Məhkəmə qərarları › İş №2-1(102)-1294/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1294/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1294/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti D aşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxs Abşeron rayon Fatmayı Bələdiyyəsi) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-95/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 26 may 2006-cı il tarixli, 190 saylı rəyi ilə Fatmayı bələdiyyəsinin perspektiv inkişaf fondundan İddiaçı 0.08 ha torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir.

2. Torpaq sahəsinin normativ dəyəri olan 40 0 (dörd yüz) manat xx.xx.2006-cı il tarixli, 27 saylı qəbzlə bələdiyyənin hesabına ödənilmişdir.

3. Abşeron rayon Fatmayı Bələdiyyəsinin 10 iyul 2006-cı il tarixli, 55/07 saylı Qərarı ilə DTXK Abşeron rayon şöbəsinin rəyi nəzərə alınmaqla Fatmayı bələdiyyəsinin hüdudları daxilində təhkim aktına əsasən 800 kv.m torpaq sahəsi İddiaçı fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə satılmışdır. 4. xx.xx.2006-cı il tarixli aktla qeyd edilən torpaq sahəsi ölçülüb, nişangahlar qoyulub iddiaçıya təhvil verilmiş, akt DTKX Abşeron rayon şöbəsinin müdiri, Fatmayı Bələdiyyəsinin sədri, sədr müavini və iddiaçı tərəfindən imzalanmışdır.

5. Torpağın alqı-satqısına dair müqavilə tərtib və təsdiq edilmişdir. 13 iyun 2006-cı il tarixli, 27 saylı ödəniş qəbzindən görünür ki, torpaq sahəsinin dəyəri tam şə kildə ödənilmişdir.

6. İş Abşeron rayon İcra Hakimiyyətinin rəyində qeyd edilir ki, Fatmayı bələdiyyəsinin müraciət məktubu əsasında kəndin sənədləşdirilməsi nəzərdə tutulan 0.08 ha torpaq sahəsinə yerində baxış keçirilmiş, vizual baxış zamanı torpaq sahəsinin yaşayış məntəqəsi hüdudları daxilində yerləşdiyi və sahədə hər hansı mühəndis-kommunikasiya xəttinin olmadığı aşkar edilmiş, təqdim olunmuş yerquruluşu planına əsasən sahəsi 0.08 ha olan torpaq sahəsinin ayrılması məqsədilə mülkiyyət hüququnun qeydiyyata alınmasına rəydə qeyd olunmuş şərtlər daxilində etiraz edilməmişdir.

7. Abşeron rayon Fatmayı bələdiyyəsinin məktubunda qeyd edilir ki, İddiaçı Fatmayı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 55/07 saylı qərarı ilə fərdi ev tikintisi üçün 0.08 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış 0.08 ha torpaq sahəsinə qanunvericiliyin tələbləri çərçivəsində dövlət reyestrindən çıxarışın verilməsinə Fatmayı bələdiyyəsi heç bir etiraz etməmişdir.

8. İddiaçı Abşeron rayonu, Fatmayı kəndində yerləşən ona ayrılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir.

9. Cavabdeh ərizənin icrasından imtina etmişdir. İmtinada bildirilmişdir ki, aparılan araşdırma zamanı Fatmayı Bələdiyyəsi tərəfindən İddiaçı 0,08 ha torpaq sahəsinin 10 iyul 2006-cı il tarixdə, 55/07 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 22 oktyabr 2021ci il, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 03 noyabr 2021-ci il tarixdə verildiyi müəyyən edilmişdir. Bundan başqa sözüg edən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (dinc) torpaqlara aid edildiyi qeyd edilmişdir. Həmçinin müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanuna müvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Abşeron rayonu, Fatmayı bələdiyyəsinin 10 iyul 2006-cı il tarixli 55/07 saylı qərarı ilə ona ayrılmış və “Torpağın alqı-satqısına dair müqavilə” ilə satılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə q oyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Fatmayı bələdiyyəsinin 10 iyul 2006-cı il tarixli, 55/07 saylı qərarı ilə ona ayrılmış və “Torpağın alqı-satqısına dair müqavilə” ilə satılmış 0,08 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilmiş və bu barədə ona xx.xx.2021-ci il tarixli, **********57 nömrəli, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə Bildiriş” verilmişdir.

12. Bildiriş ona rəsmi qaydada 15 dekabr 2021-ci il tarixdə təqdim edilmişdir. Bildirişdə imtinanın “əsası” kimi göstərilmişdir ki, “Abşeron rayonu, Fatmayı bələdiyyəsi tərəfindən İddiaçı 0,08 ha torpaq sahəsinin xx.xx.2006-cı il ta rixdə, 55/07 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktına dair müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 03 noyabr 2021-ci il tarixdə verildiyi müəyyən edilmişdir”. Qərarda həmçinin göstərilir ki, “Abşeron rayonu, Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin) möhürü ilə təsdiq edilmədiyi müəyyən edilmişdir”. İddiaçı göstərir ki, 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən qəbul edilmiş bu imtina qərarı qanunsuz olduğundan ləğv edilməli, cavabdehin üzərinə Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində onun hüquqlarımın qeydiyyata alınması vəzifəsi qoyulmalıdır.

13. Abşeron rayonu, Fatmayı bələdiyyəsinin 10 iyul 2006-cı il tarixli, 55/ 07 saylı qərarı ilə ona həmin kənddə 0,08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və “Torpağın alqı-satqısına dair müqavilə” ilə satılmışdır. Torpaq sahəsinin normativ dəyəri olan 400 (dörd yüz) manat tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Abşeron rayon Bələdiyyəsi torpaq sahəsinin ayrılması barədə qərar qəbul etməzdən əvvəl o zamankı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinə müraciət etmiş, həmin şöbənin xx.xx.20006-cı il tarixli, 190 nömrəli rəyi ilə mənə və digər şəxslərə müvafiq torpaq sahələrinin ayrılmasına etiraz edilmədiyi göstərilmişdir. İddiaçı tərəfindən torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması üçün DƏDRX- nin 4 saylı Abşeron ərazi idarəsinə müraciət edildikdən sonra həmin idarə tərəfindən Fatm ayı bələdiyyəsinə müraciət edilmiş, Bələdiyyənin xx.xx.2021-ci il tarixli, 259 saylı məktubu ilə müvafiq torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilərək dövlət reyestrindən çıxarışın verilməsinə etiraz edilmədiyi bildirilmişdir.

14. Eyni zamanda, cavabdeh təşkilatın tələbi ilə Fatmayı Bələdiyyəsi iddiaçıya məlum olmayan səbəblərdən bir daha Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə müraciət etmiş, həmin şöbənin 03.1 1.2021-ci il tarixli, 6/X/1750 saylı rəyi ilə torpaq sahəsinə vizual baxış keçirildiyi, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına etiraz edilmədiyi bildirilmişdir. Əlavə olaraq, ona torpaq sahəsinin ayrılmasına dair qərara Abşeron rayonu, Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarış əlavə edilmiş, həmin yerquruluşu planından çıxarış bələdiyyənin və Abşeron rayon İcra Hakimiyyətinin möhürü, bələdiyyə sədrinin və Abşeron rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdirinin imzalan ilə təsdiq edilmişdir. İddiaçı iddia ərizəsində Torpaq Məcəlləsinin 56-cı, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 4.0.2, 5.1, 6.2, 7.1-ci maddələrinə və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-1İQ №li qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə istinad etməklə göstərir ki, bələdiyyə qərarı hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

15. Cavabdeh iddiaya qarşı yazıl ı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Fatmayı Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 10 iyul 2006-cı il tarixdə, 55/07 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 22 oktyabr 2021-ci il, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 03 noyabr 2021-ci il tarixdə verildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir.

16. Bundan başqa sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (dinc) torpaqlara aid edildiyi qeyd edilmişdir. Həmçinin müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarl ıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Etirazda torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə, Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanına istinad olunmaqla göstərilir ki, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir.

17. Etirazda həmçinin göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə o rqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativhüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları”na Əlavədən- “Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır.

18. Sumqayıt İnzibati Məhkəməsinin 2 mart 2022-ci il tarixli qərardadı ilə Abşeron rayon Fatmayı Bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

19. Sumqayıt İnzibati Məhkəməsinin 2-1 (118)-700/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim İ.R.Quliyev) iddianın təmin edilərək, Abşeron rayonu, Fatmayı bələdiyyəsinin 10 iyul 2006-cı il tarixli 55/07 saylı qərarı ilə İddiaçı ayrılmış və “Torpağın alqı-satqısına dair müqavilə” ilə satılmış 0,08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

20. Məhkəmə qeyd etmişdir ki, bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquq ların əmələ gəlməsi üçün əsasdır və torpaq sahəsində hüquqların dövlət qeydiyyatına alınmasını mümkünsüz edən bir əsas yoxdur.

21. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-95/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edi lməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Fatmayı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 55/07 saylı qərarı ilə İddiaçı 0.08 ha torpaq sahəsi ayrılarkən icra hakimiyyəti orqanının memarlıq və şəhərsalma idarəsinin rəyini almamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları(kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

26. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçıya 0.08 ha torpaq sahəsi FatmayıBələdiyyəsinin10 iyul 2006-cı il tarixli 55/07 nömrəli qərarı ilə ayrılmışıdır. Alqısatqı akt isə qərardan 15 (on beş il ) il 3 (üç) ay sonra bağlanmışdır. Bununla yanaşı, həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun9.6.-cı maddəsi) alqı-satqı aktı deyil, alqısatqı müqaviləsi bağlanmalı idi. Göründüyü kimi, Fatmayi bələdiyyəsi torpaq sahəsi ayırarkən yol verdiyi kobud pozuntuları aradan qaldırmaq i stəyərkən göstərilən uyğunsuzluqlara və kobud səhvlərə yol vermişdir.

27. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən iddiaçı mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

29. A zərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi. 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi nə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən m üvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr;... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. Bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 31. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasın ın torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

32. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada tə qdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsin in qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qər arı).

37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

39. Hazırkı işdə iddiaçının hüquqi marağı Abşeron rayonu Fatmayı bələdiyyəsinin 10 iyul 2006-cı il tarixli 55/07 saylı qərarı ilə ona ayrılmış və “Torpağın alqı-satqısına dair müqavilə” ilə satılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına alınması ilə bağlıdır.

40. Cavabdeh tərəfindən verilmiş imtinada iddi açıya 0.08 ha torpaq sahəsi 10 iyul 2006-cı il tarixdə, 55/07 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktı 22 oktyabr 2021-ci il, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi isə 03 noyabr 2021-ci il tarixdə verilmiş, torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (dinc) torpaqlara aid edildiyi qeyd edilmişdir

41. İşin məhkəmələr tərəfindən araşdırılmış mütəxəssis rəyinə əsasən, Fatmayı kəndində yerləşən İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsinin əvvəllər elektron kadastr məlumat bazasında kənd təsərrüfatı kateqoriyalı ərazidə yerləşməsi göstərilmiş, halhazırda həmin torpaq sahəsi elektron kadastr məlumat bazasında yaşayı ş məntəqələri (K.P.İ) üçün nəzərdə tutulan ərazidə yerləşməsi müəyyən edilmişdir.

42. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedi ci sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. 43. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilə n icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.

44. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibat i orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz.

45. Göründüyü kimi məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə Fatmayı Bələdiyyəsinin müvafiq sərəncamının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sərəncam qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qü vvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Fatmayı Bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 10 iyul 2006-cı il tarixli, 55/07 saylı qərarı ilə həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

47. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisə nin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

48. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-95/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar