbi tamamilə əsassızdır. Çünki iddiaçı Xüsusi Dövlət Mühafizə X idmətinin müvafiq İdarəsində böyük müfəttiş vəzifəsini heç bir zaman tutmamışdır. Belə ki, o, xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək, yəni dövlət Feldyeger Xidmətinin Xüsusi Dövlət Mühafizə Xidmətinə birləşdirildiyi tarixdən iddiaçının ehtiyata buraxıldığı tarixədək Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin sərəncamında olmuşdur. “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”nin (xx.xx.2018-ci il tarixli Qanuna əsasən qüvvədən düşüb) 43-cü bəndinə əsasən, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş feldyeger rabitəsi orqanının əməkdaşı üç ay müddətinə əməkhaqqı saxlanılmaqla həmin orqanın sərəncamında saxlanıla bilər. Göründüyü kimi iddiaçı xx.xx.2016-cı ildən etibarən vəzifədən azad olunmuş. 03 ay 19 gün sərəncamda qalmış və daha sonra pensi yaya çıxmışdır. İddiaçının tutduğu son vəzifə “Dövlət Feldyeger Xidmətinin Feldyeger heyəti şöbəsinin baş inspektoru” vəzifəsi olmuşdur. Məhz buna görə də Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən İdarəyə göndərilmiş sənədlərdə iddiaçının vəzifəsi yuxarıdakı qaydada göstərilmişdir. Yalnız təminat xərcliyinin sərəncama götürüldüyü günə qədər olan məbləği şəxsə pensiya təyini zamanı nəzərə alınmalıdır. İddiaçı heç bir zaman tutmadığı vəzifə üzrə təminat xərcliyi əsas götürülməklə pensiyasının yenidən hesablanmasını istəyir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2-1(112)-1486/2021 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, iddiaçıya təyin edilmiş əmək pensiyasının A zərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq 2018-ci il martın 1-dən hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli 170-7 nömrəli qərarı və həmin qərara əlavə ilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci ilin 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələri və vəzifə maaşları Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılmış və həm in şəxslərin pensiyalarının 2018-ci ilin martın 1- dən hesablanaraq ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Bu qərarla iddiaçının işləmiş olduğu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində baş inspektor vəzifəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində diplomatik kuryer vəzifəsinə uyğunlaşdırılmış və uyğunlaşdırılacaq vəzifə maaşına faiz nisbəti 28,0 faiz müəyyən edilmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(103)-380/2022 nömrəli qərarı ilə (hakimlər: E.Nağıy eva - sədrlik edən və məruzəçi, F.Talışinski və C.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayəti mahiyyətcə etiraz ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmundadır. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiqlənmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları'’nın 2, 3, 4-cü bəndlərinə, “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”nin 43-cü bəndinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1., 1.0.5-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və d igər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və d aha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla təyin edilir.

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şika yəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (hə cmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaların ın tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin fak tiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd edir.

22. İşin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanında xidmətə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Feldyeger Rabitəsi orqanında xidmətkeçmə haqqında Əsasnamənin 93-cü maddəsinin 4-cü bəndinə əsasən (təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar) xidmətinə xitam verilmişdir və ona xx.xx.2017-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir.

23. İş materiallarında olan iddiaçıya m əxsus pensiya işində Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli 918 nömrəli məlumat vərəqəsində iddiaçının vəzifəsi XDMX rəisinin sərəncamında olan Dövlət Feldyeger Xidmətinin Feldyeger heyəti şöbəsinin baş inspektoru qeyd edilmişdir və təminat xərcliyi həmin vəzifəyə uyğun hesablanmışdır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli 170-7 nömrəli qərarı və həmin qərara əlavə ilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci ilin 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələri və vəzifə maaşları Azərbaycan Respublikası Xüs usi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılmış və həmin şəxslərin pensiyalarının 2018-ci ilin martın 1dən hesablanaraq ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Bu qərarla iddiaçının işləmiş olduğu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində baş inspektor vəzifəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində diplomatik kuryer vəzifəsinə uyğunlaşdırılmış və uyğunlaşdırılacaq vəzifə maaşına faiz nisbəti 28,0 faiz müəyyən edilmişdir.

25. Bununla bağlı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş məlumat vərəqində iddiaçının vəzifəsi qeyd olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli 170-7 nömrəli qərarı və həmin qərara əlavədə iddiaçının işləmiş olduğu vəzifə və vəzifə maaşı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində olan vəzifəyə və vəzifə maaşına uyğunlaşdırılmış və həmin şəxslərin pensiyalarının 2018-ci ilin martın 1dən hesablanaraq ödənilməsinin təmin edilməsi müəyyən edilmişdir.

26. Beləliklə apellyasiya məhkəməsinin iddiaçıya təyin edilmiş pensiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarına əsasən uyğunlaşdırılmış vəzifənin təminat xərcliyinə uyğun olaraq yenidən 2018-ci ilin martın 1dən hesablayaraq ödənilməsi barədə mövqeyi düzgün olmuşdur.

27. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qü vvədə saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 21(103)-380/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar