Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1295/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: texniki pasport əsasında qeyri-yaşayış binasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhd ud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 yanvar 2023-cü il tarixli, 2-1(105)-11/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Üzvi-Sintez” zavodunun 19 iyun 1996-cı il tarixli aktına əsasən zavodun ərazisində yerləşən 440/1 saylı bina (qeyri-yaşayış binası) "xxxx" Dövlət Şirkətinin razılığına əsasən "xxxx" Ko mmersiya idman klubu kiçik müəssisəsinə 589650 manata satılmışdır.
2. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən sözügedən qeyriyaşayış binası "xxxx" Kommersiya idman klubu kiçik müəssisəsinin adına mülkiyyət hüququ əsasında 25 iyul 2000-ci il tarixdə 19 nömrəli reyestr kitabında 67-ci səhifədə 263 reyestr nömrəsi ilə qeydə alınmışdır.
3. Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 263 inventar nömrəli “Qeyri-yaşayış binasının texniki pasportu”nda “A” tikilisi istehsalat sexi olmaql a ümumi sahəsi 1886,72 kv.m (528+316.8+316.8+725.12=1886.72 kv.m), “Q” tikilisi 164.5 kv.m, “D” tikilisi 157.5 kv.m, “B” tikilisi 56 kv.m olaraq qeyd edilmişdir.
4. İddiaçının nizamnaməsinə əsasən cəmiyyət xx.xx.1992-ci ildə 49 nömrəli əmrlə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qeydiyyata alınmış İdman kommersiya klubu "xxxx" kiçik müəssisəsinin hüquqi varisidir.
5. İddiaçı 19 aprel 2021-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək Sumqayıt şəhəri, Üzvi-Sintez zavodunun ərazisində yerləşən, "xxxx" kiçik müəssisəsinin adına əvvəllər qeydə alınmış qeyri-yaşayış binasına dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.
6. Cavabdeh 27 may 2021-ci il tarixli, **********57 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırı lmışdır ki, Sumqayıt Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən "xxxx" kiçik müəssisəsinin xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış daşınmaz əmlak və onun yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğundan, aparılmış həmin qeydiyyatın mübahisələndirilməsi üçün məlumat və materiallar Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmiş, müvafiq araşdırma aparılıb, münasibət bildirildikdən sonra müraciətə təkrar baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Te xniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə 19 nömrəli reyestr kitabında 67-ci səhifədə 263 reyestr nömrəsi ilə "xxxx" kiçik müəssisəsinin adına qeydə alınmış əmlakların (1 ədəd istehsalat sexi binası və 1 ədəd anbar binası) ölçülərinin, sözügedən idarə tərəfindən verilmiş “Qeyri-yaşayış binasının Texniki Pasportu”nda göstərilən ölçülərə uyğun, istehsalat sexi binasının ölçüsü 2016,64 kv.m, anbar binasının ölçüsü 316,8 kv.m qeyd edilməklə iddiaçıya mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Kommersiya idman klubu kiçik müəssisəsinə "xxxx" Dövlət Şirkətinin ra zılığı əsasında həmin şirkətə daxil olan üzvi sintez zavodunun ərazisində yerləşən 440/1 saylı sex 19 iyun 1996-cı il tarixdə 589650 manata satılmışdır. Sexin torpaq sahəsi 0.85 ha kimi qeydə alınmış, sexin ölçüləri barədə rəsmi sənədlər akta əlavə olunmuşdur. Cəmiyyət xx.xx.1992-ci ildə 49 nömrəli əmrlə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qeydiyyata alınmış İdman kommersiya klubu "xxxx" kiçik müəssisəsinin hüquqi varisidir. Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə 19 nömrəli reyestr kitabında 67-ci səhifədə 263 reyestr nömrəsi ilə "xxxx" kiçik müəssisəsinin adına qeydə alınmış daşınmaz əmlakın qeydiyyat vəsiqəsi və ona əlavə olaraq texniki pas port tərtib edilmişdir. Qeydiyyat vəsiqəsi əsasında tərtib olunmuş texniki pasportda aşağıdakı daşınmaz əmlaklar göstərilmişdir: 1) İstehsalat sexi; 2) İnzibati bina; 3) Transformator binası; 4) Anbar. Lakin, qeydiyyat vəsiqəsində daşınmaz əmlakların həcmi və ölçüləri barəsində hər hansı bir məlumat yoxdur, bu da müəyyən çətinliklər törədir. Belə ki, göstərilən qeydiyyat vəsiqəsinə əsasən hər hansı bir əməliyyat aparılması mümkün deyil. Göstərilən çatışmazlıqların aradan qaldırılması üçün cavabdehə müraciət etsə də, cavabdeh müraciətin icrasından imtina etmişdir. İddiaçı qeyd edir ki, o, qeydiyyatı ümumiyyətlə mübahisələndirmir. Qeydiyyat vəsiqəsindən görünür ki, 0.85 ha torpaq sahəsində yerləşən daşınmaz əmlaklar artıq Çıraqqala MMC-nin mülkiyyətindədir. Lakin, inzibati orqan qanunvericil iyin tələbinə uyğun olmayan cavab verərək ərizəni təmin etməmişdir.
9. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktublarının məzmunu ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının cavabdehə qarşı iddiası mümkün sayılmamalıdır.
10. Məhkəmə sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********81 nömrəli məktubuna əsasən Sumqayıt “Üzvi Sintez” Zavodunun tərtib etdiyi 19 iyul 1996-cı il tarixli akt əsasında “Üzvi Sintez” Zavodunun ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ü zərində "xxxx" İdman klubunun mülkiyyət hüququ xx.xx.2000-ci ildə qeydiyyata alınmış və mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi verilmişdir.
11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.B.Məmmədov) 23 noyabr 2021-ci il tarixli, 2-1(118)-1452/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə 19 nömrəli reyestr kitabında 67-ci səhifədə 263 reyestr nömrəsi ilə "xxxx" kiçik müəssisəsinin adına qeydə alınmış daşınmaz əmlakların (1 ədəd istehsalat sexi binası və 1 ədəd anbar binası) ölçülərinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texn iki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş “Qeyri-yaşayış binasının Texniki Pasportu”nda göstərilən ölçülərə uyğun, yəni istehsalat sexi binasının ölçüsü 2.016,64 kv.m, anbar binasının ölçüsü 316,8 kv.m qeyd edilməklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni mülkiyyət hüququnun Dövlət qeydiyyatına dair çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdı rılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Qeyri-yaşayış binasının ölçülərinə gəldikdə isə həmin ölçülər DƏDRX-in hüquqi sələfi olmuş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən müəyyən edilərək “Qeyri-yaşayış binasının Texniki Pasportu”nda öz əksini tapmışdır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
15. Azərbaycan Respublikas ı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 14 oktyabr 2022-ci il tarixli 10/3707 nömrəli rəyində göstərilmişdir ki: - Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyinə əsasən Sumqayıt şəhəri, Üzvi-Sintez zavodunun ərazisində yerləşən "xxxx" kiçik müəssisəsinin adına tərtib edilmiş arxiv qovluğunda olan texniki pasportda göstərilmiş tikililərin, “A” tikilisi istehsalat sexi tikintialtı sahəsi (109.6x12.4)=1359.0 kv.m, “B” tikilisi ofis tikintialtı sahəsi (9.0x8.0)=72.0 kv.m, “V” tikilisi gözətçi otağı tikintialtı sahəsi 24,8 kv.m, “Q” tikilisi anbar tikintialtı sahəsi (9.8x18.0)=176.4 kv.m, “D” tikilisi sex tikintial tı sahəsi (20.0x11.1)=220.0 kv.m olmaqla cəmi tikintialtı sahələr 1852.0 kv.m təşkil edir. - Mütəxəssis rəyinə əsasən texniki pasportdakı tikililərin göstəriciləri ilə hazırkı faktiki vəziyyət arasındakı fərqi müəyyənləşdirmək məqsədilə iddiaçının iştirakı ilə texniki baxış keçirilmiş və baxış zamanı “A” tikilisi istehsalat sexi tikintialtı sahəsi (121.6x18.0+2.6x9.1)=2212.4 kv.m, “B” tikilisi ofis tikintialtı sahəsi (9.0x8.0)=72.0 kv.m, “V” tikilisi gözətçi otağı tikintialtı sahəsi 24.8 kv.m (üstü sökülüb), “Q” tikilisi anbar tikintialtı sahəsi (21.0x8.2)=172.2 kv.m, “D” tikilisi sex tikintialtı sahəsi (21.7x11.6)=251.7 kv.m olduğu aşkarlanmışdır. Əlavə olaraq talvar tikilisi (14.0x11.5)=161.0 kv.m, tövlə tikilisi tikintialtı sahəsi 101.5 kv.m, iki mərtəbəli ofis binası tikintialtı sahəsi 15.6 kv.m sonradan inşa edilməklə cəmi tikintialtı sahə 3011.2 kv.m təşkil etmişdir.
16. İşdə olan sənədlərlə mütəxəssis rəyi arasında uyğunsuzluq yarandığından mütəxəssis rəyini tərtib edən cavabdehin texnik inventarlaşdırıcısı X1 məhkəmə iclasına dəvət edilərək dindirilmişdir. Mütəxəssis verilmiş rəyə aydınlıq gətirərək izahatında bildirmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış binasına baxış keçirilərkən müəyyən edilmişdir ki, texniki pasportda qeyd edilən tikililərdən “A”, “B”, “Q” və “D” tikililəri halhazırda da yerindədir, yalnız “V” tikilisi olan gözətçi otağının üstü sökülmüşdür. Mütəxəssis rəyində tikililərin yalnız tikintialtı sahələrini qeyd etmiş, tikililərin ümumi sahələrini isə qeyd edilməmişdir. Tikililərin ümumi sahələri ilə bağlı bildirir ki, mütəxəssis rəyinin verilməsi ilə bağlı yerində müayinə zamanı müəyyən edilmişdir ki, “A” tikilisi istehsalat sexi olmaqla ümumi sahəsi 1886,70 kv.m, “B” tikilisi ofis binasının əvvəlki və indiki vəziyyəti arasında dəyişiklik yoxdur, ümumi sahəsi 56 kv.m, “Q” tikilisi anbar olmaqla ümumi sahəsi 164,5 kv.m təşkil edir. Rəydə “A” tikilisi istehsalat sexinin tikintialtı sahəsi hesablanarkən sexin eni 18.4 kv.m yerinə texniki səhvə yol verilərək 12.4 kv.m qəbul edilmiş, nəticədə hesablama yanlış aparılaraq tikintialtı sahə (109.6x12.4)=1359.0 kv.m qeyd edilmişdir. Halbuki, “A” tikilisinin tikintialtı sahəsi (109.6x18.4)= 2016,64 kv.m, “B” tikilisinin tikintialtı sahəsi 72 kv.m, “Q” tikilisinin tikintialtı sahəsi 176.4 kv.m-dir. Əlavə olaraq həmin ərazidə texniki pasportda qeyd edilməyən, sonradan inşa edilən iki mərtəbəl i ofis binası, gözətçi otağı və talvarın olduğu müəyyən edilmişdir.
17. İddiaçı apellyasiya instansiyası məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək hazırkı iş üzrə mübahisə predmeti olan iddiaçının adına tərtib edilmiş texniki pasportda “A” tikilisi kimi qeyd edilmiş tikilinin ölçüsü 1886,70 kv.m, “B” tikilisinin ölçüsü 56,0 kv.m, “Q” tikilisinin ölçüsü 164,5 kv.m göstərilməklə iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) 6 yanvar 2023-cü il tarixli, 2-1(105)-11/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqay ıt İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(118)1452/2021 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə 19 nömrəli reyestr kitabında 67-ci səhifədə 263 reyestr nömrəsi ilə "xxxx" kiçik müəssisəsinin adına qeydə alınmış əmlakların (“A”,“B”,“Q” tikililəri) ölçülərinin sözügedən idarə tərəfindən verilmiş “Qeyri-yaşayış binasının texniki Pasportu”nda göstərilən ölçülərə uyğun, yəni “A” tikilisinin ölçüsü 1886,70 kv.m, “B” tikilisinin ölçüsü 56,0 kv.m, “Q” tikilisinin ölçüsü 164,5 kv.m qeyd edilməklə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yeni çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim etdiyindən, həmin ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, "xxxx" kiçik müəssisəsinin adına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqları nın Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Lakin verilmiş qeydiyyat vəsiqəsinə əsas olmuş hüquqmüəyyənedici sənəd kimi “Üzvi Sintez” zavodunun direktorunun 440/1 nömrəli binanın və onun sahəsinin "xxxx" kommersiya idman klubu kiçik müəssisəsinə verilməsi üçün tərtib edilmiş 19 iyun 1996-cı il tarixli akt əsasında olmuşdur. Göründüyü kimi, müvafiq qeyri-yaşayış binasına dair aparılmış qeydiyyat qanunun tələblərinə uyğun hüquqmüəyyənedici sənədlər olmadan aparılmış, həmçinin, iddiaçı tərəfindən iddia olunan əmlak və torpaq sahəsi dövlət əmlakıdır və bu səbəbdən də dövlət əmlakı kimi yalnız “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə özgəninkiləşdirilə bilər. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyat ı öz hüquqi qüvvəsini saxlayır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qayd asında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müv afiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərar dadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlillər i mahiyyətcə imtina məktubunun, iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlili ondan ibarətdir ki, "xxxx" kiçik müəssisəsinin adına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında MənzilKommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin əsasında hüquqmüəyyənedici sənəd kimi “Üzvi Sintez” zavodu nun direktorunun 440/1 nömrəli binanın və onun sahəsinin "xxxx" kommersiya idman klubu kiçik müəssisəsinə verilməsi üçün tərtib edilmiş 19 iyun 1996-cı il tarixli akt dayanır və həmin akt qanunvericiliyin tələblərinə əsasən hüquqmüəyyənedici sənəd hesab edilə bilməz.
31. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 23-cü bəndində istinad olunan normaya görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün həmin normada əsas qismində t əsbit edilmişdir.
32. Hazırkı iş üzrə qeyri-yaşayış binasına münasibətdə nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan normaların mənasına və təfsirinə görə qeydiyyat vəsiqəsi daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan qeydiyyat vəsiqəsinin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, qeydiyyat vəsiqəsi ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir.
33. Digər tərəfdən, yuxarıda istinad olunan normalar anlamında qeyri-yaşayış binası üzərində iddiaçının hüququnu təsdiq edən həmin qeydiyyat vəsiqəsi həm də hüquqmüəyyənedici sənəd qis mində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır.
34. Qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
35. Hazırkı iş üzrə qeyri-yaşayış binasına münasibətdə iddiaçıya aid qeydiyyat vəsiqəsinin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni qeyri-yaşayış binasına dair qeydiyyat vəsiqəsi öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edi lməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 yanvar 2023-cü il tarixli, 2-1(105)-11/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.