Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1293/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1936, FİN:xxxxxxx) cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə (üçüncü şəxslər X10, Rəhimova Aidə Şahin qızı, Əliyeva (Məmmədova) Xalidə Şahin qızı) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103 )-986/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarından üçüncü şəxs Rəhimova Aidə Şahin qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli 31 yanvar 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 01 sentyabr 2020-ci il tarixli arayışda qeyd olunmuşdur ki, Nümayəndə, İddiaçı, X10, X11, X8, Rəhimova Aid ə Şahin qızı, X1 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-22/2020 nömrəli 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş və ilk iddia üzrə cavabdehlər X1, X10, Rəhimova Aidə Şahin qızı, X2 ilk iddia üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 nömrəli evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar X1, X10, Rəhimova Aidə Şahin qızı, X2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddialarının rədd edilməsi qət edilmiş, hazırkı qətnamənin qanuni qüvvəyə minməsi cavabdehlər X1, X 10, Rəhimova Aidə Şahin qızı və X2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsas olduğu göstərilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1284/2021 nömrəli 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-22/2020 nömrəli, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən, yəni “X10, Rəhimova Aidə Şahin qızı və X2 ilk iddia üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 nömrəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsində ləğv edilmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər X10, Rəhimova Aidə Şa hin qızı və X3 qarşı “yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi" barədə iddia tələbinin təmin edilməməsi, qətnamənin “Hazırkı qətnamənin qanuni qüvvəyə minməsi cavabdehlər X1, X10, Rəhimova Aidə Şahin qızı və X2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsasdır.” hissəsində ləğv edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Xəzər rayon İcra Şöbəsinə ünvanlanmış 055-16002-1221 nömrəli 09 sentyabr 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-1284/2021 nömrəli icra vərəqinə əsasən X1 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbə si, R.Axundov küçəsi, döngə 11, ev 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 10 avqust 2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı, Nümayəndə, X10, X11, X8, Rəhimova Aidə Şahin qızı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
7. İddiaçının X10, Rəhimova Aidə Şahin qızı, X11, X4 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı müraciətindən cavabdeh tərəfindən ünvanlanmış 055-8840M-3221 nömrəli 11 may 2021-ci il tarixli məktubla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyya t haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinə istinad edilərək imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5, Rəhimova Aidə Şahin qızının, X2, X6, X4 hazırda mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10, Rəhimova Aidə Şahin qızı, X7, X11, X4 qeyd edilən evdə formal olaraq qeydiyyatda qalmaları artıq məhkəmələr tərəfindən müəyyən olunmuşdur. İddiaçı X10, Rəhimova Aidə Şahin qızı, X7, X11, X4 qeyd edilən mənzildən ( evdən) qeydiyyatdan çıxarılması barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə 5-ci hissəsinin tələblərinə istinad edərək məsələnin həllindən imtina etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7220/2021 nömrəli, 07 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim Ş.A.Həsənova) X10, Rəhimova Aidə Şahin qızı, X7, X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdurlar.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7220/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia tələbi təmin edilərək X10, Rəhimova Aidə Şahin qızı, Əliyeva (Məmmədova) Xalidə Şahin qızı və yetkinlik yaşına çatmayan X4 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Ax undov küçəsi, döngə 11, ev 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehə həvalə olunmuşdur.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının tam mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeydiyyatda olan üçüncü şəxslər, həmçinin yetkinlik yaşına çatmayan X8 həmin evdə yaşamadıqlarından, eləcə də onların həmin mənzildə istifadə hüququnun olmaması barədə sübut məhkəməyə təqdim edilmədiyindən həmin şəxslərin iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmamaları qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
13. Üçüncü şəxs Rəhimova Aidə Şahin qızı və digər üçüncü şəxslər X10, X11 ape llyasiya şikayətləri verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdirlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-986/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) üçüncü şəxslərin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7220/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Üçüncü şəxs Rəhimova Aidə Şahin qızı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti işin faktiki hallarına və Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qərarı haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə və s. istinad edilməklə tərtib olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərba ycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə
9. Şəxsin yaşayış yeri üzr ə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlər in və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. 20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixl i Qərarı
21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qə rarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏD LƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Avropa İnsan hüquqları Məhkəməs inin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.
28. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üz rə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzi bati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
29. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli fərdi yaşayış evinin iddiaçının tam mülkiyyətində olması, belə olan halda mülkiyyətçinin ona məxsus mənzildə qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malik olması barədə mövqeyi, eləcə də qeydiyyatda olan üçüncü şəxslər, həmçinin yetkinlik yaşına çatmayan X4 həmin evdə yaşamadıqlarına görə onların sözügedən mənzildə istifadə hüququnun olmaması sübuta yetirildiyindən həmin şəxslərin iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmamalarının qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətl əndirilməsi əsaslı olmuşdur.
30. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-986/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.