Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1288/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Aydinəli oğlunun сavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Aydinəli oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşe ron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 2-1(105)-96/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayon XDS İcraiyyə Komitəsinin “Rayonun Altıağac-Xızı zonasında keçmişdə yaşayan vətəndaşların ata-baba yurdlarının bərpa edilməsi haqqında” 25 avqust 1989-cu il tarixli 203 saylı qərarına əsasən, bir sıra vətəndaşlara Pirəkəşkül kəndində atababa yurdunun bərpa edilməsinə icazə verilmişdir. Sərəncamın ikinci bəndinə əsasən, Giləzi, Xızı qəsəbə Sovetləri icraiyyə komitələrinə ata-baba evlərinin bərpasına icazə ve rilmiş vətəndaşların və onların ailələrinin pasport qeydiyyatının təmin edilməsi tapşırılmışdır.
2. Qeyd edilən sərəncamın iddiaçı tərəfindən məhkəməyə təqdim edilən, Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli F-937 saylı arxiv surətinə əsasən, siyahının 41-ci bəndində iddiaçının adının qarşısında 0.25 ha qeyd edilmişdir.
3. İddiaçı həmin sərəncamı əsas tutaraq, Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 15 aprel 2019-cu il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli **********36 nömrəli məktubla iddiaçının müraciətinə imtina cavabı verərək bildirilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edil miş sənədlərdə göstərilən və baxış keçirilmiş torpaq sahəsinin kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidən kənarda, yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmamış, təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi aşkar olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon XDS İK-nın xx.xx.1989-cu il tarixli 203 saylı qərarına əsasən, Pirəkəşkül kəndində ona ayrılmış sahəsi 0.25 ha olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon XDS İK-nin 25 avqust 1989-cu il tarixli 203 saylı qərarına əsasən, ata-baba yurdlarının bərpa edilməsi məqsədilə vətəndaşların arzusu nəzərə alınaraq, bir sıra vətəndaşlara, eləcə də ona Pirəkəşkül qəsəbəsində 0.25 ha torpaq sahəsi ayrılmış və yerində təhvil verilmişdir. Həmin yerin koordinatları müəyyən edilərək hazırda Abşeron rayonu Pirəkəşkül - Qobustan Bələdiyyəsinin yerquruluşu planında da əks edilmişdir. Hazırda həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq istəyir. Bu məqsədlə cavabdehə müraciət etsə də, imtina cavabı almışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur. Belə ki, torpaq sahəsinin ayrılmasına dair qərarın məzmunundan da aydın olur ki, həmin torpaq sahələri o ərazidə yaşamış vətəndaşların ata-baba yurdları olmuşdur və məhz, bu ata-baba yurdlarının bərpa edilməsi məqsədilə o ərazilər ayrılmış və qərarın 2-ci bəndində hətta bu qəsəbələrin İcraiyyə Komitələrinə ata-baba evlərinin bərpasına icazə verilmiş vətəndaşların və onların ailə üzvlərinin pasport qeydiyyatlarının təmin edilməsi də tapşırılmışdır. Bu qərarın məzmununda da görünür ki, həmin torpaq sahələri yaşayış məskənləri olmuş və məhz ata-baba evlərini bərpa etmək üçün vətəndaşlara verilmişdir. İddiaçı hesab edir ki, sözügedən torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınmasından cavabdehin imtina etməsi qanunsuz olmuşdur.
6. Cavabdeh iddia tələbinə qarşı imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər araşdırılan zaman fərdi yaşayış evi tikintisi üçün ayrılmış torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüf atı təyinatlı torpaqlara aid edildiyi aşkar olunmuşdur.
7. Sumqayıt İnzibati Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2-1(118)-18/2021 nömrəli qərarı ilə (hakim İ. Quliyev) iddia təmin edilmiş, cavabdehin üzərinə Abşeron rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli 203 saylı qərarına əsasən Perekəşkül kəndində ona ayrılmış 0.25 ha torpaq sahəsinə olan mülkiyyət hüququnun qeydə alınması vəzifəsi qoyulmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 avqust 1989-cu il tarixli 203 saylı qərarı həmin torpaq sahəsinə dair qanuni istifadə ilə bağlı sənəd hesab olunmaqla, iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydityyatı üçün əsasdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsini n İV hissəsinə, Mülki Məcəlləsinin 152-ci maddəsinə, “Torpaq islahatı haqqında” Qanunun 9, 10-cu maddələrinə, “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.6-cı bəndinə istinad edərək hesab etmişdir ki, iddiaçı tələbində haqlıdır, cavabdeh inzibati orqanın imtinası isə əsaslı deyil.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 2-1(105)-96/2022 nömrəli qərarı ilə (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, Z.Məmmədov və F.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 2-1(118)-18/2021 nömrəli qərarı ləğv olunmaqla, iddia rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi məhkəmə icraatı zamanı aidiyyəti inzibati orqanlara müvafiq sorğular ünvanlamış və Abşeron rayon Dövlət Arxivinin 24 fevral 2022ci il tarixli H64 nömrəli məktubunda sorğuya cavab olaraq bildirılmişdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 1989-cu il tarixli, 203 saylı qərarı ilə rayonun Altıağac-Xızı zonasında keçmişdə yaşayan vətəndaşlara ata-baba yurdlarının bərpa edilməsi üçün icazə verilmiş, bu qərarda heç bir vətəndaşa torpaq sahəsinin ayrılması göstərilməmişdir. Beləliklə, iddiaçı öz tələbinin əsası olaraq Abşeron rayon XDS İcraiyyə Komitəsinin 1989cu il tarixli, 203 saylı qərarına istinad edərək həmin qərara əsasən Pirəkəşkül kəndində ata-baba yurdunu bərpa etmək məqsədilə ona 0.25 ha torpaq sahəsinin ayrıldığını bildirsə də, onun istinad etdiyi qərarda ümumiyyətlə heç bir vətəndaşa, o cümlədən iddiaçıya torpaq sahəsi ayrılması nəzərdə tuitulmamışdır Həmin qərarda yalnız adları qeyd edilən vətəndaşlara ata-baba yurdlarını bərpa etməyə icazə verilmiş və Giləzi, Xızı qəsəbə Sovetləri icraiyyə komitələrinə ata-baba evlərinin bərpasına icazə verilmiş vətəndaşların və onların ailələrinin pasport qeydiyyatının təmin edilməsi tapşırılmışdır. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Odur ki, hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayətində qeyd edir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 avqust 1989-cu il tarixli 203 saylı qərarının arxiv çıxarışından görünür ki, ona Pirəkeşkül kəndi ərazisindən 0.25 ha torpaq sahəsi ayrılmışdır. Qeyd olunan qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üç ün əsasdır. Cavabdeh torpaq sahəsinin kənd təsərrüfatlı təyinatlı olduğuna əsaslanaraq iddiaçının həmin torpağa mülkiyyət hüququnu qeydə almaqdan imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi də Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə istinad etməklə torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş sahəsi olduğu nəticəsinə gəlmişdir. Halbuki, işə birinci instansiya məhkəməsində baxılarkən təyin olunmuş ekspertizanın rəyindən görünür ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə məhkəmə tərəfindən torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri təqdim edilməmiş, lakin iş materiallarında Abşeron rayonu, Pirəkəşkül bələdiyyəsinin yerquruluşu planından çıxarışa Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikin ti şöbəsi tərəfindən imzalanmış və Abşeron rayonu, Pirəkəşkül bələdiyyəsi tərəfindən təsdiq olunmuş sxemdə göstərilən 0.25 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür. Elektron kadastr məlumat bazasında Abşeron rayonu, Pirəkəşkül bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı sahədən kəndin perspektiv inkişafı üçün ayrılmış ərazidə yerləşir.
