Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1283/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi borcu hesablanması barədə qərarların ləğvi; növbədənkənar səyyar vergi yoxlaması; iddianın mümkünlüyü; əsaslandırılmamış inzibati akt) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(103)-2664/2023 nömrəli qərarından cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən ayrı-ayrılıqda ve rilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ a) “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********174291 nömrəli qərarla bağlı işin halları
1. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2017-ci il tarixli **********136076 saylı qərarı ilə iddiaçı müəssisə barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
2. Yoxlama xx.xx.2017-ci il tarixdə başlanılmış və xx.xx.2018-ci il tarixdə başa çatmış, nəticəsi xx.xx.2018-ci il tarixli **********100087 nömrəli Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.
3. Həmin Akt əsasında qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********174291 nömrəli qərar ilə İddiaçı MMC-yə 1.626.413,77 (2016-cı ilin mənfəət vergisi üzrə 86.280,07 manat; 2017-ci ilin mənfəət vergisi 450.613,52 manat; 2017-ci ilin ƏDV üzrə 1.089.520,18 manat) məbləğində əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 813.206,89 manat maliyyə sanksiyası tətbiq edilmişdir. b) ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198600 nömrəli xx.xx.2020-ci il tarixli qərarla bağlı işin halları
4. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********192747 saylı qərarı ilə iddiaçı müəssis ə barəsində Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
5. Yoxlama xx.xx.2019-cu il tarixdə başlanılmış və xx.xx.2020-ci il tarixdə başa çatmış, nəticəsi xx.xx.2020-ci il tarixli **********192817 nömrəli Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.
6. Həmin Akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198600 nömrəli xx.xx.2020-ci il tarixli qərar ilə İddiaçı MMC-yə 1.330.671,54 (2018-ci ilin mənfəət vergisi üzrə 324.250,16 manat; 2019-ci ilin ƏDV üzrə 1.006.257,58 manat; 2019-cu ilin ödəmə mənbəyində tutulan vergisi üzrə 163,80 manat) məbləğində əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 836.512,57 manat maliy yə sanksiyası tətbiq edilmişdir. c) X1 Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə bağlı işin halları
7. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinin “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 27 mart 2019-cu il tarixli qərarı ilə İddiaçı MMC-də 1626413,77 manat məbləğində, yəni xüsusilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işinin başlanması qərara alınmışdır (təqsirləndirilən şəxs: X3).
8. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş i üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-17/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə məhkəmə istintaqı zamanı keçirilmiş ekspertiza rəyləri ilə ümumilikdə dövlət büdcəsinə ödənilməli olan vergi məbləğinin 662.656,44 manat müəyyən olunması, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X1 ərizə ilə məhkəməyə müraciət edərək, ümumilikdə 662.656,44 manat vergi borcunu dövlət büdcəsinə ödədiyini qeyd edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiyi nəzərə alınmaqla, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsinin tətbiq edilməsi və cinayət məsuliyyətindən azad edilməsi; X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Departamentinin mülki cavabdeh X2 qarşı 1.747.948,46 manat məbləğində ziyanın (vergi məbləğinin) tutularaq dövlət büdcəsinə ödənilməsinə dair mülki iddiasının baxılmamış saxlanılması qərara alınmışdır.
9. Cinayət işində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/8424 №-li, xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki: ümumilikdə dövlət büdcəsinə ödənilməli vergi məbləği 662656,44 manat müəyyən olunur, o cümlədən Mənfəət Vergisi: 2018-ci il üzrə - 407.858,96 manat, 2019-cu il üzrə 37.141,21 manat, ümumilikdə 445.000,17 manat; ƏDV üzrə 2018-ci il yanvar ayı üzrə 6683,03 manat; 2018-ci il dekabr ayı üzrə 132202,9 manat; 2019-cu il fevral ayı üzrə 51659,51 manat; 2019-cu il noyabr ayı üzrə 1373,13 manat; 19 dekabr 2019-cu il üzrə 7873,78 manat; 2020-ci il yanvar ayı üzrə 192,83 manat; 2020-ci il fevral ayı üzrə 16555,54 manat; 20 mart 2020-ci il üzrə 714,42 manat; 2020-ci ilin aprel ayı üzrə 69,19 manat, ümumilikdə 217.324,47 manat; ÖMV üzrə 331,8 manat.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1744/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən az ad edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1 (011)-17/2022 saylı qərarından verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Qərardan narazı qalan Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsi kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-663/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə mülki iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1744/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. d) “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqq ında qərara düzəlişin edilməsi haqqında” **********173062 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı 12. ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198600 nömrəli xx.xx.2020-ci il tarixli qərara xx.xx.2023-cü il tarixli **********173062 nömrəli qərarla düzəliş edilmişdir.
13. Həmin qərarla iddiaçıya 303.974,37 (2018-ci ilin mənfəət vergisi üzrə 303.574,03 manat, 2019-cu ilin ƏDV üzrə 236,54 manat və 2019-cu ilin ÖMV üzrə 163,80 manat) məbləğində əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 323414,81 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqi qləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********174291 №li xx.xx.2019-cu il tarixli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198600 №li xx.xx.2020-ci il tarixli qərarların ləğv olunmasını xahiş etmişdir.
15. İddiaçı iddia tələbində işin hallarına istinad edərək qeyd etmişdir ki, cavabdehin mübahisələndirilən qərarları qanunsuzdur və əsassız olaraq müəssisə üçün külli miqdarda vergi öhdəliyi yaradır.
16. Cavabdeh Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda işin hallarına istinad edilərək qeyd olunmuşdur ki, Vergilər Nazirliyinin uçot informasiya bazasında olan məlumat lara əsasən, təqdim edilmiş mal, iş və xidmətlərin ƏDV-siz məbləği 2016-cı il üzrə 2.588.402,27 manat müəyyən edilmiş və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək, müəssisənin 2016-ci il üzrə mənfəəti 431.400,37 (2.588.402,27/(100+20) x 20=431.400,37) manat müəyyən edilməklə həmin mənfəətdən 20 faiz dərəcə ilə 86.280,07 (431.400,37x20%) manat məbləğində mənfəət vergisi hesablanmışdır. Həmçinin, 2017-ci il üzrə vergi ödəyicisi tərəfindən 5.890.389,47 (ƏDV-siz) manat məbləğində alınmış malların hərəkətinin uçotu, malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması barədə heç bir sənəd təqdim edilmədiyinə görə satış kimi qiymətləndiril mişdir. Bundan başqa, 2017-ci ildə müəssisə tərəfindən 5.700.285,97 (ƏDVsiz) manatlıq mal idxal olunmuş və 117 661.03 manat digər (əmək haqqı, sosial sığorta haqları, icarə haqqı və bank xidməti üzrə xərclər) xərcləri olmuşdur. Ümumilikdə 2017-ci il üzrə müəssisənin 11.708.336,47 manat dəyərində xərcləri müəyyən olunmuşdur. Vergi ödəyicisinin gəlirləri müəyyən edilmədiyindən, Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən, xərclərə görə 20 faiz şərti rentabellik tətbiq etməklə müəssisənin mənfəəti 2.341.667,29 (11.708.336 47/(100+20) x 20=2341.667,29) manat müəyyən edilərək, həmin mənfəətdən 2017-ci il üzrə 468.333,46 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim olunmuş mənfəət vergisi bəyannaməsində hesablanmış 17.719,94 manat mənfəət vergisi nəzərə alınmaqla, nəticə etibarilə 2016-cı il üzrə 86.280,07 manat, 2017-ci il üzrə 450.613,52 manat (468.333,4617.719,94=450.613,52) əlavə vergi hesablanmışdır. Bundan başqa, yoxlanılan dövrdə (xx.xx.2016-cı ildən xx.xx.2017-ci il) müəssisə tərəfindən xarici ölkələrdən 9.145.530,51 manat (ƏDV ilə), o cümlədən (ƏDV-siz) 7.751.291,66 manat dəyərində mal idxal olunmuş, bundan 2.194.870,94 manat (ƏDV ilə) hissəsi satılmış, qalan 6.950.659,57 (ƏDV ilə) manat məbləğdə olan hissə isə qalıqda qalmalı olduğu halda, baxış keçirilən zaman mal qalığının olmaması aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən 6.950.659,57 manat məbləğində malların hərəkətinin uçotu, malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması barədə heç bir sənəd təqdim edilməmişdir. Eyni zamanda, yoxlanılan dövrün so nuna müəssisədə mal qalığının olub-olmaması barədə müəssisənin icraçı direktoru X1 yoxlamaya verdiyi izahatında, eləcə də cəmiyyət tərəfindən təqdim olunmuş arayışda da mal qalığının olmaması öz əksini tapmışdır. Yuxarıda göstərilənlər nəzərə alınaraq, səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin ilkin sənədlərinə əsasən anbarda qalmalı olan, lakin baxış keçirilən zaman aşkar olunmayan mallar satış kimi qiymətləndirilmiş və Vergi Məcəlləsinin 159.1 -ci maddəsinə əsasən, 1.060.270,10 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. Bundan başqa, vergi tutulan əməliyyatların azaldılmasına görə verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 29.250,0 manat, ümumilikdə, əlavə dəyər vergisinin 1.089.520,10 manat azaldılmasına görə, azaldılmış əlavə dəyər vergisi məbləğinin 50% mi qdarında, yəni 544.760,09 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
