Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1291/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xız ı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-261/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxx 1956-cı ildə İmişli şəhərində anadan olmuşdur. 1973-cü ildə Bakı Kooperativ Texnikumuna daxil olmuş, 03 iyul 1975-ci ildə mühasib ixtisası üzrə tam kursu bitirmişdir. xx.xx.1975-ci il tarixdən 09 dekabr 1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
2. AT-İ №4587298 saylı əmək kitabçasına əsasən, 01 fevral 1978-28 mart 1978 və 25 may 1978-09 avqust 1978-ci il tarixlərdə müxtəlif müəssi sələrdə, 10 avqust 1978-ci il tarixdən 25 dekabr 1998-ci il tarixədək isə İmişli rayon Təsərrüfat hesablı Çörək zavodunda, ИТ-İ№1046036 saylı əmək kitabçasına əsasən isə 30 avqust 1999-01 dekabr 2003-cü il tarixlərdə “Karat” kiçik müəssisəsində, 02 dekabr 2003-30 iyun 2005-ci il tarixlərdə "xxxx" MMC-də işləmişdir.
3. İddiaçının yaşa görə əmək pensiyası hüququ 03 may 2021-ci il tarixdə yaranmışdır.
4. İddiaçı pensiya təyin edilməsi üçün müvafiq sənədləri təqdim edərək ona əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
5. Cavabdeh 12 iyul 2021-ci il tarixli, **********0 saylı məktubunda iddiaçının təqdim etdiyi sənədlərə əsasən 25 il sığorta stajına qarşı onun 4 il 02 ay 24 gün sığorta stajının olduğunu, 10 avqust 1978-ci il tarixdən 30 iyun 2005-ci il tarixədək işlədiyi dö vrün qarşılıqlı yoxlanılması zərurəti yarandığını, lakin işlədiyi müəssisələrin hüquqi ünvanının məlum olmaması səbəbindən onun iş stajının yerində qarşılıqlı yoxlanılmasının, bununla əlaqədar 1978-2005-ci illərin sosial sığorta stajı kimi hesablanmasının mümkün olmadığını bildirərək, ona əmək pensiyasının təyin olunmasından imtina etmişdir.. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 29 iyul 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab olunması və təhsil aldığı illər, hərbi xidmət illəri, işlədiyi illər hesablanaraq əmək fəaliyyətinin nəticəsi olaraq yaranmış sosial sığorta stajı əmək pensiyasının sığorta hissəsinə əlavə olunaraq yaşa görə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdeh in üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1973-1975-ci illərdə Bakı Kooperativ Texnikumunu bitirmiş və 1975-1977-ci illərdə hərbi xidmətdə olmuşdur. 1978-ci ildən 2005ci ilədək müxtəlif sahələrdə işləmişdir. Bu fakt əmək kitabçasına əsasən təsdiq olunur. Lakin bu barədə DSMF-nin 1 saylı regional ərazi filialına müraciət etsə də nəticəsiz qalmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizəsində “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci, 21.1-ci və İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə istinad etmişdir.
8. Cavabdeh iddiaya qarşı etirazında “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 21.1-ci və “Vətəndaşların pensiya təminatı haqqında” A zərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə istinad edərək bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda haqlı olaraq “İmişli rayon Təsərrüfat hesablı Çörək zavodu”na aid 10 avqust 1978-25 dekabr 1998-ci illər, həmçinin “Karat” kiçik müəssisəsi və "xxxx" MMC-yə aid 30 avqust 1999-30 iyun 2005-ci illər mübahisələndirilmişdir. Belə ki, mübahisələndirilən müəssisələrə dair sənədlər müvafiq olaraq dövlət arxiv idarələrində aşkar edilməmişdir. Göstərilənlərə əsasən iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən 25 il sığorta stajı olmadığından yaxud da fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yığılmadığından əmək pensiyası hüququ yaranmamışdır.
9. Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118 )-1649/2021 nömrəli (hakim L.E.Mirzəyeva) qərarı ilə iddia təmin edilərək iddiaçıya məxsus AT-İ ******* saylı və ИТ-İ ******* saylı əmək kitabçalarında qeyd edilən dövrlərin və təhsil aldığı dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırki iş üzrə iddiaçının 10 avqust 1978-ci ildən 30 iyun 2005-ci ilədək işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçasının həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İddiaçının işlədiyi müəssisələrin sənədlərinin qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının təqsiri kimi qəbul oluna və idd iaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas sayıla bilməz. Eyni zamanda iddiaçının 30 avqust 1999-cu ildən 01 dekabr 2003-cü ilədək “Karat” k/m-də, 2 dekabr 2003-cü ildən 30 iyun 2005-ci ilədək "xxxx" MMCdə işləməsi həmin müəssisələrin məhkəməyə sorğu əsasında təqdim etdikləri arayışlar əsasında da müəyyən olunmuşdur.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2-1(105)-261/2022 nömrəli (hakimlər Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin e dilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Məhkəmə araşdırması zamanı iddiaçının 30 avqust 1999-cu ildən 01 dekabr 2003-cü ilədək “Karar” kiçik müəssisəsində və 2 dekabr 2003-cü ildən 30 iyun 2005-ci ilədək “Astel LTD" MMC-də işləməsi müvafiq əmək haqqı cədvəlləri ilə öz təsdiqini tapmışdır. Lakin onun 10 avqust 1978-ci ildən 25 dekabr 1998-ci ilədək “İmişli rayon Təsərrüfat hesablı Çörək zavodu”nda işləməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, sözügedən müəssisəyə dair sənədlər müvafiq olaraq dövlət arxiv idarəsində aşkar edilməmiş, həmçinin həmin müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə heç bir hesabat müəyyən olunmamışdır.
16. Şikayətdə “Əmək pensiyaları haqqında" Qanununun 1.0.1, 1.0.2, 7, 21.1-ci, həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 3-cü maddəsinə istinad edilməklə göstərilir ki, qanunun tələbinə görə vətəndaşa əmək pensiyası təyinatının aparılması onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əməkhaqqı ilə şərtləndirilmişdir. Hər iki qanunvericiliyin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir.
17. İddiaçının 10 avqust 1978-ci ildən 25 dekabr 1998-ci ilədək işlədiyi “İmişli rayon Təsərrüfat hesablı Çörək zavodu” tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən sözügedən illərin sosial siğorta stajı kimi nəzərə alınaraq iddiaçıya yaşa görə pensiyanın təyin olunması mümkün hesab edilmir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına i mkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsl ərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 20. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alı nan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
22. Əmək Məcəlləsi Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəs i), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 23. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. İnzibati Prosessual Məcəllə Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibat i aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsa slandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv olunması tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə i stinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. İşin apelyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarından görünür ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən təsdiq olunur və əmək kitabçasının mötəbərliyini şübh ə altına alan hər hansı hal müəyyən olunmamışdır. Bu baxımdan həmin dövrün dövlət sosial sığortası ilə əhatə edilməli olduğu nəzərə alınmalı, qeyd olunan dövrə münasibətdə iddiaçının əmək kitabçasında əks olunan müddətin onun sosial sığorta stajına daxil edilməsi təmin edilməlidir.
31. Yuxarıda istinad olunan normaların tələblərindən də göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir.
32. Əmək kitabçasının mə lumatlarına əsasən iddiaçı cavabdehin mübahisələndirdiyi illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur və bu hal iş üzrə materiallarla təsdiq olunur. Cavabdehin mübahisə açdığı dövrdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğunu təkzib edən mötəbər dəlili məhkəməyə təqdim olunmamışdır.
33. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin tələblərinə görə əmək kitabçası iş stajını təsdiq edən əsas sənəddir.
34. Oxşar tələblə bağlı işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, iddiaçının əmək fəaliyyəti onun əmək kitabçası ilə təsdiq olunduğu ndan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
36. Məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş hallara yuxarıda istinad o lunan normalar baxımından qiymət verərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.
37. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
38. Məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, apelyasiya məhkəməsinin qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmi n olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-261/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.