Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1282/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Göyçay rayonu Cəyirli Bələdiyyəsi və X 5) “Göyçay rayonu Cəyirli kəndində yerləşən, 0,0016 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın (elektron çıxarışın) və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-604/2023 saylı qərarından üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Göyçay rayonu Cəyirli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı əsasında X4 16 kv.m torpaq sahəsi satılmış, satılmış torpaq sahəsinin dəyəri Asif Abuşov tərəfindən ödənilmişdir. Sözügedən torpaq sahəsi həmin vaxtdan onun istifadəsində və sahibliyində olmuşdur.
2. X6 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir.
3. İddiaçı mərhum ərinin sahibkarlığın inkişafı məqsədi ilə Göyçay rayonu Cəyirli Bələdiyyəsindən aldığı torpaq sahəsinə mərhumun adına hüquqmüəyyənedici sənəd almaq üçün cavabdehə müraciət etmişdir.
4. Cavabdeh imtina məktubunda bildirmişdir ki, iddiaçının mərhum həyat yoldaşına məxsus Göyçay rayonu, Cəyirli kəndində yerləşən 0,0016 ha torpaq sahəsinin dövlət reyestrində qeydə alınması üçün baxış keçirilən zaman vərəsələr arasında torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin a parılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonun Cəyirli kəndində yerləşən, 0,0016 ha torpaq sahəsinə mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-457/2022 nömrəli qərardadı ilə Göyçay rayonu Cəyirli Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.
7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-36/2023 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
8. İddiaçı məhkəmə iclasında tələbini dəqiqləşdirərək “Göyçay rayonun Cəyirli kəndində yerləşən, 0,0016 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın (elektron çıxarışın) və torpaq sahəsinin plan ı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
10. İddia tələbini onunla əsaslandırılmışdır ki, mərhum X6 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 nömrəli qərarı ilə Göyçay rayonunun Cəyirli kəndində ailə üzvlərinə verilmiş 0,26 ha həyətyanı təyinatlı torpaq sahəsi və sahibkarlığın inkişafı məqsədi ilə Göyçay rayonu Cəyirli Bələdiyyəsindən aldığı 0,0016 ha torpaq sahəsi miras qalmışdır. 0.26 ha həyətyanı torpaq sahəsində olan miras paya vərəsəlik açılmış və Göyçay rayon Notariat Kontorunun xx.xx.2017-ci il tarixdə verdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçıya və digər qanun üzrə vərəsələrə bərabər hissədə pay verilmişdir. Həmin torpaq sahəsindən üçüncü şəxs Fərid Abışova çatan payı razılığa əsasən bölüb vermiş, Səlim Abışov və Babək Abuşovla birlikdə həmin paya mülkiyyət hüquqlarını xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınmışdır. Cavabdehin etirazları:
11. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vətəndaş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddəsinə uyğun müraciət etməmişdir.
12. Belə ki, vətəndaşın ərizəsinə heç bir sənəd əlavə olunmamış və ərizə müəyyən olunmuş formaya uyğun təqdim edilməmişdir. Vətəndaş tərəfindən müvafiq olaraq inventarlaşdırmaya şərait yaradılmamışdır.
13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. 14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən qeydiyyat orqanına təqdim edilən ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Üçüncü şəxsin etirazları:
15. Üçüncü şəxs X5 iddia tələbinə etirazla eyni məzmunl u izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
16. Üçüncü şəxs Cəyirli Bələdiyyəsi iddia tələbinə münasibət bildirməmişdir. Mütəxəssis rəyi:
17. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-457/2022 saylı qərardadı ilə cavabdehdən işdə olan, 1:10000 miqyasında tərtib edilmiş yerquruluşu planına əsasən mərhum X4 ayrılmış Göyçay rayonun Cəyirli kəndində yerləşən, 0,0016 ha torpaq sahəsinin naturada yeri müəyyən edilməklə, mübahisəli torpaq sahəsinə dair aşağıda qeyd edilmiş suallar üzrə məlumatlar götürülməsi qərara alınmışdır. Birinci sual: Göyçay rayonu Cəyirli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə ayrılmış, Cəyirli kəndində yerləşən, 0,0016 ha torpaq sahəsinin xüsusiyyətləri (təyinatı, uqodiyası (əkin olduqda kənd təsərrüf atına yararlı, yararsız və ya az yararlı olması göstərilməklə), statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti və s.) nədən ibarətdir? İkinci sual: Üçüncü şəxs X2 faktiki istifadəsində olan torpaq sahəsi Göyçay rayonu Cəyirli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə ayrılmış, Cəyirli kəndində yerləşən, 0,0016 ha torpaq sahəsi ilə üst-üstə düşürmü?
18. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə görə, Göyçay rayon Cəyirli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə ayrılmış, 0.0016 ha torpaq sahəsinə dair koordinatlar mövcud olan torpaqayırma sxemi mövcud olmadığı üçün torpaq sahəsinin yerləşdiyi ərazinin döngə nöqtələrinin koordinatlarını, xüsusiyyətlərini (təyinatı, uqodiyası (əkin ol duqda kənd təsərrüfatına yararlı, yararsız və ya az yararlı olması göstərilməklə), statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti və s.) və digər torpaq sahələri ilə üstüstə düşmə halının mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən naturada göstərilən 0.0016 ha torpaq sahəsi elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, islahat uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü bələdiyyə göstərilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
19. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-36/2023 saylı qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə Göyçay rayonun Cəyirli kəndində ye rləşən, 0,0016 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın (elektron çıxarışın) və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulmuşdur.
20. Məhkəmə qeyd etmişdir ki, Göyçay rayonu Cəyirli Bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 06 saylı qərarı əsasında mərhum Asif Abuşova 16 kv.m torpaq sahəsi satılmış, satılmış torpaq sahəsinin dəyəri mərhum Asif Abuşov tərəfindən ödənilmişdir. Sözügedən torpaq sahəsi həmin vaxtdan onun istifadəsində və sahibliyində olmuşdur. Mübahisələndirilən torpaq sahəsinin mərhum Asif Abuşovun qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, satılması nəzərdə tutulan torpaq sahəsinə dair tərtib edilmiş sxem və alqı-satqı aktı ilə təsdiq edilir.
21. Beləliklə, torpaq sahəsi Cəyirli Bələdiyyəsinin mülkiyyətində olmuş, bələdiyyə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır.
22. Cavabdeh orqan təqdim etdiyi mütəxəssis rəyində qeyd etmişdir ki, iddia olunan torpaq sahəsinə dair koordinatlar mövcud olan torpaqayırma sxemi mövcud olmadığı üçün torpaq sahəsinin yerləşdiyi ərazinin döngə nöqtələrinin koordinatlarını, xüsusiyyətlərini və digər torpaq sahələri ilə üst-üstə düşmə halının mövcud olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Odur ki, məhkəməyə iddiaçı tərəfindən naturada göstərilən 0.0016 ha torpaq sahəsinin elektron baza məlumatları təqdim edilərək həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, islahat uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü b ələdiyyə qeyd edilmişdir. İş materiallarına olan Göyçay rayon İcra Hakimiyyətinin başçısının Cəyirli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-46-18/220/2023 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, hazırda X3 istifadəsində olan tikili X1 vəfat etdiyi günədək qəssab kimi işlədiyi tikili olmuşdur.
23. Belə olan halda, məhkəmə hesab edir ki, mərhum Asif Abuşovun istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi ona məhz bələdiyyə tərəfindən satılmış torpaq sahəsi olmuş və sözügedən torpaq sahəsi mərhumun və ailə üzvlərinin qanuni istifadəsində olduğundan (üzərində qəssablıq fəaliyyəti üçün nəzərdə tutulmuş tikili inşa edilərək istifadə olunmuşdur) ötən 15 il müddətində həmin torpaq sahəsindən istifadə edilməsi hər hansı mübahisə predmeti olmamışdır.
24. Məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsusluğunun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən müvafiq qeydiyyatin aparılması üçün yetərli əsas sayılmalıdır.
25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.
26. Üçüncü şəxs X5 birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-604/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ü il tarixli 2-1(116)-36/2 023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
29. Üçüncü şəxs X5 apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Cavabdehin kassasiya şikayətinin dəlilləri
30. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı qanunsuz, əsassızdır. İşə baxan məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, hüquq normalarını düzgün tətbiq etməmişdir.
31. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Göyçay rayon Cəyirli Bələdiyyəsinin xx.xx.2007-ci il tarix li, 06 saylı qərarı ilə ayrılmış, 0.0016 ha torpaq sahəsinə dair koordinatlar mövcud olan torpaqayırma sxemi mövcud olmadığı üçün torpaq sahəsinin yerləşdiyi ərazinin döngə nöqtələrinin koordinatlarını, xüsusiyyətlərini (təyinatı, uqodiyası (əkin olduqda kənd təsərrüfatına yararlı, yararsız və ya az yararlı olması göstərilməklə), statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti və s.) və digər torpaq sahələri ilə üst-üstə düşmə halının mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən naturada göstərilən 0.0016 ha torpaq sahəsi elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, islahat uqodiyası tikinti altında olan torpaqlar, mülk iyyət növü bələdiyyə göstərilmişdir.
32. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
33. İşin hallarından göründüyü kimi, mərhum X4 Göyçay rayon Cəyirli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə 0.0016 ha torpaq sahəsi satılmasına baxmayaraq, lakin həmin torpaq sahəsinin hansı ərazidən ayrılmasını əks etdirən sxematik plan tərtib edilməmişdir. Verilmiş mütəxəssis rəyindən də göründüyü kimi adı çəkilən bələdiyyənin qərarı ilə ayrılmış 0.0016 ha torpaq sahəsinin yerləşdiyi yeri əks etdi rən sxem, koordinat olmadığı üçün torpaq sahəsinin döngə nöqtələrini müəyyən etmək mümkün olmamışdır.
34. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi işin bu hallarına diqqət yetirməmiş, uzun müddət istifadəmdə olan torpaq sahəsində inşa etdiyim mağazanın yerləşdiyi torpaq sahəsinin mərhum X4 Göyçay rayon Cəyirli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə ayrılmış 0.0016 ha torpaq sahəsi olması qənaətinə gəlmiş və nəticədə yuxarıda istinad etdiyim maddi hüquq normalarının tələblərini pozmuşdur. d. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhd udlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar... Maddə 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləş dirilir.
37. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
39. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. İş materiallarından göründüyü kimi iddiaçının hüquq sələfinin ərizəsi əsasında torpaq sahəsinin satılmasına dair Bələdiyyə tərəfindən inzibati icraat başlanılmış, satılması nəzərdə tutulan torpaq sahəsinə bələdiyyənin, yerli torpaq şöbəsinin nümayəndələrinin və alıcının iştirakı ilə yerində baxış keçirilmiş, həmin şəxslərin iştirakı ilə torpaq sahəsinin seçilməsinə dair xx.xx.2007-ci il tarixli akt tərtib edilmiş, satılması nəzərdə tutulan tor paq sahəsinin yerquruluşu planı yerli torpaq şöbəsi tərəfindən tərtib edilmiş və Bələdiyyə tərəfindən təsdiq edilmiş, nəticədə vətəndaşın xeyrinə əlverişli inzibati akt qəbul edilmiş və torpaq sahəsinin yerləşdiyi ərazinin planı həmin akta əlavə edilmişdir. Həmin inzibati akt qüvvədədir. 42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur.
43. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş şərt iddiaçı tərəfindən ödənildiyindən, onun həmin normadan irəli gələn tələb hüququ vardır.
44. Üçüncü şəxsin şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər mahiyyətcə apellyasiya şikayətinin dəli lləri ilə, əsasən eynilik təşkil edir və apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
45. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, üçüncü şəxsin istinad etdiyi mütəxəssis rəyində mübahisə olunan torpaq sahəsinin məhz koordinatlarının əks olunduğu torpaqayırma sxeminin olmadığı qeyd olunsa da, yuxarıda qeyd olunduğu kimi, satılması nəzərdə tutulan torpaq sahəsinə bələdiyyənin, yerli torpaq şöbəsinin nümayəndələrinin və alıcının iştirakı ilə yerində baxış keçirilmiş, həmin şəxslərin iştirakı ilə torpaq sahəsinin seçilməsinə dair müv afiq akt tərtib edilmiş, satılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu planı yerli torpaq şöbəsi tərəfindən tərtib edilmiş və Bələdiyyə tərəfindən təsdiq edilərək bələdiyyə qərarına əlavə edilmişdir.
46. Əksinə, işin materiallarında üçüncü şəxsin faktiki istifadə etdiyi torpaq sahəsinə və həmin torpaq sahəsi üzərindəki tikiliyə hər hansı hüququnun olduğunu aşkar təsdiq edən sənəd (o cümlədən, həmin daşınmaz əmlaklara hüququnun qeydə alındığına dair sənəd) yoxdur.
47. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələbinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə qeydiyyat orqanı tərəfində n onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir.
48. Göründüyü kimi, tələb olunan həmın arayış əsasında vərəsənin və ya vərəsələrin adlarına vərəsəlik sənədləri tərtib edilir və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün qeydiyyat orqanına təqdim edilir. Hazırkı halda da, tələb olunan arayış təkcə iddiaçının (miras qoyanını arvadının) deyil, həm də miras qoyanın digər vərəsələrinin əsaslana biləcəkləri, hüququn miras qoyana məxsus olduğunu təsdiq edən sənəddir və onlar miras əmlaka münasibətdə vərəsəlik hüquqlarını, arayışın notariat orqanına hansı vərəsə tərəfindən təqdim edilməsindən asılı olmayaraq, - həmin arayış vasitəsi ilə həyata keçirə bilərlər.
49. Eyni ilə həmin arayışa üçüncü şəxs (işdə olan AA3291513 №-li şəxsiyyət v əsiqəsində qeyd olunan “X5” ilə xx.xx.1986-cı il tarixli, 92 №-li “doğum haqqında akt qeydində” (doğum haqqında şəhadətnamə - AZ-İİİ № 796821) qeyd olunan “X7”nun eyni şəxs olduğu, buradan, həmin şəxsin mərhum X1 vərəsəsi olduğu nəzərə alınmaqla) əsaslana bilər.
50. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-604/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.