Məhkəmə qərarları › İş №2-1(102)-1285/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1285/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1285/2022 26.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtis adiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin Bədəlova (Həmzəyeva) Çərkəzxanım Əliqulu qızına məxsus olması barədə arayış verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2-1(105)-269/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 2 fərdi yaşayış evinə dair 1988-ci ilin fevral ayında tərtib edilmiş texniki pasportda həmin evin mülkiyyətçisi kimi X3 göstərilmişdir.

2. İddiaçının vəkili və nümayəndəsi Cavabdehnə 15 noyabr 2019-cu il tarixdə müraciət edərək Ab şeron rayonu, Fatmayı kəndi, Timiryazev küçəsində yerləşən mərhum X1 məxsus 50 nömrəli fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

3. Cavabdehin 23 yanvar 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Fatmayı kəndi, Timiryazev küçəsində yerləşən mərhum X1 məxsus 50 nömrəli fərdi yaşayış evi üzərində daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. Bundan başqa, 318 inventar nömrəli texniki pasportda göstərilən hüquq sahibinin ad və soyadında müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən ad və soyadı ilə kəskin fərq olduğu aşkar edi lmişdir. Belə ki, 318 inventar nömrəli texniki pasportda hüquq sahibi X6 göstərilməsinə baxmayaraq müraciət üzrə əlavə edilmiş sənədlərdə “Bədəlova (Həmzəyeva) X9” kimi qeyd edildiyi aşkar edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, müayinə zamanı müraciət üzrə əlavə edilmiş 318 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin mövcud olmadığı və B tikilisinin yaşayışa yararsız (istifadəsiz) olduğu aşkar edilmişdir. Həmçinin, müraciətə baxış keçirilmiş ərazidə yerləşən 0,1578 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər əlavə edilməmişdir. O cümlədən əlavə olunmuş sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilməmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(103)-4335/2021 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi təmin edilərək Abşeron rayonu, Fatmayi kəndi Timiryazev küçəsində yerləşən 50 saylı evə dair 1988-ci ildə verilmiş 318 inventar nömrəli texniki pasportun Bədəlova (Həmzəyevə) X7 (iddiaçının anası) məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 25 fevral 2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müra ciət edərək ünvan 1 ünvanda yerləşən 0,1578 ha torpaq sahəsinin ilkin qeydiyyatının Bədəlova (Həmzəyeva) X4 adına aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Fatmayı kəndi, Timiryazev küçəsi, 50 ünvanda yerləşən 0.1278 ha torpaq sahəsinin Bədəlova (Həmzəyeva) Çərkəzxanım Əliqulu qızına məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Fatmayı kəndi Timiryazev küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçının mərhum anası B ədəlova (Həmzəyevə) X7 məxsus olmuşdur. Sözügedən torpaq sahəsi iddiaçının ailəsinə məxsus dədə- baba torpağı olmuşdur. Həmin torpaq sahəsində tikilmiş ev isə texniki pasportdan da göründüyü kimi 1918-ci ildən mövcud olmuşdur. İddiaçının mərhum anası 1988-ci ildə evə dair texniki pasport almış və texniki pasport 318 inventar nömrə ilə qeydiyyatdan keçmişdir. Lakin torpaq sahəsinə dair heç bir sənəd qalmamışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində yaşayış evi ilə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, bundan imtina edilmişdir. İmtinaya səbəb kimi isə Abşeron rayonu, Fatmayı kəndi, Timiryazev küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair müvaf iq qeydiyyatın aparılmadığı, fərdi yaşayış evinin yerləşdiyi 0.1578 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlərin olmadığı, eyni zamanda 318 inventar nömrəli texniki pasportda hüquq sahibinin X5 kimi qeyd edildiyi göstərilmişdir. Evin qeydiyyatdan keçməsi üçün iddiaçının mərhum anası müraciət etdikdə, 1988-ci ildə ona sənəd olaraq 318 inventar nömrəli texniki pasport verilmiş və həmin pasport qeydiyyata alınmamışdır ki, bunun da məsuliyyəti texniki pasportu verən orqana aid olmalıdır. Eyni zamanda cavabdeh hüquqların dövlət qeydiyyatına alınması üçün texniki pasportu nəzərə almamış, lakin həmin texniki pasporta əsaslanıb adların düz gəlmədiyini də bəhanə etmişdir. Halbuki, təqdim edilən sənədlərə əsasən ev Bədəlova (Həmzəyevə) X7 məxsusdur və texniki pasportda qeydin düzg ün aparılmaması yenə də texniki pasportu verən orqanın səhvidir. Beləliklə, sözügedən texniki pasport da bir daha sübut edir ki, Abşeron rayonu, Fatmayı kəndi, Timiryazev küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçının mərhum anası Bədəlova (Həmzəyevə) X7 məxsus olmuş, fərdi yaşayış evinin yerləşdiyi 0.1578 ha torpaq sahəsi isə illərdir istifadəsindədir. İddia ərizəsində Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına istinad edilməklə göstərilir ki, həmin Fərmana əsasən texniki pasport hüquqların qeydiyyata alınması üçün əsasdır.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında göstərmişdir ki, iddiaçının müraciəti ilə bağlı fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qe ydiyyatının aparılması üçün fərdi yaşayış evinə və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsillərinin təqdim edilməsi təklif edilmişdir. İddia ərizəsində qeyd edilən və bu barədə cavabdehə edilmiş müraciətə cavab məktubu inzibati aktın qəbulundan imtina kimi qiymətləndirilə bilməz. Etirazda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9, 11, 2.1, 23-cü maddələrinə, habelə “İnzibati icraat haqqında” Qanuna istinad edilməklə iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(118)-128/2021 nömrəli qərarı (hakim V.E.Əzizova) ilə iddia təmin edilmiş, ünvan 2 ünvanda yerləşən 0.1278 ha torpaq sahəsinin mərhum Bədəlova (Həmzəyeva) Çərkəzxanım Əliqulu qızına m əxsus olması barədə arayış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinin iddiaçının mərhum anasına məxsus olması barədə arayışın verilməsindən imtina əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1-ci və 1.11-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ e vləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiyası və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənədlərə aid edilmişdir. Mərhum Ç.Bədəlovaya 1988-ci ilin fevral ayında verilmiş texniki pasport Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Abşeron İdarələrarası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir. Cavabdeh inzibati orqan imtina bildirişində sözügedən evin dağıdıldığını bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, iddia tələbi evə dair deyil, evin altında yerləşən 1278 kv.m torpaq sahəsinə dair verilmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2-1(105)-269/2022 nömrəli qərarı (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(118)-128/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş siyahıda daşınmaz əmlak obyektləri üzər ində hüquqların əldə edilməsini təsdiq edən sənəd növü kimi iki növ “pasport” fərqləndirilmişdir: 1) Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar (siyahının 1.11-ci bəndi); 2) Üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) (siyahının 2.4-cü bəndi). İddiaçının mərhum anasına məxsus Abşeron rayonu, Fatmayı kəndi, Timiryazev küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evinə dair 318 nömrəli “texniki pasport” Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Abşeron İdarələrarası Tex niki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilsə də, həmin sənəd yuxarıda istinad edilən “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” deyil, müvafiq siyahının 2.4-cü bəndində nəzərdə tutulmuş “texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport”dur. İstinad edilən Fərmanın 2.4-cü bəndinə əsasən isə həmin texniki pasport yalnız o halda həyətyanı torpaq sahəsinə münasibətdə daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd növü kimi çıxış edə bilər ki, texniki pasportda göstərilən yaşayış evinin üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış olsun. Hazırkı işdə isə Abşeron rayonu, Fatmayı kəndi, Timiryazev küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi üzərində iddiaçının mərhum anasının mülkiyyət hüquqlarının qeydiyyata alınmaması cavabdehin imtinasının əsas dəlili olmaqla yanaşı işin mübahisəsiz halıdır. İddiaçının təqdim etdiyi texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndində nəzərdə tutulan torpaq sahəsi üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olmadığından, habelə Abşeron rayonu, Fatmayı kəndi, Timiryazev küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi üzərində iddiaçının mərhum anasının mülkiyyət hüquqları qeydiyyata alınmadığından cavabdeh inzibati orqan tərəfindən həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin daşınm az əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası qanuna zidd olmamışdır. Belə ki, iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı hesab edir ki, apellyasiya instansiya məhkəməsi ilk növbədə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini nəzərə almamış, iş üzrə tətbiq edilməli olduğu halda tətbiq etməmişdir. Ç.Bədəlovanın qanuni əsasl a istifadəsində olmuş və 1988-ci ildə müvafiq dövlət orqanında – Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Abşeron İdarələrarası Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş texniki pasportla əks olunan fərdi yaşayış evi və ona aid həyətyanı torpaq sahəsinin dəqiq ölçüləri, eskizi təsvir edildiyindən həm ev, həm də torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına tam əsas yaranmışdır. Bundan başqa, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Siyahı”nın 1.11 və 2.4-cü bəndlərinin məzmununu yanlış təfsir edərək belə nəticəyə gəlmişdir ki, Ç.Bədəlovanın adına tərtib olunmuş texniki pasport bu bəndlərdə göstərilən texniki pasportla eyni deyildir. Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazir liyinin müvafiq qurumu tərəfindən 1988-ci ildə tərtib və təsdiq edilmiş “Fərdi yaşayış fondunun yaşayış evinə dair Texniki Pasport” məhz istinad olunan Fərmanın 2.4-cü bəndində nəzərdə tutulmuş “texniki inventarlaşdırma orqanları” tərəfindən tərtib edilmiş sənədlər kateqoriyasına aiddir. Rus dilində tərtib edilmiş texniki sənədin Azərbaycan dilində adında ifadə tərzinə görə fərqliliyin yaranması Kollegiyaya həmin sənədin məzmununu və mahiyyətini fərqli şəkildə təfsir etməyə əsas vermirdi. Ç.Bədəlovanın adına tərtib olunmuş texniki pasportda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin eskizi və ölçüləri dəqiq göstərilmişdir. İddiaçının mərhum anasının adına rəsmiləşdirilməsini tələb etdiyi evin və yerləşdiyi torpaq sahəsinin eskizi və ölçüləri həmin texniki pasportda təsvir olunanlarla eynidir, vahid hasarın daxilində yerləşir və anasından miras qalmış əmlak kimi hazırda da iddiaçının istifadəsindədir. Bundan başqa, apellyasiya məhkəməsi cavabdeh inzibati orqanın imtina bildirişində sənədləşdirilməsi tələb olunan evin yararsız halda olması və B tikilisinin mövcud olmamasına dair qeydinin mötəbərliyinə (həqiqiliyinə) dair inzibati orqan tərəfindən hər hansı dəlil təqdim edilmədiyini, imtinanın bu mülahizəsinin sübuta yetirilməsinin cavabdeh inzibati orqanın vəzifəsi olduğunu nəzərə almamış və yalnız cavabdehin imtina bildirişində yazılanlar əsasında nəticəyə gəlmişdir. Eyni zamanda, apellyasiya məhkəməsi cavabdehin imtinası və etirazında istinad etdiyi – sənədlərdəki ad-soyadın uyğunsuzluğuna dair dəlilin Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə aradan qaldırıldığını nəzərə almamış, təkrar olaraq inzibati orqanın bu mülahizəsinə istinad etmişdir. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-14-cü maddələrinin tələblərini pozmuş, cavabdehin imtinasını əsaslandıran faktiki halların iş materialları ilə təsdiqini tapmadığını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

135. Əşya hüququnun obyektləri... 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinat ına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.... Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və apa rılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.... Maddə

8. Daşınmaz əml ak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar [24] 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.... Maddə

9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.... Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslard an biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.... Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatı na alınmalı deyildirsə;... Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublik ası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı: 1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçü n əsas hesab edilir. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respub likaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);... 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Ma ddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərarda dının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instans iyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktını n qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin Ç.Bədəlovanın adına tərtib olunmuş texniki pasportun Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Siyahı”nın 1.11 və 2.4-cü bəndlərində göstərilən texniki pasportla eyni olmaması barədə və sənədlərdəki ad- soyad uyğunsuzluğunun Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə aradan qaldırılmasının nəzərə alınmaması barədə dəlillərinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. İlk öncə, nəzərə alınmalıdır ki, iddiaçının anasının adına olan 318 invertar nömrəli texniki pasport 1988-ci ilin fevral ayında tərtib edilmişdir. Apellyasiya instansiya məhkəməsi həmin pasportun iddiaçının anasının adına tərtib olunduğunu və iddiaçının anasına məxsus olduğunu nəzərə almışdır.

30. Lakin apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 318 nömrəli “texniki pasport” Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Abşeron İdarələrarası Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilsə də, həmin sənəd Siyahının 1.11-ci bəndində qeyd edilən “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport”, müvafiq Siyahının 2.4-cü bəndində nəzərdə tutulmuş “texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport” deyildir.

31. İddiaçı şikayətində 318 nömrəli “texniki pasport”un Siyahının 2.4-cü bəndində nəzərdə tutulan sənədlər kateqoriyasına aid olduğunu bildirmişdir. Halbuki mübahisələndirilən texniki pasportun Siyahının 2.4-cü bəndində nəzərdə tutulan sənədlər kateqoriyasına aid olması üçün həmin texniki pasportda göstərilən fərdi yaşayış evi üzərində iddiaçının mərhum anasının mülkiyyət hüquqları qeydə alınmalı idi. Lakin mübahisə olunan torpaq sahəsi üzərində tikiliyə hüquq daşınmaz əmlakən dövlət reyetrində qeydə alınmamışdır. 32. “Daşınmaz əmlakın dövlət re yestri haqqında” Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur.

33. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayonu, Fatmayı kəndi, Timiryazev küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi üzərində iddiaçının mərhum anasının mülkiyyət hüquqları qeydiyyata alınmadığından iş üzrə mübahisələndirilən texniki pasport üzrə həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsaslar müəyyən edilməmiş, iddiaçı texniki pasportda qeyd edilən tikiliyə və to rpaq sahəsinə hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı birini təqdim edə bilməmişdir.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi ünvan 3 ünvanda yerləşən 0.1278 ha torpaq sahəsinin Bədəlova (Həmzəyeva) Çərkəzxanım Əliqulu qızına məxsus olması haqqında arayışın verilibverilməməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2-1(105)-269/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar