Məhkəmə qərarları › İş №2-1(102)-1287/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1287/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1287/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********9 nömrəli imtinasının qanunsuz hesab edilməsi və 1.24 ha torpaq sahəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2023-cü il tarixli, 21(105)-63/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Quba rayon Aqrar İslahat Komissiyasının 03 nömrəli, xx.xx.1998-ci il tarixli qərar ı ilə Quba rayonu, Mirzəmməd kəndi ərazisində yerləşən 1.24 hektar torpaq sahəsi iddiaçıya və onun ailə üzvləri olan X2, X7 və X5 ayrılmış və torpaq sahəsi həmin şəxslərin adına qeydə alınaraq JN-0064, kod 30311028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. 2. 10.06.2019-cu ildə X10 ölmüşdür.

3. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Quba rayonu, Mirzəmməd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını xahiş etmişdir.

4. Cavabdeh ərizənin təmin edilməsindən imtina etmiş və xx.xx.2021-ci il tarixli, **********39 saylı imtina məktubunda qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı torpaq sahəsi üzəri ndə mübahisənin mövcud olduğu aşkar edilmişdir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş torpaq sahəsinin digər şəxs tərəfindən istifadə edildiyindən müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********9 nömrəli imtinasının qanunsuz hesab edilməsi və 1.24 ha torpaq sahəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzif əsinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 09 1998-ci il tarixli 03 saylı qərarı ilə 1.24 ha torpaq sahəsi 3 üç nəfər olmaqla iddiaçının ailəsinin mülkiyyətinə verilmişdir. 2003-cü ildən iddiaçılar torpaq sahəsindən kənd təsərrüfatı mallarının istehsalı məqsədilə istifadə etmişdirlər. 1.24 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Quba "Asan Xidmət" Mərkəzinə xx.xx.2021-ci il tarixli **********, ********** qeydiyyat nömrəli ərizələrlə ilə müraciət olunmuşdur. Cavabdeh orqan **********39 nömrəli xx.xx.2021-ci il tarixli məktubla "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında" Azə rbaycan Respublikası Qanunun 11 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.

7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Quba rayonu, Mirzəmməd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli **********, ********** qeydiyyat nömrəli ərizə ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi vətəndaş X13 tərəfindən müraciət olunmuşdur. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, torpaq sahəsi üzərində mübahisə mövcuddur. Belə ki, mü lkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş torpaq sahəsi digər şəxs tərəfindən istifadə edildiyindən müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.

8. Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2-1(118)-1221/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim İ.Quliyev)

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını istədiyi torpaq sahəsi ilə bağlı mübahisə vardır, həmin torpaq sahəsindən faktiki olaraq başqa şəxs istifadə edir, iddiaçı torpaq sahəsinə faktiki sahiblik e də bilmir. Qeyd edilən hallar torpaq sahəsinə mülkiyyət sənədinin verilməsindən inzibati orqanın imtinası üçün əsas təşkil edir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli 2-1(105)-143/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2-1(118)-1221/2021 nğmrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. (sədrlik edən hakim-H.Babayeva, hakimlər: Z.Məmmədov, F.Məmmədov).

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh imtina məktubunda sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı torpaq sahəsi üzərində mübahisənin mövcud olduğunu, həmçinin torpaq sahəsinin faktiki olaraq başqa şəxsin istifadəsində olduğunu qeyd etsə də, məhkəmə bununla bağlı ümumiyyətlə araşdırma aparmamış, daşınmaz əmlakın müayinə işlərinin aparılması məqsədilə "xxxx" MMC-yə xidməti tapşırıq verərək mütəxəssis rəyinin alınmasını təmin etməmiş, iddiaçıya məxsus torpaq sahəsinin döngə nöqtələrinin kordinatları ilə üst-üstə düşüb-düşməməsini araşdırmamış, zərurət yarandığı halda üçüncü şəxslərin məhkəmə icraatına cəlb edilməsi məsələsini müzakirə etməmişdir. c. birinci instansiya məhkəməsində ikinci icraat

13. Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2-1(118)-1043/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-0064, kod 30311028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu, Mirzəmməd kəndi ərazisində yerləşən 1.24 hektar torpaq sahəsi üzərində mərhum X3, o cümlədən iddiaçılar İddiaçı, X1 və X6 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbayca n Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. (hakim C.Məmmədov)

14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Araşdırma zamanı iddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestr i haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur ki, Quba rayonu, Mirzəmməd kəndi ərazisində yerləşən, JN-0064, kod 30311028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1.24 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. d. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2023-cü il tarixli 2-1(105)-63/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2-1(118)-1043/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instans iya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş JN-0064, kod 30311028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər sənəd hesab olunur və iddiaçıların adına olan JN-0064, kod 30311028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilmiş torpaq sahəsinin 0.938427 ha torpaq sahəsinin yeni istifadəyə verilmiş torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) həmin torpaq sahəsi 0.72 ha kimi işlənilməsi iddiaçının müraciətindən imtina üçün əsas deyildir.

18. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Mülki Məcəllənin 139-cu, Torpaq Məcəlləsinin 43, 65, 66, 67-ci “Daşınmaz əmlakın dövl ət reyestri haqqında” Qanunun 2, 4, 8 və 15-ci maddələrinə istinad etmişdir.

19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

20. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-0064, kod 30311028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı göstərilən X10 vəfat etmişdir, belə olan halda isə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Yəni qanunun tələblərinə əsasən vəfat etmiş Sərxan Hüseynovun adına çıxarış deyil, ona məxsus olması haqqında ar ayış (elektron çıxarış) verilə bilərdi. Məhkəmə nəzərə almamışdır ki, iddianı ancaq İddiaçı qaldırdığı halda qərarda mərhum X3, o cümlədən iddiaçılar İddiaçı, X1 və X6 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Digər tərəfdən, qərarda göstərildiyi kimi, X11 vəfat etmişdir, lakin bununla bağlı vərəsələrin müəyyən olunmasına dair, o cümlədən İddiaçı hansı əsasla Sərxan Hüseynovun adından çıxış etməklə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bunlarla yanaşı İddiaçı hansı əsasla X1 və X6 adından hansı əsasla çıxış etməsi barədə də məhkəməyə heç bir sənəd təqdim etməmişdir.

21. Kassator öz mövqeyini əsaslandırmaq üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqınd a” Qanunun 2.1, 9.1, 9.2, 22.2-ci maddələrə istinad etmişdir. b. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzər ində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; Maddə

4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olu nduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

24. Torpaq Məcəlləsi: Maddə

66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər: 66.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə

67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə

69. Nümayəndə vasitəsi ilə işin aparılması 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə k i, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.

30. Hazırkı iş üzrə iddiaçının tələbi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********9 nömrəli imtinasının qanunsuz hesab edilməsi və 1.24 ha torpaq sahəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulmasıdır.

31. Apellyasiya instansiyası məhkəməsi iddianı əsaslı sayaraq mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş JN-0064, kod 30311028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər sənəd hesab olunur və iddiaçıların adına olan JN-0064, kod 30311028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilmiş torpaq sahəsinin 0.938427 ha torpaq sahəsinin yeni istifadəyə verilmiş torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) həmin torpaq sahəsi 0.72 ha kimi işlənilməsi iddiaçının müraciətindən imtina üçün əsas deyildir.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsassız sayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

33. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi İddiaçı tərəfindən tərtib edilərək imzalansa da, iddiaçının xahişi onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olmuşdur.

34. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-0064, kod 30311028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı göstərilən X10 xx.xx.2017-ci il tarixində vəfat etmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən halı nəzərə almamış, iddiaçı və onun ailə üzvlərinin, o cümlədən vəfat etmiş X3 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin qərarın ı qüvvədə saxlamış və bunla da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələblərinə əsasən şəxs daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

36. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi vəfat etmiş X3 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bu qəra rın 20-ci bəndində qeyd edilən maddi normaların tələblərini pozmuş, həmçinin vəfat etmiş Sərxan Hüseynovun vərəsələrinin müəyyən olunub-olunmaması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilib-verilməməsi, o cümlədən İddiaçı hansı əsasla ailə üzvlərinin adından çıxış etməsi ilə bağlı tam və hərtərəfli araşdırma aparmadan onlara münasibətdə qərar qəbul etmişdir.

37. Bu zaman məhkəmə iddia ərizəsinin yalnız İddiaçı tərəfindən imzalandığını, X8 və X12 və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən iddia ərizəsinin imzalanmadığını nəzərə almamış, iddiaçının hansı əsasla onları təmsil etdiyini aydınlaşdırmamış, X4 və X9 iddiaçı kimi qəbul etmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-0064, kod 30311028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu, Mirzəmməd kəndi ərazisində yerləşən 1.24 hektar torpaq sahəsi üzərində mərhum X3, o cümlədən iddiaçılar İddiaçı, X1 və X6 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunması barədə yekun qərar qəbul etmişdir.

38. Beləliklə, məhkəmə iş üzrə tərəf olmayan X8 və X7 münasibətdə qərar qəbul etmiş və bununla da məhkəmə hazırki qərarın 25-ci bəndində qeyd edilən prosessual normaların tələblərini pozmuşdur.

39. Göründüyü kimi, apellyasiya inst ansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qəbul edərək hazırkı qərarın 26 (a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

40. Məhkəmənin bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.

41. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli,

42. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatları araşdırmalı və Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi m övqeyinə uyğun qərar qəbul etməlidir.

43. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməməsi tələbinə dair hissədə təmin oluna bilməz.

44. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2023-cü il tarixli, 2-1(105)-63/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar