Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1282/2021 07.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialın qarşı iş üzrə (Açar sözlər: sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaya güzəştli şərtlərlə yaşa pensiya təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına qarşı iş üzrə “yaşa görə güzəştli şərtlərlə p ensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.04.2021-ci il tarixli, 2-1(107)-183/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 05.04.1963-cü il tarixində anadan olmuş, 1978-1982-ci tarixlərində Bakı Yüngül Sənaye Texnikumunda tikiş istehsalı ixtisası üzrə tam kursu bitirmiş, 03.05.1982-ci ildən 01.02.1984-cü ilədək Naxçıvan şəhər SSRİ-nin 60 illiyi adına və 03.05.1984-cü ildən 01.07.1993-cü ilədək Göyçay tikiş fabrikində işləmişdir.
2. İddiaçı 16.06.1992-ci il tarixində X ilə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.1993-cü ildə oğlu X1, xx.xx.1995-ci ildə oğlu X2 və xx.xx.1996-cı ildə qızı X3 dünyaya gəl mişdir.
3. İddiaçının oğlu X1 anadangəlmə ürək qüsurlu olmaqla müxtəlif xəstəliklərdən əziyyət çəkmiş və Tibbi komissiyanın qərarı ilə 13.09.2003-cü ildən sağlamlıq imkanları məhdudluğu müəyyən edilmişdir. Uşaq anadan olandan başqa şəxsin köməyinə möhtac olmaqla daimi valideyn nəzarətində olmuşdur.
4. İddiaçı sağlamlıq imkanları məhdud uşağını 8 yaşa kimi böyüdüb tərbiyə etməyi ilə əlaqədar 26.04.2019-cu il tarixdə güzəştli pensiyaya çıxmaq yaşı çatdığı üçün pensiya təyin olunması ilə əlaqədar 04.05.2020-ci il tarixində cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh isə 12.05.2020-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.
5. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 01.05.2017-ci il tarixli 1352 saylı Fərmanı ilə təs diq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun 8-ci maddəsinə əsasən tələb olunan sosial sığorta stajı (kapitalı) təsdiq olunmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyası hesablamaq qanunamüvafiq deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.09.1978-ci ildən 01.03.1982-ci ilədək Bakı Yüngül Sənaye Texnikumunda təhsil aldığı illər (3 il 6 ay), İT-1 № ******* nömrəli əmək kitabçasına əsasən 03.05.1982-ci ildən 01.02.1984-cü ilədək Naxçıvan şəhər SSRİ-nin 60 illiyi adına və 03.05.1984-cü ildən 01.07.1993-cü ilədək Göyçay tikiş fabrikində işlədiyi illər (10 il 10 ay 26 gün), müvafiq olaraq xx.xx.1993-cü, xx.xx.1995-ci və xx.xx.1996-cı illərdə anadan olmuş uşaqlarına 3 yaşına çatanadək qulluq etməklə əlaqədar işləyə bilmədiyi illər (6 il), 27.07.1993-cü ildə anadan olmuş sağlamlıq imkanları məhdud oğlu X1 oğluna 13.09.2003-cü ildən 26.07.2011-ci ilədək qulluq etdiyi illər (7 il 10 ay 13 gün) iş stajına daxil edilməklə 28 il 3 ay 9 gün ümumi iş stajının olmasının nəzərə alınmaqla sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə güzəştli pensiyanın təyin olunması və pensiya hüququnun yarandığı 26.04.2019-cu il tarixindən hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, təqdim etdiyi sənədlərə əsasən onun cəmi 28 il 3 ay 9 gün sosial sığorta stajı vardır və İddiaçı xx.xx.1993-cü il təvəllüdlü oğlu X1 2003-cü ildən 2011-ci ilədək əlilliyi səbəbindən qulluq etmişdir. Buna görə də ona sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə güzəştli pensiya təyin olunmalıdır.
8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İş materiallarına nəzər salındıqda iddiaçının oğlu əlilliklə bağlı ilk müayinəsindən 2003-cü ildə keçmişdir, o zaman isə X1 10 yaşı olmuşdur. Bundan başqa, iddiaçı sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışını təqdim etməmişdir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən Göyçay rayon şöbəsi tərəfindən iddiaçının sosial sığorta stajı 21 il 10 ay 27 gün hesablanmışdır. İddiaçı tərəfindən iddia olunan sığorta stajına daxil edilmiş anadan olmuş uşaqlarına 3 yaşına çatanadək qulluq etməklə əlaqədar işləyə bilmədiyi illər müddəti şöbə tərəfindən sosial sığorta stajı kimi qeydə alınmamışdır. “Məzuniyyətlər” haqqında Azərbaycan Respublikasının 19.07.1994-cü il tarixli Qanunun 14-cü maddəsinə əsasən uşağa qulluq et məklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Bu maddə əsas götürülərək İddiaçı 6 illik anadan olmuş uşaqlarına 3 yaşına çatanadək qulluq etməklə əlaqədar işləyə bilmədiyi müddəti sosial sığorta stajına daxil edilməsi mümkün olmadığı üçün və minimum 25 illik sosial sığorta stajı tələbini ödəmədiyi üçün İddiaçı qanunvericiliyin şərtləri daxilində sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə güzəştli pensiyanın təyin olunması mümkün deyildir.
9. Şəki İnzibati Məhkəməsinin 25.01.2021-ci il tarixli 2-1(116)-126/2021 nömrəli qərarına əsasən (hakim İlqar Cabbarov) iddianın qismən təmin edilməsi, cavabdehin üzərinə iddiaçının 27.07.1993-cü il tarixindən 27.07.1999-cu il tarixinədək olan 6 il işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə güzəştli pensiya hüququ yarandığı 26.04.2019-cu il tarixindən ona pensiya təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 27.07.1993-27.07.1999-cu illərdə olan 6 il işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddət iş stajına daxil edilməlidir və həmin müddət iddiaçının stajına daxil ediləcəyi təqdirdə onun tələb olunan 25 il stajı tamamlanacaqdır. Bundan başqa, iddiaçının oğlu X 1 sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilərkən onun 10 yaşı olsa da, TSEK-in qərarlarından müəyyən olunur ki, əlilliyin səbəbi anadangəlmə ürək qüsurudur. Yəni iddiaçının oğlunda sağlamlıq imkanlarının məhdudluğuna səbəb olan xəstəlik onda anadangəlmə olmuşdur. Pensiyanın birdəfəlik ödənilməsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.04.2021-ci il tarixli 21(107)-183/2021 nömrəli qərarına əsasən (sədrlik edən Vəzirxan Məlikov, hakim lər Rövşən Rəfiyev və İmanverdi Şükürov) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 25.01.2021-ci il tarixli 2-1(116)-126/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Məhkəmə qərarı cavabdehə 27.04.2021-ci il tarixində təqdim edilmişdir.
15. Cavabdeh 27.05.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.04.2021-ci il tarixli 2-1(107)-183/2021 nömrəli qərarının ləğv edilməsini və iddian tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını tələb etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kas sasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının ümumilikdə 21 il 10 ay 27 gün sosial sığorta stajı var. İddiaçının övladı xx.xx.1993-cü il təvəllüdlü X1 13.09.2003-cü il tarixindən – 10 yaşından sağlamlıq imkanı məhdudluğu müəyyən edilmişdir. Bundan başqa, iddiaçı xx.xx.1993-xx.xx.1999-cu illərdə 3 yaşınadək körpə uşağına qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsi tələbi də əsassızdır. Belə ki, “Məzuniyyətlər haqqında” Qanunun 14-cü maddəsinə əsasən uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Odur ki, iddiaçının anadan olmuş öv ladlarına 3 yaşına çatanadək qulluq etməklə əlaqədar işləyə bilmədiyi müddətin sosial sığorta stajına daxil edilməsi mümkün olmadığından və minimum 25 illik sosial sığorta stajı mövcud olmadığından iddiaçıya sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş ana kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTB İQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
21. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağl amlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (01.01.2006-cı il tarixinədək qüvvədə olmuşdur) 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir.
23. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulun u konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
24. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
26. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsas landırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 21 il 10 ay 27 gün stajının olması cavabdeh tərəfi ndən mübahisələndirilmir. Cavabdehin mübahisələndirdiyi hissə iddiaçının 3 yaşına qədər körpə uşaqlarına qulluq etdiyi müddətdir. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edir. Belə ki, hazırkı qərarın 22-ci bəndində göstərilən normanın məzmunundan göründüyü kimi, əvvəlki qanunvericiliklə həmin müddət iş stajına daxil edilirdi. Əvvəlki qanunvericiliklə qazanılmış hüquq isə sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdırıldığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllə r yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
31. Cavabdeh kassasiya şikayətində bundan başqa qeyd etmişdir ki, iddiaçının oğlu Həsənov Kərim Mahir oğlunun sağlamlıq imkanları məhdudluğu müəyyən edilərkən onun 10 yaşı olduğundan iddiaçının pensiya hüququ yaranmır. Cavabdehin bu dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən TSEK-in qərarlarına əsasən müəyyən olunmuşdur ki, əlilliyin səbəbi anadangəlmə ürək qüsurudur. Yəni, iddiaçının oğlunda sağlamlıq imkanlarının məhdudluğuna s əbəb olan xəstəlik onda anadangəlmə olmuşdur.
32. Beləliklə, işin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarından görünür ki, iddiaçının tələb olunan 25 il stajı tamamlanıb və o, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmişdir. Belə olan halda, iddiaçının hazırkı qərarın 21-ci bəndində göstərilən qaydada əmək pensiyası hüququ yaranır.
33. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərt lərin mövcudluğunu sübut edə bilməmişdir.
34. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdehin kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.04.2021-ci il tarixli 2-1(107)-183/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.04.2021-ci il tarixli 21(107)-183/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.