Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1294/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və qeyrilərinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi; müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və qeyrilərinə qarşı “əmək kitabçasının verilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 f evral 2022-ci il tarixli, 2-1(103)-1100/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya əmək kitabçasının verilməsi və digər tələblərinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2-1(112)-11978/2021 nömrəli qərardadı ilə (hakim F.İ.Mədətli) iddia mümkün sayılmamışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2-1 (103)-1100/2022 nömrəli qərardadı ilə (sədrlik edən A.P.Oruczadə, hakimlər E.C.Kazımov və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2-1(112)-11978/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı 25 fevral 2022-ci il tarixində ərizə verərək ona dövlət büdcəsi hesabına vəkil təyin edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2022-ci il tarixli 2-1(103)-1100/2022 nömrəli qərardadına əsasən ərizə təmin edilmiş, 11 aprel 2022-ci il tarixində iddiaçı vəkillə təmin olunmuşdur.
6. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2-1(103)-1100/2022 nömrəli qərardadının ləğv edilməsini, iddianın təmin edilmə sini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2-1(103)-1100/2022 nömrəli qərardadı iddiaçıya 4 mart 2022-ci il tarixində təqdim edilmiş, iddiaçı şəxsən tərtib etdiyi kassasiya şikayətini 10 may 2022-ci il tarixində, vəkil tərəfindən tərtib olunmuş kassasiya şikayətini isə 24 may 2022-ci il tarixində apellyasiya instansiyası məhkəməsinə vermişdir.
8. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək ötürülmüş prosessual müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş, müddətin ötürülmə səbəbi kimi dövlət hesabına təyin olunmuş vəkil tərəfindən kassasiya şikayətinin gec tərtib edilməsini göstərmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Mə cəlləsi (İPM): Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrin də nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.
10. Ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
11. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
12. İddiaçı ərizənin əsası kimi qeyd edir ki, o, özünün tərtib etdiyi kassasiya şikayətini vaxtında vermiş, sonradan ona dövlət hesabına vəkil təyin olunmuş, vəkil tərəfindən yenidən kassasiya şikayəti tərtib olunaraq məhkəməyə təqdim edilmiş, bu zaman isə iddiaçının iradəsindən asılı olmayan səbəblərdən kassasiya şikayətinin tərtib olunaraq məhkəməyə təqdim edilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür.
13. Məhkəmə kollegiyası ərizənin dəlillərini əsaslı hesab etmir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2-1(103)1100/2022 nömrəli qərardadı iddiaçıya 4 mart 2022-ci il tarixində təqdim edilmiş, iddiaçı özü tərtib edərək imzaladığı kassa siya şikayətini 10 may 2022-ci il tarixində məhkəməyə təqdim etmiş, bununla da qərardaddan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddətini ötürmüşdür. Göründüyü kimi, iddiaçının sözügedən kassasiya şikayətini vaxtında verməsinə dair dəlilləri öz təsdiqini tapmır. Sözügedən şikayətlə bağlı iki pozuntuya yol verilmiş, həm prosessual müddət ötürülmüş, həm də şikayət vəkil tərəfindən imzalanmamışdır.
14. Vəkil tərəfindən imzalanaraq 24 may 2022-ci il tarixində elektron kabinetə yerləşdirilmiş kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayət üzrə də 10 günlük prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı 11 aprel 2022-ci il tarixində vəkillə təmin olunsa da, vəkil tərəfindən tərtib olunmuş kassasiya şikayəti 24 may 2022-ci il tari xində elektron kabinet vasitəsi ilə apellyasiya instansiyası məhkəməsinə verilmişdir.
15. Qərardaddan şikayətin vaxtında verilməsi imkanını mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.
16. Beləliklə, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır.
17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Prosessual müddətin bərpasına dair ərizə rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2-1(103)-1100/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.