Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1291/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının hərtərəfli araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona bu hüququnun yarandığı xx.xx.2022-ci il t arixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iş üzrə Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)2/2025 nömrəli, 9 yanvar 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 26 iyun 1979-cu il tarixli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1976-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Naxçıvan Muxtar Respublikası 32 nömrəli Texniki Peşə məktəbində “armatur-qaynaqçı” peşəsi üzrə təhsil almışdır. 2. “X3 Zavodu” MMC-in 19 yanvar 2023-cü il tarixli, 02 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən “X5" MMC-də sürücü vəzifəsində, xx.xx.2010-cu il tarixdən “X5" MMC-də qaynaqçı vəzifəsinə k eçirilmişdir. xx.xx.2016cı il tarixdən işin azalması ilə əlaqədar olaraq AR Əmək Məcəlləsinin 75-ci maddəsinin 2 "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2016-cı il tarixdən bağlanmış əmək müqaviləsinə əsasən “X5” MMC-də qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019-cu ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 "ə" bəndinə müvafiq olaraq ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir.
3. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 27 yanvar 2023-cü il tarixli, 13/211 nömrəli arayışından görünür ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində Hidrometeorologiya İdarəsində işləmiş, dekabr 1998-ci il tarixdən mart 2003-cü il tarixədək aylar üzrə əmək haqqı almış və 2003-cü ilin mart ayı ndan sonrakı aylarda əməkhaqqı cədvəllərində adına rast gəlinməmişdir. İddiaçı X9 Stansiyasında işləmiş və müvafiq aylar üzrə əmək haqqı almışdır. Əməkhaqqı kitabları 1984-cü ildə başlayıb 1990-cı ildə bitir, 1987-ci ilə dair əməkhaqqı cədvəlləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmiş, 1988-ci ilə dair əməkhaqqı cədvəlində dekabr ayında adına rast gəlinməmişdir. İddiaçı Naxçıvan Tikiş fabrikinə xx.xx.1982-ci il tarixli 133 №-li əmrlə İİ dərəcəli “mexanik” qəbul edilməsi, xx.xx.1983-cü il tarixli 57 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. X9 stansiyasının əmr kitabları 1986-cı ildən başladığına görə işə qəbul edilməsi barədə məlumat vermək mümkün olmamış, lakin xx.xx.1987ci il tarixli 165a №-li əmrlə əmək məzuniyyətindən qayıdaraq işdə hesab edilməsi əmr kitab ında göstərilmişdir. Əmr kitabları 1990-cı ildə bitdiyinə görə işdən azad edilməsi haqqında məlumat mövcud deyil. İddiaçı xx.xx.1976-cı il tarixli, 25 №-li əmrlə “armatur-qaynaqçı” qəbul edilməsi və 48 №-li qrupda oxuması, xx.xx.1979-cu il tarixli, 87 №-li əmrlə məktəbi bitirməsi əmr kitablarında göstərilmişdir.
4. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin 02 fevral 2023-cü il tarixli, 206 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən fasiləsiz çöl şəraitində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində Vİİ dərəcəli qaynaqçı işləyir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 35-ci bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyasına çıxma hüququ verir.
5. Babək rayon Dövlət Arxivinin 04 aprel 2023-cü il tarixli, 60 nömrəli arayışından görünür ki, İddiaçı Babək rayon X7 Təminat birliyində işləmiş və müvafiq aylar üzrə əmək haqqı almışdır. 6. 06 aprel 2023-cü il tarixli, 1 nömrəli "xxxx" MMC tərəfindən verilmiş 04 noyabr 2019-cu il tarixli, 75 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı 04 noyabr 2019-cu il tarixdən "xxxx" MMC-də qaynaqçı peşəsi üzrə işə qəbul edilmişdir. 09 aprel 2020-ci il tarixli, 18 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”a” maddəsinə əsasən öz ərizəsi əsasında xx.xx.2020-ci il tarixdən işdən azad olunaraq, əmək müqaviləsinə xitam verilmişdir. 7. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək p ensiyası təyin edilməsindən imtina olunması haqqında 14 aprel 2023-cü il tarixli, 82 nömrəli qərarından görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən tələb olunan ümumi 12 il 06 ay xüsusi stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli 82 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmış dır ki, o, xx.xx.2002-xx.xx.2003-cü il tarixədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində Hidrometeorologiya idarəsində operator vəzifəsində, xx.xx.2003-xx.xx.2003-cü il tarixədək Meşəsalma müəssisəsində traktorçu vəzəifəsində, xx.xx.2007-xx.xx.2008-ci il tarixədək təmirçiçilingər vəzifəsində, xx.xx.2008-xx.xx.2009-cu il tarixədək Naxçıvan MR Nazirlər kabineti yanında X11 idarəsində qaynaqçı vəzifəsində, xx.xx.2009-cu il tarixdən X5 MMC-də sürücü vəzifəsində, sonra xx.xx.2010-cu il tarixdə X5 MMC-də qaynaqçı vəzifəsində işləmişdir. xx.xx.2016-cı il tarixdə işin azalması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.2016-xx.xx.2019-cu ilədək yenidən X5 MMC-də qaynaqçı vəzifəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMCdə qaynaqçı vəzifəsində işləmişdir. 2020 -ci il tarixdə "xxxx" MMC ləğv edidiyindən işdən azad olunmuşdur. O, xx.xx.2021-ci il tarixdən fasiləsiz çöl şəraitində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində 7-ci dərəcəli qaynaqçı vəzifəsində işləyir. İddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə müraciət etmiş, lakin “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin xx.xx.2023-cü il tarixli 82 nömrəli qərarı ilə ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli 82 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir 10. 02 aprel 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 02 aprel 2024-cü il tarixli ərizə təqdim edərək, iddia tələbinə “ona 61 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02 aprel 2024-cü il tarixli, 2-1(122)-109/2024 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir.
11. Sonradan 30 aprel 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin t abeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona 61 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi məhkəmənin protokol qərardadı ilə “ona bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi çərçivəsində icraata qəbul edilmişdir.
12. Naxçıvan MR İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)109/2024 nömrəli qərarı ilə (hakim E.Hüseynov) iddia təmin edilmiş, İddiaçı bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabel iyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, 1961-ci il təvəllüdlü iddiaçı 60 yaşını 2021-ci ildə tamamlasa da, işdə olan sığortaolunanın fərdi hesabındakı aparılmış sonuncu qeydə əsasən pensiya hüququnu 2022-ci ilin dekabr ayının 20-də qazanmışdır. Bu hal həm Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından, həm də sığortaolunanın hesabından müəyyən edilir. Qeyd olunan arayışda İddiaçı qaynaqçı vəzifəsində işlədiyi peşənin AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 35-ci Ümumi peşələr bölməs ində nəzərdə tutulmuş əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğun olduğu işəgötürən tərəfindən bildirilmişdir. Həmçinin, hazırkı iş üzrə məhkəmə qərarının qəbul edildiyi anadək iddiaçının çalışdığı qaynaqçı peşəsi üzrə əmək müqaviləsinə xitam verilməməsi də gözardı edilməməlidir. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 14 aprel 2023-cü il tarixli, 82 nömrəli qərarını haqlı olaraq mübahisələndirməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, həmin qərarın qəbul olunduğu zaman kəsiyində iddiaçını hər hansı hüququndan məhrum etmədiyi və ya onun hüququnu məhdudlaşdırmadığı, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt olmadığı üçün əlverişsiz inzibati akt sayılmır.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
15. Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(108)-2/2025 nömrəli, 9 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər: Y.Qurbanov - sədrlik edən və məruzəçi, S.Novruzov və M.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin ca vabdehin üzərinə qoyulması tələbi"nə dair iddia tələbi rədd edilmişdir.
16. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmək kitabçasına əsasən iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək 100 nömrəli Körpü Tikinti briqadasında betonçu işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının 2ci bəndində tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ‐mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlərdə işləyən betonçular nəzərdə tutulmuşdu. İddiaçının məhkəmə iclasında verdiyi izahata görə o, betonçu kimi göstərilən sahələrdə və yeraltı işlərdə işləmədiyindən onun betonçu kimi işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək peniyası hüququ verən xüsusi staja aid edilməsi mümkün deyildir. Həmçinin iddiaçının 2006-cı ilin yanvarın 1-dək işlədiyi təmir emalatxanasında çilingər, Hidrometrologiya idarəsində operator, X4 mexanik peşələri həmin Siyahıda nəzərdə tutulmamışdır. Həmçinin kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Naxçıvan şəhər 3 nömrəli traktor briqadasında, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Naxçıvan 1 nömrəli traktor briqadasında, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il t arixədək Babək rayon Mexanikə Birliyinin 4 nömrəli traktor briqadasında, xx.xx.1985-cı ıl tarixdən xx.xx.2000-ci il tarixədək Babək rayon Kənd Təsərrüfatında və xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Meşəsalma müəssisəsində ümumilikdə 17 il, 6 ay, 01 gün traktorçu peşəsində işləmişdir. Lakin, iddiaçının işlədiyi vaxt, yəni 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin Z bəndində kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan traktorçumaşinistlərin kişilər-55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli pensiya almaq hüququ n əzərdə tutulmuşdu. Qeyd edildiyi kimi iddiaçının traktorçu peşəsində işlədiyi müddət qanunda nəzərdə tutulmuş 20 il müddətdən az olduğundan həmin müddət güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi staj kimi qəbul edilə bilməz. İddiaçı traktorçu peşəsində işlədiyi müddətlə digər güzəştli sahədə işlədiyi müddətin birləşdirilməklə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etsə də kollegiya qeyd edir ki, traktorçu peşəsi üzrə xüsusi staj ayrıca tənzimləndiyindən qanunvericilikdə həmin müddətlərin birləşdirilməsi nəzərdə tutulmamışdır.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şik ayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona məxsus əmək kitabçası, arxiv arayışları və verilmiş sorğulara verilmiş cavab məktublarından cavabdeh inzibati orqanın ona verdiyi imtina cavabından aydın olur ki, 12 il 10 ay 14 gün xüsusi iş stajı vardır. Buna baxmayaraq Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu mövcud olan 12 il 10 ay 14 gün xüsusi iş stajının X1 Sistemində yoxlanması zamanı 11 il 11 ay 22 gün təşkil etməsi göstərilmiş, 25 il ümumi iş stajı təsdiq olunsa da, 12 il 6 ay xüsusi iş stajı X1 Sistemində görünmədiyi üçün güzəştli şərtlərlə əmək pensiyası təyin olunmaqdan imtina edilmişdir.
19. Ümumiyyətlə cavabdeh onun əmək kitabçasında göstərilən qeydlərə (orada 12 il, 10 ay, 14 gün) əsasən xüsusi iş stajlarımın X1 Sistemi ilə qarşılıqlı yoxlanması zamanı X1 Sistemində təsdiq olunan xüsusi stajımın xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 11 il 11 ay 22 gün təşkil etməsi əsası ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Cavabdeh təşkilat imtina üçün qanunsuz mövqeyini möhkəmləndirmək Naxçıvan MR Ali Məhkəməsində ona verdiyi imtina üçün əsas göstərdiyi hallardan və birinci instansiya məhkəməsində verdiyi izahat və mülahizədən fərqli olaraq qərəzli və məqsədli şəkildə 19 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyi verərək indidə onun 11 il 9 ay 25 gün xüsusi iş stajının olmasını göstərmişdir. Cavabdeh orqanın rəyində qeyd olunan dövrlər üzrə mənim fərdi uçot məlumatlarıma əsasən stajının hesablanmamasını göstərmişdir. Yəni, c avabdeh inzibati orqanın ona və məhkəmələrdə hərdən bir cür cavab verməsi, yanaşması belə qanunsuzdur. Bütün bu ziddiyyətli cavabları, yanaşmaları Naxçıvan MR Ali Məhkəməsi tərəfindən əsaslı araşdırılmadan əsassız və qanunsuz qərar qəbul etmişdir.
20. Cavabdeh təşkilat və Naxçıvan MR Ali Məhkəməsi əmək kitabçasındakı müvafiq qeydlərin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hissəsinin X1 Sistemində öz əksini tapmamasını onun hərəkət və ya hərəkətsizliyinin nəticəsi kimi qiymətləndirmişdir. Hesab edir ki, cavabdeh təşkilatın bu hərəkətləri və onun bu qanunsuz hərəkətlərini müdafiə edən Naxçıvan MR Ali Məhkəməsinin qərarı onun hüquqlarını əsassız olaraq pozulması ilə nəticələnmişdir. X1 Sistemində müvafiq qeydlərin müəyyən oluna bilməməsi bu və ya digər səbəblərdən mümkün olmam ası onun təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məsələ ilə bağlı oxşar hüquqi mövqelər Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1307/2021 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (102)-313/2022 nömrəli qərarlarında da öz əksini tapmışdır. Qeyd etməyi xüsusilə zəruri hesab edirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır.
21. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçasında 12 il 10 ay 14 gün xüsusi iş stajı görsəni r.
22. MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Naxçıvan MR Ali Məhkəməsi iş materialında mövcud olan sübutları obyektiv, qərəzsiz və hərtərəfli araşdırmamış və nəticədə sübutlara düzgün qiymət vermədən xx.xx.2025-ci il tarixli, 2-1(108)-2/2025 nömrəli qərar qəbul etmişdir. Əgər məhkəmə obyektiv olsa idi, cavabdeh orqanın qərəzli, ziddiyyətli cavablarını, işin hallarını tam araşdıraraq düzgün qərar vermiş olardı. Məhkəmə ziddiyyətli, qərəzli və əsassız mövqeyi müdafiə edərək göstərilən prosessual normanın tələbini pozmuş olmuşdur.
23. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kas sasiya şikayətində qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdir mədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edi lmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 2-1(108)-2/2025 saylı qərarla yuxarıda göstərilmiş nəticəyə gələrkən, qərarında göstərmişdir ki, “Mütəxəssis rəyi məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiqi olunmuş və İddiaçı qanunvericiliklə tələb olunan 12 il 6 ay xüsusi iş stajına qarşı 11 il 9 ay 25 gün əl ilə elektrik qaynaqçısı peşəsində xüsusi iş stajının olması müəyyən edilmişdir.”
28. Daha sonra apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, “Hazırk ı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının 25 ildən artıq ümumi iş stajı vardır. Lakin, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtlərindən biri olan ümumi iş stajının ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə toplamalı olması şərti iddiaçıya münasibətdə mövcud deyil. Belə ki, işin hərtərəfli araşdırılması ilə müəyyən olunmuşdur ki, İddiaçı fərdi uçot məlumatlarına əsasən onun 2006-cı ilin yanvarın 1-dən sonra iddia tələbində göstərdiyi xx.xx.2022-ci il tarixədək əl ilə qaynaqçı peşəsində işlədiyi Naxçıvan MR Nazirlər Kabineti yanında X10 İdarəsində, “X5” MMC-də, Babək Rayon Meliorasiya və Su təsərrüfatı İdarəsində, "xxxx" MMC-də və hazırda işlədiyi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində ümumilikdə 11 (on bir) il 9 (doqquz) ay 25 (iyirmi beş) gün xüsusi iş stajı mövcuddur. Cavabdeh qeyd edilən dövrlər üzrə iddiaçının fərdi uçot məlumatlarına əsasən məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müddətin iş stajı kimi nəzərə alındığını göstərmişdir.”
29. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası artıq burada qeyd etməyi zəruri hesab edir ki, cavabdehin məhkəməyə verdiyi şikayətində yazılmışdır ki, “İddiaçı xx.xx.2021-ci il tarixdən bu günədək Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində 7- ci dərəcəli qaynaqçı vəzifəsində işləyir. İddiaçı əmək kitabçasındakı qeydlərə və Naxçıvan MR Dövlət Arxivi tərəfindən təqdim edilmiş arayışa əsasən, onun əmək fəaliyyətinə başladığı 1976-cı il tarixdən 2021 -ci il tarixədək 37 il 8 ay 18 gün ümumi, 12 il 10 ay 14 gün xüsusi iş stajı vardır. Lakin iddiaçının əmək kitabçasında olan qeydlərə əsasən xüsusi iş stajları X1 Sistemi ilə qarşılıqlı yoxlanılması zamanı təsdiq olunan ümumi iş stajı 01.01 2006-cı il tarixdən 31.12 2022-ci il tarixədək 11 il 11 ay 22 gün təşkil etmişdir. Beləliklə, İddiaçı tələb olunan 25 il ümumi iş stajı təsdiq olunsa da, 12 il 6 ay xüsusi iş stajı təsdiq olunmadığı üçün ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edilmişdir.”
30. Beləliklə, yuxarıda göstərilənlərdən göründüyü kimi, xüsusi iş stajı ilə bağlı məhkəmənin və hətta cavabdehin göstərdiyi rəqəmlər arasında uyğu nsuzluq mövcuddur.
31. Belə ki, məhkəmə apellyasiya instansiyası məhkəməsi öz qərarının əsaslandırıcı hissəsində iddiaçının xüsusi iş stajının (peşəsi əl ilə qaynaqçı-qeyd: Ali Məhkəmənindir) xx.xx.2022-ci il tarixinə ümumilikdə 11 il 9 ay 25 gün kimi göstərdiyi halda, cavabdehin məhkəməyə verdiyi şikayətində (iddiaya dair etirazda-qeyd: Ali Məhkəmənindir) iddiaçının iş stajları X1 Sistemi ilə qarşılıqlı yoxlanılması zamanı təsdiq olunan ümumi iş stajı xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 11 il 11 ay 22 gün olaraq yazılmış, halbuki həmin şikayətdə cavabdeh göstərmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlərə və Naxçıvan MR Dövlət Arxivi tərəfindən təqdim edilmiş arayışa əsasən, onun əmək fəaliyyətinə başladığı 1976-cı il tarixdən 2021-ci il tarixədək 37 il 8 ay 18 gün ü mumi,12 il 10 ay 14 gün xüsusi iş stajı vardır.
32. Göründüyü kimi, iddiaçının xüsusi iş stajı ilə əlaqədar olan rəqəmlər arasında fərq vardır, lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi inzibati mübahisənin düzgün həll edilməsi üçün böyük əhəmiyyət kəsb edən həmin məqamı araşdırmalı olduğu halda, bunu etməmiş, buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə təkrar baxıldığı zaman inzibati mübahisənin bu xüsusatı tam, hərtərəfli və diqqətlə tədqiq edilməlidir.
33. Sözügedən məsələ həm də ona görə önəmlidir ki, iddiaçıya məhkəmələr tərəfindən təqaüdə çıxma yaşı 61 yaşından müəyyən edilmişdir.
34. Eyni zamanda hazırkı işdə xüsusi önəm daşıyan digər bir məqam ondan ibarətdir ki, iddiaçı hal-hazırkı tarixə qədər 7-ci dərəcəli qaynaqçı vəzifəsində xx.xx.2021-ci il tari xdən fasiləsiz çöl şəraitində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində işləyir və bu işin təkzib olunmaz faktıdır.
35. Lakin işin bu mühüm halı apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə nəzərə alınmamış, halbuki iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməsində həmin məqam xüsusi əhəmiyyətə malikdir.
36. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, işə apellyasiya məhkəməsində təkrar baxıldığı zaman yuxarıda göstərilənlər mütləq qaydada nəzərə alınmaqla, İPM-in 13-cü maddəsinin tələbləri baxımından iddiaçıya yardım edilməklə, onun təqaüdünün təyin edilməsi düzgün aparılmalı, bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməlidir.
37. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-2/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.