17. Cavabdeh Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçının 2018-ci il üzrə vergiyə cəlb edilən dövriyyəsinin 7.004.244,59 manat hissəsi digər malların və idxal mallarının satışından, 2.072.920,82 manat hissəsi nağd qaydada satışdan (NKA) və 4.310.486,31 manat hissəsi görülmüş işlər və göstərilmiş xidmətlərdən ibarət olmaqla, cəmi dövriyyəsi 13.387.651,72 manat təşkil etmişdir. Lakin xərc sənədləri yoxlamaya tam təqdim edilmədiyindən müəssisənin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü, 83.9cu, 104.1 və 105.1-ci maddələrinə, Nazirlər Kabinetinin xx.xx. 2001-ci il tarixli 55№-li Qərarına (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən, müəssisənin gəlirləri müvafiq dövr üzrə xərclərinə nisbətdə şərti rentabellik səviyyəsi 20% həcmində götürülərək müəssisənin mənfəəti 2.231.275,29 manat (13387651,72/120x20) müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə faktiki olaraq ƏDV tutulan dövriyyənin 38.328.018,04 manat (o cümlədən “0” dərəcə ilə 579.501,93 manat, ƏDV-dən azad 127.572,71 manat), ƏDV-nin 6.771.769,81 manat, əvəzləşdirilən ƏDV-nin 4.903.730,20 manat, dövlət büdcəsinə çatası əlavə dəyər vergisinin 1.868.039,61 manat olduğu müəyyən edilmişdir. Nəticədə, yoxlanılan dövr üzrə büdcəyə çatası əlavə dəyər vergisinin 923.577,60 manat az hesablandığı müəyyən edilmişdir. Yoxlama ilə ilkin mühasibat sənədlərinə əsasən müəyyən edilmişdir ki, öd əmə mənbəyində tutulan vergi azaldılmışdır. Belə ki, müəssisə ünvan 1 ünvanda yerləşən 17 mərtəbəli iş mərkəzinin, A bloku, 6-cı mərtəbə, 1 №li qeyriyaşayış sahəsini icarəyə götürmüş, lakin 2019-cu ilin 2-ci və 3-cü rübləri üzrə ödənilmiş icarə haqqlarından 163,80 manat məbləğində ödəmə mənbəyində vergi tutulmamışdır. Beləliklə, səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, ödəmə mənbəyində tutulan vergi üzrə dövlət büdcəsinə 163,80 manat məbləğində əlavə vəsait hesablanmışdır.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-21/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçı barəsində qəbul edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisin in vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********174291 №li xx.xx.2019-cu il tarixli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198600 №li xx.xx.2020-ci il tarixli qərarları müvafiq olaraq, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan (ödənilmiş) 662656,44 manat vergi məbləğinin, o cümlədən mənfəət vergisi: 2018-ci il üzrə - 407.858,96 manat, 2019-cu il üzrə - 37.141,21 manat, ümumilikdə 445.000,17 manat; ƏDV üzrə 2018-ci il yanvar ayı üzrə 6683,03 manat; 2018-ci il dekabr ayı üzrə 132202,9 manat; 2019-cu il fevral ayı üzrə 51659,51 manat; 201 9-cu il noyabr ayı üzrə 1373,13 manat; 19 dekabr 2019-cu il üzrə 7873,78 manat; 2020-ci il yanvar ayı üzrə 192,83 manat; 2020-ci il fevral ayı üzrə 16555,54 manat; 20 mart 2020-ci il üzrə 714,42 manat; 2020-ci ilin aprel ayı üzrə 69,19 manat, ümumilikdə 217.324,47 manat; ÖMV üzrə 331,8 manat hesablanması hissələri və həmin vergilər üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsi ilə tətbiq olunmuş maliyyə sanksiyaları istisna olmaqla ləğv edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
19. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, İPM-nin 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsin də məcburidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2020-ci il tarixli Qərarında Məhkəmə belə nəticəyə gəlmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən cinayət işi üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qərara əsasən, səyyar vergi yoxlaması ilə az hesablanmış vergi məbləği, kameral qaydada hesablanmış vergi məbləğləri və vergi ödəyicisi tərəfindən bəyan olunmuş vergi məbləğləri nəzərə alınmaqla, ümumilikdə İddiaçı MMC-nin dövlət büdcəsinə ödənilməli olan vergi məbləği 662.656,44 manat təşkil edir.
20. Qərardan narazı qalan hər iki cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsini xahiş etmişlər. b) apelyasiya instansiya məhkəməsində icraat 21. ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198600 nömrəli xx.xx.2020-ci il tarixli qərara xx.xx.2023-cü il tarixli **********173062 nömrəli qərarla düzəliş edilmişdir.
22. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********174291 nömrəli xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198600 nömrəli xx.xx.2020-ci il tarixli və həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ******** **173062 nömrəli, xx.xx.2023-cü il tarixli qərarlarının ləğv olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2664/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehlərin ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-21/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmuş, iddia qismən təmin edilmiş, İddiaçı barəsində qəbul edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********174291 №li xx.xx.2019-cu il tarixli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında D övlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198600 №li xx.xx.2020-ci il tarixli qərarları müvafiq olaraq, İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan (ödənilmiş) 662656,44 manat vergi məbləğinin, o cümlədən MV (mənfəət vergisi): 2018-ci il üzrə - 407.858,96 manat, 2019-cu il üzrə - 37.141,21 manat, ümumilikdə 445.000,17 manat; ƏDV (əlavə dəyər vergisi) üzrə 2018-ci il yanvar ayı üzrə 6683,03 manat; 2018-ci il dekabr ayı üzrə 132202,9 manat; 2019-cu il fevral ayı üzrə 51659,51 manat; 2019-cu il noyabr ayı üzrə 1373,13 manat; 19 dekabr 2019-cu il üzrə 7873,78 manat; 2020-ci il yanvar ayı üzrə 192,83 manat; 2020-ci il fevral ayı üzrə 16555,54 ma nat; 20 mart 2020-ci il üzrə 714,42 manat; 2020-ci ilin aprel ayı üzrə 69,19 manat, ümumilikdə 217.324,47 manat; ÖMV (ödəmə mənbəyində tutulan vergi) üzrə 331,8 manat hesablanması hissələri və həmin vergilər üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsi ilə tətbiq olunmuş maliyyə sanksiyaları istisna olmaqla ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********173062 № li, xx.xx.2023-cü il tarixli qərarı tam ləğv olunmuş, iddia qalan hissədə təmin edilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zama nı Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən cinayət işi üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qərara əsasən, səyyar vergi yoxlaması ilə az hesablanmış vergi məbləği, kameral qaydada hesablanmış vergi məbləğləri və vergi ödəyicisi tərəfindən bəyan olunmuş vergi məbləğləri nəzərə alınmaqla, ümumilikdə İddiaçı MMC-nin dövlət büdcəsinə ödənilməli olan vergi məbləğinin 662.656,44 manat təşkil etdiyi müəyyən olunmuşdur. İddiaçı barəsində qəbul edilmiş **********174291 №li xx.xx.2019-cu il tarixli və **********198600 nömrəli xx.xx.2020-ci il tarixli qərarları (nəzərə alınır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198600 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməmiş, həmin qərara **********173062 nömrəli, xx.xx.2023-cü il tarixli Qərar ilə düzəliş edilmişdir, lakin düzəlişin aparıldığı məbləğlər də dəqiq olmamışdır) müvafiq olaraq, İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan (ödənilmiş) 662.656,44 manat vergi məbləğinin hesablanması hissələri və həmin vergilər üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsi ilə tətbiq olunmuş maliyyə sanksiyaları istisna olmaqla ləğv edilməlidir.
25. Məhkəmə Kollegiyası xüsusilə qeyd etmişdir ki, məhkəmənin gəldiyi nəticənin əsaslılığı cavabdeh orqanın özünün sonradan qəbul etdiyi, hazırkı inzibati iş üzrə xx.xx.2023-cü il tarixə saat 17:30-a təyin edilmiş məhkəmə iclası zamanı Azər baycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********173062 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı ilə də təsdiqini tapır. Belə ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi iddiaçının iddia tələbinə yazılı etiraza uyğun izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixli **********198600 nömrəli inzibati akt ilə aşkar edilmiş faktlar ilə əlaqədar vergi orqanı tərəf indən başlanılmış cinayət işi üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılmış və qanuni qüvvəyə minmiş 1(011)-17/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökm ilə iddiaçının dövlət büdcəsinə ödənilməli olan vergi məbləğinin ümumilikdə 662.656,44 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bakı Şəhəri Xətai rayon Məhkəməsinin qeyd edilən xx.xx.2022-ci il tarixli hökmü cavabdeh vergi orqanı tərəfindən icra edilərək, hazırkı mübahisə predmetini təşkil edən xx.xx.2020-ci il tarixli qərara “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” xx.xx.2023cü il tarixli **********173062 nömrəli qərarla düzəliş edilmiş və sonuncu qərara uyğun da vergi ödəyicisinin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdi r.
26. Məhkəmə Kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı hazırkı mübahisə predmetini təşkil edən xx.xx.2020-ci il tarixli qərara “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********173062 nömrəli qərarla da razılaşmayaraq həmin qərarın ləğv olunmasını xahiş edir. Belə ki, həmin Qərara əsasən iddiaçıya 323.414,81 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçı Qərarla razılaşmayaraq bildirmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılmış və qanuni qüvvəyə minmiş 1(011)-17/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmün icra olunması əsası ilə xx.xx.2023-cü il tarixli **********173062 nömrəli qərarın qəbul edildiyi bildirilsə də, lakin 2019-cu ilin mənf əəti, 425.033,59 manat artıq hesablama və qalıqlar üzrə toplama və çıxmalar düzgün hesablanmamışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli **********173062 nömrəli qərarında 2019-cu ilin mənfəətinin, 425.033,59 manat artıq hesablamanın və qalıqlar üzrə toplama və çıxmaların, həmçinin, iddiaçıya 323.414,81 manat maliyyə sanksiyası tətbiq olunmasının nəyin əsasında və necə hesablanması cavabdeh tərəfindən mötəbər və qanunauyğun sübutlarla əsaslandırılmamışdır. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) bildirmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli **********173062 nömrəli qərarında 2019-cu ilin mənfəətinin, 425.033,59 manat artıq hesablamanın və qalıqlar üzrə toplama və çıxmaların, həmçinin, iddiaçıya 323.414,81 manat maliyyə sanksiyası tətbiq olunmasının nəyin əsa sında və necə hesablanması, həmçinin hesablamanı yenidən dəqiqləşdirib iddiaçının şəxsi hesab vərəqəsinə düzgün işlənməsi barədə cavabdehə xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktublarla müraciət etsə də (bununla bağlı məhkəmə iclası tərəflərin xahişi ilə bir neçə dəfə təxirə salınmışdır) müraciəti təmin olunmamış, nə də əsaslandırılmış cavab verilməmişdir.
27. Beləliklə, cavabdehin xx.xx.2023-cü il tarixli **********173062 nömrəli qərarında 2019-cu ilin mənfəətinin, 425.033,59 manat artıq hesablamanın və qalıqlar üzrə toplama və çıxmaların, həmçinin, iddiaçıya 323.414,81 manat maliyyə sanksiyası tətbiq olunmasının nəyin əsasında və necə hesablanmasının cavabdeh tərəfindən mötəbər və qanunauyğun sübutlarla əsaslandırılmadığını, həmçinin hesablamanı yenidən dəqiqləşdirib iddiaçının şəxsi hesab vərəqəsinə düzgün işlənməsi barədə iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktublarla müraciət edilsə də və bununla bağlı məhkəmə iclası tərəflərin xahişi ilə bir neçə dəfə təxirə salınsa da müraciətin təmin olunmamasını, nə də əsaslandırılmış cavab verilməməsini (cavabdehin yeni əsaslandırılmış qərar qəbul etmək səlahiyyəti olduğuna baxmayaraq) nəzərə alaraq Məhkəmə Kollegiyası hesab etmişdir ki, iddia Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********173062 nömrəli, xx.xx.2023-cü il tarixl i qərarının ləğv olunması hissəsində də əsaslıdır və təmin olunmalıdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi şikayətində işin hallarına, iddia tələbinə etirazdakı dəlillərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iş üzrə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, iş üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərkən Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən cinayət işi üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli hökmün inzibati icraat üçün preyudisial əhəmiyyətə malik olduğunu, qanuni qüvvəyə minmiş məhkəmə qərarı İlə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmasını əsas gətirərək, hökm üzrə "GENRL” MMC-nin dövlət büdcəsinə ödənilməli olan vergi borcu 662.656,44 manat təşkil etdiyindən, cavabdehlərin xx.xx.2019-ci tarixli və xx.xx.2020-ci il tarixli qərarlarını da müvafiq hökm üzrə təsdiqini tapmış 662.656,44 manat vergi borcu istisna olmaqla ləğv etmişdir. Halbuki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə mənfəət vergisi - 2018 və 2019-cu illər üzrə, ƏDV - 2018-2020-ci ilin müvafiq ayları üzrə dövlət büdcəsinə ödənilməli olan vergi məbləği cəmi 662.655,44 manat müəyyən olunmuşdur. "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2019-cu il tarixli **********174291 saylı qərara əsasən isə iddiaçı müəssisəyə 2018, 2017-ci illər üzrə mənfəət vergisi, 2017-ci il üçün ƏDV hesablanmışdır. Göründüyü kimi, cavabdehin xx.xx.2019-cu il tarixli **********174291 saylı qərarında və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd edilən dövrlər fərqlidir. Yəni, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" xx.xx.2019-cu il tarixli **********174291 saylı qərarına münasibətdə - preyudisial xarakter daşımamalıdır. Məhkəmə Kollegiyası isə qərar qəbul edərkən cavabdehin xx.xx.2019-cu il tarixli **********174291 saylı qərarının 662.656,44 manat hissə istisna o lmaqla ləğv edildiyini qeyd etsə də, 662.656,44 manat hissə 2016-2017-ci illəri əhatə etmədiyindən, cavabdehin qərarı tam şəkildə ləğv edilmişdir. Bundan əlavə, məhkəmə qərarının nəticə hissəsi hüquqi müəyyənlik prinsipinə cavab vermir və tərəfin məhkəmə qərarının şübhə doğurmaması hüququnu kobud şəkildə pozur. Qərarın nəticə hissəsində cavabdehlərin ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətlərinin qismən təmin edilməsi qeyd olunsa da, apellyasiya şikayətinin hansı hissədə təmin edilib, hansı hissədə təmin edilməməsi qeyd olunmamışdır. Ümumilikdə qərarın nəticəvi hissəsi qəti şəkildə anlaşılan deyildir. Bu nöqsan və çatışmazlıqlar qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını qeyrimümkün edərək çətinləşdirməklə yanaşı, qərarın icra müddətini gecikdirəcəkdir. Ona görə də hesab edirik ki, işə Ali Məhkəmədə baxılan zaman bu məsələyə xüsusi diqqət yetirilməli və qərarın nəticə hissəsindəki qeyri-müəyyənlik mütləq aradan ) qaldırılmalıdır.
29. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi kassasiya şikayətində şikayətində işin hallarına, iddia tələbinə etirazdakı dəlillərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli **********173062 nömrəli qərar ayrıca icraata qəbul edilməli, birinci instansiya məhkəməsində mübahisələndirildikdən sonra apelyasiya qaydasında mübahisələndirilməli idi. Əlavə olaraq, İddiaçı MMC-nin dövlət büdcəsinə ödənilməli olan vergi məbləğinin ümumilikdə 662.656,44 manat təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, Bakı Apellyasiya Məhkəməsi nin xx.xx.2023-cü il tarixli 2-1(103)2664/2023 nömrəli qərarı AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(102)-663/2023 nömrəli qərarının preyudisial əhəmiyyətini nəzərə almamış, AR Ali Məhkəməsinin təsdiqlədiyi 662.656,44 manat vergi məbləğini də ləğv etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəl lənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (hə cmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmək lə, iş üzrə yeni qərar qəbul edilməli və iddia qismən təmin edilməlidir.
35. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hüquqi marağı və tələbi xx.xx.2019-cu il tarixli **********174291 nömrəli, **********198600 nömrəli xx.xx.2020-ci il tarixli və **********173062 nömrəli xx.xx.2023-cü il tarixli qərarların ləğvinə yönəlib.
36. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbini aşağıdakı məzmunda təmin etmişdir: İddiaçı barəsində qəbul edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********174291 nömrəli xx.xx.2019-cu il tarixli qərarı iddiaçı tərəfindən dövlət büdcəsin ə ödənilməli olan (ödənilmiş) 662.656,44 manat vergi məbləğinin (o cümlədən, MV (mənfəət vergisi): 2018-ci il üzrə - 407.858,96 manat, 2019-cu il üzrə - 37.141,21 manat, ümumilikdə 445.000,17 manat; ƏDV (əlavə dəyər vergisi) üzrə 2018-ci il yanvar ayı üzrə 6.683,03 manat; 2018-ci il dekabr ayı üzrə 132.202,9 manat; 2019-cu il fevral ayı üzrə 516.59,51 manat; 2019-cu il noyabr ayı üzrə 1.373,13 manat; 19 dekabr 2019-cu il üzrə 7.873,78 manat; 2020-ci il yanvar ayı üzrə 192,83 manat; 2020-ci il fevral ayı üzrə 16.555,54 manat; 20 mart 2020-ci il üzrə 714,42 manat; 2020-ci ilin aprel ayı üzrə 69,19 manat, ümumilikdə 217.324,47 manat; ÖMV (ödəmə mənbəyində tutulan vergi) üzrə 331,8 manat) hesablanması hissələri və həmin vergilər üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsi i lə tətbiq olunmuş maliyyə sanksiyaları istisna olmaqla ləğv edilsin; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198600 nömrəli xx.xx.2020-ci il tarixli qərarı iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan (ödənilmiş) 662.656,44 manat vergi məbləğinin (o cümlədən, MV (mənfəət vergisi): 2018ci il üzrə - 407.858,96 manat, 2019-cu il üzrə - 37.141,21 manat, ümumilikdə 445.000,17 manat; ƏDV (əlavə dəyər vergisi) üzrə 2018-ci il yanvar ayı üzrə 6.683,03 manat; 2018-ci il dekabr ayı üzrə 132.202,9 manat; 2019-cu il fevral ayı üzrə 51.659,51 manat; 2019-cu il noyabr ayı üzrə 1.373,13 manat; 19 de kabr 2019-cu il üzrə 7.873,78 manat; 2020-ci il yanvar ayı üzrə 192,83 manat; 2020-ci il fevral ayı üzrə 16.555,54 manat; 20 mart 2020-ci il üzrə 714,42 manat; 2020-ci ilin aprel ayı üzrə 69,19 manat, ümumilikdə 217.324,47 manat; ÖMV (ödəmə mənbəyində tutulan vergi) üzrə 331,8 manat) hesablanması hissələri və həmin vergilər üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsi ilə tətbiq olunmuş maliyyə sanksiyaları istisna olmaqla ləğv edilsin; cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********173062 nömrəli xx.xx.2023-cü il tarixli qərarı tam ləğv edilsin.
37. Məhkəmə kollegiyas ı cavabdehin apellyasiya instansiyası məhkəməsinin nəticəsinin qeyri-müəyyən olması ilə bağlı dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********174291 nömrəli xx.xx.2019-cu il tarixli qərarla bağlı qeydlər:
38. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, mübahisələndirilən xx.xx.2019-cu il tarixli qərarla iddiaçıya 2016-2017-ci illərin mənfəət vergisi və 2017-ci ilin ƏDV üzrə əlavə vergi məbləğləri hesablanmışdır.
39. Apellyasiya instansiyası məhkəməsi həmin qərarı iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan (ödənilmiş) 662.656,44 manat vergi məbləği istisna olmaqla ləğv etsə də, nəzərə alınmalıdır ki, məhkəmənin qeyd etdiyi məbləğ cinayət işində müəyyən edilmiş məbləğdir və məhkəmənin özünün də qeyd etdiyi kimi 2018-2019-cu illərin mənfəət vergisini və 2019-2020-ci illərin ƏDV-ni əhatə edir.
40. Göründüyü kimi, mübahisələndirilən xx.xx.2019-cu il tarixli qərarla cinayət işində müəyyən olunan məbləğlər hesablanmamışdır.
41. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin nəticəsi ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********174291 nömrəli xx.xx.2019-cu il tarixli qərarı iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan (ödənilmiş) 662.656,44 manat vergi məbləğinin hesablanması hissələri və həmin vergilər üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsi ilə tətbiq olunmuş maliyyə sanksiyaları istisna olmaqla” hissəsində əsaslı dey ildir.
42. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin nəticəsi Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********174291 nömrəli xx.xx.2019-cu il tarixli qərarının ləğvi hissəsində düzgün olmuşdur.
43. Belə ki, işin apellyasiya instansiyası məhkəmələri tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2017-ci il tarixli **********136076 saylı qərarı ilə iddiaçı müəssisə barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama xx.xx.2017-ci il tarixdə başlanılmış və xx.xx.2018-ci il tarixdə başa çatmış, yoxlama müddəti 3 dəfə dayandırılmış və 1 dəfə uzadılmışdır. Bundan başqa, 3 dəfə əla və vergi yoxlaması tədbirlərinin keçirilməsi qərara alınmışdır.
44. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə dair qərarda yoxlamanın keçirilməsini zəruri edən halların əsaslandırılmaması həmin yoxlama nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuz sayılması və ləğv edilməsi ilə nəticələnir.
45. Oxşar işlər üzrə məhkəmə qərarlarındakı mövqe ondan ibarətdir ki, Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3. 5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından, diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərind ə məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
46. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarınd a Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.
47. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışa əsasən, yoxlamanın dayandırılması və yoxlamanın müddətinin uzadılması barədə qərarlar qeydiyyatdan keçsə də, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarlar qeydiyyatdan keçməmişdir.
48. Oxşar işlər üzrə məhkəmənin icraatında olan işlərdə vergi orqanının əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarının Sahibkarlıq sahəsində aparılan yoxlamaları n vahid məlumat reyestrində qeydə alınmalı olması ilə bağlı dəlili ondan ibarət olmuşdur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarların Reyestrə daxil edilməli olması barədə imperativ norma yoxdur.
49. Məhkəmə kollegiyası bu mövqe ilə bağlı qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüq uqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir. 50. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirir.
