Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1282/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X3) “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1065/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərardadın dan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi və prosessual müddətin bərpasına dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdeh1 318 saylı 1 dekabr 2017ci il tarixli sərəncamının qismən ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri, Nəsimi rayonu, H.Hacıyev küçəsində yerləşən ona məxsus ictimai iaşə obyektinə aid sahədə X2 tərəfindən inşa edilmiş pilləkənin onun hesabına sökülməsi tələbini irəli sürmüşdür. Məhkəmə müəyyən etmişdir ki, X2 tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının mübahisələndirilən pilləkəni ona məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş ərazi ilə üst-üstə düşür və pilləkənin yerləşdiyi ərazi ilkin olaraq onun qeyri-yaşayış sahəsinə aiddir. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 24 sentyabr 2018-ci il tarixli 21011 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, X2 tərəfindən inşa olunmuş mübahisəli pilləkən tikilisi Bakı şəhəri Nəsimi RİH başçısının 1 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamı ilə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03-8/769 saylı eskiz layihəsində, onun (iddiaçının) mülkiyyətində ki sahəsi 102.4 kv.m olan qeyri-yaşayış sahəsinə dair verilmiş texniki pasportun plan-sxemində 18.9 kv.m açıq sahə kimi göstərilmişdir. Digər tərəfdən də iş materiallarından müəyyən olunur ki, həmin iş üzrə cavabdeh Bakı şəhəri Nəsimi RİH tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikili (o cümlədən, həmin tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi) Bakı şəhəri Nəsimi RİH başçısının 1 dekabr 2017-ci il tarixli sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/038/769 saylı eskiz layihəsi əsasında inşa olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Nəsimi RİH-nin 1 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamının qismən ləğv olunmasını xahiş etsə də, ərizəsinə cavab veril məmişdir. Hesab edir ki, ərizəyə cavabdeh Bakı şəhəri Nəsimi RİH tərəfindən baxılmaması və ya əsassız olaraq baxılmasının gecikdirlməsi, qurumun müraciətlə bağlı əsassız imtinasıdır. İddia tələbi qanunidir və əsaslıdır, ona görə də təmin olunmalıdır.
3. Məhkəmənin müvafiq qərardadı ilə X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) 2-1(112)-10614/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. Məhkəmə qeyd etmişdir ki: İddiaçı əvvəllər də eyni tələblə məhkəmədə iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4368/2021 saylı iş üzrə 6 avqust 2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Bakı şəhəri Nəsimi RİH-nə qarşı 1 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamını n tikilinin ayrılmaz hissəsi olan pilləkən qəfəsi hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Hazırkı iddia ərizəsində iki cavabdeh inzibati orqan göstərilsə də, mübahisə predmeti olan sərəncam cavabdeh Bakı şəhəri Nəsimi RİH tərəfindən qəbul olunduğundan, tələb ikinci cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı yönəlməmişdir və həmin cavabdehin işdə prosessual iştrakı formal qiymətləndirilərək iddia ona aid hissədə mümkün sayılmır. Cavabdeh Bakı şəhəri Nəsimi RİH-nə münasibətdə isə, eyni əsaslarla eyni tələb üzrə mübahisəyə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə qiymət verildiyindən, hazırkı iddiaya yenidən baxılması yolverilən hal deyil.
6. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) 2-1(103)-1161/2022 nömrəli, 4 mart 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10614/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
8. Məhkəmə kollegiyası qeyd etmişdir ki: İddiaçı iddia ərizəsi ilə birgə buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4368/2021 saylı iş üzrə 6 avqust 202 1-ci il tarixli qərardadına əsasən mübahisələndirilən sərəncam üzrə iddia müddətinin buraxılması əsası ilə iddia mümkün sayılmadığından, hazırkı iş üzrə müddətin buraxılmasının üzrlü hesab edilərək, iddia tələbinin mümkün sayılmasını xahiş etmiş, lakin məhkəmə iddianı mümkün saymayarkən həmin vəsatətə münasibət bildirməmişdir. Belə olan halda, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi prosessual hüquq pozuntusu kimi qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması son nəticədə məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Beləliklə, birinci instansiya məhkəməsinin iddiaçının buraxılmış prosessual müddətin bərpasına dair vəsatətə münasibət bildirmədən iddianı mümkünsüz sayması prosessual qanunvericiliyin tələbləri baxımından qanuni olmamışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatətə münasibət bildirilməli, daha sonra iddianın mümkünlük şərtlərinə qiymət verilməlidir. c) birinci instansiya məhkəməsində ikinci icraat
9. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) 2-1(112)-7716/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
10. Məhkəmə qeyd etmişdir ki: İddiaçı “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsində prosessual müddətin buraxılmasının səbəblərinin üzrlü sayılması üçün tutarlı əsas gətirməmişdir. Ərizədə göstərilən xüsusat hazırkı iddia qaldılmamışdan əvvəl Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-4368/21 saylı iş üzrə iddianı qaldırmaqla bağlı ötürülmüş prosessual müddətin bərpası istiqamətinə yönəlir, lakin həmin iş üzrə bu barədə ərizə təqdim edilməmiş, habelə sözügedən iş üzrə “iddianın mümkün sayılmaması haqqında” qərardaddan apellyasiya şikayəti də verilməmişdir. Nəzərə alınmalıdır ki, sözügedən qərardadda həmin məhkəmə icraatında aşağıdakı nəticənin əldə olunması vurğulanmışdır: “Bakı şəhəri Nəsimi RİH başçısının 1 dekabr 2017-ci il tarixli 218 nömrəli sərəncamı onun özünün iddiası üzrə məhkəmə icraatında əldə olunmuş rəy və müvafiq aktla 18 may 2018-ci il tarixədək hazırkı iddiaçıya təqdim (elan) olunmuşdur”. Bu isə o deməkdir ki, iddiaçı hazırkı iddianı və buraxılmış prosessual müddətin bərpası barədə ərizəni müvafiq müddətə əməl olunmasına mane olan halların aradan qalxdığı gündə n və iddia qaldırılması üçün müəyyən edilmiş tarixdən 3 ildən artıq vaxt kedikdən sonra təqdim etmişdir. Ərizə İPM-in 24.2 və 24.4cü maddələrinə riayət edilmədən verilmişdir. Bütün qeyd olunanların məcmusunda məhkəmə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. İPM-in 24.4-cü maddəsində sadalanan “istisna” hallarının mövcudluğuna gəldikdə isə, bu barədə iddiaçının dəlili olmadığından, mübahisənin halları üzrə buraxılmış iddia müddətinin bərpası barədə ərizənin verilməsi həm də mümkün deyil. İddiaçı iddiasında 1 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamın məhkəmə qaydasında ləğvini deyil, ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu hal, hətta formal xəta qismində qiymətləndirilsə belə, hazırkı iddia İPM-in istə r 2.2.1-ci maddəsi, istərsə də 2.2.2-ci maddələri baxmından qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət buraxılmaqla qaldırılmışdır (iddiaçı özü də bunu inkar etmir). Qeyd olunanlardan əlavə bir xüsusata da diqqət yetirmək lazımdır ki, iddiaçı cavabdeh inzibati orqan Bakı şəhəri Nəsimi RİH-nə qarşı əvvəllər də hazırkı iddia tələbi ilə eynilik təşkil edən tələblə məhkəmədə iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4368/2021 saylı iş üzrə 6 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi RİHnə qarşı 1 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamın tikilinin ayrılmaz hissəsi olan pilləkən qəfəsi hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır.
11. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) 2-1(103)-1065/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7716/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlill əri
15. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlilləri ilə uyğunluq təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali M əhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Həmçinin qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, Bakı şəhəri Cavabd eh1 318 saylı 1 dekabr 2017-ci il tarixli sərəncamının qismən ləğvinə dair iddianın mümkünlüyü ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmış, məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanu nvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
27. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 saylı q ərarında ifadə olunmuş hüquqi mövqeyə görə, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
29. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı işdə iddiaçının tələbi “mübahisələndirmə haqqında iddia” növünə aiddir. Mübahisə predmeti olan sərəncamın qəbul olunma tarixinə nəzər yet irildikdə isə məlum olur ki, həmin sərəncam təxminən bundan (bu iş üzrə iddia verilməmişdən) 4 il əvvəl qəbul olunmuşdur. Həmin mübahsələndirilən sərəncamdan iddiaçının məhkəmə prosesində məlumatlı olması barədə dəlilə münasibətdə qeyd olunur ki, əvvəllər də iddiaçının cavabdeh Bakı şəhəri Nəsimi RİH-nə qarşı cavabdehin 1 dekabr 2017-ci il tarixli 318 nömrəli sərəncamının qismən ləğv edilməsi tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin icraatında olmuş və həmin iş üzrə qəbul edilmiş 2-1(112)4368/2021 saylı 6 avqust 2021-ci il tarixli qərardadla iddia müddətinin buraxılması, müddətin bərpası barədə müvafiq ərizənin verilməməsi səbəbindən iddianın mümkün sayılmaması qərara alınmışdır. Belə ki, həmin iş üzrə qəbul edilmiş qərardada əsasən, mübahisələndirilən 1 dekabr 2017-ci il tarixli 3 18 nömrəli sərəncam iddiaçı tərəfindən məhkəmə icraatında əldə olunmuş rəy və müvafiq aktla xx.xx.2018-ci il tarixədək hazırkı iddiaçıya (İddiaçı) təqdim (elan) olunmuşdur. Bu isə o deməkdir ki, iddiaçı hazırkı iddianı və buraxılmış prosessual müddətin bərpası barədə ərizəni müvafiq müddətə əməl olunmasına mane olan halların aradan qalxdığı gündən və iddia qaldırılması üçün müəyyən edilmiş tarixdən 3 ildən artıq vaxt keçdikdən sonra qaldırılmışdır. Ərizə İPM-nin 24.2 və 24.4-cü maddələrinə riayət edilmədən verilmişdir.
30. Beləliklə, mübahisəyə dair iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün hesab edilməli, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası Q ƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1065/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.