Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-129/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; torpaq sahəsinə dair yeni plan-ölçü sənədinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak M əsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər X5 və Yevlax rayon Havarlı Bələdiyyəsi) qarşı yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-310/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Havarlı Bələdiyyəsinin 17 mart 2005-ci il tarixli, 19 nömrəli qərarı ilə Havarlı kəndinin içərisində olan həyətyanı torpaq sahəsinə bitişik 0,10 ha torpaq sahəsinin ayrılaraq iddiaçıya satılması qərara alınmış, daha sonra isə həmin torpaq sahəsinin iddiaçının xü susi mülkiyyətində olmasına dair MH seriyalı ******* nömrəli 13 dekabr 2007ci il tarixli çıxarış verilmiş və AA seriyalı 000408 nömrəli 13 dekabr 2007-ci il tarixdə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir (sənədin Havarlı Bələdiyyəsinin 17 mart 2005-ci il tarixli 19 nömrəli qərarı, 14 iyun 2005-ci il tarixli 407 nömrəli alqı-satqı aktı və DTXK-nın Yevlax rayon şöbəsinin 28 noyabr 2007-ci il tarixli 70 nömrəli plan-ölçü sənədi əsasında tərtib edildiyi göstərilmişdir).
2. İddiaçı Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə dair verilmiş torpaq sahəsinin planı və ölçüsündə koordinatların dürüstləşdirilməsinə və yeni plan-ölçünün verilməsi barədə tələblə cavabdehə müraciət etmiş, cavabdeh orqan tərəfindən təqdim olunmuş 12 fevral 2020 -ci il tarixli, **********15 nömrəli imtina məktubda göstərilmişdir ki, ərizəyə əsasən torpaq sahəsinə yerində baxış keçirilmiş, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim edilən sənədlər araşdırılmışdır. Məlum olmuşdur ki, həmin torpaq sahəsinin üzərində vətəndaş Məcud Abbasov tərəfindən fərdi yaşayış evi inşa olunmuşdur. Torpaq sahəsi üzərində Məcud Abbasovla aralarında mübahisənin olduğu müşahidə olunmuş və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Yevlax rayon Havarlı kəndinin ərazisində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair iddiaçının adı na tərtib olunmuş xx.xx.2007-ci il tarixli AA seriyalı 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatların Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2005ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yerquruluşu planına uyğun dürüstləşdirilməsi və yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 19 saylı qərarı ilə Havarlı kəndinin içərisində həyətyanı torpaq sahəsinə bitişik 0,10 ha torpaq sahəsinin ayrılaraq iddiaçıya satılması qərara alınmışdır. Yevlax rayon Havarlı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Torpaqları n alqı-satqısına dair” akta əsasən, Havarlı Bələdiyyəsinin ərazisindən 0,10 ha torpaq sahəsi İddiaçı satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, iddiaçıya satılması nəzərdə tutulan 0,10 ha torpaq sahəsi Havarlı Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. İddiaçı tərəfindən həmin Yevlax rayon Havarlı kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixdə ******* saylı çıxarış alınmışdır. Lakin iddiaçının mülkiyyətində olan torpaq sahəsində heç bir iş görülməmişdir. 2019-cu il tarixdə iddiaçı mülkiyyətində olan torpaq sahəsinin üzərində ev tikildiyini müşahidə etmiş, öz etirazını bildirmiş və uzun sürən mübahisədən sonra Yevlax rayon Məhkəməsinə müraciət etməklə X6 və X2 torpaq sahəsində n çıxarılması və evin sökülməsinə dair iddia qaldırmışdır. Yevlax Rayon Məhkəməsində müəyyən olunmuşdur ki, onlara 2007-ci ildə Yevlax rayon Havarlı kəndində torpaq sahəsi verilmişdir. Bu sənəd xx.xx.2007-ci il tarixdə Yevlax rayon Havarlı kənd bələdiyəsinin 253 saylı qərarı ilə rəsmiləşdirilmişdir. İşə baxılan zaman məhkəmənin qərardadına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29 dekabr 2019-cu il tarixli 9045 saylı mütəxəsssis rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir ki, xx.xx.2007-ci il tarixli 00005249 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışa əsasən, İddiaçı mülkiyyətinə qeydiyyata alınmış, **********81 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar naturaya köçürülərkən həmi n koordinatlar daxilindəki 0,01 ha torpaq sahəsinin həmin iş üzrə cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahəsində yeləşmədiyi müəyyən edilmişdir. Rəyə əlavə edilmiş sxemə əsasən isə iddiaçıya məxsus torpaq sahəsinin Mingəçevir-Yevlax avtomobil yolunun üzərində yerləşməsi müəyyən edilir.
5. Cavabdeh iddia ərizəsinə dair etiraz məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv məlumatlarına, elektron xəritə və məlumat bazasına əsasən araşdırma aparılmış və məlum olmuşdur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları Yevlax rayonu Havarlı Bələdiyyəsinin 17 mart 2005-ci il tarixli 19 nömrəli qərarı, sabiq DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü, Havarlı Bələdiyyəsinin tərtib etdiyi və DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən təsdiqlədiyi torpaq sahəsinin alqı-satqısına dair aktı, Yevlax rayonu Havarlı Bələdiyyəsinin 17 mart 2005-ci il tarixli DTXK-nin Yevlax rayon şöbəsi ilə birgə təsdiq etdiyi cizgi planı və DTXK-nın Yevlax rayon şöbəsinin rəyi əsasında hüquqların dövlət reyestrində qeydiyyata alınaraq ********* qeydiyyat nömrəsi ilə qeydiyata alınmışdır. Torpaq sahəsinin elektron xəritə baza üzərində, eləcə də naturada müəyyən olunması vətəndaşın ərazi idarəsinə təqdim etdiyi sənədlər toplusunun tərkib hissəsi olan sabiq DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş A N018453 qeydiyyat nömrəli plan və ölçü sənədinə əsasən müəyyən edilmişdir.
6. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim olunmuş 16 mart 2022-ci il tarixli, **********21 nömrəli arayışda göstərilmişd ir ki, Yevlax rayonu Havarlı Bələdiyyəsinin 17 mart 2005-ci il tarixli 19 nömrəli qərarı, sabiq DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü, Havarlı Bələdiyyəsinin tərtib etdiyi və DTXK-nın Yevlax rayon şöbəsinin təsdiqlədiyi torpaq sahəsinin alqı-satqısına dair aktı, Yevlax rayonu Havarlı bələdiyyəsinin 17 mart 2005-ci il tarixli DTXK-nın Yevlax rayon şöbəsi ilə birgə təsdiq etdiyi cizgi planı və DTXK-nın Yevlax rayon şöbəsinin rəyi əsasında hüquqların dövlət reyestrində qeydiyyata alınaraq ********* qeydiyyat nömrəsi ilə qeydiyata alınan torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçü”sündə göstərilən koordinatlar dövrünə görə 39-cu paralel üzrə işlənmişdir. Bələdiyyənin cizgi planında iddiaçıya ayrılmış torpaq sahəsinin qon şuluğunda yerləşən, vətəndaşların xüsusi mülkiyyətinə verilərək DTXK-nın yerli şöbəsi tərəfindən tərtib edilmiş “torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” şəhadətnamələr Ərazi İdarəsinin istifadəsinə verilmiş yeni “NECAS” X1 və uçotu sistemində də olduğu qaydada öz əksini tapır. Habelə 39-cu paralel üzrə tərtib edilmiş koordinatlar yeni “NECAS” X1 və uçotu sisteminə köçürülərkən 38-ci paralel üzrə də eynilik təşkil edir. Abbasov Məcud adlı şəxsə Havarlı Bələdiyyəsinin qərarı ilə 2007-ci ildə ayrılmış torpaq sahəsinə hüquqların dövlət reyestrindən çıxarış verilməmişdir. İnzibati iş üzrə məhkəmə iş materiallarının tədqiqatı zamanı Məcud Abbasovun adına bələdiyyə tərəfindən tərtib edilmiş cizgi (torpağın yerləşdiyi sahəyə dair situasiya planı), iş üzrə iddiaçıya verilmiş 2005-ci il tarixl i DTXK-nin Yevlax rayon şöbəsi ilə birgə təsdiq etdiyi cizgi planı ilə eynilik təşkil edir. Belə olan halda bələdiyyənin 2007-ci ildə Məcud Abbasovun adına tərtib etdiyi cizgi planının həqiqətə uyğun olması ciddi şübhələr yaradır.
7. Cavabdehin 18 oktyabr 2022-ci il tarixli, **********26 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, Yevlax rayonu Havarlı kənd sakini İddiaçı verilən torpaq sahəsinin yerquruluşu Planında qeyd olunan “ayrılan torpaq sahəsi BB” kimi işarələnmiş torpaq sahəsi ilə Yevlax rayonu Havarlı kənd sakini X3 verilən torpaq sahəsinin yerquruluşu Planında qeyd olunan torpaq sahəsi tam həcmdə üst-üstə düşür. Yevlax rayonu Havarlı kənd sakini İddiaçı verilən torpaq sahəsinin yerquruluşu Planında qeyd olunan “ayrılan torpaq sahəsi BB” kimi işarələn miş torpaq sahəsi ilə **********81 reyestr nömrəli çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən AA 000408 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,10 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçının və cavabdehin adına hazırlanmış yerquruluşu planında göstərilmiş torpaq sahələri, elektron məlumat bazasında mövcud olan “X1 X4’’nə əsasən təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikili altında olan torpaqları, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Hər iki yerquruluşu planında göstərilmiş torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. İşə əlavə edilmiş **********81 reyestr nömrəli çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən AA 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,10 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü xüsusi, mülkiyyətçisi İddiaçı göstərilmişdir. **********81 reyestr nömrəli çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən AA 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,10 ha torpaq sahəsi Mingəçevir-Xaldan şosse yolunun üzərinə düşür. Başqa mülkiyyətçilərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür.
8. Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(116)-42/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə Yevlax rayon Havarlı kəndinin ərazisində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli AA seriyalı 00 0408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatların Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2005ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yerquruluşu planına uyğun dürüstləşdirilməsi və yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulmuşdur.
9. Bundan sonra ərizəçi X5 24 yanvar 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması və Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(116)- 42/2022 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmənin 08 fevral 2023-cü il tarixli, 2-1(116)-1241/2023 nömrəli qərardadı ilə X5 2-1(116)-42/2022 nömrəli iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmiş, həmin iş üzrə Ş əki İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2- 1(116)-42/2022 nömrəli qərarı ləğv olunmuş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir.
10. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1241/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı (hakim F.A.İsmayılzadə) ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə Yevlax rayon Havarlı kəndinin ərazisində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli AA seriyalı 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatların Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən 17 mart 2005-ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yerquruluşu planına uyğun dürüstləşdirilməsi və yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulmuşdur.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqanda onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Məhkəmə araşdırmaları zamanı isə müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin planı və ölçüsü sənədi Yevlax rayonu Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yer quruluşu planına uyğun tərtib edilməmişdir. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı torpaq sahəsinin planı və ölçüsü sənədini ilkin torpaqayırma sənədinə uyğun tərtib etmək və yol verilmiş yanlışlıqları aradan qaldırmaq qanunverici tərəfindən cavabdehin əsas vəzifələrinə aid edilmişdir.
12. Üçüncü şəxs X5 apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-310/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərardadı ilə Yevlax rayon Havarlı Bələdiyyəsi adi cəlbetmə qaydasında iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-310/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qərardadı ilə (hakimlər V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və E.M.Mehdiyev) apell yasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1241/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbdə qeyd edilən 0,10 ha həyətyanı torpaq sahəsinə dair onun adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli AA seriyalı 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatların Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yerquruluşu planına uyğun dürüstləşdirilməsi və yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə nail olmaq üçün ilk növbədə həmin torpaq sahəsi ilə üst-üstə düşdüyü üçüncü şəxs Məcud Abbasovun mülkiyyətində olan torpaq sahəsinin ona satılma sına dair bələdiyyə qərarını mübahisələndirməli, müsbət həll olunduğu halda, hazırkı tələblə cavabdeh orqana müraciət etməli, müraciəti təmin olunmadığı (və ya cavabsız saxlandığı) halda isə anoloji iddia ilə məhkəməyə müraciət etməlidir.
16. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətində olduğunu, Havarlı bələdiyyəsinin qərarı ilə 2007-ci ildə üçüncü şəxs X3 ayrılmış torpaq sahəsi üzərində isə onun mülkiyyət hüququnun dövlət reyestridən qeydə alınaraq çıxarış verilmədiyini göstərmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edil məmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandır ma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunma sının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məh kəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fa ktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
25. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyət i üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
26. Hazırki iş üzrə isə məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki hallar ondan ibarətdir ki, Yevlax rayon Havarlı Bələdiyyəsi tərəfindən İddiaçı və üçüncü şəxs X3 müvafiq olaraq 17 mart 2005-ci və 02 noyabr 2007-ci il tarixlərdə torpaq sahəsinin ayrılması barədə qərarlar qəbul edilmiş, buna uyğun olaraq isə yerquruluşu planları təsdiq olunmuşdur.
27. Birinci instansiya məhkəməsində icraat zamanı verilmiş 18 oktyabr 2022ci il tarixli mütəxəssis rəyində iddiaçıya verilən yerquruluşu planında göstərilən torpaq sahəsi ilə üçüncü şəx sə ayrılan torpaq sahəsinin yerquruluşu planında qeyd edilən torpaq sahəsinin tam həcmdə üst-üstə düşdüyü, eləcə də iddiaçıya verilən torpaq sahəsinin yerquruluşu planında göstərilən torpaq sahəsi ilə iddiaçıya verilmiş çıxarışın ayrılmaz hissəsi olan koordinatları özündə əks etdirən AA 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,10 ha torpaq sahəsinin üst-üstə düşmədiyi, həmin sahənin Mingəçevir-Xaldan şossesi yolunun üzərində düşdüyü göstərilmişdir.
28. Beləlikə, mütəxəssis rəyi ilə təsdiq olunur ki, Havarlı Bələdiyyəsi tərəfindən eyni torpaq sahəsi, əvvəlcə, 17 mart 2005-ci tarixli qərarla iddiaçıya, sonradan isə 02 noyabr 2007-ci il tarixli qərarla üçüncü şəxsə ayrılmışdır. Lakin iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılarkə n Bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsi üzərində yox, başqa torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, məhkəmə kollegiyası razılaşır ki, iddiaçı prinsipcə, məhz 17 mart 2005-ci il tarixli Bələdiyyə qərarı ilə ona ayrılmış sahəyə dair torpaq sahəsinin plan-ölçü sənədinin tərtibini tələb etmək hüququna malikdir. Çünki inzibati orqanın məhz ayrılmış sahəyə dair hüquqların qeydiyyatını aparmaq öhdəliyi vardır. Əgər belə qeydiyyata yanlışlıqla başqa sahəyə dair aparılmışsa, inzibati orqanın yanlışlığı aradan qaldırmaqla ayrılmış sahənin özünə münasibətdə plan-ölçü tərtib etmək öhdəliyi yenə də qalmaqda davam edir.
29. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının 17 mart 2005ci il tarixli Bələdiyyə qərarı ilə ayrılmış sahəyə dair hüquqla rı 13 dekabr 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və yenə həmin tarixdə AA 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İddiaçının hüquqlarının reyestrdə qeydə alındığı tarixədək (xx.xx.2007) isə Havarlı Bələdiyyəsi qəbul etdiyi 02 noyabr 2007-ci il tarixli qərarla həmin sahəni üçüncü şəxsə ayırmışdır.
30. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, üçüncü şəxs öz hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmasa belə, torpaq sahəsinin ayrılmasına dair 02 noyabr 2007-ci il tarixli qərar inzibati akt kimi qüvvədə olmaqla hüquqi nəticəsini qoruyub saxlayır. Ona görə də, kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçı əvvəlcə üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı nı mübahisələndirməlidir. Həmin bələdiyyə qərarı mübahisələndirilmədən iddiaçının hazırkı iddiaya münasibətdə hüquqi marağı müəyyən olunmur və müvafiq olaraq iddia mümkün sayılmamalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-310/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.