Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-129/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xidməti vəzifəyə görə məhkəmənin işin hallarını araşdırmaq borcu, iddianın dəqiqləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlu və ibarət tərkibdə, Qafarzadə Ləman İsbəndiyar qızının katibliyi, iddiaçının vəkili, üçüncü şəxs nın, üçüncü şəxsin vəkili Vəkil iştirakı i lə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi və üçüncü şəxs na qarşı “dövlət aktının ləğv edilməsi, dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planölçüsünün verilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(107)-31/2020 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı xx.xx.2018-ci il tarixdə AN-İ seriyalı ******* və ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqavilələrinə əsasən müvafiq olaraq 1.1802 ha və 2.0907 ha torpaq sahəsi al mışdır. 2.Bundan sonra iddiaçı cavabdehə müraciət edərək daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin plan-ölçüsünün verilməsini xahiş etmişdir. 3.Cavabdeh xx.xx.2019-cu il tarixli ************saylı imtina məktubu ilə bildirmişdir ki, torpaq sahəsi JN-*** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X1 qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 2.0907 ha torpaq sahəsi ilə üst-üstə düşdüyündən, JN-*** nömrəli dövlət aktına əsasən alqı-satqı yolu ilə əldə etdiyi 2.0907 ha torpaq sahəsi elektron baza xəritəsində əks olunmadığından ərizənin icrası mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat 4.İddiaçı məhkəməyə müraciət edərək JN-*** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 2,0907 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin plan-ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 5.Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 2,0907 ha hissədə ləğv edilməsi və həmin hissədə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeyd iyyata alınaraq reyestrdən çıxarışın və "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 6.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən torpaq sahəsi alsa da, cavabdeh həmin torpağın 2.0907 ha hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi əsası ilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edərək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinin tələbini pozmuşdur. 7.Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının ərizəsinin icrası zamanı elektron baza məlumatlarının düzgünlüyü yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsi JN-*** nömrəli torpağa mülk iyyət hüququna dair dövlət aktına əsasən xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X1 qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 2.0907 ha torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsinin ilkin sahibiX2dan JN-*** nömrəli dövlət aktına əsasən alqı-satqı yolu ilə əldə etdiyi 2.0907 ha torpaq sahəsi elektron baza xəritəsində əks olunmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbi əsassızdır. 8.Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-443/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim - V.Qasımov) iddianın təmin edilməsi, JN-*** kod ******* nömrəli “ Torpağa mülkiyyət hüququna dair dövlət akt”ının 2,0907 ha hissədə ləğv edilməsi, həmin hissədə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona reye strdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. 9.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddiada mərhum X1 qızının torpaq payı almaq hüququ deyil, ona verilmiş torpaq payının yalnız ölçüsü mübahisələndirilir. Sorğu nəticəsində əldə edilən məlumatlara və qanunvericiliyin tələblərinə əsasən X1 qızına verilən 2.090662 ha torpaq sahəsi isə adambaşına düşən torpaq payı normasından qat-qat artıqdır. 10.Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat 11.Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-31/2020 nömrəli 2020-ci il 24 sentyabr tarixli qərarı ilə (sədrlik edən və məruz əçi hakim – G.Q.Abbassov, hakimlər M.M.Hüseynov və E.Ş.Hüseynov) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-443/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 12.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, X1 qızına aid olan dövlət aktının birinci səhifəsi ümumiyyətlə doldurulmayıb, sonuncu səhifəsində isə DTXK-nin Yevlax rayon şöbəsinin möhürü və rəhbər şəxsin imzası icra edilməmişdir. Qeyd olunanlar isə sözügedən dövlət aktının mötəbərliliyini şübhə altına alır. Bundan əlavə, iş üzrə keçirilmiş tikinti-texniki ekspertizanın nəticəsi ilə məhkəmə kollegiyası razılaşmayaraq qeyd etmişdir ki, X3nun və ailə üzvlərinin ümumi mülkiyyətlər inə 3.27 ha torpaq sahəsi verilməsinin “Torpaq islahatı haqqında” Qanunun tələblərinə uyğun olması, o cümlədən onların adına verilmiş JN-**** nömrəli kod ******** olan dövlət aktının qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməsi məhkəmə araşdırmasının predemeti olmuş, kifayət qədər araşdırılmış və bununla bağlı həm birinci instansiya məhkəməsinin qərarında, həm də kollegiyanın qərarında əsaslandırma aparılmışdır. 13.Üçüncü şəxs həmin qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri 14.Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə görə, işə baxan apelyasiya insta nsiya məhkəməsi tərəfindən işin halları ətraflı araşdırılmamış, mübahisəyə və ekspert rəyinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, apelyasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, dövlət aktının Cavabdehndə saxlanılan nüsxədə imza yoxdur və yalnız bir möhür vurulmuşdur. Lakin imzanın olmaması və ya bir möhürün vurulması vətəndaşın təqsiri deyildir. Bundan əlavə, dövlət aktı elektron baza məlumatlarında mövcuddur. Digər tərəfdən iddiaçının özünü mülkiyyətçisi hesab etdiyi torpaq sahəsi elektron baza məlumatlarında yoxdur, JN **** saylı Dövlət aktı isə adlı siyahıda və şəhadətnamələrin qeydiyyatı kitabında yoxdur. Bundan əlavə, X1 JN -*** (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" verilmesinə əsas olmuş Yevlax rayon Aqrar İslahat Komissiyasını n xx xxxxxx 1998-ci il tarixli *** nömrəli qərarı ləğv edilməmiş, dəyişdirilməmiş və etibarsız hesab edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçının kassasiya şikayətinə etirazın dəlilinə əsasən X1 qızı 0,66 ha torpaq sahəsi ilə X4nın üzvü olmuşdur və torpaq islahatı zamanı X1 qızına da 0,66 ha torpaq payı verilmişdir. üçüncü şəxsin iddia etdiyi 2,09 ha torpaq sahəsi isə 5 nəfər ailə üzvü ilə birlikdə pay torpaq sahəsi verilmiş ünvan kənd sakini X3na aid olmuşdur və dövlət aktı da bu halı təsdiq edir. Bundan başqa, X1 qızına verilmiş 2,09 ha torpaq payı X4nın ərazisindən verilməmiş, X5nın ərazisi olmuşdur ki, həmin təsərrüfat X4ndan 7 km aralı məsafədə yerləşir. X1 qızına 0,66 ha əvəzinə 2,75 ha torpaq sahəsi verilməsi, yəni normadan artıq pay torpağı alması q anunvericilikdə nəzərdə tutulmayıb. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 16.Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. 17.Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 18.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin təmin edilmədən, apellyasiya məhkəməsinin qərarının isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 19.Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, əri zə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 54.1. İnzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Maddə 54.3. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya inst ansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜY Ü, KASASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayətləri vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə üçüncü şəxs tərəfindən apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 23.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmam ışdır. Apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxışa göndərilməlidir.
24. İşin hallarına və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 25.Hazırkı işin araşdırılan halları ilə müəyyən edilir ki, JN 05xx xxx ******** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 3.27 ha torpaq sahəsi X6, X7, X8, X9 və 10 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli *** nömrəli qərarı ilə verilmişdir. Dövlət aktında adları çəkilən şəxslər qeyd olunan torpaq sahəsini xx.xx.2015-ci il tarixdə AN-İN ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X1 satmışdır. RX seriyalı ******* nömrəli (2.0907 ha sahəyə dair) və RX seriyalı ******* (1.802 ha sahəyə dair) saylı çıxarışlarla X1nın qeyd ol unan torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmışdır. Bundan sonra X1 RX seriyalı ******* nömrəli (2.0907 ha sahəyə dair) çıxarışla ona məxsus sahəni xx.xx.2018-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi ilə iddiaçıya satmışdır. Digər tərəfdən, JN 05xx xxx ******** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 2.75 ha torpaq sahəsi X1 qızına Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli *** nömrəli qərarı ilə verilmişdir. X1 qızı xx.xx.2014-cü il tarixdə vəfat etmiş, onun vərəsəsi üçüncü şəxsinnın mərhum anasına JN 05xx xxx ******** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə almaq üçün cavabdehə müraciəti əsasında xx.xx.2018-ci il tarixdə RX seriyalı ******* nömr əli çıxarış verilmiş, daha sonra vərəsə kimi sözügedən torpaq sahəsi üzərində hüquqlar xx.xx.2019-cu il tarixdə RX seriyalı ******* nömrəli çıxarışla üçüncü şəxsinnın adına rəsmiləşdirilmişdir. 26.Hazırkı iş üzrə iddiaçının xx.xx.2018-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi ilə əldə etdiyi torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydə alınmasından imtina edilməsinin əsasını bunlar təşkil edir: iddiaçıya satılan torpaq sahəsi ilə JN-*** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X1 qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 2.0907 ha torpaq sahəsi ilə üst-üstə düşməsi; iddiaçının əldə etdiyi torpaq sahəsinin elektron baza xəritəsində əks olunmaması. - 27.İ ddiaçı isə ona məxsus torpaq sahəsinin X1 qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 2.0907 ha torpaq sahəsi ilə üst-üstə düşməsi əsası ilə sonuncuya məxsus çıxarışın həmin hissədə ləğvini tələb edir. 28.Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılan hallarından görünür ki, həm iddiaçıya, həm də üçüncü şəxsə məxsus olması iddia edilən torpaq sahələri Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli *** nömrəli qərarı ilə ayrılmışdır. Lakin iş materiallarında həmin qərar əlavə edilməmiş, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən isə yalnız Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xİdmətinə sorğu edilərək sözügedən qərar tələb edilmiş, sonuncu tərəfindən isə arxivdə qərarın aşkar olunmadığı bildirilmişdir. Halbuki, formalaşmış məhkəmə təcrübəsinə əsasən aqrar islahat komissiyalarının hüquqi varisləri yerli icra hakimiyyətləri hesab olunurlar. Bu baxımdan müvafiq sorğu yerli icra hakimiyyətinə, o cümlədən dövlət arxivinə ünvanlanmalı olduğu halda, aşağı instansiya məhkəmələri bunu etməmiş və bununla da İPM-nin 12-ci maddəsindən irəli gələn işin araşdırılması prinsipinin tələblərini pozmuşlar.
29. Belə ki, apellyasiya məhkəməsi JN-*** nömrəli dövlət aktının mötəbərliliyinə şübhə yarandığını qeyd etsə də, şübhənin aradan qaldırılmasına yönəlmiş zəruri araşdırma aparmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə qərarı şübhələrə görə deyil, dəqiq müəyyən olunmuş hallara və onları təsdiq edən sübutlara əsaslanmaqla çıxarılmalıdır. Bu mənada sözügedən şübhəni aradan qaldırmanın ən doğru yolu dövlət aktının əsaslandığı AİK-nın qər arını əldə edib tədqiq etmək olmuşdur. Ona görə də, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli *** nömrəli qərarı əldə edilməli və tədqiq edilməlidir. Faktiki olaraq, məhkəmə həmin qərarı tədqiq etmədən ayrılmış torpaq sahəsinin ölçüsü ilə bağlı məsələni ehtimallar əsasında həll etmişdir. Dövlət aktı hüquq müəyyən edici sənəd kimi AİK qərarına əsasən verildiyindən torpaq sahəsinin ayrılıb-ayrılmadığı, eləcə də hansı ölçüdə ayrıldığı məsələsinə yalnız AİK qərarını tədqiq etməklə düzgün qiymət vermək olar. AİK qərarı tədqiq olunduqdan sonra isə iddiaçı özünün hüquqi marağının müdafiəsini iki istiqamətdən biri üzərində qura bilər- AİK qərarının özünü və ya onun düzgün icra olunmamasını mübahisələndirmək.