14. İddiaçının istifadəsində olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmaması, örüş sahəsindən kənarda, kəndin perspektiv inkişafı üçün ayrılmış ərazidə yerləşməsi, yəni cavabdehin imtinasının əsassız olması işdə olan ekspert rəyi ilə də təsdiq olunur. Həmin torpaq sahəsinin bilavasitə qonşuluğunda yerləşən torpaq s ahələrinin bələdiyyə tərəfindən alqı-satqı müqaviləsinə əsasən, Mahizər Bağırovaya və Elxan Məmmədəliyevə satılması və onların həmin torpaqlara mülkiyyət hüququnun daşınmaz əmlakın reyestrində qeydə alınması bu torpaqların örüş sahəsi olduğunu istisna edir. Əks halda, yəni örüş sahəsi olsaydı, bələdiyyə həmin torpaqları sata bilməz və yalnız icarəyə verə bilərdi (Torpaq Məcəlləsinin 16-cı maddəsi). Lakin apellyasiya instansiyası məhkəməsi bunu nəzərə almamışdır. b.kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçü n notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhk əmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, iddiaçının şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riay ət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə ba ğlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd edir.
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə aidiyyəti orqanlara sorğular verilmişdir.
24. Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli 57 nömrəli məktubda bildirilir ki, iddiaçı Pirəkəşkül kəndində yaşamır, onun və ailəsinin adına kənddə ata-baba yurdunun olub-olmaması barədə nümayəndəlikdə məlumat yoxdur.
25. Abşeron rayon Dövlət Arxivi tərəfindən apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli H389 nömrəli məktubla Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 avqust 1989-cu il tarixli, 203 nömrəli qərarının tam mətni təqdim edilmişdir. Təqdim edilmiş qərardan görünür ki, Pirəkəşkül kəndi üzrə 126 vətəndaşa, o cümlədən 41-cı sırada qeyd edilən iddiaçıya Pirəkəşkül kəndi ərazisində ata-baba yurdunu bərpa etmək üçün icazə verilmişdir. Lakin həmin qərardan görünür ki, ata-baba yurdunu bərpa etməyə icazə verilən vətəndaşlara, o cümlədən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair heç bir göstəriş yoxdur.
26. Lakin iş materiallarında olan, iddiaçı tərəfindən təqdim edilmiş XDS İcraiyyə Komitəsinin sözügedən qərarından arxiv çıxarışında isə, iddiaçının adı qarşısında 0.25 ha qeydi aparılmışdır.
27. Buna görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən Abşeron rayon Dövlət Arxivinə təkrar sorğu ünvanlanmış. Abşer on rayon Dövlət Arxivi 24 fevral 2022-ci il tarixli H64 nömrəli məktubla sorğuya cavab olaraq bildirmişdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 1989-cu il tarixli, 203 saylı qərarı ilə rayonun Altıağac-Xızı zonasında keçmişdə yaşayan vətəndaşlaa ata-baba yurdlarının bərpa edilməsi üçün icazə verilmiş, bu qərarda heç bir vətəndaşa torpaq sahəsinin ayrılması göstərilməmişdir.
28. Göründüyü kimi, iddiaçının tələbinin əsasını yuxarıda qeyd edilən Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 avqust 1989-cu il tarixli, 203 nömrəli qərarı təşkil etmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən işin araşdırılmış hallarından müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 avqust 1989-cu il tarixli, 203 nömrəli qərarında ümumiyyətlə, heç bir vətəndaşa, o cümlədən iddiaçıya torpaq sahəsi ayrılması nəzərdə tutulmamış, qərarda yalnız adları qeyd edilən vətəndaşlara ata-baba yurdunu bərpa etməyə icazə verilmiş və Giləzi, Xızı qəsəbə Sovetləri icraiyyə komitələrinə ata-baba evlərinin bərpasına icazə verilmiş vətəndaşların və onların ailələrinin pasport qeydiyyatının təmin edilməsi tapşırılmışdır.
29. Beləliklə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı işdə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
29. Belə ki, iş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olma dığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya və kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.
30. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddia lar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir. 31.Belə olan halda, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin digər dəlillərinə hüquqi qiymət verilməsinə lüzum görmür. Çunki, həmin dəlillər öz təsdiqini tapmış olsa belə, hazırkı vəziyyətə təsir etmir, yəni cavabdehin imtinasının qanunsuz, iddiaçının tələbində haqlı olması qənaətinə gəlmək üçün əsas ola bilməz.
32. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğund an təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 2-1(105)-96/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.