Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1289/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərəkətlərin qanunsuz hesab edilməsi; mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması; müvafiq çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azə rbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanun pozuntusu kimi tanınması, hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsinin və tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-238/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 20 iyul 2004-cü il tarixli 278 saylı sərəncamı ilə ünvan 1 ünvanında yaşayan İİ qrup əlil İddiaçı 2-ci mikrorayon ərazisində kommersiya obyekti tikinti-quraşdırma məqsədilə 32 kv.m torpaq sahəsinin ayrılması qərara alınmış və iddiaçıya inşaat pasportu da verilmişdir. İddiaçı tərəfindən həmin torpaq sahəsi üzərində qeyri-yaşayış binası inşa edilərək, kommersiya obyekti kimi istismar olunur.
2. İddiaçı daşınmaz əmlak – torpaq sahəsi və müvafiq tikili üzərində hüquqlarının yaranması əsası kimi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 278 saylı, 20 iyul 2004-cü il tarixli sərəncamına və qeyri-yaşayış binasının inşaat pasportuna, habelə həmin qeyri-yaşayış binasında fəaliyyət göstərən kommersiya obyektinin fəaliyyətinə dair kommunal və vergi orqanlarının sənədlərinə istinad etməklə hüquqlarının qeydə alınmasını və müvafiq çıxarışın verilməsi ilə əlaqədar cavabdehə müraci ət etmişdir.
3. Cavabdehin 14 avqust 2020-ci il tarixli, **********33 nömrəli iddiaçının ərizəsinin təmin edilməsindən imtina məktubunun əsasını qeyri-yaşayış binasının qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlər, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara icazə sənədinin təqdim olunmaması təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı 14 sentyabr 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən inşası başa çatmış tikiliyə dair hüquqların daşınmaz əmlakın dövlət reyest rində qeydə alınmasından imtinaya dair hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəsinin və tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun ona verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılırmışdır ki, iddiaçı torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 278 №-li xx.xx.2004-cü il tarixli sərəncamını, İnşaat Pasportu ("xxxx" ASC-nin, “Azəriqaz” İB-nin, istilik təsərrüfatı idarəsinin, elektrik enerjisi satışı təşkilatı olan Barmek Azərbaycan Elektrik Şəbəkəsinin, Sumqayıt Telekommunikasiya Qovşağının, Ekologiya və təbii sərvətlər Nazirliyi Sumqayıt şöbəsinin, DİN-nin Yanğın Təhlükəsizliyi i darəsinin və digər müvafiq təşkilatların razılıqları) sənədlər toplusunu, o cümlədən iddiaçıya 2-ci mikrorayon ərazisində kommersiya obyekti tikinti-quraşdırılması məqsədi ilə ayrılmış 32 kv.m. torpaq sahəsinin mövqe planını Sumqayıt şəhər İcra Hakimiyyəti Baş Memarlıq və Şəhərsalma İdarəsinin möhürü ilə təsdiqlənmiş sənədi, obyektin planını, obyektin ümümi görünüş şəklini Sumqayıt şəhər İcra Hakimiyyəti Baş memarlıq və şəhərsalma idarəsinin möhrü ilə təsdiqlənmiş sənədi cavabdehə təqdim etmişdir. Bildirmişdir ki, sənədləri təqdim etdiyi məsul şəxs sənədlərə baxaraq, dövlət reyestrində qeydə alınmasından imtina etmişdir. Belə olan halda iddiaçı əlyazma ərizəsinin qəbul edilməsini və imtinanın rəsmi təqdim edilməsini istəmişdir. İddiaçı cavabdeh orqanın rəhbərliyi tərəfindən qəbul edilməs ini istəmiş, rəsmi müraciət etmək üçün məsul şəxsdən ərizə blankını istəmiş, lakin, o, müxtəlif bəhanələrlə ləngidilmiş, ərizə blankı verilməmiş, hətta əlyazma rəsmi ərizəsinin qəbulundan imtina olunmuşdur. Qeyd etmişdir ki, ona tikintiyə icazə və istismara icazəyə dair sənədlərin təqdim edilməsi bildirilmişdir. Bundan başqa, iddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı cavabdehin möhürü ilə və poçtun ştampları ilə xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə məktub-zərfi almışdır. Həmin zərfin içərisində cavabdehin xx.xx.2020-ci il tarixli **********33 №-li iddiaçıya ünvanlanan məktubu olmuşdur. Zərfin üzərindəki poçt ştampına əsasən həmin məktub xx.xx.2020-ci il tarixdə poçt şöbəsinə təhvil verilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 935 №-li Fərmanı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cü il tarixli 853 №-li Fərmanı ilə və sairə Fərmanlarla edilmiş əlavə və dəyişikliklərlə) Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatın 19 və 98-ci bəndlərinə əsasən sənəd imzalanan gün göndərilməlidir. Odur ki, cavabdehin xx.xx.2020ci il tarixdə poçt şöbəsinə iddiaçının ünvanına çatdırılması üçün təhvil verdiyi xx.xx.2020-ci il tarixli məktubu qanunsuzdur, hüquqların kobud pozulması ilə yazılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə t utulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyildir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı). Əlavə olaraq iddiaçı qeyd etmişdir ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin zonalarında və sair torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər. Lakin, “Azəriqaz” istehsalat birliyi tərəfindən qazın iddiaçının obyektinə verilməsi üçün Texniki Şərt sənədinin surəti, "xxxx" ASC-nin obyektimə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair xx.xx.2011-ci il tarixli Müqavilənin surəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizəsi ilə birlikdə verdiyi digər sənədlərdən göründüyü kimi obyektinin altından heç bir magistral boru kəmərləri keçmir. Hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı belə sənədlərin olmadığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun müvafıq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya işin həlli üçün zəruri olan əlavə sənədlərin təqdim olunmasını tələb etməlidir. Belə yardımın göstərilməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komit əsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.23-cü bəndindən də irəli gəlir. Belə ki, həmin normaya əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsidir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən mü vafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Bildirmişdir ki, cavabdehin xx.xx.2020-ci il tarixli cavab məktubu ilə hüquqularıbıb dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. İddiaçı Azərb aycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cu il 10 avqust tarixli, 113 nömrəli Fərmanına, İnsan Hüquqları uzrə Avropa Məhkəməsinin müvafiq qərarlarına və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə istinad edərək iddiasının təmin olunmasını xahiş etmişdir.
6. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunu n dəlilləri ilə eynilik təşkil edən yazılı etiraz təqdim etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya ünvanlanan 14 avqust 2020-ci il tarixli, **********3 saylı bildirişə 14 avqust 2020-ci il tarixdə saat 17:46-da nömrə verilmişdir. 15 avqust 2020-ci il və 16 avqust 2020-ci il tarixlərinin iş günü olmadığını, nömrələnmiş məktubların ümumi şöbədə surətlərinin çıxardılaraq arxivləşdirilməsini, xaric olan sənədlərin kitabında qeydiyyatının aparılmasını, pandemiya ilə əlaqədar olaraq ölkədə karantin dövrü olduğunu və işçilərin sayının az olmasını nəzərə alaraq məktub 19 avqust 2020-ci il tarixdə poçta təqdim olunmuşdur. İş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının cavabdehə qarşı iddiası mümkün sayılmamalıdır.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-292/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qərarı ilə (hakim İ.R.Quliyev) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa istinadən qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub- olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olan sənədlər inzibati orqana təqdim edilməmişdir. Qeyri-yaşayış binasının qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlər, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara icazə sənədi təqdim olunmamışdır. Belə olan halda, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır.
9. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)319/2021 nömrəli, 2 iyul 2021-ci il tarixli qərardadı ilə (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/ Z.İ.Məmmədov və F.Ə.Məmmədov), iddiaçının a pellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddianın yalnız tikiliyə dair hüquqların qeydə alınmasına dair tələbi üzrə araşdırma apararaq yekun nəticəyə gəlmiş, torpaq sahəsinə dair hüquqların qeydə alınmasına dair iddia tələbinə münasibətdə cavabdehin mövqeyini öyrənməmiş, həmin tələb üzrə araşdırma aparmamış, mahiyyəti üzrə baxaraq hüquqi qiymət verməmişdir. c. birinci instansiya məhkəməsində ikinci icraat
12. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1904/2021 nömrəli, 6 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim L.E.Mirzəyeva) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi iddiaçının torpaq sahəsi ilə bağlı tələbinə münasibətdə qeyd etmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamı ilə mübahisə predmeti olan torpaq sahəsi ayrılsa da iddiaçının mülkiyyətinə və ya istifadəsinə ayrıldığı müəyyən edilməmişdir. İddiaçıya torpaq sahəsi ayrılarkən yerli icra hakimiyyəti orqanlarının fəaliyyətlərinin dairəsi, habelə səlahiyyətləri həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri” haqqında Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamədə yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsini mülkiyyətə ayırması ilə bağlı səlahiyyətinin olması təsbit edilməmişdir. Göründüyü kimi iddiaçıya torpaq sahəsi ayrıldığı dövrdə yerli icra hakimi yyəti başçılarının torpaq sahəsini mülkiyyətə ayırmaq kimi bir səlahiyyətləri mövcud deyildi. Belə olan halda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası əsaslı olmuşdur.
14. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış binası üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair hissədə də iddia əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüy ünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlakın qeydiyyatı üçün əsaslar sözügedən Qanunun 8-ci maddəsi ilə imperativ olaraq müəyyən edilmişdir. Beləliklə, həmin Qanunun 8.0, 8.0.9 və 8.0.9.2.-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı daşınmaz əmlak ü zərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
15. Qeyd olunan hüquq normasının mənasından göründüyü kimi 2013-cü ilin yanvarın 1-dək, yəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək tikilmiş tikililər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün təqdim edilməli olan sənədlərin dairəsi qanunvericilikdə imperativ olaraq müəyyən edilmişdir.
16. Hazırki işdə isə iddiaçı tərəfindən cavabdeh inzibati orqana, habelə məhkəməyə sözügedən tikiliyə dair yuxarıda qeyd olunan norma ilə tələb olunan sənədlər, yəni müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı təqdim edilməmişdir.
17. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)238/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. İddiaçı qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üç ün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında ” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 18.1, 18.2, 19.1 və 19.2-ci maddələrinin tələbləri nəzərə alınmadan qərar qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:... -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keç məsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:... -8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hünd ürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;... -9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: -9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; -9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; -9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatınd an imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; -9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.... -11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
18. Çoxun azı ehtiva etməsi prinsipi -18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hər əkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. -18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. Maddə
19. Mötəbərlik prezumpsiyası -19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
25. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkə mə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının büt övlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunveric iliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə cavabdehin hərəkətlərinin qanun pozuntusu kimi tanınması, hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsinin və tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmçinin müvafiq çıxarışın və texniki pasportun verilməsi bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-238/2022 nömrəli, 10 mart 2022-c i il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.