Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1292/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mübahisələndirmə haqqında iddianın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 2-1(103)-830/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmi ş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 20 may 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 209 nömrəli sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh başçısı xx.xx.2016-cı il tarixli 350 №-li Sərəncam vermişdir. Sərəncama əsasən Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində 2.99 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir.
3. Sərəncama əsasən "xxxx" MMC-yə Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində ol an torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. İddiaçı MTK tərəfindən yuxarıda göstərilən istiqamətdə böyük işlər görülmüş, həmin ərazidə bütün sakinlərə müavinətlər verilməklə onları müvəqqəti yaşayış sahələrinə köçürmüşdür.
4. Məhkəməyə müraciətlərinin mahiyyəti yuxarıda qeyd olunan işlərin görülməsi ilə əlaqədar "xxxx" MMC-nin daimi istifadəsinə ayrılmış torpaq sahəsi ilə bağlı cavabdeh tərəfindən aparılan qanunsuz hərəkətlərdir. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0,0137 ha torpaq sahəsindəki 29 nömrəli, 1 (bir) mərtəbəli binada (fərdi ev tikilisində) yerləşən, 2020-ci ilin avqust ayına kimi mövcud olan 36 nömrəli fərdi mənzil paylı mülkiyyət hüququ üzrə - X2 adına 2/3 hissə, X3 adına 1/3 hissə olmaqla daşınmaz əmlakın dövlət reyest rində xx.xx.2007-ci il qeydiyyat tarixi, ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Onların mülkiyyət hüququ təsdiq edən MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Qeyd olunan çıxarışdan da görünür ki, üçüncü şəxslərə məxsus sahə yaşayış sahəsindən ibarət olmuşdur. 5. 2017-ci il tarixdə ərizə ilə X5 və X1 Rayon İcra Hakimiyyətinə müraciət edib, mülkiyyətlərində olan sözügedən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə razılıq verilməsini, onlara məxsus yaşayış sahəsinin qeyri-qanuni olaraq qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmişlər. Nərimanov RİH Başçısı, xx.xx.2017-ci il tarixli, 209 nömrəli sərəncamı ilə ünvan 1 ünvanda yerləşən, sahəsi 64.65 kv.m. olan 36 nömrəli mənzilin mövcud istifadə vəziyyətində qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilmişdir v ə bu icazə dövlət tərəfindən müəyyən etdiyi öhdəliklərin İddiaçı MTK-ya yerinə yetirilməsində ciddi problemlər yaratmış, həmin ərazinin eyni İcra Hakimiyyəti tərəfindən "xxxx" MTK üçün ayrıldığı və Fövqəladə Hallar Nazirliyi tərəfindən istifadə üçün yararsız hesab olunduğu halda əsassız olmaqla mülkiyyətçilər X5 və X6 və İddiaçı MTK arasında mülki məhkəmə qaydasında çəkişməsinə səbəb olmuşdur. Cavabdehin etirazları:
6. Cavabdeh etirazında göstərmişdir ki, Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən X7 icrasının təmin edilməsi məqsədilə Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli 350 №-li Sərəncamı ilə rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhməd bəy Ağaoğlu küçələrinin və Xətai prospektinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzi lli yaşayış binalarının tikintisinin aparılması və həmin ərazidə 2,99 ha torpaq sahəsinin İddiaçı MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Mübahisə predmeti olan Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli 350 №-li Sərəncamının bəndləri Nazirlər Kabinetinin sözügedən qərarının müddəalarını təkrarlayır. Eləcə də mübahisə predmeti olan və iddiaçılar tərəfindən inzibati akt hesab edilən xx.xx.2016-cı il tarixli 013 saylı Ayrıc aktı Nərimanov RİH başçısının sözügedən Sərəncamının və Nazirlər Kabinetinin qərarının icrasına yönəlmiş törəmə sənəddir.
7. Bu məsələlərlə əlaqədar, Nərimanov RİH ilə İddiaçı MMC arasında xx.xx.2016-cı il tarixli müqavilə imzalanmışdır. Müqavilənin 2.3.-cü bəndinə əsasən: söküntü ilə əlaqədar ərazidə yerləşən binaların sakinlərinin köçürülməsi ilə əlaqədar sakinlərə 2 aydan gec olmayaraq razılaşdırma əldə edərək müqavilələrin imzalanması tapşırılmışdır. İstər Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li Qərarında, istər Nəriman Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 350 №-li Sərəncamında, istərsə də İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016cı il tarixli Müqavilədə nəzərdə tutulmuş müddəalara və öhdəliyə uyğun cavabdehə münasibətdə İddiaçı MMC tərəfindən hər hansı hərəkətlər edilməmişdir. Belə olan halda hesab edirlər ki, İddiaçı MMC tərəfindən “ünvan 2 ünvanda yerləşən, sahəsi 64,65 kv.m. olan 36 №-li mənzilin mövcud istifadə vəziyyətində qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi” barədə Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 209 №-li Sərəncamının ləğv edilməsinə dair id dia tələbi əsassızdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərardadı ilə, X5 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
9. Bakı İnzibati Məhkəməsinin (hakim H.A.Ağalarov) 5 oktyabr 2022-ci il tarixli, 21(112)-8945/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması iddiaçının məsuliyyət sferasına aid edilməlidir.
11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçü n birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 2-1(103)-830/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə iddianın mümkün sayılmaması əsası olaraq, məhz qanunvericiliyin nəzərdə tutduğu müddətin ötürülməsini göstərmişdir. Lakin iddiaçı "xxxx" MTK tərəfindən qanunvericiliyin tələb etdiyi iddia müddəti ötürülməmişdir və buna görə də iddia mümkün sayılmalıdır. İşə əlavə olunan materiallardan da görünür ki, ’’Poleks” MTK Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 209 nömrəli sərəncamından yalnız iş üzrə üçüncü şəxslər qismində cəlb edilmiş X5 və X6 tərəfindən xx.xx.2020-ci il tarixdə ’’Poleks” MTK-ya qarşı kompensasiya və vurulmuş zərərin ödənilməsi barədə iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edərkən xəbərdar olmuşdur. Lakin həmin vaxt MTK tərəfindən iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunacağı təqdirdə bu mülki məhkəmə icraatına mane o lacaqdı. Bu səbəbdən də MTK tərəfindən iş üzrə mülki məhkəmə icraatının yekunlaşması və apellyasiya məhkəməsində davam edən icraatın bitməsi və yekun məhkəmə aktının qəbul edilməsi gözlənilmiş, yalnız bundan sonra iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Bu səbəbdən də hesab edilir ki, iddia ərizəsinin verilməsi üçün qanunvericiliyin nəzərdə tutduğu müddət ötürülməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarını n tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bil ər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
21. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü k imi, mübahisə predmeti olan Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 209 nömrəli sərəncamı üçüncü şəxslər tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya qarşı məhkəmədə iddia qaldırılarkən (sərəncamın surəti iddia ərizəsinə əlavə edilmişdir) və həmin məhkəmə icraatının gedişində (yekun məhkəmə aktı xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir) hazırkı iş üzrə iddiaçıya məlum olmuşdur. Bu xüsusat iddiaçı tərəfindən təkzib edilmir. Belə olan halda, iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi ilə bağlı əlavə araşdırma aparılmasına zərurət qalmır.
22. Beləliklə, iddiaçı 2017-ci ildə qəbul edilmiş həmin sərəncamı qanunla müəyyən edilmiş müddətdə mübahisələndirməmiş, sərəncamın ona münasibətdə yaratdığı nəticə ilə razılaşmış, yalnız 2022-ci ilin may ayında hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
23. İddianın verilməsi üçün İPM-in 38.1-ci maddəsində müəyyən edilmiş prosessual müddətin iddiaçı tərəfindən ötürüldüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
24. İcraat üzrə prosessual xərclər İPM-in 110.1-ci maddəsinə əsasən həll edilir.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 21(103)-830/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. İcraat üzrə prosessual xərclər iddiaçıya aid edilir. Qərar qətidir.