Məhkəmə qərarları › İş №2-1(102)-1283/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1283/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1283/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlüyü; iddianın qaldırılması müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (üçüncü şəxs X3) “qərarın etibarsızlığının tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-13 65/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 2 may 2003-cü il tarixli qərarı ilə X2 600 kv metr torpaq sahəsi ayrılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Binəqədi qəsəbə X1 torpaq sahəsinin ayrılmasına dair 368 saylı, 02 may 2003-cü il tarixli qərarının Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddia onunla əsaslandırılmışdır ki, Binəqədi qəsəbə Bələdiyyəsin in 368 saylı, 02 may 2003-cü il tarixli qərarı ilə X2 dövlətin müstəsna səlahiyyətində saxlanan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək, Qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün "Binəqədi OylKompani" şirkətinin (“Şirkət”) istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində və 1 saylı mədənin 5-ci sahəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər İcra Ha kimiyyətinin 908 saylı, 26 sentyabr 2000-ci il tarixli Sərəncamı ilə, həmin Sərəncama əlavə edilmiş və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş xəritədə göstərilən ərazilər Binəqədi qəsəbə Bələdiyyəsinə ayrılmış və həmin torpaq sahələri 23 oktyabr 2000-ci il tarixli Protokolla Binəqədi qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir. Qeyd edilən xəritədə göstərilmiş və Binəqədi qəsəbə Bələdiyyəsinə ayrılmış torpaq sahəsi əslində Şirkətin Saziş ərazisinin hüdudlarından kənarda yerləşir. Lakin Binəqədi qəsəbə Bələdiyyəsi səlahiyyət hədlərini aşaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaqlarla kifayətlənməyərək özünün ərazisindən kənarda olan və Şirkətin Saziş ərazisinin hüdudları daxilində yerləşən torpaqları da müxtəlif nömrəli v ə tarixli sərəncamlarla vətəndaşların istifadəsinə ayırmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı İnzibati Məhkəməsinin 28.9.2022-ci il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12700/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1365/2023 nömrəli, 24.2.2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayətini təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı 2011-ci il tarixədək qüvvədə olmuş əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddətini ötürdüyü halda, yeni qanuna görə də mübahisələndirmə hüququ tanına bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

10. Apellyasiya instansiya məhkəməsi hüquqi mövqeyinin əsası kimi Mülki Prosessual Məcəllənin (10 iyun 2011-ci il tarixə qədər qüvvədə olan redaksiya) 296, 296.1, 298-ci maddələrinə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1, 24.2 və 35.1-ci maddələrinə istinad etmişdir.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması və icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılması üçün aşağı instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində göstərilmişdir ki, İnzibati prosessual qanunvericiliyin tələbinə görə müəyyən etmə və tanınma haqqında iddia növündə o lan tələblərə prosessual müddətlər tətbiq edilə bilməz.

13. Apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə qarşı qaldırılan iddiasının müəyyən etmə və tanınma haqqında iddia növündə olmasına diqqət yetirməmiş, həmin iddianı mübahisələndirmə növündə iddia kimi qəbul etməklə əsassız olaraq prosessual müddətləri tətbiq etmiş və bununla da guya, iddiaçının iddia qaldırılması üçün nəzərdə tutulan prosessual müddəti ötürdüyünü əsas gətirərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbinə görə müəyyən etmə və tanınma növündə olan iddialara prosessual müddətlər tətbiq edilməməlidir.

14. İnzibati Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər.

15. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmadığı halda və hazırkı iş üzrə prosessual hüquq normalarına istinad etməli olduğu halda Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş 298-ci maddəsinin tələbinə əsaslanaraq qərardad qəbul etmişdir. İddianın mümkünlüyü məsələsinə baxılarkən məhkəmə hazırda qüvvədə olan İPM-in qüvvədə olan müddəasına əsaslanmalı idi. İPM-in prosessual müddətlərlə bağlı qüvvədə olan 38.1-ci maddəsi isə iddiaçının hazırki iddia tələbinə tətbiq edilə bilməz.

16. Apellyasiya instansiya məhkəməsi həmçinin Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən qanunvericiliyin tələblərinin kobud surətdə pozularaq cavabdehin özbaşınalıq etməsinə, səlahiyyət hədlərini aşaraq Şirkətin Saziş ərazisinin hüdudla rı daxilində (ARDNŞ-nin Sazişdən öncəki və hazırda Şirkətin istifadəsində olan), vətəndaşların istifadəsinə torpaq sahəsini ayırmasına göz yummuş, bələdiyyənin qanunsuz əməlinə don geyindirməklə şirkətin iddiasına mahiyyəti üzrə baxmamış, əksinə olaraq, iddia tələbinin mümkünsüzlüyü barədə qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Mülki Prosessual Məcəllə (10 iyun 2011-ci il tarixə qədər qüvvədə olan redaksiyada): Maddə

296. Ərizənin verilməsi Maddə 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Maddə

298. Əri zə ilə məhkəməyə müraciət etmək üçün müddət şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir....

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

36. Müəyyən etmə və ya tanınma haqqında iddia 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əs aslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müd dətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilir.

21. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

23. İddiaçının şikayətinin dəlillərinə görə iddia tələbi müəyyən etmə və tanınma barədə iddia növündə olduğuna görə, İPM-in iddia müddəti ilə bağlı müddəaları hazırkı mübahisəyə tətbiq edilə bilməz.

24. Məhkəmə kollegiyası razılaşır ki, iddiaçının hazırkı məzmunda iddiası tanınma haqqında iddia növünə aiddir. Həmin iddia növü isə 1 yanvar 2011-ci il tarixdən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmişdir. Həmin Məcəllədə bu növ iddianın verilməsi üçün müddət nəzərdə tutulmamışdır.

25. Bununla yanaşı, nəzərə alınmalıdır ki, 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin fəslin müddəalarında hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyy ən edilmiş 1 aylıq müddətin axımının başlanğıcı maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtla müəyyən edilirdi.

26. İddiaçının onun əməli idarəçiliyinə verilmiş torpaq ərazisinə əşya hüququnun yarandığı 2005-ci ilədək həmin ərazidəki torpaq sahələri ilə bağlı tələb hüququ olmuş hüquq sələfi tərəfindən hazırda iddia olunan qərar, həmin qərarda göstərilən torpaq sahəsindən üçüncü şəxsin istifadə etməsi faktı mübahisələndirilməmiş, həmin akta qarşı iddia qaldırmaq imkanı əvvəlki qanunun müddəalarına əsasən aradan qalxmışdır.

27. Beləliklə, 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktlara qarşı əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə imkanı 2011-ci il 1 yanvar tarixədək artıq itirilmişdirsə, onlar yeni qanuna görə də (yeni qanunda bu növ iddialarla bağlı məh kəməyə müraciət etmə müddətlərinin nəzərdə tutulmaması əsası ilə) mübahisələndirilə bilməzlər. Başqa sözlə, iddiaçı həmin aktlarla hüququnun pozulduğunu iddia edə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisə açmaq imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı nəzərdə tutmur.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzr ə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33).

29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı nəticə etibarı ilə düzgün olduğundan, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir.

30. İcraat üzrə prosessual xərclər İPM-in 110.1-ci maddəsinə əsasən həll edilir.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1365/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. İcraat üzrə prosessual xərclər iddiaçıya aid edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar