Məhkəmə qərarları › İş №2-1(102)-129/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-129/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-129/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı (hüquqi varis X2) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əmək kitabçasının mötəbərliliyi prezumpsiyası; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (hüquqi varis X2) cavabdeh Azərbaycan Resp ublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “işlədiyi müddətlərin iş stajına daxil edilərək güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 21(105)-298/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 10 noyabr 1979-cu il tarixdən 08 dekabr 1981-ci il tarixədək hərbi xidmətdə olduğu, 20 iyun 1996-cı il tarixdən 31 avqust 1998-ci il tarixə kimi “Azərkimya” trestində, 1998-ci ildən 1993cü il tarixə kimi “Burc-Enka J V” adına “ENKA İNŞAAT və Sanayi A.Ş.Bakü” Filialında, 01 iyun 2000-ci il tarixdən 15 mart 2002-ci il tarixə kimi “ATAK X4 və Ticarət LTD Şirkəti”nin Bakı filialında, 15 noyabr 2002-ci il tarixdən 13 iyun 2003-cü il tarixə kimi “EREN X14 və Dış Ticarət “ LTD Şirkətinin Bakı filialında, 01 may 2004-cü il tarixdən 25 mart 2005-ci il tarixə kimi “ERENPORT” İnşaat və Ticarət A.Ş” Azərbaycan filialında, 25 iyun 2005-ci il tarixdən 02 dekabr 2005-ci il tarixə kimi “X12 Eyto rs” MMC-də işlədiyi müddətlərin iş stajına daxil edilərək güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya pensiya təyin edilərkən xx.xx.2006-cı il tarixədək aşağıdakı dövrlər nəzərə alınmışdır: xx.xx.1979-xx.xx.1981; xx.xx.1981-xx.xx.1990; xx.xx.1991-xx.xx.1993; xx.xx.1994 xx.xx.1996 (ümumi 15 il 11 ay 9 gün). İddiaçının iddia ərizəsində qeyd etdiyi dövrlər (xx.xx.1996-xx.xx.1998; xx.xx.2000-xx.xx.2002; xx.xx.2002-xx.xx.2003, xx.xx.2004xx.xx.2005; xx.xx.2005-xx.xx.2005-ci il) arxiv arayışları əsasında öz təsdiqini ta pmadığına görə iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq İcra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablamasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı (kişilər 60 yaş) ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2021ci il tarixinə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, iddiaçının işlədiyi dövrdə qazandığı 66,287.14 manat sığorta kapitalına görə əmək pensiyası “Əmə k pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun qaydada 324,94 manat (66,287.14: 204 ay (144 ay + (5 il x 12)) məbləğində müəyyən edilmişdir

3. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 6 noyabr 2023-cü il tarixli, 21(118)-372/2023 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək İddiaçı 20 iyun 1996-cı il tarixdən 31 avqust 1998-ci il tarixə kimi “Azərkimya” trestində, 1998-ci ildən 1993-cü il tarixə kimi “Burc-Enka J V” adına “ENKA İNŞAAT və Sanayi A.Ş.Bakü” Filialında, 01 iyun 2000-ci il tarixdən 15 mart 2002-ci il tarixə kimi "xxxx" X4 və Ticarət LTD Şirkəti“nin Bakı filialında, 15 noyabr 2002-ci il tarixdən 13 iyun 2003-cü il tarixə kimi “EREN X14 və Dış Ticarət “ LTD Şirkətinin Bakı filialında, 01 may 2004-cü il tarixdən 25 mart 2005-ci il tarixə kim i “ERENPORT” İnşaat və Ticarət A.Ş” Azərbaycan filialında, 25 iyun 2005-ci il tarixdən 02 dekabr 2005-ci il tarixə kimi “X12 Eytors” MMC-də işlədiyi müddətlərin iş stajına daxil edilərək güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. İddia qalan hissədə rədd edilmişdir.

4. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək işin araşdırılmasını xahiş etmişdir.

5. Bundan başqa, cavabdeh də apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul olunmasın ı məhkəmədən xahiş etmişdir.

6. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü ildə vəfat etmiş, ondan miras qalmış əmlaka dair vərəsəsi arvadı-X3 miras qoyanın hüquqi varisi olmuşdur.

7. Apellyasiya icraatı zamanı iddiaçının hüquqi varisinin vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının “Burc-Enka J V” adına “ENKA İNŞAAT və Sanayi A.Ş.Bakü” Filialında işlədiyi müddətin dəqiqləşdirilərək, həmin hissədə iddiaçının mart 1998-ci il tarixdən iyun 1999-cu il tarixədək “Burc-Enka J V” adına “ENKA İNŞAAT və Sanayi A.Ş.Bakü” Filialında işlədiyi dövrün iddiaçının iş stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul olunmuşdur.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.İ.M əmmədov (sədrlik edən), G.İ.Cabbarova və İ.R.Quliyev) 27 iyun 2024-cü il tarixli, 21(105)-298/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Bundan başqa, qərarla cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(118)-372/2023 nömrəli qərarı dəyişdirilmişdir. İddia qismən təmin edilərək mərhum İddiaçı 20 iyun 1996-cı il tarixdən 31 avqust 1998-ci il tarixə kimi “Azərkimya” trestində, 01 iyun 2000-ci il tarixdən 15 mart 2002ci il tarixə kimi “ATAK X4 və Ticarət LTD Şirkəti”nin Bakı filialında, 15 noyabr 2002-ci il tarixdən 13 iyun 2003-cü il tarixə kimi “EREN X14 və Dış Ticarət” LTD Şirkətinin Bakı filialında, 01 may 2004-cü il tarixdən 25 mart 2005-ci il tarixə kimi “ERENPORT” İnşaat və Ticarə t A.Ş Azərbaycan filialında, 25 iyun 2005-ci il tarixdən 02 dekabr 2005-ci il tarixə kimi “X12 Eytors” MMC-də işlədiyi müddətlərin iş stajına daxil edilərək güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: 1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və ka ssasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yax ud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələ rinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

12. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarl arda (o cümlədən, X6 Sosial Müdafiə Fondu X13 Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-162/2023 nömrəli, X1 Sosial Müdafiə Fondu X13 Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)1019/2023 nömrəli, X5 Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1548/2023 nömrəli, X9 Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)1687/2023 nömrəli, X7 Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-2283/2023 nömrəli, X8 Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il ta rixli, 2-1(102)2532/2023 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Bundan başqa, nəzərə alınmalıdır ki, əmək kitabçasının iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti ilə bağlı qeydlərinin müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz.

14. Beləliklə, mübahis əli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

15. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın a parılması da tələb olunmur.

16. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2-1(105)-298/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar