Məhkəmə qərarları › İş №2-1(102)-1284/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1284/2017

20.06.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1284/2017 20.06.2017 ALİ MƏHKƏMƏ Surəti Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər Cavabdehnə (üçüncü şəxslər X8 və X4) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1284/2017) Bakı şəhəri 20 iyun 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın vəkili Vəkil, üçüncü şəxs X3 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MTK-nın (bundan sonra iddiaçı) cavabdeh Bakı Şəhər Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər X8 və X4) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apell yasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)77/2017 saylı, 12 yanvar 2017-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 20 iyun 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhəri İcra Hakimiyyəti başçısının 213 saylı, 06.05.2011-ci il tarixli sərəncamının birinci hissəsinin a) bəndinə əsasən, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan qəsəbəsindən Qobu qəsəbəsinə gedən yolun şimal və cənub hissəsində yerləşən “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan torpaq sahəsi-30,1 ha iddiaçının daimi istifadəsinə ayrılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli sərəncamı ilə ARDNŞ-in “A zneft” İstehsalat Birliyinin Ə.Əmirov NQÇİ-nin istifadəsində olan torpaq sahəsinin 30.1 ha torpaq sahəsi sənaye təyinatlı torpaq sahəsinin kateqoriyasından yaşayış məntəqəsi torpaqları kateqoriyasına keçirilmişdir. Cavabdehin 20 aprel 2000-ci il tarixli 338 nömrəli Sərəncamı ilə yuxarıda qeyd edilən 30,1 ha torpaq sahəsində X5 fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.m torpaq sahəsi ayrılmış və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 0.06 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydə alınmış, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 dekabr 2014-cü il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə və üçüncü şəxs X5 qarşı “Bakı şəhəri Cavabdeh başç ısının 20 aprel 2000-ci il tarixli, 338 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə iddiasının rədd edilməsi qərara alınmışdır. Qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanmışdır. İddiaçı 17 fevral 2017-ci il tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək,cavabdehin 20 aprel 2000-ci il tarixli 338 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin (NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün Qaradağ rayonun ərazisində torpaq sahəsi ayrılmış və SOCAR uzun illərdir fəaliyyət göstərərək neft-qaz əməliyyat larını həyata keçirmişdir. Mübahisələndirilən torpaq sahəsinin SOCAR-ın daimi istifadəsində olduğu Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və sonuncu dəfə 26.11.2009-cu ildə təsdiq olunmuş xəritə ilə də təsdiq olunmuşdur. Neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan yuxarıda qeyd edilən sənaye təyinatlı torpaq sahəsinin 30,1 ha hissəsinin SOCAR-ın təsisçiliyi ilə yaradılmış iddiaçının daimi istifadəsinə ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 06.05.2011-cü il tarixdə 213 nömrəli sərəncam imzalanmışdır. Qeyd edilən sərəncamın birinci hissəsinin a) bəndinə əsasən, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Qobu qəsəbəsinə gedən yolun şimal və cənub hissəsində yerləşən “Azneft” İstehsalat Birliyin in Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan torpaq sahəsi-30,1 ha SOCAR-təsisçiliyi ilə yaradılmış iddiaçının daimi istifadəsinə ayrılmışdır. Həmin sərəncamın 1.1-ci hissəsinə əsasən, sözügedən sərəncam, sənaye təyinatlı torpaq sahələrinin yaşayış məntəqələri torpaqlar kateqoriyasına keçirilməsi barədə Nazirlər Kabinetinin müvafiq sərəncamı olduqdan sonra qüvvəyə minməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli 9 s nömrəli sərəncamı ilə SOCAR-ın “Azneft” İB-nin Ə.Əmirov adına NQÇİ-nin istifadəsində olan torpaq sahəsinin 30,l ha hissəsi sənaye təyinatlı torpaq sahəsinin kateqoriyasından yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 06.05.2011-cü il tarixli 213 nömrəli sərəncamından, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli 9 s nömrəli sərəncamından məlum olur ki, qeyd olunan torpaq sahəsi SOCAR-ın təsisçiliyi ilə yaradılmış iddiaçının daimi istifadəsinə ayrılmamışdan öncə SOCAR-ın “Azneft” İB-nin Ə.Əmirov adına NQÇİ-nin istifadəsində olan sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olmuşdur. Lakin cavabdehin 20 aprel 2000-ci il tarixli sərəncamı ilə yuxarıda qeyd edilən 30,1 ha torpaq sahəsində X5 fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam ləğv edilməlidir. Sərəncamın rəsmi mövcudluğu İddiaçı MTK-ya 27 yanvar 2016-cı il tarixdə Milli Arxiv İdarəsinin məktubu əsasında məlum olduğundan həmin sərəncamın MTK-ya təqdim olunma (elan edilmə) tarixi həmin vaxtdan h esablanmalıdır. X5 ayrılmış 600,0 kv.m. torpaq sahəsi iddiaçının hüquqlarını pozmaqla ayrıldığı üçün qanunsuzdur və ləğv edilməlidir. Qeyd edilən torpaq sahəsi S.Sadıqovaya ayrılarkən həmin torpaq sahəsinin ümumiyyətlə hələ kateqoriyası dəyişdirilməmişdir. Nazirlər Kabinetinin yuxarıda göstərilən sərəncamından göründüyü kimi həmin torpağın kateqoriyası yalnız 19 yanvar 2012-ci il tarixdə dəyişdirilmişdir. İddianın maddi hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 78.2, Torpaq Məcəlləsinin 9-cu maddələrinə istinad olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-1727/2016 saylı iş) 29 iyun 2016-cı il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi daşınmaz əmlakın d övlət reyestrində iddiaçının adına dövlət qeydiyyatına alınmadığından və bununla da mübahisəli torpaq sahəsinin iddiaçıya məxsusluğu və ya hər hansı hüquqi əsasla bağlılığı dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmədiyindən, beləliklə də iddiaçının mübahisəli torpaq sahəsinə dair Azərbaycan Respublikası Mülki və Torpaq Məcəllələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici (mülkiyyət şəhadətnaməsi) sənədi olmadığından iddiaçının mübahisəli torpaq sahəsinin ona məxsus olmasına dair iddiasının dəlilləri əsassızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2016-cı il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X11-məruzəçi, X9 və X6, 2-1(103)-77/2017 saylı iş) 12 yanvar 2017-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 19 aprel 2017-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə qərar qəbul edərkən cavabdeh tərəfindən verilmiş sərəncamda göstərilən torpaq sahəsinin sənaye təyinatlı olması məsələsinə düzgün münasibət bildirməyərək maddi hüquq normasını tətbiq etməmişdir. Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 04 avqust 1999-cu il tarixli Fərmanına əsasən Torpaq Məcəlləsinin 9.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı və “Torpa q islahatı haqqında” Qanunun 6-cı maddələrinə əsasən, Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət obyektlərinin-dağ mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlan və sair. 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90cı maddəsinə əsasən (Dövlət mülkiyyəti hüququnun obyektləri — 1986-cı il 17 noyabr tarixli fərmanla yeni redaksiyada ) torpaq, yerin təki, sular və meşələr dövlətin müstəsna mülkiyyətindədir və ancaq istifadəyə verilir. Sənayedə, tikintidə və kənd təsərrüfatında əsas istehsal vasit ələri, nəqliyyat və rabitə vasitələri, banklar, dövlətin təşkil etdiyi ticarət, kommunal və digər müəssisələrin əmlakı, şəhərlərin əsas mənzil fondu, habelə dövlət vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan sair əmlak dövlətə məxsusdur. “Texniki təhlükəsizlik haqqında” 02.11.1999-cu il tarixli Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İş üzrə müəyyən edilmişdir ki, cavabdehə ayrılmış torpaq sahəsi ARDNŞ-nin (sonradan İddiaçı MTK) istifadəsinə verilmiş torpaqlara aiddir. Məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi cavabdehə ayrılmış torpaq sahəsi sənaye təyinatlıdır və onun təyinatının dəyişdirilməsi cavabdehin səlahiyyətinə aid deyildir. Lakin, hər iki məhkəmə qərarı gəldiyi nəticəni maddi hüquq normaları baxımından düzgün əsaslandıra bilməmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs X3 vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş və bildirmişdir ki, torpaq sahəsi üçüncü şəxslərə tam qanuni əsaslarla ayrılmışdır, eyni zamanda həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Buna görə də, mübahisələ ndirilən sərəncamın etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyildir, ona görə də şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh və digər üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şi kayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı üçüncü şəxsə fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılması barədə cavabdehin 20 aprel 2000-ci il tarixli qərarını mübahisələndirir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl o lunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər ü zrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə). Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (298-ci mаddə). İddiaçının nizamnaməsindən görünür ki, 2009-cu ilin aprel ayında qeydə alınmışdır. Nizamnaməyə görə kooperativin fəaliyyətinin əsas məqsədi müvafiq dövlət orqanlarından razılıq aldıqdan sonra kooperativ üzvlərinin, ARDNŞ və digər təsisçilərlə əmək münasibətind ə olan Azərbaycan Respublikası vətəndaşlarının əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahəsinə olan tələbatının ödənilməsi və 2007-2010-cu illər üçün həyata keçirilməsi nəzərdə tutulan sosial inkişaf proqramı çərçivəsində ARDNŞ üzrə çalışan işçilərin mənzil şəraitini ARDNŞ-nin hesabına yaxşılaşdırılması nəzərdə tutulan işləri sürətləndirməkdir. Göründüyü kimi, iddiaçı kooperativ 2009-cu ilin aprel ayında dövlət qeydiyyatına alınmış, məqsədi isə ARDNŞ və digər təsisçilərlə əmək münasibətində olan Azərbaycan Respublikası vətəndaşlarının əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahəsinə olan tələbatının ödənilməsi olmuşdur. İddiaçı fəaliyyət göstərən zaman artıq mübahisə açdığı qərar mövcud idi. 2009-cu ildən başlayaraq iddiaçı mübahisə açdığı torpaq sahəsinin onun deyil, üçüncü şəxsin istifadəsinə verilməsini bilməli olmuş, lakin həmin vaxtdan 1 аy müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən ço x vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunl uğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolverilə ndir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298ci maddəsi ilə, 01 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərkən iddia müddətini buraxdığından iddia mümkün sayılmamalıdır. İddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddianın əsaslılığının yoxlanılması istisna olunur. Odur ki, iddianın təmin edilməsi ilə bağlı şikayətin dəlilləri əsaslı sayıla bilməz. Apellyasiya instansiya məhkəməsi iddianı mümkün saymamalı olduğu halda, onun mümkünlüyünü müzakirə etmədən əsaslılığına baxıb düzgün olmayaraq iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Nəticədə işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən, apellyasiya instansiyası məhkəməsinin qə rarının ləğv olunması hissəsində şikayətin dəlilləri əsaslı sayılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-77/2017 saylı, 12 yanvar 2017-ci il tarixli qərarı ləğv olunsun. İddiaçı MTK-nın iddiası mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Hakim İmza var İmza var İmza var Rahib Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar