Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1291/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) 15.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası, Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X8) “orderin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1600/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat q aydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər X1 İcraiyyə Komitəsi tərəfindən verilmiş 04 sentyabr 1967-ci il tarixli orderin surətinə əsasən, Bakı şəhəri, Pitomnik küçəsi, 6-cı mkr, 6 nömrəli evin, 5-ci blokunda, 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət, sahəsi 45,94 kv.m olan 72 nömrəli mənzil X6 və onunla yaşayan dörd nəfər ailə üzvünə istifadəyə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 72 saylı mənzilə dair X5 adına verilmiş və X3, X7, X2 və X4 adları qeyd olunmuş xx.xx.1967-ci il tarixli, 66038 nömrəli orderin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə 1992-ci ildə Laçın rayonunun işğalı ilə əlaqədar olaraq Bakı şəhərinə gəlmiş, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, İ.Həşimov küçəsində yerləşən 6A saylı binanın bir blokunun qəzalı vəziyyətdə olduğu və orada yaşayış olmadığı üçün, həmin ünvanda müvəqqəti məskunlaşmışdır. 1991-ci ilin aprel ayında qeyd edilən binada qaz partlayışı baş verdikdən sonra orada yaşayan sakinlər köçürülərək evlə təmin edilmişlər. İddiaçı ailəsi ilə həmin mənzilə yerləşən zaman mənzil tamamilə yaşayış üçün yararsız vəziyyətdə olmuşdur. Öz vəsaiti hesabına, təxminən 30.000 (otuz min) manat xərcləyərək mənzili təmir etmiş və yaşayış üçün yararlı vəziyyətə gətirmişdir. Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 79 saylı Mənzil komm unal istismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 85 nömrəli arayışdan da göründüyü kimi, 1992-ci ilin dekabr ayından hal-hazıradək qeyd olunan mənzildə müvəqqəti qeydiyyatda olaraq yaşayırlar. Mənzilə dair mövcud orderin ləğv edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətinə bugünədək cavab verilməmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1790/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakim M.C.Qarayeva) iddia mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, mübahisələndirilən order 1967ci ildə verilmişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydası 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları ilə müəyyən olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. Hazırki işdə iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, məhkəmə iclası zamanı orderin mövcudluğundan məlumatlı olmuşdur. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona “məlum olan gündən” hesablanması qaydasını müəyyən etmişdir. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hü ququna malik idi (həmin norma 10 iyun 2011-ci il tarixli, 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdır. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istif adə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1600/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/ M.N.Tağızadə və İ.A.İbrahimli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112 )-1790/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur.
9. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində İnzibati Prosessual Məcəllənin 35.1, 38.2 və 39.1-ci m addələrinə istinadla qeyd edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Bakı şəhər İH-ə ərizə ilə müraciət edərək, Bakı şəhər ZDS-nin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1967-ci il tarixli, 66038 nömrəli orderin ləğv olunmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab verməli olduğu halda (mənfi və ya müsbət), müraciətə münasibətdə hərəkətsiz qalmış, hər hansı bir hərəkət etməmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı inzibati aktın qəbul olunması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan qanunla müəyyən olunmuş müddət ərzində ərizəçiyə cavab vermədiyi üçün, ərizəçi pozulduğunu ehtimal etdiyi hüququnun məhkəmə vasitəsi ilə bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətinə qarş ı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inziba ti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.
9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Şikayətdə fundamental vacib hüquqi məsələ lərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
18. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzr ə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
19. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü şərtlərinin mövcudluğu ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
20. Apellyasiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı müəyyən olunmuş hallara hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də ra zılaşır. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
21. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərt lərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
22. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
23. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münas ibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilmişdir. Hazırkı mübahisəyə münasibətdə iddia tələbi orderin ləğvinə yönəlmişdir. Başqa sözlə, qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ünvan 1 ünvanında yerləşən 72 saylı mənzilə dair X5 adına verilmiş və X3, X7, X2 və X4 adları qeyd olunmuş xx.xx.1967-ci il tarixli, 66038 nömrəli orderin ləğv edilməsinə yönəlmişdir.
25. Nəzərə almaq lazımdır ki, üçüncü şəxslərə verilmiş orderin ləğvini tələb etmək üçün iddiaçı ən azından belə tələb hüququna malik olmalıdır və həm də iddiaçının həmin tələb hüququ qanundan, inzibati aktdan və ya müqavilədən irəli gəlməlidir. Başqa sözlə, qeyd olunan orderin ləğvini tələb etmək, yəni bu barədə iddia qaldırmaq səlahiyyətinə malik olmaq üçün həmin orderin iddiaçının üçüncü şəxslərə verilmiş yaşayış sahəsinə hüququnu pozması imkanı mövcud olmalıdır. Belə imkan yalnız o halda mövcud olardı ki, üçüncü şəxslərə yaşayış sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd olan order iddiaçının həmin yaşayış sahəsi üzərində hüquqlarına müdaxiləyə səbəb olsun.
26. Lakin mübahisələndirilən orderlə üçüncü şəxslərə ayrılmış yaşayış sahəsinə iddiaçının hər hansı hüququnun mövcud olduğu mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur. İddiaçının həmin yaşayış sahəsinə hər hansı hüququna dair hüquqmüəyyənedici sənəd iş üzrə materiallara əlavə olunmamış, iddiaçı tərəfindən də məhkəməyə belə bir sənəd təqdim olunmamışdır. Bu baxımdan həmin orderin iddiaçının qeyd olunan yaşayış sahəsi üzərində hüququnu pozması imkanı istisna edilir. Nəticədə, iddiaçının həmin orderin ləğvini tələb etmək və bunun üzərindən iddia qaldırmaq səlahiyyəti də mövcud deyildir.
27. Qeyd olunmalıdır ki, iddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddianı qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə iddia qaldırmaq səlahiyyətinə malik olması ilə bağlı şərt də yerinə yetirilmiş olmalıdır. Hazırkı iddiaya münasibətdə qeyd olunan şərt ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1600/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən s