Məhkəmə qərarları › İş №2-1(102)-1287/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1287/2025

31.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1287/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Məhdud Məsuluiyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qərarın ləğvi; hesablama metodu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Məhdud Məsuluiyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qə rarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 10 dekabr tarixli, 2-1(104)-772/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********896500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində İddiaçı Məhdud Məsuluiyyətli Cəmiyyətinə (bundan sonra mətndə İddiaçı MMC) 233118,45 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği (təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfin hesabladığı vergi və ya sığorta haqqı məbləği 1436,48 manat; vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı məbləği 234554,93 manat) müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçı MMC cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********238200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023cü il tarixli **********896500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin 2024-cü il 11 mart tarixli, 2-1(114)-633/2024 nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə (VÖEN), ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixdən əlavə dəyər vergisının məqsədləri üçün qeydiyyata alınmış, əsas fəaliyyət növünün “tikinti materiallarının topdan satışı"ndan ibarət olduğu, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 200 kv.m. olan "Anbar ” adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-16002), ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 300 kv.m. olan "Beton Zavod” adlı təsərrüfat subyekti (obyektinin) (obyektin kodu: **********-16001) uçota alınmışdır. 14 saylı Ərazi Vergilər İdarəsinin 26 iyul 2023-cü il tarixli qərarına əsasən "HİMALAY 2022” MMC-nə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 2022-ci ilin mənfəət vergisi üzrə 234118,45 manat əlavə vergi məbləği hesablanılmışdır. Onlar hesablanılmış vergi məbləğli ilə razı deyil və bununla bağlı bütün sənədləri vergi orqanına inzibati şikayət edərək bildirmişlər. Şirkət Bakı şəhərində sement məhsullarının topdan ve pərakəndə satışı və beton markalarının satışı ilə məşğul olur. Sement məhsullarını X2 Zavodu MMCnin Qazax rayonunda yerləşən zavodundan alırlar. Aldıqları sementin Bakı şəhərinə daşınması üçün Luxoil Company MMC (VÖEN **********) ilə xx.xx.2022-ci il tarixdə daşıma müqaviləsi bağlamışlar. Müqavilə bağlanarkən sementin 1 tonu üçün daşıma qiymətləri 15.00 manat təyin edilmişdir. Lakin sonradan daşıma xərclərinin artması səbəbindən (nəqliyyat vasitələrinə yükgötürmə qabiliyyətindən artıq yüklərin vurulmasına qadağanın güclənməsi) daşıma qiymətlərinə yenidən baxılmasına zərurət yaranmışdır. Qeyd olunanlarla əlaqədar daşıma qiymətlərini yeni qiymətlərlə dəyişməli olmuşlar. Dəyişmiş qiymətlər əsasında Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən “Qaytarma istisna olmaqla VM-in 163-cü maddəsinə əsasən dəqiqləşdirilmiş qaimə” əsasında qiymətlərə düzəliş edilmişlər. Həmçinin bir sıra daşı maların qaimələri sonradan yazılmışdır. Şirkət gəlir və xərclərinin uçotunu Vergi Məcəlləsinin 135 və 136 maddələrinə əsasən aparır. Müəssisə maliyyə hesabatlarını hesablama metodu ilə aparır. Xərclərin 2022-ci il ərzində çəkilməsi ilə bağlı müqavilə, təhvil-təslim aktları, daşımaya dair yol vərəqələri mövcuddur. Onlar qeyd olunan hallarla bağlı Dövlət Vergi Xidmətinə inzibati şikayət etsələr də, 18.09 2023-cü il tarixli **********105000 saylı inzibati şikayətin təmin edilməməsi barədə qərara əsasən şikayət təmin edilməmişdir. Cavabdehin etirazı:

5. İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, vergi ödəyicisi "HİMALAY 2022” MMC 01 iyun 2023-cü il tarixində təqdim etdiyi 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin kameral vergi yoxlaması zamanı bəya nnamənin xərclər bölməsinin hüquqi şəxslər üzrə icarə haqqı sətrində göstərilmiş 1839082,28 manat dəyərində icarə haqqının bank hesabına faktiki ödənilmədiyi, əlavə olaraq göstərilmiş icarə haqqına görə göstərilmiş xərci təsdiq edən elektron qaimə fakturanın olmadığı muəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar "HİMALAY 2022” MMC-nə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 10 iyul 2023-cü il tarixli **********399600 saylı məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsının 37-ci, 67-ci və 83- cü maddələrinə əsasən 2022-ci ilin mənfəət vergisi üzrə 233118,45 manat əlavə vergi məbləği hesablanmı ş və "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 26 iyul 2023-cü il tarixli **********238200 saylı qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Gəncə İnzibati Məhkəməsinin 2024-cü il 04 sentyabr tarixli, 2-1(114)-633/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********896500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən ləğv edilmiş, 11823,75 manat mənfəət vergisi İddiaçı MMC-nin üzərində saxlanılmış, iddia qalan hissədə təmin edilməmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 200 (iki y üz) manat ekspertiza xərci cavabdehdən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməsi qərara alınmışdır.

7. Gəncə İnzibati Məhkəməsinin 2024-cü il 06 sentyabr tarixli, 2-1(114)-633/2024 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)633/2024 nömrəli qərarının nəticə hissəsində buraxılmış yanlışlıq aradan qaldırılmış, qərarın nəticə hissəsində “İddia qalan hissədə təmin edilməsin” cümləsi çıxarılmışdır.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, vergi orqanı kameral hesablama apararkən kassa metodu ilə uçot aparan vergi ödəyicilərinə münasibətdə tətbiq edilən bank hesabına vəsaitin daxil olmama sına istinad etmişdir. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, İddiaçı MMC-nin maliyyə hesabatları hesablama metodu ilə aparılmışdır. İş materiallarından göründüyü kimi, vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixində 2022-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Həmin bəyannaməyə əsasən 78957,50 manat mənfəət vergisi dövlət büdcəsinə hesablanmışdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı MMC-nin 2022-ci il üzrə ümumi gəliri 6498834,39 manat, gəlirdən çıxılan xərcləri isə 6044928,14 manat təşkil etmişdir. Belə olan halda, müəssisənin vergiyə cəlb edilməli mənfəəti 453906,25 manat, dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin məbləği isə 11823,75 manat (90781,25- 78957,50) məbləğində olmalıdır.

9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.İsgəndərova /sədrlik edən və məruzəçi/, R.Mamedov, A.Bayramov) 2024-cü il 10 dekabr tarixli, 2-1(104)-772/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2024-cü il 04 sentyabr tarixli, 2-1(114)-633/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Həmçinin qərarda qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş elektron qaimə fakturaların siyahısına əsasən müəyyən olunur ki, 2022-ci il ərzində müəssisə tərəfindən 6498834.39 manat dəyərində mal, iş və xidmətlərin təqdim edilməsinə dair elektron qaimə fakturalar təqdim edilmişdir İş materialları ilə müəyyən olunmuşdur ki, dövr ərzində müəssisə tərəfindən elektron qaimə faktura əsasında alınmış malların dəyəri 4642611.52 (cild İİ, v. 27-135) manat (o cümlədən, sement - 4618271.02 manat, beton — 24 340.50 manat məbləğində), ofis ləvazimatları 753.65 manat, nəqliyyat xərcləri isə tərəflər arasında imzalanılmış daşıma xidmətlərinin görülməsinə dair təhvil təslim aktlarına (cild lİİ, v. 1- 67) əsasən 1312289,90 manat təşkil etmişdir.

13. Göstərilənlərlə yanaşı qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi, müəssisə gəlir və xərclərinin uçotunu hesablama metodu ilə aparmışdır.

39. Qeyd olunanlardan belə nəticəyə gəlinir ki, İd diaçı MMC-nin 2022-ci il üzrə fəaliyyətinə dair 90781,25 manat məbləğində mənfəət vergisi hesablanmalı idi. Buna baxmayaraq cavabdeh orqan kameral hesablama apararkən kassa metodu ilə uçot aparan vergi ödəyicilərinə münasibətdə tətbiq edilən bank hesabına vəsaitin daxil olmamasına istinad etmişdir.

14. Qüvvədə olan vergi qanunvericiliyi birmənalı şəkildə qeyd edir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

15. Cavabd eh həmin qərardan kassasiya şikayətİ verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı tərəfindən təqdim edilən kassasiya şikayətinə qarşı etiraz iddia ərizəsi ilə oxşar məzmunlu tərtib edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyənedilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərinxüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydınolmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsasməqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam vəvaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilər inin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə

24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinənəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə vəmüdafiə etməyə;. 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarıilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləridüzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 134. hesablama metodunda n istifadə edilərkən gəlirin və xərcin uçotu qaydası hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Maddə 135. hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 135.1. Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxudvergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onualmaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa ç atdığı vaxtda əldə edilmiş sayılır. 135.3. Vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakınicarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür. 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəlik lərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqaviləüzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiqsurətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. 136.3. Borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borcöhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür.

19. İnzibati Prosessu al Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmə də icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri g östərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasi ya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Kassasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya əlavə olaraq qeyd edir ki, cavabdeh orqan kameral hesablama apararkən kassa metodu ilə uçot aparan vergi ödəyicilərinə münasibətdə tətbiq edilən bank hesabına vəsaitin daxil olmamasına istinad etmişdir. Cavabdeh nəzərə almamışdır ki, İddiaçı MMC-nin maliyyə hesabatları hesablama metodu ilə aparılmışdır.

26. Hesablama metodunun mahiyyəti baxımından, xərclərin çəkilməsi öhdəliyinin yarandığı vaxt nəzərə alınmalıdır. Yəni, İddiaçı MMC "xxxx" MMC ilə müqavilə bağlamış və müqaviləyə əsasən malların çatdırılması Tərəflərin qarşılıqlı razılığına əsasən müqaviləyə 2 nömrəli Əlavənin 1.1-ci bəndindəki cədvəldə göstərilən şərtlərə uyğun həyata keçirilmişdir.

27. Apellyasiya instansiya məhk əməsi haqlı olaraq qeyd etmişdir ki, elektron qaimə-fakturanın təqdim edilməməsi özlüyündə pozuntu hesab olunsa da, hazırki mübahisəyə münasibətdə iddiaçının xərclərinin tanınmasını və qəbul olunmasını istisna etmir.

28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələr in, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

30. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirli yi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 10 dekabr tarixli, 2-1(104)-772/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar