Məhkəmə qərarları › İş №2-1(102)-1290/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1290/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1290/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 21(104)-702/2 024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2013-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə (diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr.obstruktiv bronxit T.Ç İ dərəcə (tənəffüs çatışmazlığı birinci dərəcə) diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. 2. xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə, diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr.obstruktiv bronxit T.Ç İ dərəcə (tənəffüs çatışmazlığı birinci dərəcə) diaqnozu ilə üçüncü dərəcə əlil lik təyin edilmişdir. 3. xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr. ensaol bronxit T.Ç İİ dərəcə (tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. 4. xx.xx.2015-ci il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə, diaqnozun mətni: sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə. Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs T.Ç İİ dərəcə (tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. 5. xx.xx.2016-ci il tarixdən etibarən beş il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü il ə əlaqədar” qeyd edilməklə, diaqnozun mətni: sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə. Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs T.Ç İİ dərəcə (tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir.

6. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarında qeyd edilmişdir ki, İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik –diaqnoz “Sağtərəfli qeyri-spesifik ekssudativ plevrit” “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır”. İddiaçı əlillik vəziyyəti Gəncə Şəhər Birləşmiş Xəstəxanasının G00026664PRH saylı, xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2022-ci il tarixli “diaqnoz əlillik əlaməti təyin etmir” b arədə qərar qəbul edilmişdir.

7. Məhkəməyə təqdim edilən T313/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinədən keçərkən, X1 İnstitutuna göndərilmiş və xx.xx.2024-cü il tarixdə müayinələrdən sonra ona “J 44.8- Ağciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli. J 96.1- Qarışıq tipli orta ağır ventilyasiya pozğunluğu. B 90.9- Keçirilmiş sağ ağciyərin vərəmindən sonrakı qalıq əlaməti, bərk ocaqlar şəklində” diaqnozu qoyulmuşdur, yəni o, hazırda həmin xəstəlikdən əziyyət çəkir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 07 oktyabr 2022-ci il tari xli qərarının ləğv edilməsi, ona göndərişin 27 sentyabr 2022-ci il tarixindən, səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə, orqanizmin funksiyalarının 65-80 faiz dərəcəsi pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1999-cu il tarixdən vərəm xəstəsi olaraq mütəmadi olaraq ambulator və stasionar müalicə alır. Hərbi xidmət dövründə vərəm xəstəliyinə tutulmuşdur. Vərəm xəsətliyi ilə əlaqədar olaraq xx.xx.1999-cu il tarixə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. Xəstəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli, 755 nömrəli qərarı ilə də tam təsdiq olunur. Ona axırıncı dəfə 2016-cı il tarixində 5 il müddətinə ikinci qrup əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə təkrar müayinədən keçərkən “Ağ ciyərin vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, ağ ciyərlərin xroniki obsturktiv xəstəliyi orta ağır gedişli kəskinləşmə mərhələsində. Sağ tərəfli vərəm mənşəli eksuditiv plevritdən sonrakı vəziyyət. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozulması. Sağ ağ ciyərin vərəmdən sonrakı qalıq əlamətləri, fibroz və bərk ocaqlar” diaqnozu qoyulsa da, cavabdeh ona əlillik təyinindən imtina etmişdir. Hesab edir ki, onun diaqnozu əlillik təyininə əsas verdiyindən cavabdehin imtinası qanunsuzdur.

10. Gəncə İnzibati Məhkəməsinin (hakim: L.K.Əliyeva) 03 aprel 2024-cü il tarixli 21(114)-1404/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibb i ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli T313/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinədən keçərkən X1 İnstitutuna göndərilmiş və xx.xx.2024-cü il tarixdə müayinələrdən sonra ona “J 44.8 - Ağciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli. J 96.1 - Qarışıq tipli orta ağır ventilyasiya pozğunluğu. B 90.9 - Keçirilmiş sağ ağciyərin vərəmindən sonrakı qalıq əlaməti, bərk ocaqlar şəklində” diaqnozu qoyulmuşdur, yəni o, hazırda həmin xəstəlikdən əziyyət çəkir.

11. Gəncə İnzibati Məhkəməsinin (hakim: L.K.Əliyeva) 22 iyul 2024-cü il tarixli 21(114)-1404/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin İddiaçı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə 07 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı göndərişin 27 sentyabr 2022-ci il tarixindən, səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə orqanizmin funksiyalarının 65-80 faiz dərəcəsi pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə iddiaçının ağ ciyər vərəmi, tənəffüs çatışmazlığı xəstəliyindən əziyyət çəkdiyi təsdiq olunur. Belə olan halda, cavabdeh orqan tərəfindən iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona ikinci dərəcə müddətli əlillik təyin edilməli olduğu halda, “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla əlillik təyin edilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıda 2013-cü il tarixdən 2014-cü il tarixinə kimi T.Ç İ dərəc ə (tənəffüs çatışmazlığı birinci dərəcə) olan zaman müddətli üçüncü dərəcə əlillik təyin edilmiş, daha sonra isə xx.xx.2014-cü il tarixdən etibarən isə iddiaçıda T.Ç İİ dərəcə (tənəffüs çatışmazlığı ikinci dərəcə) olduqdan sonra isə müddətli ikinci dərəcə əlillik təyin etmişdir. Bu isə onu qeyd etməyə əsas verir ki, cavabdeh orqan iddiaçının T.Ç İİ dərəcə (tənəffüs çatışmazlığı ikinci dərəcə) olduqdan sonra ona ikinci dərəcə müddətli əlillik təyin etmişdir. Beləliklə, əldə edilmiş iddiaçıya aid tibbi sənədlər və göndəriş (Forma 088) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2-ci bəndində qeyd edilən qiymətləndirmə halının iddiaçıda mövcud olması, hətta eyni diaqnozla ona x x.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr.obstruktiv bronxit T.Ç İ dərəcə (tənəffüs çatışmazlığı birinci dərəcə) diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmiş, xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr. ensaol bronxit T.Ç İİ dərəcə (tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2015-ci il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə digər və dəqiqləşdirilməmiş anormal tənəffüs T.Ç İİ dərəcə (tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2016-cı il tarixdən etibarən beş il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə. Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs T.Ç İİ dərəcə (tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Eyni zamanda bütün dövrlər üzrə əlillik təyin edilən zaman səbəbli əlaqəsi “hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilmişdir.

13. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul ol unmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, İ.T.Həsənov və A.V.Bayramov) 19 dekabr 2024cü il tarixli, 2-1(104)-702/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə 16 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2022-ci il tarixdən, 65-80 faiz olmaqla 2 il müddətinə əlilliy in təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə əlavə edilmiş Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik –diaqnoz “ Sağtərəfli qeyri-spesifik ekssudativ plevrit” “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır”. Məhkəmə sorğusuna əsasən əldə edilmiş iddiaçıya aid əlillik təyinatından imtina ilə bağlı sənədlərindən görünür ki, TSEK-ə göndəriş zamanı iddiaçıya qoyulan diaqnoz “Əsas diaqnoz A15.0 Ağ ciyər v ərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, Sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı kobud qalıq əlaməti Ağ ciyərin ocaqlı vərəmi səpələnmə mərhələsi. BK+ Ağ ciyərin xroniki obstruktiv xəstəliyi ağır gedişli kəskinləşmə mərhələsi. Xəstəliyini hərbi xidmət zamanı almışdır. Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq. Tənəffüs çatmamazlığı İİ dərəcə. Qarışıq tipli. Yanaşı xəstəliklər J44.0 əhəmiyyətli ventilyasiya pozğunluğu. Ağciyərin xroniki obstruktiv xəstəliyinin aşağı tənəffüs yollarının kəskin respirator infeksiyası ilə birgə müşahidə olunması, Xəstə uzun müddətli müalicə almasına baxmayaraq vəziyyəti ağır olaraq qalır, gün ərzində 10-15 dəfə öskürtmədən istifadə edir, boğulma tutmaları dəfələrlə baş verir. TTY-a müraciət edi r. Yanaşı xəstəliklər J45.8 Qarışıq astma, Homondan asılı ağır gedişatlı kəskinləşmə mərhələsində astma, müalicəyə tabe olmayan. Ağ ciyərin xroniki obstruktiv xəstəliyi ağır gedişli kəskinləşmə mərhələsi” kimi təsbit edilmişdir. Həmçinin, iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Qeyd olunan diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 1.1.6.2-ci bəndində öz əksini tapmışdır. Belə ki, həmin Əlavənin 1.1.6.2. bəndində “İİB-İİİ dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması)” sağlamlıq imkanlarının 65-80 faiz aralığı pozulması ilə əlilliyin 2 il müddətinə təyin edilməsi nəzərdə tutulmuşdur. Odur ki, iddiaçıda olan diaqnozların ona əlillik təyin edilməsi üçün əsas verməməsi ilə bağlı cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddiaçıya əlilliyin təyin edilməsi tarixi barədə düzgün nəticəyə gəlməmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitdikdən sonra xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə müvafiq olaraq əlilliyin təyinindən inzibati orqan tərəfindən imtina edilmişdir. Cavabdehin imtinalarının hər biri bütün əlamətlərinə görə bir inzibati aktdır və bu inzibati aktlar mübahisələndirilə bilmək kimi xüsusiyyətə ma likdir. Lakin iddiaçı qeyd edilən inzibati aktlardan yalnız sonuncu inzibati aktdan sonra məhkəmədə iddia qaldırmışdır. Beləliklə, xx.xx.2022-ci il tarixli inzibati akt mübahisələndirilmədiyindən, qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən qüvvədədir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsində onun hüquqi marağının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi publik hüquqi şəxsinin onun barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 16 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və ona hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olduğu müəyyən edilir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının əlilliyi iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunmuşdur. Buna görə də, cavabdehin iddiaçı barəsində olan “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə 16 noyabr 2022-ci il tarixli qərarı əsassız olmuşdur və ləğv olunmalıdır. Şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq, iddiaçı yalnız sonuncu imtina qərarından sonra məhkəməyə müraciət edərək əvvəlki imtinaları mübahisələndirmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu qəbul edilmiş imtina qərarı təşkil etdiyindən, müvafiq olaraq əlilliyin təyinat tarixi də sonuncu imtina qərarı nəzərə alınmaqla müəyyən edilməlidir.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

17. Cavabdeh kassasiya şikayətində iddiaya qarşı yazılı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzi bati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyi n qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət v ə ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.... 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.... 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Ş əxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən son ra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaql a bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.... 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əl illik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.... 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 24. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Həmin əlavənin 1.1.6. – tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi – X2 A15 kodu ilə müəyyən edilmişdir. Həmin əlavənin 1.1.6.2. bəndinə əsasən İİB-İİİ dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması) 65-80 faiz olmaqla 2 il müddətinə müəyyən edilmişdir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti ver ən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının t ələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərini təkrar lamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya əlillik təyin edilməli olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2-1(104)-702/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar