Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1296/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə Açar söz: sosial sığorta haqqı borcunun silinməsi tələbi GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinə qarşı “əsassız olaraq hesablanmış 873,14 manat məcburi dövlət sosial sığorta haqqı borcunun silinməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-68/2020 nömrəli, 14.01.2020-ci il tarixli qər arından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 02.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsinə qarşı əsassız olaraq hesablanmış 873,14 manat məcburi dövlət sosial sığorta haqqı borcunun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, X qəsəbəsində ona məxsus olan 15 kv.metr mobil telefonların, aksesuarlarının satışı mağazasında tək işləyir. Vaxtlı-vaxtında dövlətə olan vergi və sosial borcunu onlayn qaydada ödəyir. Buna baxmayaraq, 10.07.2015-ci il tarixində DSMF-nin Masallı rayon şöbəsi ona məktub vasitəsi ilə 1569, 30 manat borcunun olduğunu bildirmişdir. Bununla bağlı Masallı DSMF-yə getmiş və borcunun necə yarandığını soruşmuş, DSMF-dən ona bildirilmişdir ki, iki işçisi var. Bu borc ona iki nəfər işçiyə görə yaranmışdır. Halbuki, onun başqa işçiləri yoxdur, özü tək işləyir. İddiaçı olmayan işçilərə görə dövlət sosial sığorta ödənişlərinin hesablanmasını qanunsuz hesab edərək cаvаbdеh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsinə qаrşı hesablanma palatası tərəfindən əsassız olaraq hesablanmış 873,14 manat məcburi dövlət sosial sığorta haqqı borcunun silinməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi: Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 08.08.2019-cu il tarixli, 2-1(086)-1605/2019 nömrəli qərarına əsasən iddia təmin edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 08.08.2019-cu il tarixli, 2-1(086)-1605/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.01.2020-ci il tarixli, 21(106)-68/2020 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 08.08.2019-cu il tarixli, 2-1(086)1605/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçıya hesablanmış borcun hesablanması mənbəyini əsaslandıra və sübuta yetirə bilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.01.2020-ci il tarixli, 21(106)-68/2020 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə cavabdehin təqdim etdiyi s ənədlərdə borcun yaranma səbəb və əsasları dəqiq göstərilsə də, apellyasiya instansiya məhkəməsi bu sübutları heç bir əsas olmadan nəzərə almamış, nəticə etibarilə məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən bir sübut digər sübutdan üstün və mötəbər sayılmış, digər sübutlar isə əsaslandırılmadan rədd edilmişdir. Həmçinin, işə baxan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamış, mübahisənin mahiyyətinin nədən ibarət olduğunu müəyyən etmədən birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Kassasiya şikayətinin digər dəlilinə görə apellyasiya instansiya məhkəməsi hazırkı işin mübahisə predmetinə aid olmayan maddi hüquq normalarına (“İnzibati icraat haqqında” Qanunun 11, 67-ci maddələrinə) istinad etmiş, eləcə də tətbiq edilməli olan prosessua l normaları (İPM-in 12.1, 12.2-ci maddələrini) tətbiq etməmişdir. Kassator, Azərbaycan Respublikası Konstitusiyasının 12.2, 148.2, 151-ci, İnzibati Prosessual Məcəllənin 1.2, 58.7, 69.4, 90, 94, 96.5, 96.9-cu, Mülki Prosesual Məcəllənin 217.1, 220.4, 418.1, 386, 387.1-ci maddələrinə, eləcə də Avropa Məhkəməsinin müxtəlif qərarlarına istinad edərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.01.2020-ci il tarixli, 2-1(106)-68/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı Iddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin t əmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.01.2020-ci il tarixli, 2-1(106)-68/2020 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublika sı Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə uyğun olaraq sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 01.01.2019-cu il tarixindən etibarən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq məlumatlar Vergilər Nazirliyinə təqdim edilmişdir. Həmin məlumatlara əsasən Iddiaçı (VÖEN: *******) 01.01.2019-cu il tarixinə sığorta haqları üzrə artıq ödəmə və borc barədə məlumatları aşağıdakı kimi olmuşdur: Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-rayon mərkəzlərində məcburi dövlət sosial sığorta haqları üzrə 85 6,50 manat qalıq, penya üzrə 25,83 manat qalıq. İddiaçı Iddiaçı bu borcun əsassız hesablandığını hesab edərək onun silinməsini xahiş edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsi öz qərarında iddiaçının tələbini haqlı hesab etsə də, bu borcun yaranma mənbəyi ilə bağlı heç bir araşdırma aparmamış və bu barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. Belə ki, cavabdehin əsas dəlili (həm apellyasiya şikayəti, həm də kassasiya şikayətində) ondan ibarətdir ki, bu borcun hesablanması iddiaçı tərəfindən müvafiq qaydada mübahisələndirilməmiş, həmin borc 2015-ci ildə hesablanmış, əksinə olaraq tətbiq edilmiş maliyyə sanksiyasının 10 faizi (80,86 manat) 22.05.2018-ci ildə ödənilmiş, onun qalan 90 faiz maliyy ə sanksiyası silinmiş və bu fakt iddiaçının iştirakı ilə aktlaşdırılmışdır. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan borcun yaranma əsasları ilə bağlı iddiaçıya məlumat verilməsi, maliyyə sanksiyalarının ödənilməsi ilə bağlı şərtlərin iddiaçının iştirakı ilə araşdırılması ilə bağlı cavabdeh apellyasiya instansiya məhkəməsinə öz dəlillərini təqdim etsə də, həmin məhkəmə bu məsələlərə səthi yanaşaraq borcun yaranma səbəb və əsaslarını araşdırmamış, eləcə də hesablanmış borcun əsasını təşkil edən inzibati qərarın iddiaçı tərəfindən müvafiq qaydada mübahisələndirilmədiyi halda (həmin borc 2015-ci ildə hesablanmışdır) borcun silinməsini əsaslı hesab etmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1 2.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı fa ktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin, hər bir halda apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, öz qərarını əsaslandırmalı və qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməli olduğu halda bunu etməmiş, beləliklə hazırki müb ahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Odur ki, Ali Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.01.2020-ci il tarixli, 2-1(106)-68/2020 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərini qiymətləndirməli, sözügedən borcun yaranma səbəb və əsaslarını araşdırmalı, iddianın mümkünlük şərtlərini yoxlamalı və nəticədə əsaslandırılmış qərar qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 96.5-ci maddəsini rəhbər tutaraq, Ali Məhkəmə Kollegiyası QƏRARA ALDI Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.01.2020-ci il tarixli, 21(106)-68/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1296/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1296/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver