Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1289/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müda fiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(105)-74/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əmək kitabçasına, hərbi biletinə və attestatına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1974-cü ildən 15 iyul 1975-ci il tarixinə qədər təhsil almış, daha sonra xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər 2 nömrəli trestin 20 saylı səyyar mexanikləşdirilmiş dəstəsində əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xi dmətdə olmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü tarixədək 2 nömrəli trestin 20 saylı səyyar mexanikləşdirilmiş dəstəsində və xx.xx.1994-cü tarixdən xx.xx.2002-ci ilədək 2 nömrəli trestin 20 saylı səyyar mexanikləşdirilmiş dəstəsində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. 2. “Azərsənayetikinti” SC-nin 16 noyabr 2002-ci il tarixli, 09/28 saylı arayışı ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1994-cü ilədək Sumqayıt Metal Quraşdırma zavodunda və xx.xx.1994-cü ildən xx.xx.2002-ci ilədək “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində elektrik qaynaqçısı peşəsində işləmişdir. Bu peşə üzrə xx.xx.2007-ci il Nazirlər Kabinetinin qərarının 35-ci bölməsi üzrə güzəştli şərtlərlə pensiyaya çıxma hüququ verilir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh 29 dekabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (19 il 3 ay 24 gün (xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979xx.xx.1994-cü İl tarixləri arasındakı dövrlər və 2006-2021-ci illər üzrə cəmi 5 ay)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasi bətdə 31800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15836,83 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 11 yanvar 2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.1994-cü ildən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq hüququ yarandığı tarixdən, yəni 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ümumi əmək stajı 27 il olmaqla, pensiyaya çıxmaq hüququ verən iş stajı olduğu üçün 57 yaşda əmək pe nsiyasına çıxmaq hüququ vardır. O 1975-ci ildən 2002-ci ilə qədər elektrik qaynaqçısı peşəsində işləmiş, işlədiyi müəssisə daim fəaliyyətdə olmuşdur.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı Ə.Şəfiyev Dövlət Sosial X4-Xızı regional filialı tərəfindən verilmiş müəssisənin 1991-2005-ci illərə dair hesabat məlumatlarını özündə əks etdirən xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubu məhkəməyə təqdim etmişdir. Bununla əlaqədar olaraq bildirirlər ki, iddiaçı X1 Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara və məhkəmə prosesində təqdim etdiyi Dövlət Sosial X4-Xızı regional filialı tərəfindən verilmiş “Azərsənayetikinti” SC-nin 1991-2005-ci illərə dair hesabat məlumatlarını özündə əks etdirən xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubuna əsasən onun 01.01 2006cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 1 ay 21 gün (xx.xx.1974-xx.xx.1975-ci il xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı xx.xx.1994-xx.xx.2002-ci illərdə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının ümumi iş stajı kifayət qədər olmadığı üçün ona güzəş tli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur
7. Sumqayıt İnzibati Məhkəməsinin 9 sentyabr 2022-ci il tarixli, 2-1(118)807/2022 nömrəli qərarı (hakim: X5) ilə iddia qismən təmin edilmiş, iddiaçıya xx.xx.1994-cü ildən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli dövrdə “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində elektrik qaynaqçısı peşəsində işləmiş, əmək haqqı almış, müvafiq hesabatlar aparılmışd ır. Eyni zamanda iddiaçının işlədiyi elektrik qaynaqçısı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinə imkan verən peşələrin siyahısına daxildir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənə qədər 25 ildən çox ümumi sığorta stajına malik olmuş və həmin dövrlərin 12 il 6 ayından çox hissəsini zərərli işlərdə işləmişdir. Həmçinin iddiaçıya pensiya təyinatı ilə bağlı tələbinə cavabdeh inzibati orqanın pensiya kapitalı ilə bağlı normaları tətbiq etməsi aşkar qanun pozuntusudur. Belə ki, bununla bağlı qanunvericilikdə aydın formada ifadə olunmuş tənzimləmə mövcuddur
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 17 yanvar 2023cü il tarixli, 2-1(105)-74/2023 nömrəli qərarı (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X2 və X3) ilə Sumqayıt İnzibati Məhkəməsinin 9 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etir az təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 ya şına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
17. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gün dən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həm in qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hü quq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya ş ikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblə rini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 1-4-cü bəndlərində qeyd edilənlərə əsasən, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün həm ümumi (25 il) həm də xüsusi (12 il 6 ay) iş stajı mövcuddur.
25. Beləliklə, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Belə ki, onun 57 yaşının tamam olduğu, xx.xx.2006-cı il tarixinədək 25 ildən çox ümumi iş stajına malik olduğu, o cümlədən həmin stajın 12 il 6 aydan çox hissəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısında nəzərdə tutulmuş peşələrdə topladığı iş materialları ilə təsdiq olunur.
26. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi barədə dəlilinə gəldikdə, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8- ci maddəsinə uyğun olaraq həmin Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş stajlarla bağlı şərtləri 2006-cı il 1 yanvar tarixədək tam ödədiyindən, o, həmin şərtlərin ödənildiyi vaxtda qüvvədə olan qanunla müəyyən edilən digər şərtin – 57 yaşın tamamında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququnu qazanmışdır. Qanundakı sonrakı dəyişiklik, hazırkı halda, yaşla bağlı şərtdən əlavə digər şərtin də müəyyən edilməsi iddiaçının artıq bunadək qazanmış olduğu bu hüququ aradan qaldırmır.
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, barəsində ş ikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(105)-74/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.