Məhkəmə qərarları › İş №2-1(102)-1295/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1295/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1295/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birdəfəlik ödəmənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1983-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iyul və avqust ayı üçün birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 30 mart 2022-ci il tarixli, 2-1(103)-887/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X7 çıxarışda iddiaçının ailə vəziyyətinin evli, ərinin xx.xx.1974-cü il təvəllüdlü X6 olduğu göstərilmişdir. İddiaçı 19 aprel 2020-ci il tarixdə 20 saylı Ərazi Məşğulluq Mərkəzi tərəfindən MAS-da işsiz kimi qeydiyyata alınmış və ona koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aprel ayı üçün 190 manat birdəfəlik ödəmə təyin edilmişdir.

2. İddiaçının X2 ilə 25 aprel 2020-ci il tarixdə “X11” MMC-də əmək müqaviləsi bağlanılmış, həmin əmək müqaviləsinə 1 iyul 2020-ci il tarixdə xitam verilmişdir.

3. E-X7 çıxarışa əsas ən, iddiaçının həyat yoldaşının adına aktiv əmək müqaviləsi olduğundan növbəti 190 manat birdəfəlik ödəmələrə stop qoyulmuşdur.

4. İddiaçı cavabdehin tabeliyində X3 20 saylı Ərazi Məşğulluq Mərkəzi Filialına müraciət edərək, 190 manat birdəfəlik ödəmənin təyin olunmasını xahiş etmişdir.

5. Cavabdehin tabeliyində X3 20 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının 8 oktyabr 2020-ci il tarixli, **********7 nömrəli məktubuna əsasən iddiaçıya koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aprel ayı üçün 190 manat birdəfəlik ödəmə təyin edilmişdir. Növbəti yoxlamalar zamanı əmək bildirişləri alt sistemindən əldə edilmiş məlumatlara əsasən onun X2nun adına əmək müqaviləsi olduğuna görə növbəti aylar üçün 190 manat birdəfəlik ödəmədən imtina edilmişd ir. Xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayandırılmışdır. X2 mərkəzdə 22 aprel 2020-ci il tarixdə işsiz kimi qeydiyyata alınmış, mərkəz tərəfindən ona 25 aprel 2020-ci il tarixdə “X11” MMC-də sosial işçi, ictimai işlər (əmək haqqı 250.00 manat) təklif olunmuş, təklif olunan işlər onu qane etdiyi üçün ona X9 (MAS) vasitəsilə elektron göndəriş verilmiş və o, işə qəbul olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 3-cü (iyul ayı üçün) və 4-cü (avqust ayı üçün) 190 manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qər ar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, evlidir, iki azyaşlı uşağı və əri ilə birlikdə yaşayır. X1 Mərkəzinə müraciət etsələr də, nə onu, nə də ərini işlə təmin etməmişlər. Hər dəfə demişlər ki, növbədə 700-dən çox işsiz var, həmin şəxsləri işlə təmin etsinlər, sonra isə onları münasib bir işlə təmin edərlər. Özü orta təhsillidir. Əri isə 8-ci sinfi bitirib, sənədi yoxdur. Müəyyən yerlərdə iş tapıb qeyri-rəsmi işləyir, çox vaxt isə işlədirlər, əmək haqqını ala bilmir. Evə cüzi qazanc gətirir, birtəhər dolanırlar. İmkanı olan qohumlar da kömək edir. Sərt karantin müddətində dövlət tərəfindən az təminatlı ailələrə verilən 1-ci 190 manat birdəfəlik ödəməni aprel ayında poçt vasitəsi ilə almışdır, 2-ci ödəməni isə bank tərəfindən verilən kart ilə almalı idi. Digər işsizlər kimi onun əri də, “X11” MMC-də 25 aprel 2020-ci il tarixdə işə götürülmüşdür. O və ailə üzvləri sevinmişlər ki, hər ay ailələrinin qazancı olacaq. Lakin, iki aydan sonra, yəni 1 iyul 2020-ci il tarixində əmək müqaviləsinə xitam verilmiş, həyat yoldaşı işsiz qalmışdır. 2-ci 190 manat birdəfəlik ödəməni əri işlədiyinə görə ala bilməmişlər. Ancaq iyul və avqust aylarında hər ikisi işsiz qalmışlar, ailələrinin qazancı olmamışdır. Buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aztəminatlı ailələrə verilən 3-cü və 4-cü 190 manat birdəfəlik ödəmələr bank tərəfindən verilmiş karta yüklənməmişdir.

8. Cavabdeh iddia tələbinə yazılı etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərar ı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydalarına uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin, iddiaçı və əri “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən, b irdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2.3.9-cu bəndinə əsasən, əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara 190 manat birdəfəlik ödəmənin verilməsi istisna edilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə d igər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. İddiaçı, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun qeydiyyata alınmış və 19 aprel 2020-ci il tarixində ona işsiz statusu verilmişdir. 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərar ilə təsdiq olunmuş Qaydaya uyğun olaraq iddiaçının məlumatları yoxlanılmış və ona aprel ayı üçün 190 manat birdəfəlik ödəmə verilmişdir. Daha sonra iddiaçının əri 25 aprel 2020-ci il tarixində “X11” MMC-də əmək müqaviləsi bağlayaraq işləməyə başlamışdır. Belə olan halda, 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərar ilə təsdiq olunmuş Qaydanın 2.3.9-cu yarımbəndinə uyğun olaraq (əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in "Əmək müqavilə si bildirişi” sistemində aktiv əmək müqaviləsi bildirişi olanlara) sonrakı aylar üçün birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(112)-1847/2021 nömrəli qərardadı (hakim A.A.Abdullayeva) ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

10. Şəki İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(116)-918/2021 nömrəli qərardadı (hakim V.Ə.Musayev) ilə inzibati iş aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 27 may 2021-ci il tarixli, 2-1(107)-291/2021 nömrəli qərardadı (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və İ.H.Şükürov) ilə iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1847/2021 nömrəli qərarı (hakim A.A.Abdullayeva) ilə iddia qismən təmin edilmiş, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli, 283 nömrəli Qərarına əsasən müəyyən edilmiş 190 (yüz doxsan) manat birdəfəlik ödəmənin iddiaçıya ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş, iddia digər hissədə rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 19 aprel 2020-ci il tarixdə 20 saylı Ərazi Məşğulluq Mərkəzi tərəfindən MAS-da işsiz kimi qeydiyyata alınmış, onun məlumatları yoxlanılmış və aprel ayı üçün 190 manat birdəfəli k ödəmə verilmişdir. Lakin daha sonra onun X2 25 aprel 2020-ci il tarixində “X11” MMC-də işlə təmin olunaraq onunla əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsi 1 iyul 2020-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçı hazırki iddia tələbində ona koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 216 nömrəli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli, 283 nömrəli Qərarları ilə müəyyən edilmiş 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsini tələb etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 216 nömrəli Qərarı qəbul edilən zaman iddiaçının ərinin adına aktiv əmək müqaviləsi bildirişi olmuş və o, həmin Qərara əsasən müəyyən edilmiş 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəməni almaq hüququna malik şəxs olmamışdır. Bu səbəbdən də, iddiaçının hazırki iddia tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 216 nömrəli qərarı ilə müəyyən edilmiş 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsi hissəsində təmin edilməməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli, 283 nömrəli Qərarı ilə müəyyən edilmiş 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsi hissəsində isə təmin edilməlidir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022 -ci il tarixli, 2-1(103)-887/2022 nömrəli qərarı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1847/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli, 127 nömrəli Qərarı ilə təsdiq edilmiş və sonradan müəyyən dəyişikliklər edilmiş “Koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na görə, iddiaçın ın birdəfəlik yardım almaq hüququ olmuş, onun birdəfəlik yardım almayan şəxslərin kateqoriyasına aid olmasına dair işdə hər hansı sübut olmamışdır. İmtina üçün əsas olan hallardan biri kimi iddiaçının həyat yoldaşının adına aktiv əmək müqaviləsinin olması göstərilmişdir. Halbuki, həmin əmək müqaviləsinə cavabdehin özünün də etiraf etdiyi kimi 1 iyul 2020-ci il tarixdə xitam verilmişdir. Belə olan halda, iddiaçıya Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli 283 nömrəli Qərarı ilə nəzərdə tutulmuş 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina əsassız olmuşdur.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

18. Cava bdeh hesab edir ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icra müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq ödənişlər həyata keçirilmişdir. Bu sosial müdafiə tədbirinə cəlbetmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli qərarının 1.2-ci bəndində açıq şəkildə göstərilmişdir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsi ni təmin etməkdən ibarətdir. Müasir dövrdə ilk dəfə baş vermiş qlobal pandemiyanın ilkin dövrlərində (2020-ci ilin aprel-may ayları) digər sahələrdə olduğu kimi əhalinin məşğulluğunun yeni çağırışlara uyğun tənzimlənməsi ilə bağlı qeyri-müəyyənliklər yaransa da, hazırkı məhkəmə işinə baxıldığı dövrdə, habelə iddia ərizəsi ilə məhkəməyə müraciət ünvanladığı zaman X5 tərəfindən işsiz şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi üçün xeyli məhdudiyyətlər aradan qalxmışdır. Birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs MAS-da işsiz kimi qeydiyyatda saxlanılır və bu şəxsin istəyi və müraciəti olduğu halda, onun məşğulluğunun təmin olunması məsələsinə Qanuna müvafiq olaraq baxılır. Bundan başqa, məhkəmə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsində göstərilən i mkandan istifadə etməyərək, dövlətin, o cümlədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. İddiaçı məhkəməyə izahat ünvanlayaraq kassasiya şikayətinə etirazını və mülahizəsini bildirmişdir. İddiaçı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi normaların tələblərini pozmamış, iş hərtərəfli, tam və obyektiv araşdırılmış, qəbul edilən qərar əsaslı və qanuni olmuşdur. İşsiz kimi qeydiyyatda olmuş və hal-hazırda da işsizdir. İşsiz şəxs kimi sosial müdafiəsi cavabdeh tərəfindən təmin edilməmiş, hüquqları pozulmuşdur. Kassasiya şikayətində qeyd olunanların bir hissəsi də cavabdehin özünü müdafiəsi üçün ümumi söz yığınıdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.1.6. işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; 1.1.7. işaxtaran – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs; [4]...

21. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli, 1950 nömrəli Sərəncamı:... 1. 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra – pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılsın.

2. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın....

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli, 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”:

1. Ümumi müddəalar 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənz imləyir. 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

2. Birdəfəlik ödəmənin verilməsi şərtləri 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MASda işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.

3. Birdəfəlik ödəmənin verilməsi qaydası 3.1. Şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. 3.2. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. 3.3. İşsiz statusu olmayan şəxs isə bu statusun alınması ü çün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır. 3.4. MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. 3.5. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndind ə göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. 3.6. Birdəfəlik ödəmə bank və ya poçt vasitəsi ilə ödənilir və bu barədə şəxsə mobil ismarıc göndərilir. 3.7. Birdəfəlik ödəmənin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. Növbəti ay üçün birdəfəlik ödəmə təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 (otuz) gün sonra həyata keçirilir. 3.8. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. 23. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2020-ci il tarixli, 149 nömrəli qərarı:

1. Aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin: “2-1. Birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi d övrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir.”.

2. Həmin Qərarla təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” üzrə: 2.1. 2.3-cü bəndin birinci abzasına “ödənişləri alan” sözlərindən sonra “, habelə bu bənddə göstərilən meyarlara cavab verən” sözləri əlavə edilsin; 2.2. 2.3.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin: “2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı;”; 2.3. aşağıdakı məzmunda 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilsin: “2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara.”; 2.4. 3.8-ci bənd aşağıdakı redaksiyada verilsin: “3.8. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfat ı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur.”

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2020-ci il tarixli, 149 nömrəli qərarı:... 2. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2-1-ci hissəsində “Birdəfəlik” sözü “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik” sözləri ilə əvəz edilsin....

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il t arixli, 216 nömrəli qərarı

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. Qeyd: 8 iyul 2020-ci il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə q ərarının adında və 1-ci hissəsində “şəhərləri” sözü “, Mingəçevir, Şəki, Yevlax şəhərləri” sözləri ilə və “Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları” sözləri “Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları” sözləri ilə əvəz edilmişdir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli, 283 nömrəli qərarı

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Saly an, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. 27. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Mediasiyanın tətbiq dairəsi 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. 3.2. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməy ə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.... Maddə

31. Məhkəmə mediasiyası 31.1. Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır....

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kas sasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Şikayətdə fundam ental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə koronavirus (COVİD19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan iddiaçıya birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan şərtlərin mövcudluğu apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

35. Belə ki, kassasiya şikayətinin dəlillərinə əsasən, 190 manat birdəfəlik ödəmənin yalnız 600 min şəxsə aid edilməsi, həmin ödəməni almaq hüququ olan şəxslərdən yalnız 600 mininə ödənilməli olması barədə hər hansı rəsmi sənəd mövcud olmamı şdır. Cavabdeh bu imtinası ilə hamının qanun və inzibati orqan qarşısında bərabər olması və inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunması barədə “İnzibati icraat haqqında” Qanunun 12.1 və 12.2-ci maddələrinin tələbini nəzərə almamışdır.

36. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

37. Bununla belə, məhkəmə kollegiyası cavabdehin apellyasiya məhkəməsi tərəfindən mübahisənin mediasiya vasitəsilə həllini t əmin etmədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olması ilə bağlı kassasiya şikayətindəki dəlilinə dair qeyd edir ki, hazırkı qərarın 27-ci bəndində qeyd edilən normaya əsasən, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın tətbiq dairəsinə aid edilsə də, həmin mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakın məcburi olması ilə bağlı hər hansı göstəriş yoxdur.

38. Kassasiya şikayətinin dəlillərində qeyd olunan “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən, məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə öz təşəbbüsü və ya tərəflərdən birinin müraciəti əsasında mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. İş materialları ilə müəyyən olunur ki, məhkəmənin mübahisə nin mediasiya vasitəsilə həll edilməsi ilə bağlı təşəbbüsü olmamış, cavabdeh inzibati orqan isə analoji təkliflə məhkəməyə müraciət etməmişdir.

39. Belə olan halda, apellyasiya instansiya məhkəməsi tərəfindən hər hansı prosessual normanın, habelə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması müəyyən edilməmişdir.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 21(103)-887/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar