Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1288/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(105)117/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. TSEK-in xx.xx.2018-ci il tarixli, xxxxxxx0004 nömrəli müayinə aktından çıxarışa əsasən, iddiaçıya “Arxa qütbün və ləkənin degenerasiyası, OU-tor qişanın mərkəzi distrofiyası. Sadə hipermetropik astiqmatizm. VİSOD = 0.06 k/etmir (yüzdə altı), VİSOS =0.05 k/etmir (yüzdə beş). Astiqmatizm, Sadə hipermetropik astiqmatizm. ROU Com və H2.0D. Binokulyar korluq; Binokulyar korluq” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. TSEK elektron info rmasiya sistemindən çıxarışdan görünür ki, 4110003AAC4R saylı (Forma 88) göndərişə əsasən, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2023cü il tarixədək “Arxa qütbün və ləkənin degenerasiyası, OU-tor qişanın mərkəzi distrofiyası. Sadə hipermetropik astiqmatizm. VİSOD = 0.06 k/etmir (yüzdə altı), VİSOS =0.05 k/etmir (yüzdə beş). Astiqmatizm, Sadə hipermetropik astiqmatizm. ROU Com və H2.0D. Binokulyar korluq; Binokulyar korluq” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir.
3. AR Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubundan görünür ki, ƏƏSMN-nin 378 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığının araşdırılması ilə əlaqədar müraciət inə baxılmış və bildirilmişdir ki, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin DİN-ə aidiyyatı yoxdur və onlara nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş siyahıda 304-cü sırada iddiaçının adı qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütöv lüyünün müdafiəsi ilə əlaqədar təyin olunmuş ikinci dərəcə əlilliyinin etibarlı hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, əlilliyinin etibarsız hesab edildiyi vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və yaralanmışdır. Ona xx.xx.2018ci il tarixdən xx.xx.2023-cü tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlillik təyin edilmişdir. Qeyd edir ki, 2019-cu ilin iyun ayında pensiya və təqaüdü dayandırılmışdır. Bu zaman elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum olmuşdur ki, cavabdeh tərəfindən əlillik vəziyyəti əsassız olaraq, ona heç bir məlumat verilmədən etibarsız hesab edilərək pensiya və təqaüdü dayandırılmışdır. Hesab edir ki, əlilliyinin elektron sistemdə etibarsız hesab edilməsi qanunsuz və əsassızdır. Bu səbəbdən, onun yenidən qiymətləndirilməyinə ehtiyac yoxdur, çünki, o, xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və 5 il müddətinə, yəni xx.xx.2023-cü tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlil hesab edilmişdir.
7. Cavabdeh məhkəməyə ünvanlandığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Füzuli rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və X2: XİX Sinif - Travmalar. zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S60-S69 - Bilək və əlin travmaları => S69 - Bilək və əlin digər və dəqiqləşdirilməmiş travmaları => S69.7...; Diaqnozun mətni: Biləyin və əlin çoxsaylı travmaları, Sol əlin dəlib keçən odlu güllə yarası. Biləyin və əlin çoxsaylı travmaları, Sol əlin tutma qabilliyyətinin pozulması. [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], tez tez krizlərlə, qarişiq forma. Əvvəllər keçirilən miokard infarktı, ÜİX, keçirilmiş transmural miokard infarktından sonrakı kardioskleroz. Durğunluq ürək çatmamazlığı, Q D C 2 dərəcə; Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması Səbəb: Ambulator stasionar müalicənin müayinə müddəti az dır” səbəbi ilə imtina verilmişdir.
8. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli 4110003AAB68 saylı göndərişi əsasında iddiaçının əllik vəziyyətinə baxılmış və X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri =>120-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => 120.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stenokardiyanin digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası FS İİİ. Əvvəllər keçirilən miokard infarktı, infarkdan sonrakı kardioskleroz (transmural miokard infarktı) Ürək çatmamazlığı, Davamlı ürək çatmamazlığı FS İİİ. Ürək ritminin digər pozğunluqları, Ekstrasistolik aritmiya. Plevranın digər zədələnmələri, Hidrotoraks. [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hiper toniya] xəstəlik [yij, Hipertoniya xəstəliyi ııı dərəcə, Dəqiqləşdirilməmiş xroniki bronxit, Xroniki obstruktiv bronxit. Xroniki xolesistit, Xroniki hepatoxolesistit. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol əlin dəlib- keçən odlu silah yaralanmasından sonrakı kontrakturası, sol əlin tutma funksiyasının pozğunluğu; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Nazirlər Kabinetinin 140 nömrəli qərarının 1.3.1-ci bəndinə uyğun olaraq ambulator və stasionar müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.
9. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli 4110003AAC4R saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Azə rbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik => Gözdən əlilliyi olan şəxs; X2: Vİİ Sinif – Gözün və gözün əlavə aparatının xəstəlikləri => H30-H36 – Tor qişanın və damarlı qişanın xəstəlikləri => H35 - Tor qişanın digər xəstəlikləri => H35.6 – Renital qansızma; Diaqnozun mətni: Arxa qütbün və ləkənin degenerasiyası, OU-tor qişanın mərkəzi distrofiyası. Sadə hipermetropik astiqmatizm. VİSOD = 0.06 k/etmir (yüzdə altı), VİSOS =0.05 (yüzdə beş). Astiqmatizm, Sadə hipermetropik astiqmatizm. ROU Com və H2.0D. Binokulyar korluq; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0.08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52-H53.9)” səbəbi ilə beş il müddətinə əlilli k dərəcəsi verilmişdir.
10. AR DİN-in Tibb idarəsi xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 378 nəfərin DİN-ə aidiyyatının olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən (304-cü sıra), “Əlillik altsistemi"ndə iddiaçıya aid qiymətləndirmə etibarsız hesab edilmişdir.
11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.Əzizova) 2-1(118)-2059/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının əlilliyinin etibarsız hesab edildiyi vaxtdan bərpa edi lməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş ll dərəcəli əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin səbəbi məhz DİN Tibb İdarəsinin sözügedən məktubu olmuşdur. Halbuki, həmin məktubda hər hansı maddi hüquq normasına istinad edilməmişdir. Sadəcə, siyahıda göstərilən şəxslərin Daxili İşlər Nazirliyinə heç bir aidiyyətinin olmaması və Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlərin əsassız olaraq rəsmişlədirilməsi qeyd edilmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçının əlilliyinin etibarsız hesab edilməsi barədə ayrıca qərar (inziba ti akt) qəbul edilməmişdir.
13. Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Babayeva sədrlik edən və məruzəçi, Z.Məmmədov və F.Məmmədov) 27 yanvar 2023-cü il tarixli, 2-1(105)117/2023 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, qanunvericilikdə əlilliyin etibarsız hesab edilməsi anlayışı mövcud deyildir. Qanunla şəxsin hüququna belə b ir müdaxilə nəzərdə tutulmadığından, cavabdehin iddiaçının əlilliyinin etibarsız hesab edilməsində ifadə olunan hərəkətinin qanuni əsası olmamışdır. Həmçinin, cavabdeh bu zaman iddiaçını əyani müayinəyə cəlb etməmiş, ayrıca akt formasında qərar qəbul etməmişdir. Cavabdeh inzibati akt formasında hər hansı qərar qəbul etmədiyindən, eyni zamanda inzibati icraat haqqında qanunvericiliyin tələblərini də pozmuşdur.
16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə qarşı yazılı etirazın və apelyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarş ı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş, kassasiya şikayətinin təmin edilməməsi və apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qor unan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə
21. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” Ümumi müddəalar 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa q ayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüqu qi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin akt ı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
24. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə m übahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətin in dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş və daha sonra etibarsız hesab edilmiş 2-ci dərəcə əlilliyin bərpa olunması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apel lyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
33. Mübahisəyə dair iş üzrə materiallardan iddiaçının əlilliyinin qiymətləndirilməsi və ona 5 il müddətinə ikinci dərəcəli əlilliyin təyin edilməsi barədə Tibbi-Sosial Ekspert Komissiyasının qərarının “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq ləğv edildiyi görünmür. Cavabdeh tərəfindən də məhkəməyə iddiaçıya əli llik dərəcəsinin təyin edilməsi barədə inzibati aktın ləğvinə (hüquqi qüvvəsini itirməsinə) dair icraat materialları təqdim edilməmişdir. Başqa sözlə, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya əlilliyin təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur. Belə ki, həmin maddəyə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
34. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsi ilə müəyyən olunmuş qaydada ləğv olunmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
35. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh əlilliyin təyin olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək əlilliyin təyin olunması barədə qərarın ləğvi ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və bu qərarın 16-20-ci bəndlərində istinad olunan digər normativ aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunu n 67.2ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, ma raqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
36. Nəzərə alınmalıdır ki, təyin olunmuş əlilliyin ləğvini şərtləndirən bu qərarın 19-cü bəndində istinad edilən normada nəzərdə tutulmuş bu və ya digər əsas aşkar edildikdə, cavabdeh inzibati orqan əvvəlki qərar ın qəbulu üzrə inzibati icraatı təzələməli, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı və icraat nəticəsində aşkar olunmuş əsasın təsdiq edildiyi təqdirdə, bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin olunmasına dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə əlilliyin qiymətləndirilməsinin etibarsız sayılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
37. Bununla yanaşı həm də nəzərə almaq lazımdır ki, hazırkı qərarın 19-cu bəndində istinad olunan normalarda da əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının ləğvi nəzərdə tutulmuşdur. Həmin normaya əsasən, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi hallarda, yalnız yuxarıda qeyd olunmuş qaydada həmin qərarın ləğvi barədə qərar qəbul etməyə haqlıdır. Digər tərəfdən, həmin normaların məzmununa əsasən, əlilliyin ləğvi barədə qərar şəxsin müayinəsinin nəticələrinə istinadən qəbul edilə bilər. Belə ki, bu qərarın 19-cu bəndində istinad olunan normaya görə, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən, TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edi r və həmin gün ərzində altsistemə daxil edir.
38. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, əyani müayinəyə cəlb edilmədən iddiaçıya aid qiymətləndirmənin nəticələri cavabdeh tərəfindən “X1” etibarsız hesab olunmuşdur. Halbuki, yuxarıda istinad olunan normalar baxımından, müvafiq tibb qurumunun təqdim etdiyi məktub iddiaçının əlilliyinin ləğv edilməsi üçün yetərli əsas kimi qiymətləndirilə bilməz. Bu mənada, hazırkı mübahisəyə münasibətdə cavabdehin əlilliyin etibarsız hesab edilməsi ilə bağlı davranışı bu qərarın 16-20-ci bəndlərində istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
39. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, analoji işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi və məhkə mə təcrübəsi cavabdeh tərəfindən nəzərə alınmalı və həmin təcrübəyə əməl olunmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin, eləcə də digər tibb müəssisələrinin göndərişlərinin etibarsız hesab olunması nəticəsində həmin göndərişlər əsasında cavabdeh tərəfindən təyin olunmuş əlillik təyinatının "Əlillik" altsistemində etibarsız sayılmasına dair mübahisələr üzrə Ali Məhkəmə tərəfindən xeyli sayda qərarlar qəbul edilmiş və cavabdehin davranışı qanunsuz və əsassız hesab edilmişdir.
40. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, iddiaçıya aid göndərişin sadəcə olaraq, onu tərtib etmiş tibb idarəsi tərəfindən etibarsız sayılmasına istinadla əlillik altsistemində iddiaçıya aid qiymətləndi rməni və bunun üzərindən şəxsə təyin olunmuş əlilliyi etibarsiz hesab etməkdə cavabdeh haqlı sayıla bilməz.
41. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(105)-117/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.