30. Torpaq sahəsinin üst-üstə düşməsi halı ilə bağlı məsələ də so nadək dəqiq aydınlaşdırılmamışdır. Belə ki, iş materiallarında olan cavabdehin Şəki İnzibati-İqtisadi Məhkəməsinə xx.xx.2019-cu il tarixdə ünvanladığı məktubdaX2ya forma 1 arayışı verilərkən Dövlət aktı öz hüquqi qüvvəsini saxladığı və elektron məlumat bazasında əks olunduğu üçün yerində inventarlaşdırma işlərinin aparılmadığı qeyd edilmişdir (İ cild: iş v. 68). Bundan əlavə, ekspert rəyində qeyd edilmişdir ki, JN-5xx xxx ******** olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının plan hissəsində qeyd edilən ***A nömrəli 20906.62 kv.m. torpaq sahəsi İslahat kadastr məlumat bazasında kompleks yer quruluşu xəritəsində qeydiyyatı yoxdur. Digər tərəfdən Mingəçevir Layihə-Tədqiqat İdarəsinin verdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, JN-*** nömrəli KOD ********* olan Dövlət Aktında göstə rilən torpaq sahəsi ilə Yevlax rayonu ünvan kəndi ünvan təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən JN-*** nömrəli torpaq sahəsinin ölçüləri və yerləşmə sxemi arasında uyğunsuzluq vardır. Yəni, JN-*** nömrəli kod ******** olan Dövlət Aktında torpaq sahəsi 3.27 ha olmaqla iki hissədə, birinci hissədə 1.18 ha, ikinci hissədə JN-***A nömrə ilə 2.09 ha göstərilmişdir. Lakin ünvan kəndi ünvan təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində JN-*** nömrəli torpaq sahəsi yalnız bir yerdə 1.18 ha torpaq sahəsi kimi göstərilmişdir (İİ cild: i.v.59-60). Göründüyü kimi qeyd olunan sənədlərdəki məlumatlar arasında uyğunsuzluqlar var. Odur ki, bununla bağlı ziddiyyətli hallar aradan qaldırılmalı, cavabdehin əs as dəlilinin bununla bağlı olduğu nəzərə alınmaqla torpaq sahəsinin həm hüquq müəyyənedici sənədlər, həm də faktiki olaraq üst-üstə düşüb-düşmədiyi aydınlaşdırılmalıdır. Digər tərəfdən torpaq sahələrinin faktiki olaraq (iddiaçıya və üçüncü şəxsə məxsus sənədlər nəzərə alınmaqla) üst-üstə düşməsi halı müəyyən olunduqda isə, torpaq sahəsinin qanuni əsaslarla kimə məxsus olması halı dəqiq müəyyən edilməli, bu baxımdan isə, yuxarıda qeyd edildiyi kimi, iş üzrə əhəmiyyətli sənədlər toplanmalı, işin hallarına işdəki sübutlar əsasında hərtərəfli qiymət verilməlidir.
31. Bununla yanaşı, qeyd olunmalıdır ki, iş birinci instansiya məhkəməsinin icraatında olarkən iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim olunmuş (iş v. 139), lakin ərizənin icraata qəbul edilməsi barədə müvafiq qərardad qəbul edilməsə də, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsindən iddia tələbinin dəqiqləşdirilməsinin qəbul edilməsi aydın görünür. Bununla da, iddiaçı tərəfindən verilmiş “iddia tələbinə dəqiqləşmə barədə” ərizənin taleyi birinci instansiya məhkəməsi tərəfindən İPM-nin 54-cü maddəsinin tələblərinə uyğun müvafiq qərardad çıxarılmaqla həll edilməmiş, apellyasiya instansiya məhkəməsi isə bu hala da qiymət verməmişdir.
32. Yuxarıda göstərilənlərə və İPM-in 96.5 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin olunsun. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 sentyabr tarixli 2-1(107)31/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.