Məhkəmə qərarları › İş №2-1(102)-1286/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1286/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1286/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: "qaçqın statusu olan şəxsin yaşayış sahəsi ilə təmin edilməsi") Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) “iddiaçının cavabdehin yaşayış məntəqəsi daxilində yaşayış üçün yararlı olan yaşayış sahəsində məskunlaşdırılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-18/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1958-ci il tarixində İran, Mazandaran şəhərində anadan olmuş, 1991ci ildə qaçqın statusu almaq üçün Azərbaycan Respublikasına gəlmiş, 2006-cı ildən ona qaçqın statusu və vəsiqəsi verilmişdir.

2. Azərbaycan Respublikasını heç vaxt tərk etmədiyini, 6 ildir Abşeron rayonu Saray qəsəbəsində hərbi yaşayış kompleksində yaşadığını, onunla ikisi məcburi köçkün olmaqla, 8 ailənin yaşadığını, 2017-ci ilin may ayında tikinti şirkətinin əməkdaşları kimi özlərini təqdim edən şəxslər tərəfindən yaşayış yerindən məcburi çıxarıldı ğını, məcburi köçkünlərin evlə təmin olunduqlarını, həmin vaxtdan fərqli ünvanlarda müvəqqəti məskunlaşmaqla yaşadığını bildirir.

3. İddiaçı yuxarıda qeyd olunanlara istinad edərək mənzillə təmin olunması ilə bağlı köməklik göstərilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh xx.xx.2019cu il tarixli, 955 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və imtinasını rayon İcra Hakimiyyətinin sərbəst mənzil fondu olmaması ilə əsaslandırmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının Cavabdeh yaşayış məntəqəsi daxilində yaşayış üçün yararlı olan yaşayış sahəsində məskunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul e dilməsini xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, 2017-ci ilin may ayında tikinti şirkətinin əməkdaşları kimi özlərini təqdim edən şəxslər iddiaçının yaşadığı yerə gəlmiş, ərazinin tikinti şirkəti tərəfindən alındığını qeyd edərək onu yaşadığı yerdən zorla çıxarmışlar. Orda yaşayan iki məcburi köçkün ailəsi mənzillə təmin edilmişdir. Həmin vaxtdan etibarən daimi yaşayış yeri yoxdur, müxtəlif ünvanlarda müvəqqəti məskunlaşmaqla yaşayır, heç bir yerdə işləmir. Cavabdehə müraciət edərək yaşayış üçün yararlı olan yaşayış sahəsi ilə təmin edilməsini xahiş etsə, cavabdeh əsassız olaraq bundan imtina etmişdir. Halbuki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinin 1-ci bəndinə əsasən məcburi köçkünlərin məskunlaşdı rılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir.

6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)1435/2019 nömrəli qərarına əsasən (hakim – Zaur Pirverdiyev) Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə iclasına cəlb edilmişd ir.

7. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi etiraz təqdim edərək İddiaçı İran İslam Respublikasından qaçqın olması barəsində Komitədə heç bir məlumat olmadığı və iddiaçıya Komitə tərəfindən qaçqın statusunun verilmədiyini bildirmiş, göstərilənləri nəzərə alaraq məhkəmə tərəfindən iddiaçının tələbinə mövcud qanunvericilik çərçivəsində baxılmasını xahiş etmişdir.

8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Bu ndan başqa, cavabdeh orqanın sərbəst mənzil fondu olmadığından və bu məqsədlər üçün mənzil, ev, yaşayış sahələri ayrılmadığından iddia tələbi mümkünsüz sayılmalıdır.

9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1435/2019 nömrəli, 9 dekabr 2019-cu il tarixli qərarı ilə (hakim – Zaur Pirverdiyev) iddia təmin edilmiş, iddiaçının Abşeron rayonu ərazisində, yaşayış məntəqəsi daxilində yaşayış üçün yararlı olan yaşayış sahəsində məskunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı qaçqın olmaqla ona bu status Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verildiyindən iddiaçının yaşayış sahəsi ilə təmin edilməsi “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 149 nömrəli Fərmanına uyğun olaraq cavabdeh tərəfindən təmin edilməlidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərərk qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-204/2020 nömrəli, 26 avqust 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-204/2020 nömrəli, 7 oktyabr 2020-ci il tarixli, qərarı ilə (hakimlər H.Babayeva /sədrlik edən/, Z.Məmmədov və F.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibatiİqtisad i Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-1435/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)292/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər N.İ.Rəsulbəyova /sədrlik edən məruzəçi/, İ.K.Hüseynov və K.N.Bədəlov) cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)204/2020 nömrəli, 7 oktyabr 2020-ci il tarixli qəra rı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən İPM-in 12-ci maddəsinin tələblərinə riayət etməmiş, bununla da prosessual hüquq normalarını pozmuşdur.

18. Belə ki, iddiaçı “qaçqın” statusu olmasına istinad edərək yaşayış sahəsi ilə təmin olunmasını xahiş etmiş, məhkəmələr də iddiaçının tələbini təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi öz nəticəsini hazırkı qərarın 24-29-cu bəndlərində qeyd olunan maddi hüquq normaları ilə əsaslandırmış və iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Lakin Ali Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır.

19. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı ona yaşayış sahəs i verilməsini tələb edərkən aşağıda sadalanan faktiki şərtlərə əsaslanmışdır: - 2006-cı ildə qaçqın statusu alması; - 28 ildir Azərbaycan Respublikasında yaşaması; - 6 il müddətində Abşeron rayonu Saray qəsəbəsi ərazisindəki hərbi yaşayış kompleksində yaşaması - yaşadığı yerdən 2017-ci ildə tikinti şirkətinin əməkdaşları tərəfindən zorla çıxarılması; - həmin yerdə onunla birlikdə yaşayan iki məcburi köçkün ailəsinin mənzillə təmin edilməsi; - həmin vaxtdan daimi yaşayış yerinin olmaması.

20. Halbuki, iddiaçı iddia tələbinin əsası kimi göstərilən faktiki şərtlərə istinad etdiyi halda həmin şərtlərin həqiqətən mövcud olduğunu sübut etməli, məhkəmə də öz növbəsində İPM-in 13-cü maddəsinin tələblərinə uyğun rəftar etməli idi. Belə ki, iddiaçının 30 ilə yaxın müddətdir Azərbaycan Respublikasınd a yaşadığını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi ilk növbədə bu müddət ərzində onun yaşayış sahəsi ilə təmin olunub-olunmadığını, əvvəllər harada yaşamasını, onun yaşayış yerini tərk etməsinə nəyin səbəb olduğunu, bununla bağlı ona kompensasiya verilib verilmədiyini araşdırmalı idi. Çünki hazırkı qərarın 24-29-cu bəndlərində göstərilən normaların məzmunundan görünür ki, qanunvericilikdə əvvəllər yaşayış sahəsi verilmiş “qaçqın” statusu olan şəxslərə sonradan təkrarən belə yaşayış sahəsinin verilməsi nəzərdə tutulmamışdır.

21. Belə ki, qaçqınların yaşayış sahəsi ilə təmin olunması “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 17-ci maddəsində (bax: hazırkı qərarın 27-ci bəndi) qaçqınların yaşayış s ahəsi ilə təmin edilməsinin qaydaları qeyd olunsa da, həmin maddədə “qaçqın” statusu almış şəxsə ikinci dəfə yaşayış sahəsi verilməsi ilə bağlı hər hansı bir norma qeyd olunmamışdır. Beləliklə, qanunvericilik “qaçqın” statusu almış şəxsə yalnız bir dəfə yaşayış sahəsi ilə təmin olunmaq hüququ verir.

22. Odur ki, hazırkı mübahisənin həll edilməsi üçün birinci növbədə iddiaçının əvvəllər yaşayış sahəsi ilə təmin olunub-olunmadığı müəyyən edilməli, yuxarıda göstərilən hallar həm inzibati icraat zamanı cavabdeh orqan tərəfindən, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı idi. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-18/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.Ə.A ğayev /sədrlik edən və məruzəçi/, İ.K.Dəmirov və M.Ə.Rzayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 2-1(085)-1435/2019 nömrəli, 9 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddiaçının cavabdehə qarşı “yaşayış məntəqəsi daxilində yaşayış üçün yararlı olan yaşayış sahəsində məskunlaşdırılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin halları hərtərəfli araşdırılaraq, əldə olunmuş sübutlara hüquqi qiymət verilərək hesab edilir ki, apellyasiya şikayətinin dəlillərində, eləcə də cavabdeh RİH-nin təqdim etdiyi cavablarda göstərilənlər o qənaətə gəlməyə əsas verir ki, İddiaçının Saray qəsəbəsi, Cabir Novruz küçəsi, ev 4 4 ünvanına qeydiyyata alınmasına baxmayaraq sonuncunun iddia etdiyi “Saray qəsəbəsi hərbi yaşayış kompleksində” yaşaması və həmin kompleksdən tikinti şirkəti tərəfindən çıxarılması öz təsdiqini tapmır.

25. Halbuki, İPM-nin 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yəni, iddiaçı iddia etdiyi kimi, 1991-ci ildən qaçqın statusu almaq üçün Azzərbaycan Respublikasına gəlməsini və həmin vaxtdan hansı ünvanlarda yaşamasını, ən nəhayət qaçqın statusu aldıqdan sonra iddia ərizəsi məhkəməyə verilənədək 6 il müddətində “Saray qəsəbəsi hərbi yaşayış kompleksində” yaşamasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

26. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

27. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin İPM-in 14cü maddəsinə əsasən sübutetmə vəzifəsi məsələsinə toxunduğunu nəzərə alaraq bu iş üzrə sübutetmə predmetini təşkil edən məsələlər aydınlaşdırılmalıdır. İlk növbədə, sübutetmə predmeti müstəqil problem deyil və işin hallarından, eləcə də inzibati aktın qəbulunu şərtləndirən maddi hüquq normalarının dispozisiya şərtlərindən asılıdır. Hazırkı iş üzrə müvafiq maddi hüquq norması qismində “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial təminatı” haqq ında Qanunun 5-ci maddəsi, “Qaçqınların və məcburi köçkünlərin statusu” haqqında Qanunun 17-ci maddəsi. Mənzil Məcəlləsinin 91 -ci maddəsi, həmçinin onların implementasiyası haqqında digər normativ hüquqi aktlar çıxış edir.

28. Bundan başqa, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 1991-ci ildən qaçqın statusu almaq üçün Azərbaycan Respublikasına gəlməsini sübut edə bilməyib. Halbuki iddiaçının 2006-cı ildə qaçqın statusu alması işin mübahisəsiz hallarından biridir. Bu halda müvafiq dövlət orqanı olan üçüncü şəxs DMX iddiaçının qaçqın statusu almaq üçün əsaslarını haqlı sayaraq 2006-cı ildə ona bu statıısu verib. Başqa sözlə, 2006-cı ildən iddiaçının qaçqın kimi dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilmək hüququ mövcuddur. Eləcə də bu məsələ mübahisəsiz məsələdir.

29. Eyni z amanda, apellyasiya məhkəməsi eləcə də hesab etmişdir ki, iddiaçı hansı ünvanlarda yaşamasını təsdiq edə bilməyib. Halbuki iddiaçı bunu sübut etməli deyil. İddiaçı bunu qeyd edib ki, o müxtəlif ünvanlarda qeyri-rəsmi yaşayıb. İddiaçının indiyə qədər hansı ünvanlarda yaşaması işin özülünü təşkil edən məsələ deyil. Çünki yuxarıda istinad edilən maddi hüquq normaları iddiaçının mənzillə təmin edilməsi üçün onun əvvəllər hansı ünvanlarda yaşamasını tələb etmir. Bu baxımdan apellyasiya məhkəməsi bu halı sübut edilməli hallar arasında daxil etməyə haqlı deyil. Çünki bu məsələ yuxarıda istinad edilən maddi hüquq normaları əsasında tələb edilmir. Ona görə də apellyasiya məhkəməsinin iddiaçının əvvəllər yaşadığı ünvanları təsdiq etməməsi əsası ilə iddianın təmin edilməsindən imtina etməyə qanuni əs aslan mövcud deyil.

30. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı qaçqın statusu aldıqdan sonra iddia ərizəsi məhkəməyə verilənədək 6 il müddətində "Saray qəbəsi hərbi şəhərcik kompleksində'- yaşamasını təsdiq edə bilməyib. İddiaçı həmin ünvanda yaşamasını təsdiq edən müvafiq aktı məhkəməyə təqdim etmişdir. DMX də iddiaçını həmin ünvanda qeydiyyata almaqla onun həmin ünvanda yaşamasını formallaşdırıb. Bu baxımdan məhkəmənin bu məsələ ilə bağlı müvafiq dövlət orqanı olan DMX-nin hüquqi sənədləşdirməsini istisna etməsi anlaşılan deyil. Həmçinin iddiaçının bu halı təsdiq edə bilməməsi yenə işin faktiki halları baxımından vacib məsələ deyil. Çünki iddiaçının əvvəllər yaşayış sahəsiylə təmin edilmək hüququndan istifadə etməməsi onun bu hüququnu gələcək üçün istifadə etməyəcəyi m ənasına gəlmir. Müvafiq maddi hüquq normaları bu hüququ iddiaçının statusunda olan şəxslərə münasibətdə daimi əsaslarla tanıyır. Ona görə də apellyasiya məhkəməsinin cavabdehdən əldə etdiyi sorğulara cavablar əsasında iddiaçının bu halı sübut etməməsi qənaətinə gəlməsi məhkəmənin siibutetmə vəzifəsi məsələlərinə dair prosessual hüquqi məsələləri düzgün müəyyən etməyi mənasına gəlir.

31. Qeyd edilmişdir ki, Ali Məhkəmənin iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında "iddiaçıya söküntü nəticəsində kompensasiya verilib-verilmədiyinin” müəyyənləşdinİməsini tələb etmək iddiaçının yaşayış sahəsi ilə təmin edilmək hüququnu istisna edən halların olub-olmamasını aydınlaşdırmağı tələb etmişdir. Apellyasiya Məhkəməsi isə öz araşdırması nəticəsində belə bir kompensasiyanın ödənilmədiyini və iddiaçının digər hər hansı formada əvəzləşdirilmədiyini müəyyən etmişdir. Bu halda iddiaçının yaşayış sahəsiylə təmin edilmək hüququnu istisna edən hallar da mövcud deyil. Eləcə də Ali Məhkəmə iddiaçının əvvəllər yaşayış sahəsiylə təmin edilib-edilmədiyini aydınlaşdırmağı tələb etmişdir. Apellyasiya məhkəməsinin araşdırması da iddiaçının belə yaşayış sahəsiylə təmin edilmədiyi nəticəsinə gəlmişdir. Bu baxımdan iddiaçının hüququnu istisna edən hallar mövcud deyil. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 33. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanun: Maddə

1. Bu Qanun Azərbaycan Respublikasında məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin məsku nlaşdırılması, sosial müdafiəsi tədbirlərini və bununla əlaqədar dövlət orqanlarının vəzifələrini müəyyən edir. Maddə

4. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi tədbirləri: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; Maddə

5. Məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təş kil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. 34. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 149 nömrəli Fərmanını n 2-ci bəndinə əsasən “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun un 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. 35. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun: Maddə

3. Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və digər qanunvericilik aktlarından başqa hal irəli gəlmirsə, qaçqınlar da Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkün statusu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminat verilir: üç aydan gec olmayaraq işlə və ya yaşayış yeri ilə təmin olunana qədər xüsusi ayrılmış yerlərdə haqqı ödənilmədən yaşamaq; Maddə

5. Qaçqının və ya məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada, respublika hökumətinin müəyyən etdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Maddə

6. Bu Qanunun müddəaları 1-ci maddədə verilmiş “qaçqın” anlayışına uyğun gələn aşağıdakı şəxslərə şamil edilmir: —qaçqın statusu aldıqdan sonra beş ili keçənə; Maddə

7. Qaçqınlar və məcburi köçkünlər məsələləri üzrə dövlət orqanları X2 X3 Şəxslərlə İş üzrə Azərbaycan Respublikasının Dövlət Komitəsi (bundan sonra Dövlət Komitəsi) və onun yerli orqanlarıdır. Dövlət Komitəsi və onun yerli orqanları qaçqınların və məcburi köçkünlərin bu Qanunla nəzərdə tutulmuş hüquq larının həyata keçirilməsini təmin edirlər. Respublika Dövlət Komitəsi və onun yerli orqanları qüvvədə olan Əsasnaməyə uyğun fəaliyyət göstərirlər. Maddə

8. Qaçqınlara və məcburi köçkünlərə kömək göstərilməsi və onların yerbəyer edilməsi sahəsində yerli icra hakimiyyəti orqanlarının əvvəlcədən Dövlət Komitəsi ilə razılaşdırılmış xərcləri Dövlət Komitəsi hesabına ödənilir. Maddə

17. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Müvəqqəti yaşayış yerindən daimi yaşayış və iş yerinə köçməsi ilə əlaqədar qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) çəkdiyi xərclər o na müəyyənləşdirilmiş qaydada və məbləğdə ödənilir. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) arzusu ilə ona on il müddətinə məqsədli faizsiz ssuda, habelə yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə və qaydada istifadəsi üçün torpaq sahəsi verilir. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) mənzil və ya ev satınalarkən əməliyyatlar notarial rüsumlar ödənilmədən icra edilir. 36. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə: Bənd

3. Yerli icra hakimiyyəti başçısının vəzifələri 3.1 Ümumi vəzifələr: 3.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: 3.9.6. dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində n əzərdə tutulmuş səlahiyyətləri həyata keçirir; Bənd

4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri 4.6. Əhalinin sosial müdafiəsi və gender bərabərliyi sahələrində: 4.6.10. müəyyən yaşayış yeri olmayan vətəndaşlara, cəzaçəkmə müəssisələrindən çıxmış şəxslərə, məcburi köçkünlərə sosial xidmət və sosial dəstək göstərilməsi ilə bağlı tədbirlər həyata keçirmək. Bənd 7.2. Yerli icra hakimiyyətlərinin istifadəsində olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında – Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayrılan vəsait, dövlət mənzil fondu, dövlət mənzil fondu binalarının qeyri-yaşayış sahələri, mühəndis-kommunikasiya və infrastruktur obyektləri, kommunal xidmət təyinatlı və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən v ə onların istifadəsinə verilmiş digər əmlak daxildir. Bənd 7.4. Yerli icra hakimiyyətlərinin istifadəsində olan obyektlər üzərində sərəncam verilməsi və onların idarə edilməsi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir.

37. Mənzil Məcəlləsi: Maddə

17. Mənzil fondu 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərb aycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. 17.4. Mənzil fondu qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət uçotuna alınmalıdır.

38. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadın ı) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

43. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəmə si tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı iş üzrə cavabdehin kassasiya şikayəti əsasında işə Ali Məhkəmədə bir dəfə baxılmış və müvafiq göstərişlər verməklə iş apellyasiya məhkəməsinə göndərilmişdir. Həmin göstərişlərə uyğun olaraq qanuni qərar qəbul edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

44. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə İddiaçıun cavabdehin yaşayış məntəqəsi daxilində yaşayış üçün yararlı olan yaşayış sahəsində məskunlaşdırılması ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışd ır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-18/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar