Məhkəmə qərarları › İş №2-1(102)-1284/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1284/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1284/2022 26.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın təyin olunması; əmək kitabçasında qeyd olunan iş illərinin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.xxxx il təvəllüdlü, FİN ***) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialına qarşı iş üzrə “10 avqust 1995-ci il tarixindən 12 iyun 2003-cü il tarixinədək “Zəka L” kiçik müəssisəsində, 1 avqust 2003-cü il tarixindən 1 iyun 2005-ci il tarixinədək "xxxx" MMC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(105)-103/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının adına açılmış 23 aprel 1974-cü il tarixli əmək kitabçasına əsasən o, 19 oktyabr 1973-cü il tarixində əmək fəaliyyətinə başlamış, 1 iyun 2005-ci il tarixinədək fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən 10 avqust 1995-ci il tarixindən 12 iyun 2003-cü il tarixinədək “Zəka-L” kiçik müəssisəsində, 1 avqust 2003-cü il tarixindən 1 iyun 2005-ci ilədək "xxxx" MMC-də işləmişdir.

2. İddiaçı pensiya təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, DSMF-nin Quba rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 19 mart 2021-ci il tarixli 20 nömrəli qərarına əsasən iddiaçının tələb olunan 25 il sığorta stajı olmadığına görə ərizə rədd edilmişdir.

3. Cavabdeh 12 aprel 2021-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, iddiaçının 10 may 1995 – 12 iyun 2003-cü illərdə “Zəka L” kiçik müəssisəsində, 1 avqust 2003 – 1 iyun 2005-ci illərdə "xxxx" MMC-də işləməsi faktını qarşılıqlı yoxlamaq mümkün olmadığına görə həmin müəssisələrdə işlədiyi müddəti sığorta stajı kimi hesablamaq mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 10 may 1995-ci il tarixindən 12 iyun 2003-cü il tarixinədək “Zəka L” kiçik müəssisəsində, 1 avqust 2003-cü il tarixindən 01 iyun 2005-ci il tarixinədək "xxxx" MMC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1 yanvar 2021-ci il tarixində 65 yaşı tamam olduğu üçün o, Quba regional ASAN Xidmət Mərkəzinə müraciət edərək ona əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanı nda DSMF-nin 2 saylı regional ərazi filialının 12 aprel 2021-ci il tarixli 2163099T669 nömrəli imtina məktubunda bildirilmişdir ki, iddiaçının 10 may 1995 – 12 iyun 2003-cü illərdə "Zəka L” kiçik müəssisəsində, 1 avqust 2003 – 1 iyun 2005-ci illərdə "xxxx" MMC-də işləməsi faktını qarşılıqlı yoxlamaq mümkün olmadığına görə həmin müəssisələrdə işlədiyi müddəti sığorta stajı kimi hesablamaq mümkün olmamışdır. Ona görə də iddiaçının tələb olunan 25 il sığorta stajı olmadığına görə yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. İddiaçı cavabdehin imtinası ilə razı deyil. Hesab edir ki, cavabdeh inzibati orqan lazım olan sənədlərin olmaması ilə əlaqədar onun konstitusion hüququnu kobud şəkildə pozmuşdur.

6. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun, həm də “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə görə şəxsin işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt – işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Quba rayon Dövlət Arxivinin 4 mart 2021-ci il tarixli 126 nömrəli arayışına əsasən iddiaçının işləməsini iddia etdiyi “Zəka L” kiçik müəssisəsinin, həmçinin "xxxx" MMC-nin 2003-2006-cı illərə dair əmr kitabları, əmək haqqı sənədləri aşkar edilməmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-1(118)-1066/2021 nömrəli qərarı ilə (hakim V.E.Əzizova) iddianın təmin edil məməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 1995-2003-cü illərdə “Zəka L” kiçik müəssisəsində, 2003-2005-ci illərdə "xxxx" MMC-də işləməsi əmək kitabçasında qeyd olunmasına baxmayaraq bunu təsdiq edən başqa heç bir sübut, o cümlədən işə qəbul edilməsi və ya azad edilməsi barədə əmrlər və ya əmək haqqı cədvəlləri aşkar edilməmişdir.

9. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(105)-103/2022 nömrəli qərarına əsasən (sədrlik edən İ.K.Dəmirov, hakimlər H.Ç.Babayeva, R.Ə.Ağayev) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-1(118)-1066/2021 nömrəli qərarı ləğv edilmiş, iddia təmin olunmuş, iddiaçının 10 avqust 1995-ci il tarixindən 12 iyun 2003-cü il tarixinədək “Zəka L” kiçik müəssisəsində, 1 avqust 2003-cü il tarixindən 1 iyun 2005-ci il tarixinədək "xxxx" MMC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İddiaçının 10 avqust 1995ci il tarixindən 12 iyun 2003-cü il tarixinədək “Zəka L” kiçik müəssisəsində, 1 avqust 2003cü il tarixin dən 1 iyun 2005-ci il tarixinədək "xxxx" MMC-də işləməsi sənədlərinin arxivə verilməməsi və həmin sənədlərin müəssisənin özündə də saxlanılmaması cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir.

12. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(105)-103/2022 nömrəli qərarın ləğv edilməsi və ya inzibati işin yenidən araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qey d edilmişdir ki, Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergi İdarəsindən daxil olmuş məktubda “Zəka L” kiçik müəssisəsi və "xxxx" MMC-nin fəaliyyətinin aktiv olduğu qeyd olunmuşdur. Belə olan halda, iddiaçının “Zəka L” və "xxxx" MMC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi yolverilməzdir. Belə ki, iddiaçının həmin illərdən də əvvəl əmək fəaliyyəti göstərməsinə dair (1982-2003) bütün arxiv məlumatları mövcud olduğu halda fəaliyyəti aktiv olan müəssisələrdə işləməsinə dair heç bir sənədin olmaması ağlabatan hesab edilə bilməz. Həmin müəssisələrin mövcud olması iddiaçının orada işləməsini təsdiq etmir. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərdən başqa digər sənədlərlə təsdiq edilmir. İddiaçının mübahisələndirilməyən sığorta stajı 15 il 3 ay, mübahisələndirilən sığorta stajı 9 il 11 ay təşkil edir. Hərbi biletin surəti natamam təqdim edildiyindən və təhsil almasına dair heç bir sənəd təqdim edilmədiyindən münasibət bildirilməmişdir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. İddiaçı əmək pensiyası hüququ yarandığı tarixdə qanunla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 28800 manat pensiya kapitalına malik olmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi bütün bu hallara düzgün hüquqi qiymət verməmişdir. b) Etirazın dəlilləri

14. İddiaçı etiraz təqdim edərək kassasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, hər hansı müəssisə və təşkilat tərəfindən arxivə sənədlərin təhvil verilməsi və həmin müəssisə və ya arxivdə saxlanılmasına işçi cavabdeh deyildir. İddiaçının göstərilən dövrlərdə işləməsi əmək kitabçası ilə təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin imtinasını əsassız hesab etməkdə haqlı olmuş, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə və “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə uyğun qanuni qərar qəbul etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sı ğorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 16. ““Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

17. Əmək Məcəlləsi Maddə

87. İşçilərin əmək fəaliyyəti haqqı nda və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 18. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

19. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şik ayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə ape llyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılac aqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı ” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə imtina məktubu və iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 10 may 1995 – 12 iyun 2003-cü illərdə “Zəka L” kiçik müəssisəsində, 1 avqust 2003 – 1 iyun 2005-ci illərdə "xxxx" MMC-də işləməsi əmək kitabçası ilə təsdiq olunur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmiş dir. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.

26. Hazırkı qərarın 15-17-ci bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Belə ki, mötəbər hesab edilmiş sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək həmin normanın tələbini pozmuşdur.

27. Nəzərə alınmalıdır ki, əmək kitabçasında əks olunan iş illərinə dair müvafiq sənədlərin arxivə təhvil verilməməsi iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılması üçü n əsas hesab oluna bilməz. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən görünür ki, iddiaçının 10 may 1995 – 12 iyun 2003-cü illərdə “Zəka L” kiçik müəssisəsində, 1 avqust 2003 – 1 iyun 2005-ci illərdə "xxxx" MMC-də işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).

28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti rədd edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(105)-103/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti rədd edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(105)-103/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar