Məhkəmə qərarları › İş №2-1(102)-129/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-129/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-129/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, pensiya kapitalı.. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-747/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-cı il təvəllüdlüdür.

2. İddiaçıya məxsus əmək kitabçasına, hərbi biletə və diploma əsasən o, 01.09.1978ci il tarixdən 22.07.1981-ci il tarixədək Bakı şəhəri 5 nömrəli texniki peşə məktəbində təhsil almış, 24.10.1981-ci il tarixdən 16.11.1983-cü il tarixədək Sovet ordu sıralarında hərbi xidmət keçmiş, 16.121983-cü il tarixdən hal-hazıradək müxtəlif vəzifələrdə işləmişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh **********4 saylı, 22 dekabr 2019-cu il tarixli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən azdır, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 06 mart 2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminat ı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan bu günə qədər ödənilməmiş pensiyanın hesablanaraq ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1962-ci il tarixdə Şəki rayonunda anadan olmuşdur. Tam orta məktəbin 8-ci sinifindən sonra 1 sentyabr 1978-ci ildən 22 iyun 1981-ci il tarixədək Bakı şəhəri 54 saylı texniki peşə məktəbində armaturçu-elektroqaynaqçı peşəsi üzrə təhsil almışdır. 04.08.1981-ci ildə 270 saylı əmrlə “Bakıbaştikinti” 3 saylı Evtikmə kombinatına armatur sexinə 2-ci dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edilmişdir. 24.10.1981-ci ildə 337 saylı əmrlə hərbi xidmətə getməyi il ə əlaqədar işdən azad edilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra 16.12.1983-cü ildə 510 saylı əmrlə “Bakıbaştikinti” 3 saylı Evtikmə kombinatına armatur sexinə 3-cü dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş və sonrakı illərdə dərəcəsi artmaqla 09.11.1993-cü il tarixədək 5-ci dərəcə ilə elektrik qaynaqçısı kimi həmin müəssisədə işləmişdir. 22.11.1993cü ildən 01.03.2005-ci ilədək "xxxx" QSC-nin Elektromexanika xidmətinin 2 saylı Elektromexanika distansiyasında xüsusi ağır iş şəraiti ilə elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. 23 sentyabr 1992-ci il tarixindən 06 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, ona əmək şəraitinə görə güzəştli pensiyanın təyin edilməsi üçün müvafiq sən ədləri əlavə edərək cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh əsassız olaraq müraciətin təmin olunmasından imtina etmişdir.

7. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 06 mart 2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan bu günə qədər ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin protokol qərarı ilə ərizə icraata qəbul edilmişdir.

9. Cavabdeh iddia ərizəsində etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.

10. Bakı İnzibati M əhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-2740/2020 saylı qərarı ilə (hakim: A.P.Oruczadə) iddia təmin edilmiş, iddiaçının pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 04.11.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən müddətin pensiya məbləğinin hesablanıb ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 01.01.2006-cı ilədək 25 ildən artıq ümumi iş stajı var. Eyni zamanda, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulmuşdur. Odur ki, iddia əsaslıdır, cavabdehin imtinası qanuna zidd olmuşdur.

12. Birinci instansi ya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-747/2021 nömrəli iş üzrə 29 iyun 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2-1(112)-2740/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia təl əbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün üç sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı

17. Qanunun 9.8-ci maddəsinə görə, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Y əni, qeyd olunan maddə yalnız yaş və staj məsələlərində əvvəlki qanunvericiliyin tələblərinin tətbiqinə imkan yaradır, digər məsələlərdə isə sığorta hadisəsinin baş verdiyi andakı qanunvericiliyin tələblərinə riayət olunmalıdır. Yəni, iddiaçıya münasibətdə yaş və staj tələbləri 01.01.2006cı ilə qədərki qanunvericiliklə, digər tələblər isə pensiya hüququ qazandığı dövrün qanunvericiliyi ilə tənzimlənir və həmin tələblər sırasına fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də daxildir. İddiaçı isə qeyd olunan tələbə cavab vermir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Ko nstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi q aydada sığorta stajına daxil edilir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən, 13-cü maddədə nəzərdə tutulmuş yaş hədd inin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnı z apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsi nin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəm ə tərkibi hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.

28. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən hallarına əsasən, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 01.01.2006-cı il tarixədək azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı, 57 yaşını tamamlaması (04.11.2019-cu il tarixdə)şərtləri iddiaçıya münasibətdə tam ödənilmişdir və cavabdeh də kassasiya şikayətində işin bu hallarını mübahisələndirmir. Cavabdehin şikayətinin əsas dəlili iddiaçıya münasibətdə yaş və stajla bağlı tələblər ödənilsə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır.

29. Bununla əlaqədar olaraq məhkəmə tərkibi qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ 01.01.2006-cı ilədək yarandığı üçün ona münasibətdə pensiya kapitalı şərtinin ödənilməsi tələb edilə bilməz. Çünki, həmin dövrdə (01.01.2006-cı il tarixədək) güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün pensiya kapitalı tələb edilmirdi. Pensiya kapitalına dair tələb isə “Əmək pensiyaları haqqında” AR qanununun 9.1-ci maddəsinə 01.07.2017-ci il tarixdən sonra daxil edilmişdir.

30. Göründüyü kimi, iddiaçı təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi və 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən, onun 57 yaşdan (04.11.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə ə mək pensiyası hüququ yaranmışdır.

31. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-747/2021 saylı iş üzrə 29 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar