Məhkəmə qərarları › İş №2-1(102)-1289/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1289/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1289/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlillik təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X5nə qarşı “əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzəri nə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 21(104)-698/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 42 nömrəli qərarına əsasən, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı “Sağ budun aşağı 1/3-nin odlu silah yaralanması, kontuziya, başın qəlpə yaralanması” diaqnozu ilə hərbi travma almışdır.

2. İddiaçıya xx.xx.2017-ci il tarixdən etibarən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir.

3. Əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində TSEK-ə göndərilməsi üçün X2 tərəfindən xx.xx.2023-cü il tarixli, Y00067616GVD nömrəli Forma 088 tərtib edilmişdir. Həmin göndərişə əsasən iddiaçının əsas diaqnozu F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin travması, keçirilmiş baş beynin travmasının (beyin kontuziyasının davamlı, qalıq əlamıətləri, baş beynin tarvmasından sonra üzvi şəxsiyyət pozuntusu” kimi qeyd edilmişdir. X1 xx.xx.2022-ci, xx.xx.2023-cü, xx.xx.2022ci, xx.xx.2022-ci il tarixlərində “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə ambulator müayinələrdə, xx.xx.2022-ci il tarixində X3 ambulator müayinədə, xx.xx.2022 - xx.xx.2022ci, xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərində X3 stasionar müalicədə, xx.xx.2022 xx.xx.2022-ci il tarixlərində Respublika Psixiatriya X əstəxanasında, xx.xx.2022-ci il tarixində Bakı Psixi Sağlamlıq Mərkəzində ambulator müayinədə olmuşdur.

4. Həmin göndəriş TSEK-də xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir.

5. İddiaçının imtina barədə qərardan verdiyi şikayətə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə baxılaraq, onun əyani müayinəsi həyata keçirilmiş və xx.xx.2023cü il tarixdə barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə 3-17-4/3-31494/2023 nömrəli qərar qəbul etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət ed ərək, cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 09 mart 2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi və ona əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdən 2022-ci il tarixədək ikinci qrup əlillik pensiyası almışdır. Sonuncu dəfə müayinədən keçən zaman barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Sonuncu qiymətləndirmədə isə diaqnozu “Üzvi mənşəli şəxsiyyət pozuntusu” kimi göstərilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın ona əlillik dərəcəsinin təyin olunmasından imtinası əsassızdır.

8. Gəncə İnzibati Məhkəməsinin (hakim: F.K.Hüseynov) 11 mart 2024-cü il tarixli, 21(114)-410/2024 nömrəli qərarı ilə id dianın təmin edilməsi, cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 09 mart 2023-cü il tarixli qərarının iddiaçıya əlillik təyinatından imtina edilməsi hissəsində ləğv edilməsi və ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 11.2.2.5-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 40-60 olmaqla, xx.xx.2023-cü il tarixdən 2 il müddətinə əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

9. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat

10. Gəncə Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2-1(104)-412/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat

11. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 09 mart 2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi və ona göndərişin imzalandığı 23 yanvar 2023-cü il tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 7.6.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik dərəcəsin in təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin (hakim: L.K.Əliyeva) 23 iyul 2024-cü il tarixli, 21(114)-2758/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 09 mart 2023-cü il tarixli qərarının qismən (İddiaçı aid hissədə) ləğv edilməsi, iddiaçıya göndərişin imzalandığı 23 iyul 2023-cü il tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində əsasən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlə t Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X5nin üzərinə qoyulması qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki, dərəcəsinin isə ağır olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş, qiymətləndirmə zamanı iddiaçının “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu nəzərə alınmadan diaqnozun əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul olunmuşdur. İddiaçıya dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tar ixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun olaraq, orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Hətta cavabdeh orqanın xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli müayinələrinin nəticəsində də iddiaçının əyani müayinəsi zamanı diaqnozunun mətni “üzvi mənşəli şəxsiyyət pozuntusu” qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozundan əziyyət çəkir. Beləliklə, cavabdehin nümayəndəsinin də təqdim etdiyi, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2 -ci bəndində qeyd edilən qiymətləndirmə halının iddiaçıda mövcud olması tibbi sənədlərlə tam əksini tapır.

14. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, İ.T.Həsənov və A.V.Bayramov) 19 dekabr 2024cü il tarixli, 2-1(104)-698/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2758/2024 saylı qərarı dəyişdirilmiş, iddia tələbi təmin edilmiş, cavabdehin iddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 30 dekabr 2023-cü il tarixli qərarı ona aid his sədə ləğv edilmiş, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, xx.xx.2023-cü il tarixdən, 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya qoyulan diaqnoz qanunvericiliklə ona əlillik təyin edilməsinə əsas vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təyin olunmuş diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edilibsə və diaqnozun özü meyarlara uy ğun gəlirsə, əlavə ağırlaşmaların tələb olunması hüquqi əsas daşımır. Bu səbəbdən də, qanunvericilikdə əlilliyin təyini üçün ağırlaşma tələbi təsbit olunmadığından bununla bağlı cavabdehin tələbinin heç bir hüquqi əsası olmamışdır. Odur ki, iddiaçıda olan diaqnozların ona əlillik təyin edilməsi üçün əsas verməməsi ilə bağlı cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi iddiaçıya əlilliyin təyin edilməsi tarixi barədə düzgün nəticəyə gəlməmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2022-ci il tarixdə bitdikdən sonra xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü il tarixlərdə müvafiq olaraq əlilliyin təyin edilməsindən inzibati orqan tərəfindən imtina edilmişdir. Cavabdehin imtinalarının hər biri bütün əlamətlərinə görə bir inzibati aktdır və bu inzibati akt mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir. Lakin iddiaçı qeyd edilən inzibati aktlardan yalnız sonuncu inzibati aktdan sonra məhkəmədə iddia qaldırmışdır. xx.xx.2023-cü il tarixli inzibati akt mübahisələndirilmədiyindən, qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən qüvvədədir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsində onun hüquqi marağının cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 30 dekabr 2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ib arət olduğu müəyyən edilir. Həmçinin, iş materiallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli, 42 nömrəli qərarla şəhadətləndirilmiş, “Sağ budun aşağı 1/3-nin odlu silah yaralanması. Kontuziya. Başın qəlpə yaralanması” diaqnozu, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Bundan başqa, iddiaçıya xx.xx.2017-ci il tarixdə 5 il müddətinə əlillik təyin edilən zaman da əlilliyin səbəbli əlaqəsi kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının əlilliyi iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunmuşdur. Buna görə də cavabdehin idd iaçı barəsində olan “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 30 dekabr 2023-cü il tarixli qərarı ona aid hissədə əsassız olmuşdur və ləğv olunmalıdır.

17. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

18. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən məhkəmə-tibbi ekspertizası təyin edilmədən və iddiaçının Agentlikdə əyani müalicə olunması nəticəsində “diaqnozun əlillk təyin etməməsi” barədə qərar qəbul edilməsini nəzərə almadan, sırf göndərişdə olan diaqnozun meyarlarda olma sına və iddiaçının əvvəlki dövrlərdə əlilliyi olmasına istinad etmişdir. Bundan əlavə, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün onda sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. İddiaçının müayinəsi zamanı cavabdeh tərəfindən sözügedən hal, yəni əlillik təyinatına əsas verən nevroloji statusunda ocaqlı patologiya aşkar edilməmiş, psixi statusunun araşdırılması zamanı zahirən səliqəli, emosional labil olmuş, aktiv psixopraduktiv əlamətlər və kobud davranış pozuntusu aşkar edilməmişdir. Diaqnozların nəticəsindən aydındır ki, iddiaçı barəsində həmin göndərişlər əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təy in edilməsi mümkün olmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məq sədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir.... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdiri lməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəli yin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

22. Azərbaycan Respublikasının İnzibati Proses sual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin ver ilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxıl ması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyiş dirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam ola raq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən - apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İş üzrə əlavə araşdırmanın və onun nəticəsindən asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də iş təkrar apellyasiya baxışına göndərilməlidir.

26. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı F07 kodlu xəstəlik üzrə orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunm asından ibarətdir. 27. “Əlilliyin müəyyən olunması Meyarları”nın 7.6.2-ci bəndində F07 kodlu xəstəlik əlilliyin təyin edilməsinə əsas verən xəstəlik kimi göstərilsə də, sadəcə diaqnozun iddiaçıda öz təsdiqini tapması əlilliyin təyininə əsas vermir. Əlilliyin təyini üçün həmin xəstəlik Meyarların ya 7.6.2.1, ya da 7.6.2.2-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir.

28. Belə ki, Meyarların 7.6.2.1-ci bəndə əsasən, F07 kodlu xəstəlik - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, y üksək intihar riski zamanı) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi halda, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 7.6.2.1-ci bəndə əsasən məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda orqanizmin funksiyalarının 65-80 pozulmasına görə əlillik təyininə əsasdır.

29. Birinci instansiya məhkəməsində icraat zamanı isə “Məhkəmə Tibb i Ekspertiza və X4” X5 tərəfindən verilmiş ekspert rəyində iddiaçıda F07 kodlu xəstəliyin aşkar edildiyi qeyd edilsə də, bu xəstəliyin əlilliyin təyininə əsas verən patofunksional əlamətlərinin iddiaçıda aşkar edilmədiyi göstərilmişdir. 30.Əvvəla, kollegiya qeyd edir ki, iddiaçının xəstəliyi-F07 kodlu diaqnoz psixiatrik ekspertiza sahəsində xüsusi bilik tələb edən sahə olmasına baxmayaraq, birinci instansiya məhkəməsi bunu nəzərə almadan, məhkəmə psixiatrik deyil, tibbi ekspertiza təyin etmişdir. 31.Belə ki, iş materiallarında olan məhkəməyə qədər icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X5 tərəfindən iddiaçı barəsində verilmiş 07 dekabr 2022-ci il tarixli, 11524 nömrəli rəydən görünür ki, müayinə zamanı iddiaçıya “üzvi mənşəli (müharibə zamanı q apalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, F07.0. Koqnitiv funksiyaların enməsilə, Anamnezində intihar cəhdilə” diaqnozu qoyulmuşdur.

32. Bundan əlavə, məhkəmə tibbi ekspertizanın rəyindən görünür ki, ekspertiza təkcə Məhkəmə-Tibbi Ekspertiza və X4 X5nin məhkəmə-tibb eksperti tərəfindən deyil, həmçinin cavabdehin tibbi-sosial ekspertinin iştirakı ilə həyata keçirilmişdir. Bununla da rəyin verilməsində işin nəticəsində maraqlı olan şəxsin iştirak etdiyi müəyyən edilir. Belə ki, ekspertiza aparılmasında cavabdehin nümayəndəsinin iştirakı və rəyi imzalaması prosessual qanunvericiliyin tələblərinin pozulmasıdır. 33. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinə əsasən, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə eksper tizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

34. Qeyd olunan normalardan göründüyü kimi, təkrar ekspert iza aparılması üçün əsasların dairəsinə ekspertiza aparılmasının prosessual qaydaları da aid edilmişdir. Ekspertin müstəqilliyi, onun məhkəmə ekspertizasını təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığının olmaması ekspertiza aparılmasının mühüm prinsiplərinə aiddir.

35. Cavabdehin nümayəndəsinin mübahisənin həlli üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertizada ekspert qismində iştirakı ekspertin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran əsas hesab edilməklə, prosessual qanunvericilikdə ekspertə etirazın əsaslarından biri kimi göstərilmişdir.

36. Bu hal isə kassasiya instansiya məhkəməsinin qərarlarınd a dəfələrlə vurğulandığı kimi, ekspertiza aparılmasının prosessual qaydalarının pozulması deməkdir və iş üzrə təkrar ekspertizanın keçirilməsinə zərurət yaradır.

37. Lakin buna baxmayaraq, apellyasiya məhkəməsində icraat zamanı birinci instansiya məhkəməsi tərəfindən ekspertizanın keçirilməsi zamanı yol verilən pozuntu aradan qaldırılmamış, Meyarların 7.6.2.1-ci və yaxud 7.6.2.2-ci bəndində sadalanan patofunksional əlamətlərin iddiaçıda müşahidə edildiyini aydınlaşdırmaq məqsədilə cavabdehin ekspertinin iştirakı olmadan iş üzrə məhkəmə-psixiatrik ekspertizasının keçirilməsini təmin etməmişdir.

38. Apellyasiya instansiyası qeyd olunanları araşdırmadan iddiaçıya həmin xəstəliyin ən ağır forması – yəni, Meyarların 7.6.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının 65-80 pozulmasına görə ə lillik təyin etmişdir.

39. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçıda 7.6.2.2-ci bənddə qeyd olunan patofunksional əlamətlərin müşahidə edildiyi yalnız xüsusi bilik tələb edən məsələ olmaqla, məhkəmə-psixiatrik ekspertiza nəticəsində müəyyən edilə bilərdi.

40. İş materiallarında isə bu halı təsdiq edən ekspert rəyi mövcud deyildir.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təkrar apellyasiya baxışı zamanı iş üzrə cavabdehin iştirakı olmadan məhkəmə-psixiatrik ekspertizası təyin edilərək, iddiaçıda F07.0 kodlu xəstəliyin Meyarların 7.6.2.1, yoxsa 7.6.2.2-ci bəndində qeyd olunan patofunksional əlamətlərinin müşahidə olunub-olunmadığını müəyyən etmək istiqamətində araşdırma aparılmalı, ekspertiza tədqiqatının nəticəsindən asılı olaraq iddia tələbinə hüquqi qiymət v erilməli, zərurət olduğu halda iddiaçıya tələbinin dəqiqləşdirilməsi barədə yardım edilməlidir.

42. Bundan əlavə, kollegiya hesab edir ki, apellyasiya məhkəməsi əlilliyin təyinat tarixini də xx.xx.2023-cü il tarixdən müəyyən edərkən işin hallarını tam araşdırmamış və formalaşmış məhkəmə təcrübəsinə zidd davranmışdır.

43. Belə ki, işdən görünür ki, iddiaçının əlillik müddəti 2020-ci ildə bitdikdən sonra onun barəsində xx.xx.2023-cü il tarixdə göndəriş tərtib edilmiş, bu göndəriş əsasında əlilliyi xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə imtina cavabı verilmişdir. Birinci instansiyada icraat zamanı isə iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə göndəriş tərtib edilmiş, həmin göndərişə əsasən də əvvəlki göndərişdə olduğu kimi, əsas diaqnoz F0 7 kodlu xəstəlik göstərilmiş, bu göndəriş əsasında da iddiaçının əlilliyi cavabdeh tərəfindən qiymətləndirilərək ona imtina cavabı verilmişdir. Daha sonra iddiaçının bu qərardan yuxarı orqana verdiyi şikayətlə əlaqədar onun əlavə əyani müayinəsi keçirilərək cavabdeh tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir.

44. Formalaşmış məhkəmə təcrübəsinə görə əlilliyin təyinat tarixi əlilliyin təyin edilməsindən TSEK tərəfindən verilən sonuncu imtina qərarının tarixindən götürülür. Məhkəmə xx.xx.2023-cü il tarixli göndəriş əsasında iddiaçıya verilən imtina cavabının tarixini araşdırmadan, əlilliyinin təyinat tarixini düzgün olmayaraq xx.xx.2023-cü il tarixdən müəyyən etmişdir.

45. Təkrar apelyasiya baxışı zamanı bu məsələ ilə bağlı da t əkrar araşdırma aparılmalıdır.

46. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla təkrar apellyasiya baxışına göndərilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2-1(104)-698/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar