Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1293/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(105)-103/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2004-cü ildə ilkin təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı il tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Şəxsin əlillik müddətinin bitdiyi xx.xx.2021-ci ildən sonra informasiya sisteminin “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən yeni göndəriş (Forma-088) daxil olmamışdır
2. X5 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 187 saylı arxiv arayışı ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1975-ci il tarixli 95 saylı əmrlə N.Nərimanov adına sovxozda işləmiş, xx.xx.1987-ci il tarixli 148 saylı əmrlə 19 iş günü müddətinə növbəti məzuniyyətə buraxılmışdır. 1975-1987-ci illərdə Şamaxı rayonu N.Nərimanov adına sovxozda işləmişdir.
3. X5 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 187 saylı arxiv arayışı ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1975-ci il tarixli 95 saylı əmrlə N.Nərimanov adına sovxozda işləmiş, xx.xx.1987-ci il tarixli 148 saylı əmrlə 19 iş günü müddətinə növbəti məzuniyyətə buraxılmışdır. 1975-1987-ci illərdə Şamaxı rayonu N.Nərimanov adına sovxozda işləmişdir.
4. X5 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 242 saylı arxiv arayışı və əmək haqqı cədvəlləri ilə müəyyən olunur ki, Səftərova (Nuriyeva) Əpruz Ağasəf qızı 1975-ci ilin may-iyul, sentyabr-dekabr ayları, 1976-cı ilin yanvar–iyul və sentyabr– dekabr ayları, 1977-ci ilin yanvar–iyul və sentyabr– dekabr ayları,1978-ci ilin yanvaroktyabr ayları,1979-cu ilin aprel-iyul və sentyabr-dekabr ayları,1980-1981-ci illər, 1982- ilin mart-dekabr ayları,1983-cü il,1984-cü ilin yanvar-may ayları,1985-ci ilin mart-dekabr ayları,1986-cı ilin fevral-iyun avqust, oktyabr və dekabr ayları,1987-cilin yanvar-iyun, sentyabr-oktyabr və dekabr ayları Şamaxı rayonu N.Nərimanov adına sovxozda işləmiş və əmək haqqı almışdır
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
6. Cavabdeh 5 fevral 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Sözügedən Qaydaların 3.2.- ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Müraciətlə əlaqədar bildirilmişdir ki əmək kitabçası və əmək fəaliyyəti barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarını təqdim etdikdən sonra onun yaşa görə əmək pensiyasının yenidən hesablanmasına baxıla bilər. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Eyni zam anda Qanunun 7-ci maddəsinə əsasən hal-hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 20 sentyabr 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 1975-ci ilin may-iyul, sentyabr-dekabr ayları, 1976-cı ilin yanvar–iyul və sentyabr– dekabr ayları, 1977-ci ilin yanvar–iyul və sentyabr–dekabr ayları,1978-ci ilin yanvaroktyabr ayları,1979-cu ilin aprel-iyul və sentyabr-dekabr ayları,1980-1981-ci illər, 1982- ilin mart-dekabr ayları,1983-cü il,1984-cü ilin yanvar-may ayları, 1985-ci ilin mart-dekabr ayları, 1986-cı ilin fevral-iyun avqust, oktyabr və dekabr ayları,1987-ci ilin yanvar-iyun, sentyabr-okt yabr və dekabr aylarında Şamaxı rayonu N.Nərimanov sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu il tarixdə Şamaxı rayonu Yekəxana kəndində anadan olmuşdur. Çoxuşaqlı anadır, 6 uşaq doğub böyütmüşdür. 2004-cü ildən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlilliyə görə təyin edilmiş əmək pensiyasının verilməsi 2021-ci il tarixdən dayandırılmışdır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən ona xx.xx.2007-ci il tarixdən çoxuşaqlı a na kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh orqan bundan imtina etmişdir.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajı qanunla tələb olunan müddətdən az olduğu üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Şamaxı rayonu “Nərimanov” adına sovxozda işləməsinə dair arxiv arayışı təqdim etmişdir. Lakin həmin dövr onun əmək kitabçasında qeyd edilməmişdir. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 1 sentyabr 2022 -ci il tarixli, 2-1(118)1729/2022 nömrəli qərarı (hakim: X3) ilə iddia təmin edilmiş, iddiaçının Şamaxı r ayonu, N.Nərimanov adına Sovxozda 1975-ci ildən 1988-ci ilə kimi fəhlə vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 27 oktyabr 2009-cu il tarixli 904-İİİQD saylı Qanunu qüvvəyə minənədək yaranmışdır. İddiaçının qazanılmış pensiya hüququnun reallaşdırılması ilə bağlı müraciətinin 01 yanvar 2010-cu il tarixdən sonraya (qanunvericiliyə edilmiş yeni dəyişikliklərin qüvvəyə minməsindən sonraya) təsadüf etməsi ona pensiya təyin edilməməsinə əsas verə bilməz. Belə ki, iddiaçının hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun normaları şəxsin müraciətinin məhz ona müvafiq hüquq verən müddəanın qüvvədə olduğu müddətlərdə edilməli olduğuna dair imperativ qayda nəzərdə tutmurdu, əksinə, qanunverici bunu şəxsin müraciəti ilə əlaqələndirməklə onun seçimindən asılı edirdi.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023cü il tarixli, 2-1(105)-103/2023 nömrəli qərarı (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X2 və X7) ilə Sumqayıt İnzibati Məhkəməsinin 1 sentyabr 2022 -ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən, müxtəlif p ensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Məhkəmənin nəzərinə çatdırırıq ki, İddiaçı xx.xx.2004-cü il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş və iddiaçı qeyd edilən pensiya hüququnu xx.xx.2021-ci il tarixədək həyata keçirmişdir. Həmin dövrdə İddiaçı pensiya təyinatının dəyişdirilməsi barədə öz arzusunu bildirməmişdir. Beləliklə, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2006-cı il tarixli redaksiyasının 8-ci maddəsinə əsasən xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi qanunaziddir. Belə ki, o xx.xx.2004-cü il tarixdən xx.xx.2021-ci il tarixədək 2-ci qrup əlilliyə görə əmək pensiyası almışdır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təh lil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1 -ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunver ici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər b. kassasiya şikayətinə etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə
5. Pensiya seçmək hüququ 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. [25] Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. [ 26] Maddə
8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər 8.1. Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. [28] 8.2. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. [29] 8.3. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 20. “Əmək pensiyaları haqqında” Qanun: (xx.xx.2010-cu il tarixədək olan redaksiya) Maddə 8.1 Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası almaq hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; 5 uşağı olanlar - 49 yaşına çatdıqda; 6 uşağı olanlar - 48 yaşına çatdıqda; 7 uşağı olanlar - 47 yaşına çatdıqda; 8 uşağı olanlar - 46 yaşına çatdıqda; 10 uşağı olanlar - 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.
21. İnzibati Prosessual Məcəllə: Madd ə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəm ə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərmə yə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazı rkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə işin faktiki halları tam və hərtərəfli olaraq araşdırılmamışdır.
25. Ona görə də, kassasiya şikayəti qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir
26. Məhkəmə kollegiyasının bu qənaəti aşağıdakı səbəblərdən irəli gəlir
27. İşin halları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2004-cü il tarixdən ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir, xx.xx.2021-ci il tarixdə əlilliyin müddəti bitdiyindən təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Daha sonra iddiaçı 2022-ci ilin yanvar ayında yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərarda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 7-ci və 8.1-ci maddəsinə istinad edilməsi və hazırkı şərtlər daxilində iddiaçıya münasibətdə həmin normanın tətbiqi qanuni hesab edilə bilməz. Belə ki, iddiaçının 48 yaşına çatması, 5 ildən artıq sığo rta stajına malik olması, 6 uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi 8.1-ci maddədə dəyişiklik edilənədək (2007- ci ildə) baş vermiş, bununla da o, qanunda dəyişiklik edilənək altı uşaqlı ana kimi əmək pensiyası hüququ əldə etmişdir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının pensiya hüququ yarandığı dövrdə qüvvədə olan pensiya qanunvericiliyində altı uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 48 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququnun olması nəzərdə tutulmuşdu.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının müraciət etdiyi tarixdə mövcud olmuş qanunvericilik normaları tətbiq edilməlidir.
30. Belə ki, əmək pensiyaları haqqında qanunvericiliyə əsasən A zərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmçinin əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.
31. İşin hallarına görə iddiaçının xx.xx.2007-ci il tarixdə həm yaşa görə əmək pensiyası həm də əlilliyə görə əmək pensiyası hüququ mövcud olmuşdur. Lakin iddiaçı yaşa görə pensiya hüququndan istifadə etməyərək əlilliyə görə əmək pensiyası almaqda davam etmişdir. Daha sonra iddiaçının əlillik müddəti bitdiyindən əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Daha sonra iddiaçı cavabdeh orqana müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
32. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün apellyasiya instansiyası məhkəməsi xx.xx.2007-ci il tarixdə qüvvədə olan qanunvericiliyə deyil, iddiaçının müraciət etdiyi tarixdə, yəni hüquqdan istifadə etmək istədiyi tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7 və 8-ci maddələrinə uyğun araşdırma aparmalı, həmin qanunvericiliyə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin mövcudluğu yoxlanılmalıdır.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki hallar yuxarıda istinad olunan normalara uyğun olaraq tam və hərtərəfli yoxlanılmamış, sübutlar tam və hərtərəfli araşdırılmamışdır.
34. Odur ki, cavabdehin kassasiya şikayəti əsaslı olduğund an qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət olduğundan iddianın rədd olunması hissəsində şikayət təmin olunmamalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(105)-103/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin Qərar qətidir.