51. Vergi qanunvericiliyinin müddəalarına əsasən, vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – səyyar vergi yoxlamasının aparı lmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edə bilər.
52. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi isə o mənaya gəlir ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama ap arır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıbhesablanmadığını yoxlayır.
53. Vergi orqanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmalı olmasına dair müddəa nəzərdə tutulmadığını qeyd etsə də, həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə aparılır, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda həmin yoxla ma da ilkin yoxlama kimi qeydə alınmalıdır.
54. Qeyd edilənlərə əsasən, mübahisələndirilən inzibati akt - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********174291 nömrəli xx.xx.2019-cu il tarixli qərar qanunsuzdur və ləğv edilməlidir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198600 nömrəli xx.xx.2020-ci il tarixli qərarla bağlı qeydlər
55. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən **********198600 nömrəli xx.xx.2020-ci il tarixli qərarı iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan (ödənilmiş) 662.656,44 manat vergi məbləğinin hesablanması hissələri və həmin vergilər üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsi ilə tətbiq olunmuş maliyyə sanksiyaları istisna olmaqla ləğv etsə də, işin hallarından görünür ki, ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198600 nömrəli xx.xx.2020-ci il tarixli qərara xx.xx.2023-cü il tarixli **********173062 nömrəli qərarla düzəliş edilmişdir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırıla na, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
57. İstinad olunan hüquq normalarının tələbləri baxımından, mübahisələndirilən inzibati akta - xx.xx.2020-ci il tarixli qərara xx.xx.2023-cü il tarixli **********173062 nömrəli qərarla düzəliş edildiyindən, xx.xx.2020-ci il tarixli qərar hüquqi qüvvəsini itirmişdir.
58. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqla rının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 59. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümk ünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur.
60. Plenum qərarında həmçinin qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
61. Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri də cavabdehin inzibati aktın qəbul edilməsində ifadə olunan hərəkətlərinin şəxsin hüquqlarına müdaxilə təşkil etməsidir.
62. Nəzərə alınmalıdır ki, hazırkı işin konteksində qeyd edilən tərzdə hüquqlara müdaxilə o halda baş verəcəkdir ki, iddiaçının mübahisələndirdiyi inzibati akt hüquqi qüvvəsində olsun.
63. Qeyd edilənlərə əsasən, **********198600 nömrəli xx.xx.2020-ci il tarixli qərar hüquqi qüvvəsini itirdiyindən iddiaçı üçün hər hansı hüquqi nəticəsi yoxdur və maraqlarına toxunmur. Odur ki, iddia bu hissədə mümkün sayılmamalıdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********173062 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə bağlı qeydlər
64. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, **********173062 nömrəli xx.xx.2023-cü il tarixli qərarla iddiaçıya 303.974,37 (2018-ci ilin mənfəə t vergisi üzrə 303.574,03 manat, 2019-cu ilin ƏDV üzrə 236,54 manat və 2019-cu ilin ÖMV üzrə 163,80 manat) məbləğində əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, 323.414.81 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
65. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşaraq aşağıdakıları qeyd edir.
66. İnzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inziba ti orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır (“İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsi). 67. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan, o cümlədən cavabdeh qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqın da” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
68. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
69. Hazırkı iş üzrə mübahisələndirilən inzibati akt ın məzmunundan həmin məbləğlərin hansı qaydada hesablanması müəyyən olunmur. Apellyasiya instansiyası məhkəməsi də öz qərarında həmin aktdakı məbləğlərin necə hesablanmasına dair açıqlamanın cavabdeh tərəfindən təqdim edilməməsinə istinad etmişdir. Kassasiya şikayətində cavabdeh mübahisələndirilən qərarın cinayət işinin nəticəsi olaraq qəbul edildiyini bildirsə də, riyazi açıqlamanı təqdim etməmiş, həmçinin vizual olaraq da hesablamanın düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır.
70. Qeyd edilənlərə əsasən, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********173062 nömrəli xx.xx.2023-cü il tarixli qərarı “İnzibati icraat haqqında” Qanunun tələblərinə cavab vermədiyindən, bu qərarın ləğv edilməsinə dair apellyasiya instansiyası məhkə məsinin nəticəsi əsaslıdır.
71. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 21(103)-2664/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********174291 nömrəli xx.xx.2019-cu il tarixli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198600 nömrəli xx.xx.2020-ci il tarixli qərara düzəliş edilməsinə dair **********173062 nömrəli xx.xx.2023-cü il tarixli qərarlar ləğv edilsin. İddia ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198600 nömrəli xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair hissədə mümkün sayılmasın. Qərar qətidir.