Məhkəmə qərarları › İş №2-1(102)-1290/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1290/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1290/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Re yestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2-1(105)121/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X8 2 yanvar 2002-ci il tarixli, 14 saylı qərarı ilə A.Salahzadə küçəsi döngə 9, dalan 3-də yerləşən 0.3960 ha torpaq sahəsi fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə iddiaçıya satılmışdır.

2. Bakı şəhəri Sabunçu rayon Bilgəh bələdiyyəsinin sədri T.M.İbadov tərəfindən ünvan 1 ünvanlanmış 29 oktyabr 2019-cu il tarixli, 057 nömrəli məktubunda aşağıdakılar qeyd olunmuşdur: “Bilgə h bələdiyyəsinin 2000-2008-ci il tarixlərində aid olan arxiv sənədlər oxunması mümkün olmadığı üçün müvafiq akta əsasən məhv edildiyindən tələb edilən sənədlərin sürətlərini təqdim etmək mümkün olmamışdır. Eyni zamanda, X2 Baza məlumatlarına əsasən X8 2 yanvar 2002-ci il tarixli, 14 saylı Qərarına əsasən Bilgəh Zəfəran sovxozu ərazisi, A.Salahzadə küçəsi döngə 9, dalan 3, ev. 4 ünvanında yerləşən torpaq sahəsi həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı mülkiyyətinə verilmişdir və 2 may 2005 ci il tarixdə müvafiq icra orqanı tərəfindən İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd - 24735 reyestr nömrəli qeydiyyat vəsiqəsi və 815 nömrəli inventar işi (texniki pasport) verilmişdir. 2 may 2005-ci il tarixdən həmin torpaq sahəsi İddiaçı tam mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikasının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun (160-İİQ xx.xx.2001-ci il tarixli qanun, maddə 2) tələblərinə uyğun olaraq Bələdiyyələri yerləşdiyi inzibati ərazi üzrə torpaqlar Bələdiyyələrin mülkiyyəti sayılır. İddiaçı X8 2 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarı ilə ayrılmış və qüvvədə olan qeydiyyat vəsiqəsi əsasında ona məxsus Bilgəh Zəfəran sovxozu ərazisi, A.Salahzadə küçəsi döngə 9, dalan 3, ev 4 ünvanında yerləşən torpaq sahəsinin Bilgəh bələdiyyəsinin inzibati ərazi hüdudlarında yerləşməklə, Bələdiyyənin xüsusi mülkiyyətində olmuşdur”.

3. İddiaçı cavabdehə müraciət edərək ünvan 2 ünvanında yerləşən 18.1 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin və həmin evin yerləşdiyi 3960.0 kv. m. torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.

4. Cavabdeh 15 avqust 2019-cu il tarixli, **********12 saylı məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Abşeron rayon ərazisinə aid olduğundan aidiyyəti üzrə müraciət edilməsi məqsədəmüvafiqdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 19 sentyabr 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 3 ünva nında yerləşən 18,1 kv m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətində olan 3960.0 kv m torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 4 ünvanında yerləşən 18.1 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Evin texniki pasportunda da evin yerləşdiyi torpaq sahəsinin 3960.0 kv.m olduğu qeyd olunmuşdur. İddi açı həmin 3960.0 kv.m torpaq sahəsi ilə birlikdə evin vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Lakin cavabdeh 8 aprel 2019-cu il tarixdə imtina cavabı vermişdir.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2-1(120)-1570/2020 saylı qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsinin həmin qərardaddan verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin 21(103)-1067/2020 saylı 12 may 2020-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.

9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1118/2020 saylı, 24 sentyabr 2020ci il tarixli qərarı ilə (hakim: V.E.Əzizova) iddia təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 18.1 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin və həmin evin yerləşdiyi 3960.0 kv.m. torpaq sahəsi üzərində vahid əmlak kimi iddiaçının mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı qüvvədədir, cavabdeh inzibati orqana isə həmin qərarı mübahisələndirmək səlahiyyəti verilməmişdir. Məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin sovxozun təhkimçiliyində olması və bələdiyyə mülkiyyətində olmaması barədə cavabdehin dəlilləri öz təsdiqini tapmamışdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və id dia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)102/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: F.Ə.Məmmədov, hakimlər: Z.İ.Məmmədov və H.Ç.Babayeva) Sumqayıt İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1135/2021 saylı, 21 sent yabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X5 və X10) ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bələdiyyə qərarının qəbul edilməsindən sonra iddiaçıya ayrılan torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilib-keçirilməməsi (o cümlədən naturada müəyyən edilməsi), iddiaçıya verilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması və təyinatının müəyyən edilməsi, torpağın alqı-satqısına dair aktın qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilib-edilməməsi (səlahiyyətli şəxslər tərəfindən imzalanması, möhürlənməsi) istiqamətində araşdırma aparılm alıdır. Yəni, təkcə bələdiyyə qərarının mövcudluğu torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına əsas verməməlidir. Bundan əlavə, qanunvericiliyin tələbinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Lakin belə bir müqavilə iş materiallarında mövcud deyildir. Həmçinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin tələbinə görə, torpaq sahəsinin mülkiyyətə verilm əsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Lakin iş materiallarında belə bir rəy mövcud deyil. Beləliklə, iş materiallarında iddiaçının iddia etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeyd alınmasına əsas verən hüquqmüəyyənedici sənədlər mövcud deyil. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin iş materiallarında olan 9 fevral 2022-ci il tarixli, **********73 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin Bilgəh bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinin hüdudları daxilində olub-olmaması ilə bağlı məlumatın verilməsi barədə müraciətə "xxxx" MMC-də baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na əsasən "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən Bilgəh bələdiyyəsinin xəritəsi tərtib edilmişdir. Sözügedən xəritə əsasında qeyd edilən torpaq sahəsi Bilgəh bələdiyyəsinə aid torpaqların hüdudları daxilində yerləşir.

18. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin imtinasını qanunsuz hesab etməklə mü lkiyyətdə olan Bilgəh qəsəbəsi, A.Salahzadə döngə 9 küçəsində dalan 3, ev 4 ünvanında yerləşən 3960.0 kv.m. torpaq sahəsinə İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulmasını xahiş etmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2-1(105)-121/2022 nömrəli qərarı (hakimlər: X14 (sədrlik edən və məruzəçi), X11 və X12 ) ilə Sumqayıt İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, ünvan 6 ünvanında yerləşən 3960.0 kv.m. torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi cavabdehin öhdəsinə qoyulmuşdur.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən torpaq sahəsi X2 Baza məlumatlarına əs asən 20 il bundan əvvəl, yəni X8 2 yanvar 2002-ci il tarixli, 14 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmişdir. Həmin vaxt bələdiyyə tərəfindən torpaq normasından artıq sahənin iddiaçıya verilməsi hazırkı inzibati mübahisənin predmeti deyildir. Həmçinin iş materiallarında olan qeydiyyat vəsiqəsi ilə müəyyən edilmişdir ki, Bilgəh Zəfəran sovxozu ərazisi, A.Salahzadə küçəsi döngə 9, dalan 3, 4 ünvanında yerləşən yaşayış evi X8 2 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarı əsas götürülməklə İddiaçı adına qeydə alınmışıdır. Mübahisələndirilən torpaq sahəsi Bilgəh bələdiyyəsi tərəfindən 20 il əvvəl iddiaçının mülkiyyətinə verildiyindən və həmin torpaq sahəsinin mülkiyyətə verilməsi əvvəlki mülkiyyətçi tərəfindən mübahisələndirilmədiyindən cavabdeh iddiaçının hüququnu qeydə almaqdan im tina etməkdə haqlı olmamışdır.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

22. Məhkəmə kollegiyası maddi hüququ normalarının pozulmasına yol verərək nəzərə almamışdır ki, torpaq sahəsi ayrılarkən keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq şəhər(rayon) şöbəsi tərəfindən torpaq sahəsinin yerləşdiyi zona (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirilməmiş, yerquruluşu işləri (plan alma) aparılmamış, yerin planı və ölçüsü hazırlanmamış, torpaq sahəsinin təsdiq edilmiş planı və ölçüsü, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin və ləğv edilmiş DT və XK-nin rəyləri tərtib ed ilməmiş, torpaq sahəsinin normativ qiyməti barədə sənəd verilməmiş, tərəflər arasında alqı-satqı qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməmişdir.

23. Torpaq sahəsi ayrılan zaman xüsusi mülkiyyətə verilən torpaqların normalarına əməl edilməmiş, 0,3960 ha torpaq sahəsinin Bilgəh bələdiyyəsinin mülkiyyətinə aid olmasını təsdiq edən hər hansı sənəd vətəndaşın müraciətinə əlavə edilməmişdir. Bilgəh Zəfəran sovxozunun torpaqları islahat zamanı Bilgəh bələdiyyəsinin mülkiyyətinə verilməmişdir. Eləcə də, qanunvericinin tələbinə uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş normadan artıq torpaq sahəsi ayrılmışdır.

24. Məhkəmə kollegiyası İPM-in 12-ci maddəsində göstərilən prosessual hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə kollegiyası bələdiyyə qərarının qəbul edilməsindən sonra iddiaçıya ayrılan torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilib-keçirilməməsi (o cümlədən naturada müəyyən edilməsi), iddiaçıya verilən torpaq sahəsinin təyinatının müəyyən edilməsi, torpağın alqı-satqısına dair aktın qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilib-edilməməsi (səlahiyyətli şəxslər tərəfindən imzalanması, möhürlənməsi) istiqamətində araşdırma aparmamışdır. Habelə, məhkəmə kollegiyası torpaq sahəsinə mülkiyyət hüququnun qeyd alınmasına əsas verən hüquqmüəyyənedici sənədlər olub-olmamasını araşdırmamışdır. Məhkəmə kollegiyası Ali məhkəmənin göstərişlərinə zidd olaraq qərarda göstərmişdir ki, bələdiyyə tərəfindən torpaq normasından artıq sahəsinin iddiaçıya verilməsi hazırkı inzibati mübahisənin predmeti deyildir. Halbuki, Ali məhkəmə birbaşa göstəriş vermişdir ki, bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalıdır. Göründüyü kimi, məhkəmə kollegiyası prosessual pozuntuya yol verərək göstərişlərinə riayət etməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə etirazda qeyd edilmişdir ki, 2002-ci ildə X9 və X17 ilə birlikdə Bilgəh qəsəbəsində 2(iki) hektardan bir az çox torpaq sahəsi alınmışdır. 2007-ci ildə X17 özünə məxsus olan 0.7ha və 0.69 ha torpaq sahələrinə dair mülkiyyət hüququnu təsdiq edən yeni çıxarışlar DƏDRX-in 4 saylı Abşeron ərazi idarəsi tərəfindən ona təqdim edilmişdir. Həmçinin 2019-ci il tarixdə i ddiaçıya və X6 məxsus olan ayrı-ayrılıqda hər biri 0.4 ha təşkil edən torpaq sahələrinə dair çıxarışlar almaq üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh çıxarışların verilməsindən imtina etmiş, və imtinanı qanunsuz hesab edərək məhkəməyə müraciət edilmişdir. 23 aprel 2020-ci il tarixində Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin qərarını icra edərək 4 saylı Abşeron ərazi idarəsi tərəfindən X6 həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış təqdim edilmişdir. Torpaq sahələri eyni ünvanda yerləşirlər və vahid ilkin hüquqmüəyyənedici sənəd əsasında verilmişdir. Cavabdeh inzibati orqanın bu məsələdə tutduğu mövqe qanunsuz və əsassızdır.

26. Həmçinin etiraza əlavə edilmiş **********04 saylı çıxarışdan müəyyən olunmuşdur ki, Abşeron ray., Xırdalan ş., Bilgəh Zəfəran sovxozu ərazisində yerləşən 0.3960 ha torpaq sahəsi X4 adına qeydiyyata alınmışdır.

27. Həmçinin etiraza əlavə edilmiş X3 tərəfindən təqdim edilmiş torpaq sahələrinin ortofoto görüntülərinə əsasən müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsi ilə X13 torpaq sahəsi həmsərhəddir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrini n mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi;... 29. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

30. Azərbaycan Respubl ikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 9 avqust 2001-ci il tarixli 548 nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 18.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 5.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; həmin Qanunun 6.5ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

31. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlə t Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsini və aparılmasını həyata keçirir; 2.0.7. dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaradır;

32. Daşınmaz əm lakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. [28] (-) Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

33. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə m übahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. A pellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X8 2 yanvar 2002-ci il tarixli, 14 saylı qərarı ilə A.Salahzadə küçəsi döngə 9, dalan 3-də yerləşən 0.3960 ha torpaq sahəsi fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə iddiaçıya satılmışdır. Həmin torpaq sahəsinin texniki pasportunda qeyd edilmişdir ki, A.Salahzadə küçəsi döngə 9, dalan 3-də yerləşən 84 saylı evin həyətyanı torpaq sahəsinin ölçüləri 3960.0 kv m təşkil edir. Ekspert rəyinə əsasən Bilgəh Zəfəran sovxozu ərazisi, A.Salahzadə küçəsi döngə 9, dalan 3, 4 ünvanında yerləşən torpaq sahəsi Bilgəh bələdiyyəsinin mülkiyyətində olmuş əraziyə aiddir. X16 sovxozu ərazisi, A.Salahzadə küçəsi döngə 9, dalan 3, 4 ünvanında yerləşən yaşayış evi X8 2 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarı əsas götürülməklə İddiaçı adına qeydiyyat vəsiqəsi ilə qeydə alınmışdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi Bilgəh bələdiyyəsi tərəfindən 20 il əvvəl iddiaçının mülkiyyətinə verildiyindən və həmin torpaq sahəsinin mülkiyyətə verilməsi əvvəlki mülkiyyətçi tərəfindən mübahisələndirilmədiyindən cavabdeh iddiaçının hüququnu qeydə almaqdan imtina etməkdə haqlı olmamışdır.

39. Apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, mübahisələndirilən torpaq sahəsi X8 2 yanvar 2002-ci il tarixli, 14 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmişdir. Bununla əlaqədar həmin vaxt bələdiyyə tərəfindən torpaq normasından artıq sahənin iddiaçıya verilməsi hazırkı inzibati mübahisənin predmeti deyildir. Həmçinin həmin torpaq sahəsinin mülkiyyətə verilməsi əvvəlki mülkiyyətçi tərəfin dən mübahisələndirilmədiyindən cavabdeh iddiaçının hüququnu qeydə almaqdan imtina etməkdə haqlı olmamışdır.

40. Həmçinin işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırkı qərarın 18-ci bəndində qeyd edilən göstərişlərini icra etmişdir.

41. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının kassasiya şikayətinə etiraza əlavə etdiyi çıxarışdan müəyyən olunmuşdur ki, eyni ünvanda yerləşən və vahid ilkin hüquqmüəyyənedici sənədi olan X4 torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış verilmişdir.

42. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən və Ali Məhkəmənin göstərişlərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir.

43. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2-1(105)-121/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar